Microsoft Word s?may?kitab?sas doc


partiyasından başqa digər partiyaların fəaliyyəti bərpa olundu



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə39/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


partiyasından başqa digər partiyaların fəaliyyəti bərpa olundu. 
Xunta beynəlxalq aləmdən təcrid olundu. 1981-ci ildə qəbul 
edilmiş konstitusiya ölkədə avtoritar rejimi möhkəmləndirdi. 
İqtisadi liberallaşdırma siyasəti yeridilməyə başladı.
1988-ci il oktyabrın 5-də keçirilmiş referendumda ölkə 
prezidentliyinə yeganə namizədi kimi general Pinoçet irəli 
sürülsə də, onun nəticələri diktatorun xeyrinə olmadı. Çililərin 
böyük əksəriyyəti Pinoçetin 1998-ci ilədək prezidentlik 
səlahiyyətinin uzadılmasını istəmədi. 1989-cu ildə prezident 
Eylvi (1989-1994), 1994-cü ildə isə E.Frey (1994-2000) 
seçildi. Onlar milli barışıq və ölkədə vətəndaş sülhü siyasətini 


260
yeritdilər. Sosial meylli iqtisadi strukturun yaradılması 
proqramı qəbul edildi. 90-cı illərdə Çilidə sürətli iqtisadi 
inkişaf başladı. Əhalinin sosial vəziyyəti yaxşılaşdı. 
1998-ci ildə xalq general Pinoçetin törətdiyi cinayətlərinə 
görə onun mühakimə olunması tələbini irəli sürdü. Lakin o, 
yaşının çoxluğuna və xəstəliyinə görə mühakimə olunmadı. 
KUBA 
Kuba İkinci Dünya müharibəsindən sonrakı ilk 
dövrdə və XX əsrin 50-60-cı illərində. Karib hövzəsinin digər 
dövlətləri kimi Kuba da XX əsrin 40-cı illərinin ortalarında 
iqtisadi cəhətdən geridə qalmış bir ölkə olsa da, «Antil 
adalarının incisi» hesab edilir, məhsuldar torpaqlara, xrom və 
nikel filizi ehtiyatlarına, əlverişli iqlimə malik idi.
İkinci Dünya müharibəsi illərində və müharibədən 
sonrakı ilk illərdə Kubanın iqtisadi vəziyyəti xoşagələn idi. 
Belə ki, istər müharibə, istərsə də müharibədən sonrakı ilk 
dövrdə Kuba şəkər və tütün satmaqla çoxlu gəlir əldə etdi. 
Lakin yenə də Kubanın ABŞ-dan asılılığı davam edirdi. 
Kuba hökumətinə 1944-cü ildən Qran San Martino başda 
olmaqla Kuba inqilab partiyası (KİP) başçılıq edirdi.
Bu hökumət ABŞ-ı müdafiə edir, «soyuq müharibə»ni 
bəyənirdi. 1946-cı ildə onun mütərəqqi üzvləri ayrılıqda Kuba 
Xalq partiyasını təşkil etdilər. Bu partiya inqilabi ideyalara 
sadiq qalacağını bildirdi. Onun lideri Eduardo Çibis idi. 
1948-ci ildə keçirilən prezident seçkilərində Kuba İnqilab 
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin