257
inkişaf etdirmək məsələsi idi. 196 yeni müəssisənin tikilməsi
qərara alındı. İngilis kompaniyasına məxsus olan iki dəmir
yolu milliləşdirildi. Alverçiliyə qarşı mübarizə başlandı.
«Soyuq müharibə»nin başlanması mühafizəkar qıvvələrə
demokratiyaya qarşı mübarizə üçün şərait yaratdı. Onların
təzyiqi ilə prezident 1947-ci ilin aprelində kommunist nazirləri
istefaya göndərdi. Yeni hökumət «milli mərkəzləşmə»
hökuməti adlandı və onun tərkibinə mühafizəkarlar və
liberallar daxil oldular. Kommunistlərin hökumətdən
çıxarlıması ölkədə tətillərə səbəb oldu.
Çili hökuməti bunun
səbəbini SSRİ-nin üzərinə ataraq onunla 1947-ci il dekabrın
21-də diplomatik münasibətləri kəsdi. 1948-ci ilin sentyabrında
Videla «Demokratik Alyansın mühafizəsi haqqında» qanıun
imzaladı ki, bu da əslində demokratik qüvvələrə qarşı
çevrilmişdi.
Çili XX əsrin 50-60-cı illərində. 50-ci illərdə Çilinin
hakim dairələri öz qapılarını xarici kapitala açdılar. 1952-ci
ildə ölkəyə xarici kapital qoyuluşu 1023 min dollara çatmışdı.
ABŞ-la yanaşı, İngiltərə, Fransa, İsveçrə, İsveç, Belçika,
Hollandiya, İspaniya, İtaliya, Kanada kapitalının da ölkəyə
axını sürətləndi. Kənd təsərrüfatında isə yarımfeodal
latifundiyalar ağalıq edirdilər. 1951-ci ilin payızında
demokpatik partiyalar Xalq Cəbhəsini təşkil etdilər, ona
Sosialist partiyasının lideri Salvador Alyande rəhbərlik edirdi.
1952-ci ilin sentyabrındakı prezident seçkilərində
mürtəce qanunları ləğv etməyi,
aqrar islahat keçirməyi, mis
yataqlarını milliləşdirməyi vəd edən Karlos İvanes del Kapro
qələbə çaldı. Lakin o, vədinə əməl etmədi. Ona görə də ölkənin
maliyyə-iqtisadi vəziyyəti pisləşdi. Bu vəziyyətdən çıxmaq
üsün İvanes 1955-ci ildə ölkəyə ABŞ missiyasını dəvət etdi və
bu, milli iqtisadiyyata ciddi zərbə vurdu. 1955-ci ildə ölkədə
mühasirə vəziyyəti elan edildi. 1958-ci il sentyabrın 4-də
keçirilən prezident seçkilərində yenə də mühafizəkarların
nümayəndəsi, məşhur Çili kapitalistlərindən olan Xorxe
258
Alessandri qələbə çaldı. O, 1964-cü ilə qədər prezident oldu.
O, Amerika inhisarçıları
ilə əlaqədar olan dağ-mədən
kompaniyalarının vergilərini azaltdı.
1960-cı ilin mayında olan güclü zəlzələ minlərlə insanın
ölümünə səbəb olmaqla bərabər ölkəyə maddi zərər vurdu. İki
milyon adam evsiz qaldı. Xarici şirkətlər Çİliyə yardım etdilər.
1964-cü ildə Çilidə latifundiyaçıların mülkləri azaldıldı, fermer
təsərrüfatının inkişafına şərait yaradıldı.
1967-ci ilin iyulunda aqrar islahat haqqında qəbul edilən
qanuna əsasən ümumi sahəsi 3,4 milyon hektar olan 1310 iri
latufindiya müsadirə edildi. 27 min kəndli ailəsi 910
kooperativdə birləşdi. Lakin 1967-ci ildən sosial ehtiyaclara
çəkilən xərclər ixtisar edildi.
Bu dövrdə təşkil edilən Xalq Birliyi Blokunda (XBB)
kommunistlər, sosialistlər və digər sol partiyalar birləşmişdilər.
1970-ci ilin prezident seçkilərində sosialistlərin namizədi
Salvador Alyende başqa namizədlərlə müqayisədə daha çox səs
toplasa da, prezident seçilmək
üçün mütləq səsi qazana
bilməmişdi. Seçki qanununa əsasən məsələ parlamentin
müzakirəsinə verildi və burada xristian-demokratların köməyi
ilə o, prezident seçildi. Onun prezidentliyi dövründə torpağın
latifundiya forması ləğv edildi, 2,8 milyon hektar torpaq
kəndilələrə paylandı. 1971-ci ildə hökumət çox mühüm sənaye
sahələrini milliləşdirməyə başladı.
Mis filizi mədənlərinin
milliləşdirilməsi ABŞ inhisarlarının nüfuzunu ciddi surətdə
sarsıtdı. Fəhlə və qulluqçuların əmək haqqı artırıldı. Dövlət
hesabına mənzil tikintisinə başlandı. Fəhlələrin nümayəndələri
dövlət və qarışıq müəssisələrin idarə olunmasında iştirak
etməyə başladı. Hökumətin ilk tədbirlərindən biri də Kuba ilə
diplomatik münasibətləri və ticarət əlaqələrini ğərpa etməsi
oldu.
Tezliklə XBB-də parçalanma əmələ gəldi. Konqresdə
(parlamentdə) sağ partiyalar
mütərəqqi qanunlar qəbul
edilməsinə mane olurdular. Dünya bazarında misin qiymətinin
259
aşağı düşməsi ölkə iqtisadiyyatına ağır zərbə vurdu. ABŞ-ın
mis filizi şirkətləri dünya bazarlarında Çili misinin baykot
edilməsini təşkil edirdilər. Şimali Amerika bankları Çiliyə
kredit vermirdilər və ABŞ-dakı Çili əmanətlərini tutub sax-
layırdılar. Yerli oliqarxiya, latifundiyaçılar, alverçilər istehsalı
azaldır, aqrar islahatı pozur, zəruri tələbat mallarının
qiymətlərini qaldırır, sahibkarlar
isə keçmiş müəssisələrinin
qaytarılmasını tələb edirdilər. Sağlar çox sayda orta təbəqələri
– xırda burjuaziyanı, ziyalılalın bir hissəsini, qulluqçuları da öz
tərəfinə çəkə bilmişdi.
Xristian-demokrat partiyasının «sağ» qanadı 1973-cü ildə
S.Alyendenin istefası tələbini irəli sürdü. Sol müxalifət isə
ölkədə proletariat diktaturasının qurulmasını tələb edirdi. Belə
bir şəraitdə, 1973-cü il sentyabrın 11-də
general Avqusto
Pinoçetin başçılıq etdiyi ordu hissələri dövlət çevrilişi etdi.
S.Alyende həlak oldu, Çilidə hərbi xunta hakimiyyətə gəldi.
Çili hərbi xuntanın hakimiyyəti dövründə (1973-1998-
ci illər). Çilidə hərbi xunta hakimiyyətə gəldikdən sonra
kütləvi təqiblər başlandı. Siyasi partiyaların fəaliyyəti
dayandırıldı. Xalq Birliyi hökumətinin islahatları ləğv edildi.
Lakin bu tədbirlər rejimə qarşı müxalifət qüvvələrinin
birləşməsi prosesini gücləndi. Kilsə də müxalifətə keçdi. Xunta
müxalifətlə razılığa gəlməyə cəhd göstərdi. Kommunist
Dostları ilə paylaş: