Microsoft Word s?may?kitab?sas doc


partlayış baş verdi. Belə ki, əgər müharibədən əvvəl Latın



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə37/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


partlayış baş verdi. Belə ki, əgər müharibədən əvvəl Latın 
Amerikası ölkələrinin əhalisi 152 milyon nəfər idisə
müharibədən keçən təxminən 25 il müddətində onların sayı 400 
milyona çatdı. Müharibədən sonra urbanizasiya prosesi, yəni 
əhalinin şəhərlərdə toplaşması gücləndi. Müharibə dövründə 
yığılmış qızıl-valyuta ehtiyatlarından istifadə iqtisadiyyatı 
dirçəltdi, sənayeni yeniləşdirdi, dünya ticarətində bu ölkələrin 
payını artırdı. İqtisadiyyatın modernləşməsi bazar 
iqtisadiyyatının inkişafına yeni təkan verdi. Xaricə kapital 
qoyuluşu artdı.
Regionun daha çox inkişaf etmiş ölkələri olan Uruqvay, 
Çili və Argentinada şəhər əhalisi üstünlük təşkil edirdi. 
Meksika və Braziliya sənayesinin inkişaf sürətinə görə 
fərqlənirdi. Sonralar bu ölkələrə Venesuela və Kolumbiya da 
qoşuldu. Bütövlükdə Latın Amerikasının yuxarıda qeyd 
etdiyimiz ölkələrində əhalisinin 
4
3
-ü, iqtisadiyyatının 80-85%-i 
cəmləşmişdi. Peru, Ekvador, Boliviya, Mərkəzi Amerika və 
Karib hövzəminin kiçik dövlətləri II qrupa aid edilir, onlarda 
emal sənayesi inkiaşf etmişdi. 


252
III qrup ölkələr sırasına daha çox geri qalan Haiti, 
Paraqvay və Karib hövzəsinin bəzi dövlətləri daxil idi ki, 
onlarda kənd təsərrüfatı üstünlük təşkil edirdi. 
Müharibə dövründə iqtisadiyyatın kənd təsərrüfatı 
bölməsində irəliləmə, demək olar ki, yox idi. Kəndlilər 
torpaqsız idilər. Fermer təsərrüfatı yaradılmamışdı. Kəndlilər 
sahibkarlardan torpağı icarəyə götürməklə dolanırdılar. 
Müharibədən sonra latifundiyaların dağılması prosesi 
sürətləndi. Kəndlilərin ardıcıl və inadlı mübarizəsi region 
dövlətlərini aqrar islahatlar keçirməyə məcbur etdi. Bu 
islahatlar dərin olmasa da, hər halda latifundiyaları zəiflətdi. 
Demoqrafik partlayışlar, dünənki kəndlilərin şəhərlərə axışması 
da latifundiyaların dağılmasına güclü təsir göstərdi. 
Lakin kənd təsərrüfatında nəzərə çarpan bir irəliləyiş 
olmadı. 1950-ci il siyahıyaalınmasına görə hesablanmış bütün 
torpaq fondunun 50%-i təsərrüfatların 1,5%-nə məxsus idi. 
Fermer təsərrüfatı yox idi. Monokulturanın hakim olması kənd 
təsərrüfatının xarakterik əlaməti olaraq qalırdı. 
40-cı illərin sonu – 50-ci illərin əvvəllərində Latın 
Amerikası ölkələrinin siyasi həyatında da yeniləşmə prosesi 
baş verdi. İri torpaq sahibləri və burjuaziyanın mənafeyini 
qoruyan mühafizəkar və liberal partiyaların yerini indi öz 
ölkələrini xarici asılılıqdan qurtarmaq uğrunda mübarizə 
aparan burjua-islahatçı partiyalar tutdular. Onlar siyasi həyatda 
mühüm rol oynamağa başladılar. Milli siyasi partiyaların 
nüfuzu artdı.
Müharibədən sonrakı dövrdə Latın Amerikası ölkələrində 
geriliyi aradan qaldırmaq, elmi-texniki inqilab tələblərinə 
uyğun gələn sürətli inkişafa nail olmaq zərurəti yarandı. Latın 
Amerikası ölkələrinin geriliyinin iki başlıca səbəbi var idi. 
Bunlardan biri yarımfeodal qalıqları, digəri isə xarici kapitalın, 
əsas etibarilə, yerli oliqarxiyaya – latifundiyaçılara və iri 
burjuaziyaya istinad edən Amerika kapitalının ölkədə nüfuznun 
üstünlüyü idi. 


253
Bu dövrdə Latın Amerikası ölkələrində əhalinin 60%-i 
yenə də savadsız idi. Orta ömür müddəti 45 yaşdan yuxarı 
deyildi.
Latın Amerikası ölkələrinin ümumi problemlərindən biri 
borc problemi idi. Latın Amerikası ölkələri əgər İkinci Dünya 
müharibəsinə qədər İngiltərə və Almaniyanın daha çox təsir 
dairəsinə daxil idisə və bu ölkələr Latın Amerikası ölkələrinə 
daha çox kapital ixrac edirdilərsə, müharibə dövründə ABŞ-ın 
bu ölkəyə kapital ixracı sürətləndi və müharibədən sonrakı 10 
il müddətində ABŞ bu ölkələrə 5 milyard dollar həcmində 
kapital qoydu. Əvəzində isə 20 milyard dollar həcmində gəlir 
götürdü.
İnkişaf etmiş kapitalist ölkələrini buraya cəlb edən iki 
mühüm amildən biri, bu ölkələrin zəngin təbii ehtiyatlara 
malik olması və digəri isə bu ölkələrdə ucuz işçi qüvvəsinin 
çoxluğu idi. Çili özünün misi, Braziliya qəhvəsi, Kolumbiya 
zümrüdü,Venesuela, Meksika nefti, Boliviya qalayı, Kuba 
şəkər qamışı ilə tanınırdı.
ABŞ İkinci Dünya müharibəsindən sonra bu ölkələri 
özündən asılı vəziyyətə salmaq üçün 1947-ci ilin sentyabrında 
bu ölkələrlə birgə «Qərb yarımkürəsini müdafiə paktı»nı 
imzaladı və 1948-ci ilin aprelində Amerika dövlətləri 
təşkilatını yaratdı. «Soyuq müharibə» şəraitində ABŞ bu 
ölkələri silahla təchiz edir, onlarda yeni hərbi elita 
formalaşdırırdı. Bunun nəticəsində 1948-1954-cü illərdə 
Qvatemala, Peru, Venesuela, Ekvador və Kubada hərbi 
çevrilişlər baş verdi.
İkinci Dünya müharibəsindən sonrakı ilk dövrdə və 50-ci 
illərdə bu ölkələrdə dövlət bölməsi və milli iqtisadiyyatın 
inkişafına xüsusi diqqət yetirilirdi. Regionda inteqrasiya 
prosesləri gücləndi. 1968-ci ildə Latın Amerikası ölkələrinin 
azad ticarət assosiyasası yaradıldı. 60-ci illərdə bu ölkələr üçün 
çox ciddi problemlər meydana çıxdı. Büdcə kəsiri kütləvi hal 
aldı. 1968-ci ildə keçirilmiş Olimpiya oyunları Meksika 


254
dövlətini büdcədən xeyli pul ayırmasına səbəb oldu. Dünya 
şöhrətli memar Oskar Numeyranın təşəbbüsü ilə Braziliyada 
yeni paytaxtın, yəni Braziliya şəhərinin salınması da xeyli 
vəsait hesabına başa gəldi. ABŞ-ın prezidenti C.Kennedi bu 
ölkələrə qarşı «Tərəqqi naminə ittifaq doktrinası» irəli sürdü. 
Bu doktrinaya əsasən Latın Amerikası ölkələrinə kömək üçün 
14 milyard dollar vəsait ayrıldı. 70-ci illərdə Latın Amerikası 
ölkələrinin çoxu aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrildi.
70-ci illərdə Vevnesuela, Qvatemala, Peruda Kuba 
nümunəsində siyasi dəyişikliklər etmək cəhdinin qarşısını 
almaq məqsədilə ABŞ bu ölkələrdə iqtisadi inkişafı 
sürətləndirdirmək üçün 12 milyard dollar vəsait ayırdı Latın 
Amerikası ölkələrində 70-ci illərin ən mühüm hadisələrindən 
biri Nikaraquada inqilab oldu. 1927-1933-cü illərdə «azad 
adamlar generalı» Auqusto Sandinonun (Nikaraquanın milli 
qəhrəmanıdır. 1934-cü ildə xaincəsinə öldürülmüşdür) 
rəhbərliyi ilə aparılan mübarizə dərslərindən və 1978-ci ildən 
Somosa ailəsinin amansız hərbi-polis diktaturasına qarşı silahlı 
çıxışlar təcrübəsindən istifadə edən Nikaraqua inqilabçıları 
qələbə çalaraq Samosa rejimini 1979-cu ilin iyul ayında 
devirdilər. Bu qələbə ona görə mümkün oldu ki, fəhlələr, 
kəndlilər, ziyalılar, milli burjuaziya (əsasən xırda və orta 
burjuaziya) vətənpərvərlərin hərbi-siyasi təşkilatı – Sandinist 
Milli Qurtuluş Cəbhəsi (CMQÇ) ətrafında birləşmişdi. 
Hakimiyyətə gələn Milli Dirçəliş hökuməti mürtəce aparatı 
ləğv etdi, yeni hakimiyyət orqanları yaratdı, bütün vətəndaşlara 
onların irqi, dini, dilindən asılı olmayaraq bərabər hüquqlar, 
real vətəndaş azadlıqları verdi, siyasi partiyalar və həmkarlar 
ittifaqlarının açıq fəaliyyəti təmin edildi. 
Samosa ailəsinin mülkiyyəti müsadirə olundu (ölkənin 
milli sərvətinin 1/3-i bu ailəyə məxsus idi), banklar, mədən-
filiz sənayesi, təbii resurslar, xarici ticarət milliləşdirildi. Xalq 
mülkiyyəti adlanan dövlət bölməsi yaradıldı. Eyni zamanda 
ölkənin iqtisadi bərpasına cəlb olunmuş xüsusi bölməyə 


255
təminat və güzəştlər edildi. Aqrar islahat keçirildi. Hökumət 
savadsızlığın aradan qaldırılması, səhiyyənin yaxşılaşdırılması, 
hindu tayfalarının ictimai həyatda iştirak etməsi xəttini 
götürdü. 
70-ci illərdə Argentina, Boliviya, Braziliya, Çili, 
Ekvador, Qvatemala və Hondurasda hakimiyyətə gələn hərbi 
xuntalar xarici kapitala geniş yol açdılar, ticarətin inkişafına 
mane olan bütün əngəlləri aradan qaldırdılar. İqtisadiyyatın 
sürətli inkişafı başladı. 
80-ci illərdə Latın Amerikasının bir çox avtoritar rejimli 
ölkələrində demokratik quruluşun bərpası uğrunda mübarizə 
başlandı. Buna səbəb onların bir çoxunda nisbətən aparıcı gücə 
malik olan dövlət iqtisadi sektorunun özünü doğrultmaması 
oldu. Dövlət müəssisələri zərərlə işləyir, istehsal etdikləri isə 
dünya bazarında rəqabətə davam gətirə bilmirdi. Buna görə də 
80-ci illərin əvvəllərində bu ölkələrin bir çoxunda bazar 
iqtisadiyyatına keçid baş verdi. Milliləşdirmə dayandırıldı. 
XX əsrin 80-90-cı illərində Latın Amerikası dövlətlərində 
siyasi sistemlər əhəmiyyətli dərəcədə dəyişdi. Region 
ölkələrindəki iqtisadi yüksəliş həmin dəyişikliklərin əsası oldu. 
Latın Amerikası dövlətlərinin sosial strukturunda da 
dəyişiklkilər başlandı. Orta təbəqə meydana gəldi və o, siyasi 
mərkəz rolunda çıxış etdi. Totalitarizm və avtoritarizmdən 
demokratiyaya keçid dövrü başa çatdı. Latın Amerikası 
ölkələrinin əksəriyyəti iqtisadiyyatda neoliberallaşma, ictimai 
və siyasi həyatın demokratikləşdirilməsi xəttini götürdülər. 
1980-ci ildə Peru, 1982-ci ildə Boliviya, 1985-ci ildə Braziliya, 
Qvatemala, Uruqvay və Honduras, 1989-cu ildə Paraqvay və 
Salvador, 1990-cı ildə Çilidə liberal-demokratik rejimlər bərpa 
edildi. 
1994-cü ilə qədər Latın Amerikasının tarixində ilk dəfə 
olaraq bütün ölkələrdə, Kubadan başqa, liberal-demokratik 
quruluş bərqərar oldu. 


256
90-cı illərdə Latın Amerikası ölkələrində iqtisadi siyasət 
strategiyasındakı çətinlkilər böyük problemlərlə qarşılaşdı. Bu 
problemlərdən biri borc probdemi idi. 90-cı illərdə Latın 
Amerikası ölkələrinin 430 milyard dollara qədər borcu var idi. 
Müasir mərhələdə Latın Amerikası ölkələri dünya 
iqtisadiyyatına inteqrasiya olmaq, beynəlxalq əmək bölgüsündə 
fəal iştirak etmək xəttini davam etdirirlər. Bu ölkələrdə əsas 
yenilik bazar iqtisadiyyatına söykənmək, dövlət müəssisələrini 
özəlləşdirmək, iqtisadiyyatı cəmiyyətin mənafeyinə doğru 
istiqamətləndirməkdən ibarətdir. 
1975-ci ildə Latın Amerikası ölkələrinin iqtisadi sistemi 
təşkilatı yarandı. 1985-ci ildə isə Latın Amerikası ölkələrinin 
müştərək bazarı yarandı ki, tezliklə o da Latın Amerikasını 
Azad Ticarət Assosiasiyasına çevirdi. 1989-cu ildə ABŞ-ın 
təşəbbüsü ilə yaradılan Şimali Amerika azad ticarət zonasına 
isə Kanada, Meksika ilə birlikdə Çili, Qvatemala, Honduras, 
Salvador, Nikaraqua, Kosta-Rika da daxil idi.
ÇİLİ
Çili İkinci Dünya müharibəsindən sonrakı ilk illərdə. 
İkinci Dünya müharibəsində Çili Antihitler koalisiyasının 
tərəfində çıxış etdi. Müharibə Çilidə iqtisadi yüksəlişə səbəb 
oldu. Ölkədə milli burjuaziyanın mövqeləri möhkəmləndi, 
demokratik hərəkat fəallaşdı. Lakin yenə də ölkədə xarici 
kapitalın, xüsusilə ABŞ kapitalının mövqeyi güclü idi. Kənd 
təsərrüfatında latifundiyalar hakim idi. Bu isə kənd 
təsərrüfatının inkişafını ləngidirdi. 
1946-cı ildə ölkədə keçirilən prezident seçkilərində 
Demokrat Alyansın namizədi Videla qələbə çaldı. Demokrat 
Alyans da kommunist, radikal, sosialist, demokratik 
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin