partiyasının da nüfuzu ölkədə güclənməkdə idi.
Tətillər nəticəsində zəhmətkeşlər bir sıra tələblərinin
yerinə yetirilməsinə nail oldular.
246
50-60-cı illərdə xarici siyasət. 50-60-cı illərdə Kanada
ABŞ-la hərbi, iqtisadi və xarici siyasətdə əməkdaşlığı
genişləndirdi. 1950-ci ildə ABŞ-la Kanada arasında iqtisadi
əməkdaşlıq, 1951-ci ildə mülki müdafiənin koordinasiya
edilməsi, 1951-1954-cü illərdə üçxətli radar qurğularının
tikilməsi haqqında saziş bağlandı. 1950-1959-cu illərdə
Kanadanın hərbi xərcləri 15,3 milyard dollar təşkil edirdi.
1950-1953-cü illərdə ABŞ-ın Kanadada 8 min əsgəri var idi.
Mühafizəkarlar partiyasının hakimiyyəti dövründə ABŞ-la
Kanada arasında Şimali Amerika kontingentinin hava
hücumuna qarşı müdafiədə birləşməsi ilə əlaqədar birgə
komandanlığın təşkili haqqında saziş bağlanıldı. 1963-cü ildə
Kanadada yerləşən raketlərə ABŞ-ın nüvə başlıqları verməsi
haqqında saziş imzalandı. 1956-cı ildə Kanada ilə SSRİ
arasında da ticarət sazişi bağlandı.
Kanada Latın Amerikası ölkələri ilə də əməkdaşlığın
inkişafına xüsusi diqqət yetirirdi.
XX əsrin 70-90-cı illərində Kanadanın daxili və xarici
siyasəti. 70-ci illərdə Kanada yüksək inkişaf etmiş sənaye-
aqrar ölkəyə çevrildi. 70-ci illərin əvvəllərində də
iqtisadiyyatın xüsusi artımı müşahidə edilirdi. Tryudo
höküməti Kanadada «ədalətli cəmiyyət» qurmaq proqramını
elan etdi 1971-ci ildə bu məqsədlə ölkədə yerli istehsalı
artırmaq üçün Kanada korporasiyası təşkil edildi. Həmçinin
işsizliyin qarşısını almaq üçün immiqrasiya haqqında yeni
qanun qəbul edildi. Həmin qanuna əsasən Kanadaya xaricilərin
gəlməsi məhdudlaşdırıldı. 1973-cü ildə Tryudo hökuməti
iqtisadi və sosial sahədə tədbirlər proqramı elan etdi. 1974-cü
ildə verilən qanuna görə iri firmaların direktorları ancaq
kanadalılar olmalı idi. Qiymətlər və gəlirlər üzərində dövlət
nəzarəti qoyuldu. Tryudo hökuməti Kanadanın özü özünü neft
məhsulları ilə təmin etməsi haqqında qanunun qəbul
edilməsinə də nail oldu.
247
1974-1975-ci illərin dünya energetika böhranı Kanadaya
da öz təsirini göstərdi. 1975-ci ildə sənaye məhsulu istehsalı
5% azaldı. Ölkədə 697 min işsiz var idi. 70-ci illərin ikinci
yarısında ölkədə iqtisadi durğunluq başlandı. Tryudo hökuməti
iqtisadi siyasətində birinci yerə ölkənin neftlə öz-özünü təmin
etməsini qoydu. Bu məqsədlə 1976-cı ildə neft məhsulları
göndərilməsinin yenidən bölgüsü haqqında məsələ ön sıraya
keçdi. «Petrol Kanada» neft firması fəallaşdı. 70-ci illərdə
Kanada inkişaf etmiş kapitalist ölkələri sırasına daxil oldu.
1975-ci ildə “Yeddilər qrupu”nun üzvü oldu.
1970-ci ildə Kvebekdə milli münasibətlər son dərəcə
kəskinləşdi. Kvebek Azadlıq cəbhəsi bu dövrdə Kvebeki
Kanadadan ayırmağa cəhd göstərdi. Tryudo hökuməti bu
məsələdə qətiyyətli mövqe tutdu. Kvebekə hökumət qoşunları
yeridildi. Ayrılmaq cəhdlərinin qarşısı alındı. 1974-cü ildə
qəbul edilən yeni qanuna əsasən fransız dili Kvebek əhalisinin
rəsmi dili oldu.
1979-cu ildə Tryudo hökuməti Kanada ərazisindən
«Bomar» raket hərbi bazasını çıxarmasını ABŞ-dan tələb etdi.
Bu məsələ hakim dairələr arasında kəskin fikir ixtilafına səbəb
oldu. 1979-cu ildə keçirilən parlament seçkilərində
mühafizəkarlar qələbə çaldılar və Klarkın baçılığı altında yeni
hökümət təşkil edildi. Bu hökümət ABŞ-ın dedikləri ilə
razılaşdı. Öz ərazisində əlavə nüvə başlıqlarını yerləşdirdi.
Radar qurğuları yenə də qaldı. Kanadada ABŞ nümunələri
əsasında silah istehsalı artdı. Bütün bunlar Klark hökümətinin
nüfuzunu zəiflətdi.
1980-ci ildə Kanadada növbədənkənar parlament
seçkiləri keçirildi və liberallar qələbə çaldılar. Yenidən Tryudo
hökumətin başçısı oldu. Bu hökumət “1981-ci il konstitusiyası
aktı” adlı yeni konstitusiya qanununun 1982-ci ilin aprelin 17-
də qüvvəyə minməsinə nail oldu. Həmin qanuna görə 1867-ci il
konstitusiya aktı təxirə salınır və Kanada suveren dövlət
olurdu. O, daxili və xarici siyasətdə müstəqil idi. Lakin buna
248
baxmayaraq Kanada Böyük Britaniya Millətlər birliyində
qalmağı qərara aldı. Onun dövlət başçısı yenə də İngiltərə
kraliçası idi. Ölkəni baş nazir idarə edirdi. Əyalətlərə general
və general-leytenant qubernatorları İngiltərə kraliçası təyin
edirdi.
Ağır iqtisadi çətinlik liberallardan narazılığı gücləndirdi.
1984-cü ilin sentyabrında ölkədə keçirilən yeni parlament
seçkilərində mühafizəkarlar qələbə çaldılar. Malruninin
başçılığı altında yeni hökumət təşkil edildi. Bu hökumət
iqtisadiyyatın yüksəlişini təmin etmək üçün «açıq qapı»
siyasəti yeritdi. Yenidən xarici inhisarlar üçün Kanada açıq
elan olundu. 1989-cu ildə Kanada ilə ABŞ arasında azad ticarət
haqqında saziş bağlandı. 1992-ci ildə ABŞ, Kanada və Meksika
arasında sərbəst ticarət zonasının yaradılması haqqında saziş
imzalandı. Vahid Şimali Amerika iqtisadi ərazisi formalaşmağa
başladı.
1993-cü ildə keçirilən parlament seçkilərində liberallar
yenidən qələbə qazandılar. Y.Kretyenin başçılığı altında yeni
hökümət yarandı. 1994-1996-cı illərdə əsas diqqət büdcə
kəsirinin ləğv edilməsinə yönəldildi. İqtisadiyyatın inkişafı və
sosial sahəyə çəkilən xərclər ixtisar edildi. Bir sıra iri dövlət
müəssisələri xüsusi şəxslərə satıldı. Müavinət və təqaüdlərin
həcmi 3,5 mlrd. dollar azaldıldı. Əyalətlərdə səhiyyə və təhsilə
ayrılan xərclər də ixtisar edildi. 1995-ci ildə büdcədənkənar
ehtiyat fondu yaradıldı. Nəticədə 1997-ci ilin sentyabrında
federal büdcə kəsirini ləğv etmək mümkün oldu. Kanada 1998-
ci ildə «Yeddilər qrupu»nda federal büdcə kəsiri olmayan
yeganə ölkə idi.
Kretyenin sosial-iqtisadi proqramı iki məsələni əhatə
edirdi. Bunlardan biri «Bərabər imkanlar strategiyası» idi ki,
burada əsas diqqət ali təhsilin, elmi tədqiqatların inkişafına
yönəldilirdi. Əhalinin aztəminatlı təbəqəsinin təhsil alması
vacib hesab edilirdi. İkincisi «Cəmiyyətin təhlükəsizliyini
249
təmin etmək» adlanırdı. Burada əsas vəzifə əyalətlərdə sosial
proqramların həyata keçirilməsi idi.
Hökumət elan etdi ki, onun məqsədi aztəminatlı ailələrin
uşaqlarla birlikdə müdafiəsinin ümummilli sistemini təşkil
etmək, valideynlərə vergi və digər məsələlərdə güzəştlərə
getməkdir. Həmçinin aborigen əhali (hindular və eskimoslar)
üçün sosial proqram tərtib olundu və buna xüsusi vəsait ayrıldı.
Planauyğun şəkildə vergilər aşağı salındı.
90-cı illərin əvvəllərində Kanadada işsizlik yenə də
qalırdı. Lakin 1997-ci ildə bu vəziyyət əsaslı şəkildə dəyişdi.
Buna səbəb əmək məhsuldarlığının artması və yeni
texnologiyanın tətbiqi idi. Kretyen hökuməti dövründə
iqtisadiyyatın əsas strukturlarında yenidənqurma başa çatdı.
Avtomobilqayırma, kimya sənayesi, tikinti materialları
istehsalında yüksəliş baş verdi. Xidmət sahəsi genişləndi.
Kanadada istehsal edilən məhsulun 40%-i ixraca gedirdi ki,
onda da ABŞ-ın payı 80% təşkil edirdi.
90-cı illərdə Kvebekdə hadisələr yenidən kəskinləşdi.
1995-ci ildə Kvebekin müstəqilliyi haqqında ölkədə
referendum keçirildi. Həmin referendumda federasiya tərəfdarı
olan qüvvələr qalib gəldi. Kvebek yenə də Kanadanın
tərkibində qaldı.
90-cı illərdə də Kanada öz xarici siyasətində ABŞ-ı
dəstəkləməkdə davam edirdi. ABŞ-Kanada ticarət dövriyyəsi
gündə 1 milyard dollar təşkil edirdi. ABŞ-la əməkdaşlıq
Kanadanın çiçəklənmə mənbələrindən biri oldu. «Yeddilər
qrupu» ndan ancaq Kanada istifadə etdiyi texnologiyanın 40%-
ini idxal edirdi. 1997-ci ildə Kanada iqtisadiyyatının rəqabət
qabiliyyəti dünyada dördüncü yeri tuturdu. Liberalların
hakimiyyəti dövründə Kanadanın hərbi büdcəsi NATO ölkələri
içərisində həcminə görə sonuncu yeri tuturdu.
2000-ci ildə keçirilən növbədənkənar parlament seçkiləri
də liberallara uğur gətirdi. Yenə də Kretyen hökuməti ölkəyə
rəhbərlik etməyə başladı. Bu hökumət ABŞ-ın Əfqanistana,
250
İraqaolan təcavüzünü bəyəndi. Azərbaycan və Ermənistan
arasında olan münaqişədə Ermənistanı dəstəklədi və müdafiə
etdi. 2004-ci il aprelin 22-də Kanada parlamenti qondarma “er-
məni soyqırımını” tanıdı.
Hazırda Kanadanın 31,5 milyon əhalisi var. Kanada qəzet
kağızı istehsalına və gömrüksüz ticarətə görə dünyada birinci
yeri tutur. Dünya meşə ehtiyatının 10%-i Kanadada yerləşir.
Kosmetika və diş müalicəsindən başqa ölkədə bütün tibbi
xidmət növləri pulsuzdur. Kanadanın müstəqilliyi günü 1
iyundur.
251
IX. LATIN AMERİKASI ÖLKƏLƏRİ
Latın Amerikası ölkələri hələ XIX əsrin 20-ci illərində
müstəqillik qazansa da, lakin kapitalist təsərrüfatının
inkişafında gecikdiklərinə görə qabaqcıl ölkələrin xammal
əlavəsinə çevrildilər və əyalət kapitalizmi vəziyyətinə düşdülər.
İkinci Dünya müharibəsindən sonra Latın Amerikası
dövlətləri güclü iqtisadi və siyasi vulkanlar zəncirinə çevrildi.
Müharibə nəticəsində Latın Amerikası ölkələrində baş verən
mühüm dəyişikliklərdən biri kapitalizm və milli sənayenin
inkişafının sürətlənməsi idi. Bu ölkələrdə fəhlələrin sayı 14-15
milyona çatdı. Müharibədən sonra bu ölkələrdə demoqrafiq
Dostları ilə paylaş: |