Ixtisas: Turizm mehmanxana təsərrufatinin təşkili və idarə edilməsi



Yüklə 14,53 Kb.
tarix29.12.2021
ölçüsü14,53 Kb.
#48449
sahibkarlığın esaslari.8^


Şəki Dövlət Regional Kolleci IV korpus

Ixtisas:Turizm mehmanxana təsərrufatinin təşkili və idarə edilməsi.

Fənn:Sahibkarlığın əsasları

Kurs:III


Qrup:714

Tələbə:Albabayeva Günay

Sərbəst iş:N-8

Mövzu:Konsultativ sahibkarlıq

Bazar iqtisadiyyatı ölkələrində konsultativ

xidmətlər formasında intellektual kapitalın cəlb edilməsi yeni avadanlıq və

intensiv texnologiyanın cəlb edilməsindən daha səmərəli hesab edilir. Lakin

müasir şəraitdə ölkədə konsultanta bu cür müsbət münasibət müşahidə

edilmir. Bu sahədə paradoksal mənzərə müşahidə edilir. Belə ki,

müəssisələrin əksəriyyəti təşkilati idarəetmə xarakterli səbəbdən ağır iqtisadi

vəziyyətdə olduğundan bazar münasibətləri şəraitinə uyğunlaşa bilmir və ona

görə də bu sahədə mövcud intellektual potensialdan istifadə edə bilmirlər.

Rəhbərlik də öz növbəsində kon- sultantın köməyinə müraciət edir, onların

maliyyə-təsərrüfat təhlilinin sağlamlaşdırma proqramının, investisiyalann

hazırlanması, aktiv marketinq və maliyyə siyasətinin iqtisadi səmərəsini hiss

edirlər.


Konsultativ xidmətlər birdəfəlik şifahi məsləhətlər formasında həyata

keçirilir. Lakin onlar konsultativ layihələr formasında da verilə bilər.

Konsultativ layihələr aşağıdakı mərhələlər əsasında həyata keçirilir.

- problemin araşdırılması və ya diaqnostika;

- qərar layihəsinin hazırlanması;

- qərar layihəsinin həyata keçirilməsi.

Axırıncı mərhələ layihənin həcmindən asılı olaraq bir neçə gündən bir

neçə ayadək həyata keçirilir. Müştərilərlə əlaqələr çoxillik xarakterli də ola

bilər.

Konsultativ xidmətin metodları. İqtisadi praktikada konsultativ



xidmətlərin müxtəlif metodları mövcuddur. Lakin konsultativ xidmətin ən

çox üç növü tətbiq edilir. Bunlara da ekspert, proses və təlimatlar aiddir.

Ekspert konsultativ xidmətlər - konsaltinqin ən passiv formasıdır. Bu

zaman konsultant (məsləhətçi) diaqnostika, qərar layihəsinin hazırlanması və

onun tətbiqinə dair məsləhətlərin verilməsini müstəqil şəkildə həyata keçirir.

Bu şəraitdə müştəri konsultantı yalnız zəruri informasiyalarla təmin edir.

Prosessual konsultativ xidmətlər zamanı konsaltinq firmasının

mütəxəssisi layihələrinin hazırlanmasının bütün mərhələlərində müştərilərlə

fəal qarşılıqlı əlaqədə olur, öz ideya və təkliflərinə qarşı tərəflərin

münasibətini öyrənir. Konsultant müştəri ilə birgə problemin mövcud

vəziyyətini araşdırır, təhlil edir və son nəticədə təkliflər hazırlayır.

Təlim xarakterli konsultativ xidmətlər zamanı mütəxəssislərin

başlıca vəzifəsi qərarların hazırlanması və ideyaların yaradılması üçün

münbit şərait yetişdirməkdən ibarətdir. Bu məqsədlə mütəxəssislər

müştərilərə mühazirələr oxuyur, seminarlar aparır, müştərilər üçün tədris

vəsaiti hazırlayır, onlar üçün zəruri olan nəzəri və praktiki informasiyaları

təmin edir.Sənaye üzrə inkişaf etmiş ölkələrdə konsultativ xidmətlər uzun illərdir ki, bazar iqtisadiyyatı infrastrukturunun ən mühüm elementi hesab edilir.

Konsaltinq statistikada müstəqil sahə kimi araşdınlır. ABŞ-da bu sahədə 700

min nəfərdən çox adam məşğul olur, xidmətlərin illik həcmi isə 50 mlrd,

dollar təşkil edir. İstər iqtisadi cəhətdən inkişaf etmiş və istərsə də inkişaf



etməkdə olan ölkələrdə iqtisadi və idarəetmə qərarlarının heç biri

konsultantlann xidmətləri olmadan qəbul edilmir.
Yüklə 14,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin