Microsoft Word 12 quliyev isa doc



Yüklə 308,47 Kb.
Pdf görüntüsü
səhifə1/5
tarix02.01.2022
ölçüsü308,47 Kb.
#2426
  1   2   3   4   5


Йени дювр 

Тарих вя онун проблемляри, №3 2010 

 

62 

İSA QULİYEV  

Bakı Dövlət Universiteti, Azərbaycan tarixinin 

mənbəşünaslığı, tarixşünaslığı və  

metodika kafedrasının müəllimi 

E-mail: Eyvazova 158@mail.com 

 

QAFQAZ MÜSƏLMANLARININ I QURULTAYI VƏ “HÜMMƏT” PARTİYASI 

 

Açar sözlər: “Hümmət”, N.Nərimanov, Qafqaz, müsəlman, qurultay 

 

Ключевые слова: «Гуммет», Н.Нариманов, Кавказ, мусульманин, съезд 

 

Key words: Hummet”, N.Narimanov, Caucasus, Muslim, congress 

 

Fevral inqilabının qələbəsindən sonra Azərbaycandakı siyasi şərait, eləcə  də partiya və 



təşkilatların açıq fəaliyyətə başlaması, yenilərinin formalaşması prosesi, milli həyatın dirçəlişi və milli 

hərəkatın genişlənməsi ilə  səciyyələnir. Fevral burjua inqilabından sonra Azərbaycanda aşağıdakı 

partiyalar fəaliyyət göstərirdi: “Musavat”, “Türk ədəmi-mərkəziyyət” partiyası, “Müstəqil demokratik 

qrup”, “Hümmət, “Ədalət”, “İttihad” (7, s.132). 

Azərbaycandakı partiya və  təşkilatların heç biri milli-demokratik hərəkata təkbaşına rəhbərlik 

edə bilmirdi. Belə olduqda milli problemlərin həllinin təxirə salınmazlığını  dərk edən qüvvələrin 

müxtəlif ictimai-siyasi komitə və cəmiyyətləri yaranmağa başladı. Onların içərisində ən nüfuzlusu və 

qüvvətlisi 1917-ci ilin mart ayının sonlarında yaradılan “Müsəlman ictimai təşkilatlarının Müvəqqəti 

Komitəsi” oldu. Müvəqqəti komitəyə hüquqşünas M.H.Hacınski sədr seçildi (1, s.34). İcraiyyə 

Komitəsinə daxil olanlar arasında “Hümmət” partiyasını  təmsil edən N.Nərimanov da var idi. Eyni 

zamanda komitəyə  fəhlələri təmsil edən 12 nümayəndə  də seçildi ki, bu da S.M.Əfəndiyevin ciddi 

narazılığına səbəb oldu (10, s.313): “Milli Şura yığıldı  və komitə seçildi. Amma fəhlə  və  kəndçi 

mələk olmuşlar – bunları  nə görən var, nə  eşidən, təkcə adları  çəkilir. Hər iki mühərirdən bir vəkil 

gəldikdə otuz minəcən fəhlədən təkcə on iki vəkil çağırılmış idi. Həmçinin kəndçiləin vəkilləri də kafi 

qədər deyildi” (5, s.173). 

1917-ci il aprelin 6-da milli qüvvələrin həmrəyliyi ruhunda müsəlman ictimai təşkilatlarının 

Şurasının iclası keçirildi. İclasın sədri M.Əzizbəyov seçildi. Şura müvəqqəti Komitə adından 

“Müsəlmanlara” müraciət qəbul etdi və orada komitənin yaradılmasının məqsədi izah edilirdi (10, 

s.314). Müraciətdə deyilirdi: “Komitə ümummüsəlman qurultayı çağırmaqdan, milli-siyasi proqramı 

irəli sürməkdən imtina edir, lakin məhz indi millətlərin mənafeyini ən yaxşı təmin edə biləcək dövlət 

idarəçiliyi haqqında fikrini bildirməyi zəruri sayır... Belə bir idarə forması, söz yox ki, yalnız 

demokratik respublikadır” (3, s. 298). 

Müsəlman ictimai təşkilatlarının Müvəqqəti Komitəsinin, ümumiyyətlə isə bütün siyasi 

qüvvələrini fəal iştirakı ilə aprelin 15-dən 20-dək Bakıda Qafqaz müsəlmanlarının I qurultayı keçirildi 

(9, s.6-7). Qurultayda Şimali Qafqaz, Gürcüstan və Azərbaycanda yaşayan türk və müsəlmanların 

nümayəndələri iştirak edirdi. Bu qurultay Qafqaz müsəlmanlarının siyasi hərəkət xətlərini, inqilabdan 

nə gözlədiklərini təyin və tənzim edəcəkdi (8, s.55). Qurultayda müxtəlif ictimai təşkilatlardan 300-

dən artıq nümayəndə  iştirak edirdi. Qurultayın katibliyinə  Əlimərdan bəy Topçubaşov,  İbrahim bəy 

Heydərov, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, İslam bəy Qəbulov, M.Axundov, Mustafa 

Mahmudov, Həsən bəy Ağayev və Mir Yaqub Mehdiyev seçildilər. Bunlarla yanaşı “Hümmət” 

partiyasının nümayəndəsi Nəriman Nərimanov da qurultayın katibliyinə seçilmişdi (2, s. 113). 

Qurultaydakı məruzələri sistemləşdirmək, həmçinin siyasi, təşkilati, dini, məktəb işləri üzrə və 

milli fond yaradılması  məqsədilə beş komissiya təşkil olundu. Qurultayda müzakirə olunan əsas 

məsələlərdən biri Rusiyanın gələcək siyasi quruluşu və əsarətdə olan xalqların hüquqlarına aid idi (2, 

s. 113).  




Yüklə 308,47 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin