Йени дювр
Тарих вя онун проблемляри, №3 2010
64
Çıxış edənlər arasında qurultayda “Hümmət” partiyasını təmsil edən N.Nərimanov da var idi. O
kürsüyə yaxınlaşaraq bildirir ki, “bizim müsəlman din xadimlərimiz günün tələblərinə tam şəkildə
cavab vermirlər. Onların çoxu cəhalətə qapanmış və savadsızdırlar, ona görə də bir sıra məsələlərin
həllində onlara arxayın olmaq mümkün deyildir” (12, s. 319).
Qurultayın sonuncu günü Qafqazda müsəlman milli komitələrinin təşkili və iki mərkəzin – biri
Şimali Qafqaz üçün Vladiqafqazda və digəri Cənubi Qafqaz üçün Bakıda yerləşən iki mərkəzi büro
açılması haqqında qərar qəbul edildi.
Müsəlmanların Ümumqafqaz qurultayı Rusiya müsəlmanlarının siyasi həyatında mühüm rol
oynadı, siyasi hadisələrin həmin mərhələsində onların mənafelərini ifadə edərək, Rusiya müsəlmanları
milli hərəkatının gücləndirilməsi yollarını, demokratik respublika prinsiplərinə söykənən dövlət
quruluşu seçimini müəyyənləşdirdi (3, s. 301).
Beş gün davam edən Qafqaz müsəlmanlarının I qurultayında bir sıra məsələlər müzakirə edildi.
“Hümmət” partiyasının üzvləri müzakirə edilən məsələlər atrafında çıxışlar edərək özlərinin təklif və
iradlarını bildirdilər. Məsələlərin bəziləri qurultayda iştirak edən bütün siyasi qüvvələr tərəfindən
yekdilliklə qəbul edildi, bəziləri isə fikir ayrılığına gətirib çıxartdı. Bununla belə bu qurultayda bütün
milli siyasi qüvvələrin bir araya gəlməsi əlamətdar hadisə idi.
Dostları ilə paylaş: |