ayaq üstəydi. -Bilmirəm, varjaped. -Çünki erməninin özünün iti yoxdu, olmayıb heç, heç eşitmisənmi deyələr, erməni iti?!” Bu nüans – müqayisə mexanizmi romanın bütün konsep-
siyasına yeridilir. Amma müəllif yalnız buna çalışmır ki, əsərdə
yalnız türkü əzəmətli, qüdrətli, düşməni isə heç nəyi olmayan
tərəf kimi təqdim etsin. Belə olsa idi, romanın Z.Balayanın
1984-cü ildə nəşr olunmuş, türkləri barbar, köçəri, heç bir şeyə
qadır olmayan xalq kimi təhqir edən “Ocaq” kitabından fərqi
olmazdı. M.Süleymanlı türkün tarixini vəsf edərkən şanlı
keçmişindən gəlir, etnoqrafiyasından, təbiətindən, inancı, tür-
kəçarəsindən bol-bol faydalanır və bu cizgilər əsərə təravətli
bir baxış əlavə edir. Müəllif türk tarixinə, keçmişinə, təbiətinə
bələdçi kimi oxucunu onun seyrinə çıxarır və bu qüdrətin tə-
rənnümü üzərində qurulan fabula idraki, mənəvi, sosial-siyasi
mənada genişlənir. Həm də düşündürür. Niyə bu qədər şanlı və
qüdrətli dəyərlərimizlə bu gün uduzan və məğlub tərəfik?
Əsərdə bunun birbaşa cavabı var: tarixi təkcə yaratmaq yox,
onu həm də təbliğ eləmək, öyrətmək lazım idi. Bu sırada müəl-
lif erməni xislətini qatı boyalarla açmağa nail olursa da, həm-
çinin analitik məqamlara diqqət yönəltməyə də yer qoyur.
Əsərdə bu iki xətt bir-biri ilə bağlanıb, biri digərinin ümumi
fonunun təsvirinə, xarakterlərin çözümünə şərait yaradırlar.