Mikrobiologiya ixtisası üzrə nümunəvi test sualları
Bölmə 1. Bakterioloji xidməıtin təşkili və quruluşu
1) Azərbaycan Respublikasında bakterioloji xidmətin əsasları nədən ibarətdir?
A) Əhalinin sağlamlığının qorunması tədbirləri sistemindən
B) Xəstələrin profilaktikası üzrə tədbirlər sistemindən
C) İctimai sağlamlıq və səhiyyə haqda elmdən
D) Profilaktik təbabətin sosial problemləri haqda elmdən
E) Təbabətin sosial problemləri haqda elmdən
Ədəbiyyat: В.Д. Тимаков «Микробиология», 1983г.
2) Müasir dövrdə səhiyyənin inkişafının optimal yolu hansıdır?
A) Müalicə müəssisələrinin aksiyalaşdırması
B) Sığortalı təbabət
C) Dövlət büdcəli təbabət
D) Özəl tibbi praktika
E) Büdcəli-sığortalı təbabət
Ədəbiyyat: В.Д. Тимаков «Микробиология», 1983г.
3) Həkim vəzifəsi haqqında olan elm – deontologiyanın mahiyyəti nədən ibarətdir?
A) Bütün qeyd olunanlardan
B) Müalicə müəssisələrinin aksiyalaşdırmasından
C) Ən yaxşı müalicəni təşkil etmək və xəstənin sağlamlığı üçün faydalı şərait yaratmaqdan
D) Administrativ, cinayət, intizamlı məsuliyyətdən
E) Cəmiyyət tərəfində mənəvi məsuliyyətdən
Ədəbiyyat: В.Д. Тимаков «Микробиология», 1983г.
Dostları ilə paylaş: |