12.
Elastiklik anlayışı.Tələbin qiymətə görə elastikliyi
Sərbəst dəyişəndən asılı olaraq dəyişən funksiyadan söhbət gedən zaman dəyişilmənin tempinin
qiymətləndirilmə mühüt əhəmiyyət kəsb edir. Qiyməti aşağı salmaqla istehsalçılar haqlı olaraq tələbin
artmasını gözləyirlər. Onlar qiyməti 10% aşağı salırsa tələbin kəmiyyəti nəqəbər dəyişəçək? Çox , az və ya
eyni nisbətdə? Bu xalis iqtisadi iqtisadi problemdir, çünki bu qərarın qəbul edilməsinə bilavasitə təsir göstərir.
Buna arqumentin dəyişməsinə funksiyanın həsaslığını göstərən elastiklik (E) javab verə bilər. Elastiklik
həmişə nisbi kəmiyyətlərlə, funksiyanın faizlə göstərilən dəyişməsinin, sərbəst dəyişmənin faizlə göstərilən
dəyişməsinə nisbəti kimi müəyyənləşdirilir.
Dostları ilə paylaş: |