Mir Möhsün NƏvvab



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə1/71
tarix10.04.2022
ölçüsü1,09 Mb.
#55075
  1   2   3   4   5   6   7   8   9   ...   71
kitab20111201122645312



 

Mir Möhsün NƏVVAB 



 

 

 

 

 

 

 

 

 

 

 

 

1905-1906-cı İLLƏRDƏ 

ERMƏNİ - MÜSƏLMAN 

D A V A S I 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı — 1993 

 

 




 

H 18 (93) 



 

  

 



Redaktoru VASİF QULİYEV 

 

 

 

Tərtib edənləri, əski əlifbadan çevirən və işləyənləri 

filologiya elmləri namizədi Kamandar Şərifli və Arif Ramazanzadədir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



H 18 (93) 

 

Mir Möhsün Nəvvab. «1905—1906-cı illərdə erməni-müsəlman davası». 

— Bakı, «Azərbaycan». nəşriyyatı, 1993. — 128 s. 

 

 



 

H 4804000000 — 018 (93) H 18 (93) Azərb. 

 M 670 (07) — 93  

 

 



 

 

© «Azərbaycan» nəşriyyatı,  



«Şuşa» şirkəti. 1993  

 

 




 

QANLI-QADALI İLLƏRİN DƏYƏRLİ ABİDƏSİ 



 

Artıq altıncı ildir ki, ortaya atılmış süni Dağlıq Qarabağ probleminin tarixi 

köklərinin  öyrənilməsi,  onu  ortaya  atmış  erməni  millətçiləri  və  onların 

havadarlarının  niyyətlərini  ifşa  etmək  baxımından  Mir  Möhsün  Hacı  Mirəhməd 

oğlu  Nəvvabın  (1833-1918)  indiyədək  elm  aləminə  məlum  olmayan  «Təvarixi-

rəzm  və  şurişi  tayifeyi-əraməniyeyi  —  Qafqaz  ba  firqeyi  müsəlmanan»  («Qafqaz 

erməni  tayfası  ilə  müsəlmanların  vuruş  və  iğtişaş  tarixləri»)  əsəri  son  dərəcə 

əhəmiyyətlidir.  M.  M.  Nəvvab  yaşadığı  dövrdə  baş  verən  hadisələrdən  kənarda 

qalmamış, tariximizin ən faciəli, qanlı səhifələrindən birini təşkil edən 1905-1906-

cı  illərdə  rus  imperiyasının  fitnə-fəsadı  və  onun  qəsbkar  ordusunun  köməyi  ilə 

erməni  millətçilərinin  xalqımızın  üzərinə  qaldırılması  nəticəsində  baş  vermiş 

qırğınları qələmə almışdır. 

Əsərdə  1903-1904-cü  illərdə  Şuşada  və  Qarabağın  başqa  kəndlərində 

erməni  millətçilərinin  Azərbaycan türklərinə qarşı törətdikləri  cinayətlər haqqında 

ayrı-ayrı epizodlarda geniş məlumat verilir. Müəllifin yazdıqlarından aydın olur ki, 

o vaxt da mərkəzdən bu iki millətə münasibət fərqli olmuşdur. M. M. Nəvvab qeyd 

edir ki, çarın əmrilə silah gəzdirmək Azərbaycan türklərinə qəti qadağan edilmişdi. 

Bundan  istifadə  edən  silahlı  erməni  dəstələri  silahsız  azərbaycanlıları  asanlıqla 

tutmağa və min cür əzabla öldürməyə müyəssər olurdular. Onlar fürsət düşən kimi 

istər  azərbaycanlı,  istərsə  də  Osmanlı  türklərinə  hər  cür  maddi,  mənəvi  və  fiziki 

zərbələr  endirməyə  çalışmışlar.  Əsərdə  deyildiyi  kimi,  hətta  1877-ci  il  Rusiya—

Türkiyə  müharibəsi  zamanı  rus  ordusunun  tərkibində  Qars  şəhərinə  daxil  olan 

ermənilər  orda  əllərinə  keçən  əlyazma  kitablarını  və  Qur'ani-Şərifi  amansızcasına 

yandırmışlar. 

M. M. Nəvvab yazır ki, erməni millətçiləri əvvəl Osmanlı dövlətində, sonra 

isə Rusiya şəhərlərində xüsusi qımdatxanalar (müasir saqqallı erməni quldurlarının 

əcdadlarını  türklərə  qarşı  birləşdirmiş  mərkəzlər)  yaratmışdılar.  Ora  ziyalılar, 

cavanlar,  sənətkarlar  və  erməni  icmasının  başqa  nümayəndələri  cəlb  olunurmuş. 

Osmanlı və Azərbaycan türklərinə qarşı təbliğatda, təxribatda, sui-qəsddə, eləcə də, 

silahlı  toqquşmalarda  istifadə  etmək  üçün  lazımi  hərbi  sursatın,  çar  məmur  və 

zabitlərinin  rüşvətlə  ələ  keçirilməsi  məqsədilə  varlı  erməni  təbəqələrindən  pul 

toplamaq qımdatların əsas vəzifələrindən biri idi. 

İstər  qımdatlara,  istərsə  də  başqa  erməni  millətçi  dəstələrinə  xeyir-dua 

verən,  onların  xalqımıza  qarşı  törətdikləri  qanlı  cinayətlərin,  qırğınların  əsas 

təşkilatçısı yerlərdə fəaliyyət göstərən kilsələr və kilsə xadimləri olmuşlar. Onlara 

isə ümumi rəhbərliyi Eçmiədzin (Üç müəzzin) etmişdir. 

 

Kilsənin  toxunulmaz  Tanrı  məbədi  olduğunu  nəzərə  alaraq  keşişlər  onu 



1905-1906-cı  illərdə  xalqımıza  qarşı  erməni  quldur  dəstələrini  silahlandıran  hərbi 

sursat  cəbbəxanasına  çevirmişdilər.  1906-cı  ildə  Şuşada  ardı-arası  kəsilməyən  bu 

qırğınlardan cana doymuş bir neçə erməni Şuşa kilsələrinin yeraltı qatlarında məxfi 



 

hərbi sursat anbarları olması haqqında gizlicə şəhər üsul-idarəsinin başçısı olan rus 



generalına  xəbər  verərək  həmin  anbarların  ləğv  edilməsini  tələb  edirlər.  Yoxlanış 

zamanı  iki  kilsənin  yeraltı  qatından  çoxlu  miqdarda  tüfəng,  güllə,  top,  bomba, 

dinamit,  evlərin  yandırılmasında  istifadə  etmək  üçün  müxtəlif  maddələrlə 

doldurulmuş  silah  anbarları  aşkar  edilmişdi.  Kilsənin  əsas  fəaliyyəti  ilə  daban-

dabana  zidd  olan  bu  əməllərinə  görə  Ter-Ovanesyan,  Ter-Arsen  Vartapetov,  Ter-

Karapet  Vartapetov,  Mirzəbekov,  Asatur  Vartapetov  kimi  keşişlər  sadəcə  olaraq 

Şuşadan uzaqlaşdırılmışdılar. 

Bəzilərinə  təəccüblü  görünər  ki,  insanlığı  mənəvi  paklığa  çağıran,  onlara 

pislikdən,  ədavətdən,  zalımlıqdan  əl  çəkməyi  tövsiyyə  edən,  adamları  ədalətə, 

xeyirxahlığa, haqq yoluna dəvət edən Tanrı məbədinə ölüm, qan qoxusu verən və 

kilsə  qanunlarına  tamamilə  daban-dabana  zidd  olan  silahların  orda  toplaşması, 

saxlanması  və  quldur  dəstələrini  silahlandırıb,  başqa  bir  xalqa  və  onun  torpağına 

qarşı təcavüzə yönəltmək mümkün olan şeydirmi?! 

Əgər biz XX yüzilliyin lap əvəllərindən başlayaraq bu günümüzədək erməni 

millətçiləri  tərəfindən  xalqımıza  qarşı  törədilən  aşkar  və  gizli  qırğınlara, 

torpağımıza  şərik  və  sahib  olmaq  məqsədilə  aparılan  təbliğatlara  və  silahlı 

vuruşmalara  dair  Çar  Rusiyasında  və  keçmiş  SSRİ-də,  eləcə  də  xarici  ölkələrdə 

yazılmış onlarla məxəzi izləmiş olsaq, görərik ki, elə bu iki millət arasında ədavəti 

qızışdıran  və  təşkil  edən  başlıca  qüvvə  kilsə  və  onun  ətrafına  toplanmış  erməni 

«ziyalıları» olmuşlar. 

İki  millət  arasında  davam  edən  iğtişaş  və  qırğınlar  zamanı  kilsənin 

fəaliyyətini  dərindən  öyrənmiş  rus  diplomatı,  general  Mayevski  öz  qeydlərində 

yazır: «Erməni din xadimləri haqqında bir neçə söz demək istəyirəm. Onların dini 

fəaliyyəti  olduqca  cüzidir.  Erməni  din  xadimlərinin  fəaliyyəti  «Allah  kəlamını» 

çatdırmaqdan  çox,  müsəlmanlarla  xristianlar  arasında  nifaqı  qızışdırmaqdan 

ibarətdir».  Vaxtilə  Eçmiədzinə  səfər  etdikdən  və  onun  fəaliyyətilə  yaxından  tanış 

olduqdan  sonra  fransız  alimi  Baron  de-Bay  belə  yazmışdı:  «Bu  kilsə  bir  müddət 

saxta  pul  düzəldənlərin  yuvası  olmuşdur...  Mənim  bütün  minnətdarlıqlarıma 

baxmayaraq,  mən  səmimi  olmalıyam.  Bu  monastır  məndə  dini  mərkəzdən  çox 

siyasi mərkəz təəssüratı yaratdı». 

 Erməni  kilsəsinin  belə  qeyri-insani  fəaliyyətini  işıqlandıran  ayrı-ayrı 

məxəzlərdən çoxlu nümunələr gətirmək olar. Son dövrlərdə də istər xaricdə, istərsə 

də daxildə olan erməni mafiyasının ən qüdrətli dayaqlarından biri, terror və təbliğat 

şəbəkələrinin təşkilatçısı, onu maddi cəhətdən təmin edən kilsə olmuşdur. 

Mir Möhsün Nəvvabın haqqında danışdığımız əsəri hal-hazırda istər Dağlıq 

Qarabağda, istərsə də digər bölgələrdə gedən müharibənin səbəblərinin, onun tarixi 

köklərinin  və  erməniləri  dəstəkləyən  qüvvə  və  tərəflərin  öyrənilməsində  və  xarici 

qüvvələrin  bu  bölgədə  apardıqları  siyasətin  aşkarlanmasında  dəyərli  məlumatlar 

verəcək. 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin