Mir Möhsün NƏvvab


LALAYEVİN BAKI ŞƏHƏRİNDƏ TÖRƏTDİYİ ƏHVALAT



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə6/71
tarix10.04.2022
ölçüsü1,09 Mb.
#55075
1   2   3   4   5   6   7   8   9   ...   71
kitab20111201122645312

LALAYEVİN BAKI ŞƏHƏRİNDƏ TÖRƏTDİYİ ƏHVALAT 

 

Bakı şəhərində erməni milliyyətinə  mənsub olan Lalayev  soyadlı bir nəfər 

vardı,  karxana  sahibi  idi.  Bu  erməni  var-dövlətinin  çoxluğundan  özünü  hədsiz 

dərəcədə qudurğan aparırdı. Belə ki, ermənilərin məclisində və ya yığıncaqlarında 

müsəlman  tayfasının  adı  çəkiləndə  o,  ermənilərə  müraciətlə  deyirdi  ki,  «sizə  ar 

olsun, müsəlmanın adı  gələndə titrəyirsiniz, müsəlmanlar kimdir ki, onlardan belə 

qorxursunuz?  Mən  müsəlmanları  bir  milçək  və  qarışqa  hesab  edirəm.  Onlar  od 

olsalar da özlərini yandıra bilməzlər». 

Sabunçulu  Ağa  Rəzi öldürüldükdən sonra Bakıda baş verən iğtişaş zamanı 

hər tərəfi tüfəng və tapança gurultusu və müsəlman igidlərinin nərəsi və «ya Əli» 

sədası bürüyərkən həmin Lalayev qabaqcadan evində topladığı döyüş silahlarını işə 

saldı.  Onun  yaratmış  olduğu  20-30  nəfərdən  ibarət  erməni  quldur  dəstəsini 

silahlandıraraq müsəlmanları qırmaq üçün onlara tərəf yönəltdi. Lalayevin əmri ilə 

evinin  ətrafında  olan  bütün  qapı-darvazalar  bağlandıqdan  sonra  həmin  quldur 

dəstəsinin üzvləri evin pəncərə, qapı və bacaları arxasında mövqe tutaraq, küçədən 

gəlib-keçən  müsəlmanları  atəşə  tutdular.  Bunun  nəticəsində  gəliş-gediş  dayandı. 

Həmin  gün  bizim  qarabağlı  Tağı  bəy  Şirin  bəy  oğlunu  qardaşı  uşaqları  evlərinə 

qonaq  çağırmışdılar.  Tağı  bəy  Şirin  bəy  oğlu  faytonla  həmin  küçədən  keçərkən 

Lalayevin evindən həmin quldurlar tərəfindən atəşə tutularaq öldürülmüş, faytonçu 

isə bir neçə yerindən ağır yaralanmışdı. Bu vaxt Bakı əhalisi arasında böyük şöhrət 

tapmış  Ağakərim  adlı  bir  nəfər  mərd  və  igid  oğlan  öz  silahlı  dəstəsi  ilə  Bakının 

küçələrində  cövlan  edərək  azərbaycanlıların  həyatına  qəsd  edən  erməni 

quldurlarını  cəhənnəmə  vasil  edirdi.  Nəhayət,  onlar  gəlib  Lalayevin  evi  yerləşən 

küçəyə  çatdılar.  Ağakərim  öz  dəstəsini  iki  yerə  bölüb  birinə  divarlar  arxasından 

Lalayevin  evini  gülləyə  tutmasını  əmr  edir,  digər  hissəsinə  isə  külüng-balta  və 

lomla  evin  darvazasını  açmaq  əmrini  verdi.  Üçüncü  dəstə  güllə  yağışının  altında 

divarların  dibi  ilə  Lalayevin  evinin  darvazasına  yaxınlaşıb,  lom  və  külünglə 

darvazanı  dağıtmağa  başladılar.  Onlar  əllərindəki  alətlərlə  darvazanı  parça-parça 

edib  yerə  saldılar.  Ağakərim  və  onun  dəstəsi  qəzəblənmiş  aslan  kimi  «ya  Əli!» 

sədası  altında  hücum  çəkib  içəri  doldular.  Camaat  tüfənglərin  gurultusundan  və 

igidlərin  nərəsindən  dəhşətə  gəldi.  Lalayevin  evində  olan  quldurlar  karıxıb  mat 

qaldılar. Onlar tüfənglərini atıb qaçmaq  istəyərkən  Ağakərimin dəstəsi onları bir-

bir  qətlə  yetirdi  və  evdə  gizlənənləri  də  çıxarıb,  cəzalarına  çatdırdılar.  Bundan 

sonra Ağakərim bir neçə nəfərlə Lalayevin otağına daxil oldu. Ağakərim irəli gəlib 

dedi: 

— Allah saxlasın, keyfin neçədir? O müsəlmanları ki, sən milçək və qarışqa 



hesab edirdin, indi onların hər biri şiri-nərə dönüb qulluğuna gəliblər. 

Lalayev söyüd ağacının yarpağı kimi tir-tir titrəyərək dedi: 




14 

 

—  Qələt  eləmişəm,  məni  bağışlayın.  Bu  gün  bəxşiş  günüdür,  öz 



zəhmətinizin  əvəzində  nə  qədər  pul  lazımdır,  götürün.  Sandıqda  kupon  kağızları 

var. Götürün, aparın, xəzinə və bankdan pul alın. Uşaqların arasında bölün. 

Ağakərim dedi  ki, biz buraya puldan ötrü gəlməmişik. Bu millət davasıdır. 

Milləti  müdafiə  etməkdən  ötrü  biz  can  qoymuşuq  və  bu  məqsədlə  də  buraya 

gəlmişik. Millət yolunda biz pula satılanlardan deyilik. 

Bu  vaxt  Lalayevin  övrəti  gəlib  özünü  ərinin  üstünə  saldı  və  ağlaya-ağlaya 

Ağakərimə minnət elədi ki, siz gəlin bunu öldürməyin. Sizə nə qədər pul lazımdır, 

durum gətirim. Ağakərim övrətə dedi ki, bizə pul lazım deyil. Sənin bu kişin gərək 

öldürülə.  Sənin  kişin  çox  qürrələnib  erməni  məclislərində  deyirmiş  ki, 

müsəlmanlar  mənim  yanımda  bir  milçəkdir.  Yarım  milyon  pul  qoyub,  onların 

hamısını məhv edərəm. 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin