Mir Möhsün NƏvvab


GƏNCƏ ŞƏHƏRİNDƏ MÜSƏLMANLARLA ERMƏNİLƏR ARASINDA



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə35/71
tarix10.04.2022
ölçüsü1,09 Mb.
#55075
1   ...   31   32   33   34   35   36   37   38   ...   71
kitab20111201122645312

GƏNCƏ ŞƏHƏRİNDƏ MÜSƏLMANLARLA ERMƏNİLƏR ARASINDA 

BAŞ VERMİŞ ƏHVALAT 

 

«8 ŞƏVVAL 1323-cü il (MİLADİ 1905-ci il) 

 

Şəvvalın  8-də  xəbər  gəldi  ki,  Gəncə  şəhərində  müsəlmanlarla  ermənilər 

arasında olan toqquşma nəticəsində dava başlamışdır. Teleqrafla xəbər verdilər ki, 

iki  gecədir  ki,  Gəncədə  böyük  od-alov  görünür.  Ancaq  təfsilatı  məlum  deyildir. 

Sonrakı  təhqiqatla  məlum  oldu  ki,  erməni  tayfası  müsəlmanları  arxayın  edərək 

onlara  qarşı  yeni  xəyanət  hazırlamaq  üçün  tədarük  görərək  hər  yana  yazıb  özləri 

üçün köməklər gətirmişlər. 

Müsəlmanlar  isə  hər  şeydən  xəbərsiz  sakit  və  samit  öz  işlərində  və  alış-

verişlərində idilər. 

Ermənilər silah tədarüklərini məramlarınca yığdıqdan sonra hər yana yazıb 

qüvvə tələb etdilər. Bu tələb əsnasında hər yandan silahlı ermənilər gəlirdi. Gəncə 

ermənilərinə  Qarabağdan  da  kömək  gəlmişdi.  Qarabağdan  gələn  dəstənin  başında 

dülgər Barseğin oğlu Sancan dururmuş. Ermənilər müsəlmanlarla davanı başlamaq 

üçün  nahaq  yerə  üç  müsəlmanı  öldürürlər.  Müsəlmanlar  bu  əhvalatı  eşidən  kimi 

bazar-dükanı  bağlayıb  silahlanır  və  «Ya  Allah!»  deyib  ermənilərin  üstünə  hücum 

çəkərək  atışmağa  başlayırlar.  Bu  xəbər  ətrafa  yayılan  kimi  kənar  yerlərdən 

köməklər  gəldi.  Bu  gələn  köməklərin  arasında  Əli  adlı  mütəəssib  və  qeyrətli  bir 

cavan  var  idi.  Qaçaq  olan  bu  oğlan  başına  bir  xeyli  atlı  toplayıb  Gəncəyə 

müsəlmanların köməyinə gəlmişdi. Ermənilərin qaçmasına imkan verməmək üçün 

qabaqcadan  körpünü  kəsdilər.  Bundan  sonra  ermənilərin  üstünə  güllə  yağdırmağa 

başladılar. Ermənilərdən qırılan çox oldu. Ermənilərin mövqeyi tutulduqca onların 

evlərinə,  dükanlarına  və  mağazalarına  od  vurub  yandırırdılar.  Amma  bir  işdə  çox 

səhv  etdilər  ki,  müsəlman  məhəlləsində  yerləşən  və  məscid  dükanına  bitişik  olan 

erməni dükanına od vurdular. Çünki erməni dükanı yanarkən küləyin təsiri ilə od-

alov  məscid  dükanına  da  keçdi.  Söndürülməsi  mümkün  olmadığından  erməni 

dükanı ilə məscidin mağazası da yandı. 




48 

 

Bu  dava  nəticəsində  ermənilərdən  xeyli  adam  qətlə  yetirildi.  Dedilər  ki, 



Qarabağdan gəlmiş Barseğin  oğlu Sancan da öldürülmüşdür. Amma  sonra  məlum 

oldu ki, diridir. Müsəlmanlardan da bir neçə nəfər şəhid olmuşdu. 

Neçə  vaxtdan  sonra  xəbər  çıxdı  ki,  Mahəmmədhəsən  adlı  bir  molla  iki 

nəfərlə  nəyəsə  baxmağa  gediblərmiş.  Hiyləgər  erməni  tayfası  onları  şirin  dilə 

tutaraq harasa aparıb yox etmişdilər. Sonra onların taleyindən bir xəbər çıxmadı. 

 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin