VI. Rəhbər, komandir-rəis heyətlərinin və mütəxəssislərinin mülki müdafiə kurslarında hazırlanması 6.1. Azərbaycan Respublikasının, Naxçıvan MR-nin, rayon (şəhər), kənd və
qəsəbələrin, eləcə də nazirliklərin, dövlət komitələri, baş idarələr, istehsalat
birlikləri, şirkətlər, assosiasiyalar, elmi təşkilatlar və təhsil müəssisələri və
mülkiyyət formasından asılı olmayaraq bütün təsərrüfat obyektləri rəhbərlərinə,
mütəxəssislərinə mülki müdafiə sahəsində qarşıda duran vəzifələri yerinə yetirmək
qaydalarını öyrətməyin əsas forması — onları mülki müdafiə kurslarında hökmən
hazırlanmasını təşkil etməkdir.
6.2. Mülki müdafiə kurslarının fəaliyyəti xüsusi əsasnamə ilə müəyyən edilir.
6.3. Əhalinin mühafizəyə hazırlanmasında beynəlxalq təcrübənin öyrənilməsi və
tətbiqi məqsədilə Mərkəzi mülki müdafiə kursu Avropa Şurasının İri Miqyaslı
Qəzalar üzrə Qismən Açıq Sazişinin (AŞ QAS) Bakıda sınaqdan keçirilən Tədris-
İnformasiya Mərkəzi ilə birgə fəaliyyət göstərir.