Mövzu №1: ″″″″ darəetmənin, dövlət idar



Yüklə 5,3 Mb.
Pdf görüntüsü
səhifə24/64
tarix21.04.2017
ölçüsü5,3 Mb.
#15195
1   ...   20   21   22   23   24   25   26   27   ...   64

Sual 3.  

nzibati məsuliyyətdən azad etmə 

 

nzibati xətalarla mübarizədə inzibati məsuliyyət effektli bir vasitədir, o həm də dövlət 



idarəetməsinin bütün sahələrində qanunçuluğun və intizamın möhkəmləndirilməsinin təsirli 

bir  alətdir.  Azərbaycan  Respublikasının  qanunvericiliyi  demokratizm,  humanizm,  dövlət 

məcburetmə  vasitələrinin  qənaətliyi  prinsiplərini,  inandırma  və  ictimai  təsir  metodlarının 

tətbiqi  sahəsinin  genişləndirilməsini  əsas  tutaraq  hüquqpozma  törətmiş  şəxsin  hüquq 

məsuliyyətindən azad etmə imkanını nəzərdə tutur. 

Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən insan və vətəndaş 

hüquqlarının  və  azadlıqlarının  müdafiəsi  təsbit  edilmişdir:  ″Hər  kəsin  qanunla  qadağan 

olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüquq vardır″. 

Bu  məqsədlə  də  XM-nin  18-19-cu  maddələrində  son  zərurət  və  zəruri  müdafiə    halları 

müəyyən edlmişdir. Vətəndaşlar da son zərurət və zəruri müdafiə hallarında öz konstitusion 

hüquqlarını müdafiə etdikdə inzibati məsuliyyətdən azad edilirlər. 

          Azərbaycan Respulikasının inzibati xətalar qanunvericiliyi inzibati məsuliyyəti istisna 

edən halları, inzibati məsuliyyətdən azadetmənin əsaslarını, şərtlərini, nəticələrini və inzibati 

məsuliyyətin məhdudlaşdırılması hallarını müəyyən edir. 

 


 

201 


 

nzibati məsuliyyəti istisna edən hallar 

           Azərbaycan  Respublikasının  inzibati  xətalar  qanunvericiliyi  inzibati  məsuliyyəti 

istisna edən aşağıdakı 3 (üç) halı müəyyən etmişdir: 

1.

  Son zərurət ( XM-nin 18-ci maddəsi). 



2.

  Zəruri müdafiə ( XM-nin 19-cu maddəsi). 

3.

  Anlaqsızlıq ( XM-nin 20-ci maddəsi). 



 

Azərbaycan  Respublikasının  XM-nin  18-ci  maddəsi:  ″Son  zərurət″.  Bu  Məcəllənin 

Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun gəlmiş olsa da, son zərurət 

vəziyyətinə,  yəni  dövlətin  və  cəmiyyətin  mənafeyini,  həmin  şəxsin  və  ya  başqa  şəxsin 

sağlamlığını,  hüquqlarını  və  qanuni  mənafelərini  qorxu  altına  alan  təhlükəni  aradan 

qaldırmaq üçün edilmiş hərəkət, əgər bu təhlükə başqa vasitə ilə aradan qaldırıla bilməzdisə 

və  əgər  vurulmuş  zərər  qarşısı  alınmış  zərərdən  daha  az  əhəmiyyətli  olmuşsa,  bu,  inzibati 

xəta hesab olunmur. 

Son zərurət zamanı iki marağın toqquşması baş verir, yəni son zərurət halında hüquqla 

mühafizə olunan bir mənafelərə zərər vurma təhlükəsi digər mühafizə olunan mənafelərə az 

ə

həmiyyətli  zərərin  vurulması  ilə  qarşısı  alınır.  Son  zərurət  institutu  insanların  sosial 



fəallığın artmasına, hüquq qaydalarının mühafizəsində iştirak etməsinə şərait yaradır. 

Son zərurət halı mühafizə olunan mənafelərə qarşı həqiqi, real, cüzi olmayan təhlükə 

olduqda yaranır. 

Son zərurət zamanı yaranan təhlükənin mənbəyi aşağıdakılar ola bilər: 

a) təbii fəlakət qüvvələri: daşqın, zəlzələ, yanğın, sel və s.; 

b) vəhşi və ev heyvanları (insanlara hücum etdikdə); 

v) yüksək təhlükə mənbələri (məsələn, nasaz maşınlar və s.); 

q)  insan  orqanizmində  baş  verən  fizioloci  və  bioloci  proseslər  (məsələn,  xəstəlik, 

aclıq). 

Hüquqla mühafizə olunan mənafelərə qarşı təhlükəni aradan qaldıran şəxsin hərəkəti 

Azərbaycan Respublikasının  XM-nin müvafiq maddələrində nəzərdə tutulmuş bir və ya bir 

neçə  inzibati  xətanın  tərkibini  formal  surətdə  yaradır.  Məsələn,  sürücü  Məmmədov  yol 

hərəkəti  qaydalarını  pozaraq  hərəkət  hissəsinin  qarşıdan  gələn  nəqliyyat  vasitələri  üçün 

nəzərdə  tutulmuş  hərəkət  zolağına  çıxmış  və  bununla  da  qəza  şəraitini  yaratmışdır 

(Azərbaycan  Respublikası  XM-nin  151.3-cü  maddəsi),  belə  ki,  qarşı  hərəkət  zolağı  ilə 

yaxınlaşan sürücü Həsənov yol nəqliyyat hadisəsinin qarşısını almaq məqsədilə idarə etdiyi 

nəqliyyat  vasitəsini  yolun  hərəkət  hissəsindən  kənara  çıxartmış  və  yolun  çəpərləyici 

qurğusunu zədələmişdir (Azərbaycan Respublikası  XM-nin 151.7-ci maddəsi). 

           Son  zərurət  vəziyyətinin  müəyyən  edliməsi  üçün  iki  qrup  halların  araşdırılması 

zəruridir: 

1. yaranan təhlükəyə aid olan hallar:  

-

  hüquqla mühafizə olunan mənafelərə qəsd edən təhlükənin yaranması; 



-

  yaranmış təhlükə həqiqi olmalıdır, onun reallığı şübhə yaratmamalıdır; 

-

  yaranmış  təhlükənin  həmin  vəziyyətdə  başqa  vasitələrlə  aradan  qaldırılması 



mümkün olmamalıdır. 

2. təhlükənin qarşısının alınması fəaliyyətinə aid olan hallar: 

-

  dövlətin və cəmiyyətin mənafeyini, həmin şəxsin və ya başqa şəxsin sağlamlığını, 



hüquqlarını və qanuni mənafelərinin müdafiə edilməsi üzrə zərər vurulmalıdır; 

 

202 


 

-

  bir qayda kimi zərər üçüncü şəxslərə vurulmalıdır; 



-

  vurulmuş zərər qarşısı alnımış zərərdən daha az əhəmiyyətli olmalıdır. 

Qeyd  etmək  lazımdır  ki,  yuxarıda  göstərilən  hər  iki  qrup  halların  mövcudluğunda 

törədilmiş hərəkət inzibati xəta hesab edilmir və şəxs inzibati məsuliyyətə cəlb edilmir. 

                  Son zərurət vəziyyətini aşağıdakı sxem şəklində təsvir etmək olar: 

 

1



 

 



                                                             3 

 

Son  zərurət  vəziyyətində  hətta  bərabər  zərərin  vurulmasının  da  sadəcə  olaraq 



ə

həmiyyəti  yoxdur.  Buna  görə  də  inzibati  xətalar  qanunvericiliyi  son  zərurət  vəziyyətində 

edilmiş hərəkətlərin qanuniliyini qarşısı alınan zərər ilə müqayisədə daha az zərər vurulması 

şə

rtinin yerinə yetirilməsi ilə əlaqələndirilir. 



Bu şərt qanunla qorunan mənafelərin mühafizə edilən və zərər vurulan mənafeləri hər 

dəfə  dəyərləndirmək,  onların  əhəmiyyətini  müqayisə  etmək  zərurətini  nəzərdə  tutur. 

Məsələn,  insanın  həyatı  və  sağlamlığı  əmlak  mənafeyindən  daha  mühüm  əhəmiyyət  kəsb 

edən  mənafedir.  Deməli,  əmlaka  vurulan  zərər  insanın  sağlamlığına  vurulan  ərərdən  az 

ə

həmiyyətli olacaqdır. 



nzibati məsuliyyəti istisna edən hallardan biri də zəruri müdafiə vəziyyətidir. 

          Azərbaycan Respublikasının  XM-nin 19-cu maddəsi: ″Zəruri müdafiə″″″″. 

Bu  Məcəllənin  Xüsusi  hissəsində  nəzərdə  tutulmuş  əməllərin  əlamətlərinə  uyğun 

gəlmiş olsa da, zəruri müdafiə vəziyyətində, yəni dövlətin və cəmiyyətin mənafeyinə, özünü 

müdafiə edənin və ya başqa şəxsin sağlamlığına, hüquqlarına və ya qanuni mənafeyinə qəsd 

edənə  zərər  vurmaq  yolu  ilə  hüquqazidd  qəsddən  qoruyarkən  edilmiş  hərəkət  inzibati  xəta 

hesab olunmur. 

Azərbaycan  Respublikasının  XM-də  nəzərdə  tutulmuş  zəruri  müdafiə  hüququ 

dövlətin və cəmiyyətin mənafeyinə, özünü müdafiə edənin və ya başqa şəxsin sağlamlığına, 

hüquqlarına  və  ya  qanuni  mənafeyinə  qarşı  törədilən  istənilən  qəsddən  qorumaq  üçün 

konstitusiyada  nəzərdə  tutulan  huquqlarının  həyata  keçirilməsində  vətəndaşlara  verilən  ən 

vacib  təminatlardan  biridir.  Zəruri  müdafiə  hüququ  əhalinin  inzibati  xətalarla  mübarizəyə, 

onların xəbərdar edilməsinə və qarşısının alınmasına cəlb etməyə zəmin yaradır. 

Zəruri müdafiə zamanı qarşısı alınan qəsd Azərbaycan Respublikasının  XM-nin 19-

cu  maddəsində  göstərilən  hüquq  və  mənafelərə  zərər  vurmalı,  ya  da  belə  zərərin  vurma 

təhlükəsini  yaratmalıdır.  Zəruri  müdafiə  zamanı  qarşısı  alınan  qəsd  hüquqazidd  olmalıdır, 

yəni  XM-nin  xüsusi  hissəsində  inzibati  xəta  kimi  qeyd  edilməlidir.  Qəsdin  həmin  anda 

təqsirli olması vacib deyil. Zəruri müdafiə eyni zamanda azyaşlı və anlaqsız  şəxslə qarşı da 

nəzərdə tutulub. Lakin bu zaman müdafiə edilən şəxs mümkün dərəcədə elə tədbir seçməlidir 

ki,  onlara  az  zərər  yetirilsin  və  ya  zərər  ümumiyyətlə,  yetirilməsin.  Eyni  zamanda  vəzifəli 

şə

xslərin  qanunauyğun  hərəkətlərinə  qarşı  zəruri  müdafiənin  həyata  keçirilməsinə  yol 



verilmir. Məsələn, pois əməkdaşı xırda xuliqanlıq törətmiş şəxsi yaxaladıqda. 

           Zəruri müdafiənin müəyyən edilməsinin iki qrup şərtlərinin araşdırılması zəruridir: 

1. qəsdə aid olan şərtlər: 

-

  qəsd ictimai təhlükəli olmalıdır; 



-

  qəsd mövcud olmalıdır; 



 

203 


 

-

  qəsd real olmalıdır.  



2. müdafiəyə aid olan şərtlər: 

-

  dövlətin  və  cəmiyyətin  mənafeyini,  özünü  müdafiə  edənin  və  ya  başqa  şəxsin 



sağlamlığına, hüquqlarına və qanuni mənafeyinin müdafiəsinə icazə verilir; 

-

  müdafiə zamanı zərər yalnız qəsd edənə vurulmalıdır; 



-

  müdafiə zəruri müdafiə həddini aşmamalıdır. 

Zəruri  müdafiə  qəsd  edənə  zərər  vurmaq  yolu  ilə  həyata  keçirilir,  son  zərurətdə  isə 

zərər  üçüncü  şəxsə  vurulur.  Məsələn:  Azərbaycan  Respublikasının  XM-nin  305-ci 

maddəsində ″Yaşayış məntəqələrində... odlu silahın atəş açmağa görə - silah və döyüş sursatı 

müsadirə edilməklə və ya edilməməklə şərti maliyyə vahidi məbləğinin on mislindən iyirmi 

mislinədək  miqdarda  cərimə  edilir.  Lakin  əgər  şəxs  özünü  və  ailəsini  silahlı  basqından 

müdafiə etməsi silahından atəş açırsa, aydın məsələdir ki, o, inzibati məsuiyyətə cəlb edilə 

bilməz, ona görə ki, o, zəruri müdafiə vəziyyətində silahdan atəş açıb. 

Son zərurətin zəruri  müdafiədən fərqi aşağıdakı meyarlar əsasında aparıla bilər: 

1. Təhlükə mənbəsinə görə:  

-  son  zərurətdə  -  nəinki,  insanın  ictimai  təhlükəli  əməlləri,  eləcə  də  təbii  fəlakətlər, 

vəhşi və ev heyvanları və s. ola bilər; 

-  zəruri  müdafiədə  -  yalnız  insanın  hüquqazidd,  ictimai  təhlükəli  əməlləri  təhlükə 

mənbəyi ola bilər. 

2. Üsuluna görə: 

- son zərurətdə - zərərin vurulması yaranmış təhlükənin aradan qaldırılmasının yeganə 

üsulu olmalıdır. 

- zəruri müdafiədə - zərərin vurlması həm də qəsdən qaçmaq və ya kömək üçün başqa 

şə

xsə və ya başqa orqana müraciət etmək imkanı olduqda mümkündür. 



3. Vurulmuş zərərə görə: 

-

  son zərurətdə - zərər üçüncü şəxslərə vurulur; 



-

  zəruri müdafiədə - zərər yalnız qəsd edənə vurulur. 

4.  Qarşısı alınmış və vurulmuş zərərin nisbətinə görə: 

- son zərurətdə - vurulmuş zərər qarşısı alınmış zərərdən az əhəmiyyətli omalıdır. 

zəruri müdafiədə - qəsd edənə vurulan zərər qarşısıalınan zərərlə bərabər və ya ondan 

az olmalıdır. 

nzibati məsuliyyəti istisna edən hallardan biri də inzibati xəta törətmiş şəxsin anlaqsız 

vəziyyətdə olmasıdır. 

Azərbaycan Respublikasının  XM-nin 20-ci maddəsi: Anlaqsızlı_ğın_tibbi_meyarı'>Anlaqsızlıq 

Hüquqazidd  əməl  (hərəkət  və  ya  hərəkətsizlik)  törədən  zaman  şəxs  anlaqsızlıq 



vəziyyətində  olduqda,  yəni  xroniki  psixi  xəstəlik,  psixi  fəaliyyətin  müvəqqəti  pozulması, 

kəmağıllılıq və ya başqa psixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai 

təhlükəliliyini  dərk  etmək  və  ya  onu  idarə  etmək  iqtidarında  olmadıqda  o,  inzibati 

məsuliyyətə cəlb edilmir″. 

            Bu maddədə nəzərdə tutulmuş anlaqsızlıq iki meyardan ibarətdir: 

            tibbi  meyar  -  xroniki  psixiki  xəstəliyi,  psixi  fəaliyyətin  müvəqqəti  pozulmasını, 

kəmağıllığı və başqa psixi xəstəliyi əhatə edir; 

            hüquqi    meyar  -  şəxs  öz  əməlinin  faktiki  xarakterini  və  ictimai  təhlükəliliyini  dərk 

etmək və ya onu idarə etmək iqtidarında olmamasını əhatə edir. 


 

204 


 

Qeyd  etmək  lazımdır  ki,  şəxsi  anlaqsız  hesab  etmək  üçün  onda  eyni  zamanda  həm 

tibbi, həm də hüquqi meyarlar cəmləşməlidir. Və əgər inzibati xəta törətmiş şəxsdə hər hansı 

bir  psixi  xəstəliyinin  olması  barədə  kifayət  qədər  məlumat  və  ya  şübhə  varsa,  psixiatriya 

ekspertizası təyin olunmalıdır.  şin materialarında da ekspert rəyi olmalıdır. 

Anlaqsızlığın  tibbi  meyarı  xroniki  psixi  xəstəlikdən,  psixi  fəaliyyətin  müvəqqəti 

pozulmasından, kəmağıllıqdan və ya başqa psixi xəstəlikdən ibarətdir. 



Xroniki ruhi xəstəlik dedikdə, daimi və ya uzun müddət fasiləsiz olaraq davam edən, 

çətin müalicə olunan və daimi güclənməyə meyil göstərən psixi xəstəlik başa düşülür. 

Burada  şizofreniya,  epilepsiya,  proqressiv  paraliç,    maniakal-depressiv  psixozlar, 

beyin sifilisi və başqa xəstəliklər aiddir. 



Ruhi  fəaliyyətin  müvəqqəti  pozulması  dedikdə,  müəyyən  müddətə  davam  edən  və 

şə

xsin sağalması ilə nəticələnən (şəxsi tutmalarla xarakterizə olunan) psixi xəstələnmə başa 



düşülür. 

Burada  qısamüddətli,  qəflətən  baş  verən  və  tezliklə  ötüb  keçən  psixi  vəziyyətlər, 

patoloci  affekt,  patoloci  sərxoşluq,  alkoqol  psixozla,  kəskin  infeksion  psixozlar  aid  edilə 

bilər. 


Kəmağıllılıq (oliqrofreniya) - anadan gəlmə və ya uşaqlıq dövründə meydana gələn, 

ya da getdikcə şiddətlənən bu və ya digər psixi xəstəlik nəticəsində inkişaf edən əqli zəiflik 

vəziyyətidir. 

Kəmağllılığın üç forması mövcuddur: 

-

  idiotizm - psixi cəhətdən inkişaf etməmənin ən dərin forması; 



-

  inbesillik - kəmağıllılığın az ağır forması; 

-

  debillik   - kəmağıllılığın ən yüngül forması. 



Başqa  psixi  xəstəlik  -  psixi  pozuntusunun  ağır  formalarını  əks  etdirən  müxtəlif 

xəstəliklərdir.  Məsələn:  psixopatiyanın  bəzi  formaları,  ruhi  pozuntular,  narkomanlarla 

abstinensiya (lomka) və s. 

Anlaqsızlığın  hüquqi  meyarı  şəxsə  öz  əməlinin  faktiki  xarakterini  və  ictimai 

təhlükəliliyini  dərk  etmək  (qiymət  vermək)  və  ya  onu  idarə  etmək  (rəhbərlik  etmək) 

iqtdarında maneçilik törədən psixi xəstəliyin olmasıdır. 

Anlaqsızlığın hüquqi meyarı iki ünsürdən ibarətdir: 

-

  intellektual, yəni şəxsin öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyni dərk 



etmə iqtidarında olmaması; 

-

  iradəvi, yəni şəxsin öz əməlini idarəetmə iqtidarında olmaması. 



Ə

gər şəxs öz əməlini dərk etmirsə (ona qiymət verə bilmirsə), deməli, o, əməlini də 

idarə  edə  bilməz.  Eyni  zamanda  öz  hərəkətlərinə  qiymət  verməsi  şəxsin  iradəsinin 

zəiflənməsi  nəticəsində  öz  hərəkətlərinin  idarəetməsi  istisna  etmir.  Məsələn,  şəxs  öz 

ə

məlinin  hüquqazidd  xarakterini  dərk  edir,  lakin  psixi  xəstəliyin  təsiri  altında  özünü  belə 



ə

məldən  çəkindirə  bilmir  (məsələn,  piromanlarda  -  bu  şəxslər  oda  baxmağı  sevirlər, 

kleptomanlar - bu şəxslər alınmaz istək nəticəsində oğurluq edirlər). 

Azərbaycan  Respulikasının  inzibati  xətalar  qanunvericiliyi  inzibati  məsuliyyətdən 

azad etmənin əsaslarını, şərtlərini və nəticələrini müəyyən edir. 

           nzibati  məsuliyyətdən  azad  etmənin  əsasları,  şərtləri  və  nəticələri  Azərbaycan 

Respublikasının  XM-nin 15.2-ci və 21-ci maddələrində qeyd edilib. 

Azərbaycan  Respublikasının  XM-nin  15.2-ci  maddəsi:  ″ şin  konkret  halları,  psixi 

inkişafı,  həyat  şəraiti,  səhhəti  və  təhsili  nəzərə  alınmaqla  inzibati  xəta  törətmiş  on  altı 


 

205 


 

yaşından  on  səkkiz  yaşınadək  şəxslər  yetkinlik  yaşına  çatmyanların  işləri  və  hüquqlarının 

müdafiəsi  üzrə  komissiyalar  tərəfindən  inzibati  məsuliyyətdən  azad  oluna  və  onların 

barəsində ″Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar 

haqqında Əsasnamə″ ilə müəyyən edilmiş təsir tədbirləri tətbiq edilə bilər. 

Ümumiyyətlə  bu  maddənin  Azərbaycan  Respublikasının  XM-də  olması  inzibati 

məsuliyyətdən azad etmənin əsaslarından biridir. 

           nzibati məsuliyyətdən azad etmənin şərtləri: inzibati xəta törətmiş on altı yaşından on 

səkkiz  yaşınadək  olan  şəxsin  psixi  inkişafı,  həyat  şəraiti,  səhhəti,  təhsili  və  işin  konkret 

halları nəzərə alınmaqla şəxs inzibati məsuliyyətdən azad edilə bilər. 

           nzibati  məsuliyyətdən  azad  etmənin  nəticəsi:  şəxs  inzibati  məsuliyyətdən  azad  edilə 

və  onlar  barəsində  ″Yetkinlik  yaşına  çatmyanların  işləri  və  hüquqlarının  müdafiəsi  üzrə 

komissiyalar haqqında Əsasnamə″ ilə müəyyən edilmiş təsir tədbirləri tətbiq edilə bilər. 

           nzibati məsuliyyətdən azad etmənin əsası Azərbaycan Respublikasının  XM-nin 21-ci 

maddəsi: ″ nzibati xəta az əhəmiyyətli olduqda daha yüngül inzibati tənbeh tətbiq etmə və ya 

inzibati məsuliyyətdən azadetmə. 

Törədilmiş  inzibati  xəta  az  əhəmiyyətli  olduqda  inzibati  tənbeh  tətbiq  etmə  hüququ 

olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxslər barəsində tətbiq 

edilməsi nəzərdə tutulan inzibati tənbehi daha yüngül inzibati tənbeh növü ilə əvəz edə və ya 

həmin şəxsi inzibati məsuliyyətdən azad edə bilər″. 

Bu  maddədə  inzibati  məsuliyyətdən  azadetmənin  vahid  bir  şərti  göstərilmişdir: 

törədilmiş xəta az əzəmiyyətli olduqda″. 



           nzibati xətanı az əhəmiyyətli kimi qiymətləndirmək üçün aşağıdakıları nəzərə almaq 

lazımdır: 

-

  inzibati xətanın tərkibini; 



-

  törədilmiş xətaya görə nəzərdə tutulmuş sanksiyanı; 

-

  inzibati xətanın törədilməsinin səbəb və şəraitini; 



-

  inzibati xətanın xarakterini və s. 

Məsuliyyətdən    azad  etmənin  nəticələri  ilə  işə  baxan  hakim,  səlahiyyətli  orqan 

(vəzifəli şəxs) tərəfindən şəxs inzibati məsuliyyətən azad edilə bilər. 

Azərbaycan  Respublikası  nzibati  Xətalar  Məcəlləsinin  21-ci  maddəsində  göstərilən 

müddəanı: ″...nəzərdə tutulan inzibati tənbehi daha yüngül inzibati tənbeh növü ilə əvəz edə 

... bilər″ məsuliyyətdən azad etmə halı kimi qiymətləndirilə bilməz, ona görə ki, şəxs burada 

faktiki olaraq inzibati məsuliyyətə cəlb edilir, yəni maddənin sanksiyasında nəzərdə tutulmuş 

inzibati tənbeh daha yüngül inzibati tənbeh növü ilə əvəz edilir. 

nzibati məsuliyyəti istisna edən halları.  nzibati məsuliyyətdən azad etmənin hallarını 

inzibati məsuliyyəti məhdudlaşdıran hallardan fərqləndirmək lazımdır. 

          Azərbaycan  Respublikasının  inzibati  xətalar  qanunvericiliyi  inzibati  məsuliyyətin 

məhdudlaşdırılması hallarını aşağıdakı meyarlara görə fərqləndirir: 

-

  inzibati xətanın subyektinə görə; 



-

  inzibati tənbehlərin tətbiq edilməsinə görə; 

-

  inzibati tənbehlərin icrasına görə. 



          nzibati xətanın subyektinə görə inzibati məsuliyyətin məhdudlaşdırılması halları: 

 

Azərbaycan  Respublikasının  Müdafiə  Nazirliyi,  Azərbaycan  Respublikasının 



Daxili  şlər  Naziliyi,  Azərbaycan  Respublikası  Milli  Təhlükəsizlik  Nazirliyi,  Azərbaycan 

Respublikası  Ədliyyə  Nazirliyi,  Azərbaycan  Respublikası  Ali  Dövlət  Hakimiyyət  və 



 

206 


 

darəetmə  Orqanlarının  Baş  Mühafizə  darəsi  və  Azərbaycan  Respublikası  Hərbi  Əks-

Kəşfiyyat  xidməti  əməkdaşları  intizamnamələrində  bilavasitə  nəzərdə  tutulmuş  hallarda 

inzibati  xətalara  görə  intizam  məsuliyyəti  daşıyırlar,  qalan  hallarla  ilə  ümumi  əsaslarla 

inzibati məsuliyyət daşıyırlar (Azərbaycan Respublikasının  XM-nin 15.3-cü maddəsi). 

 

Azərbaycan  Dövlət  Dəmir  Yolunda  və  Azərbaycan  Dövlət  Xəzər  Dəniz 



Gəmiçiliyində  qulluq  vəzifələrinin  icrası  zaman  inzibati  xətalar  törətməyə  görə  intizam 

nizamnamələrində  və  ya  intizam  haqqında  Əsasnamələrdə  bilavasitə  nəzərdə  tutulmuş 

hallarla intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar 

(Azərbaycan Respublikası 15.4-cü maddəsi). 

 

Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrə  əsasən, 



Azərbaycan  Respublikasında  toxunulmazlıq  hüququndan  istifadə  edən  əcnəbilərin 

Azərbaycan  Respublikasının  ərazilərində  törətdikləri  inzibati  xətalara  görə  məsuliyyət 

məsələsi  beynəlxalq  hüquq  normalaıına  uyğun  olaraq  həll  edilir  (Azərbaycan 

Respublikasının  XM-nin 15.7-ci maddəsi). 

               nzibati  tənbehin  tətbiq  edilməsinə  görə  inzibati  məsuliyyətin  məhdudlaşdırılması 

halları: 

  əsas  dolanacaq  mənbəyi  ov  olan  şəxslərin  odlu  silahı,  döyüş  sursatı  və  digər  ov 

alətləri müsadirə edəilə bilməz (Azərbaycan Respublikasının  XM-nin 27.3-cü maddəsi); 

  nəqliyyat  vasitələrini  sərxoş  halda  idarəetmə  halları  istisna  olmaqla,  nəqliyyat 

vasitələrindən  əlilliyi  ilə  əlaqədar  istifadə  edən  şəxslərin  nəqliyyat  vasitələrini  idarəetmə 

hüququ məhdudlaşdırıla bilməz (Azərbaycan Respublikasının  XM-nin 28.2-ci maddəsi); 

  əsas  dolanacaq  mənbəyi  ov  olan  fiziki  şəxslərin  hüququ  məhdudlaşdırıla  bilməz 

(Azərbaycan Respublikasının  XM-nin 28.4-cü maddəsi); 

  hamilə qadınlar və ya himayəsində azyaşlı uşağı olan qadınlar, on səkkiz yaşına 

çatmayan  şəxslər,  birinci  və  ya  ikinci  qrup  əlillər,  habelə  altmış  yaşına  çatmış  qadınlar  və 

altmış  beş  yaşına  çatmış  kişilər  barəsində  inzibati  həbs  tətbiq  edilə  bilməz  (Azərbaycan 

Respublikasının  XM-nin 30.2-ci maddəsi); 

  Azərbaycan Respublikası Müdafiə Nazirliyi; Azərbaycan Respublikası Daxili  şlər 

Nazirliyi; Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi; Azərbaycan Respublikası 

Ə

dliyyə  Nazirliyi;  AR  DH  və  OBM   və ARƏKX  əməkdaşlarına inzibati  həbs tətbiq  edilə 



bilməz (Azərbaycan Respublikası  XM-nin 15.3-cü maddəsi); 

  müddətli həqiqi hərbi xidmət qulluqçularına inzibati həbs və inzibati cərimə tətbiq 

edlə bilməz (Azərbaycan Respublikasının  XM-nin 15.3-cü maddəsi). 

            nzibati  tənbeh  tətbiq  etmə  haqqında  qərarın  icrasına  görə  inzibati  məsuliyyətin 

məhdudlaşdırılması halları: 

               -  yetkinlik  yşına  çatmayanın  müstəqil  qazancı  olmadıqda,  inzibati  cərimə  onun 

valideynləri və ya onları əvəz edən şəxslərdən tutulur (Azərbaycan Respublikasının  XM-nin 

451.2-ci maddəsi); 

                - nəqliyyat vasitələrini idarə etmə hüququnun və ya ov hüququnun uzun müddətə 

məhdudlaşdırılması  barədə  qərar  qəbul  etmiş  səlahiyyətli  vəzifəli  şəxs  göstərilən  hüququn 

məhdudlaşdırlıması müddətini, təyin edilmiş müddətin azı yarısı keçdikdən sonra nəqliyyat 

vasitələrini  idarə  etmə  hüququ  və  ya  ov  hüququ  məhdudlaşdırılmış  şəxsin  işlədiyi  və  ya 

oxuduğu  müəssisənin,  idarənin,  təşkilatın  vəsatəti  ilə  azalda  bilər  (Azərbaycan 

Respublikasının  XM-nin 455.5-ci maddəsi). 

 


 

207 


 

N Ə T    C Ə 

  

Mühazirəmizi  yekunlaşdıraraq  qeyd  etmək  istərdim  ki,  01.09.2000-ci  il  tarixdən 



qüvvəyə  minmiş  inzibati xətalar qanunvericiliyi  ilə  əlaqədar  olaraq bu günkü  mühazirəmiz 

həm nəzəri, həm də təcrübi cəhətdən böyük əhəmiyyət kəsb edir. 

Mühazirəmizin  birinci  sualının  açıqlanmsı  ilə  qeyd  etdik  ki,  köhnə  ″ nzibati 

hüquqpozmalar  haqqında  Məcəllədən″  fərqli  olaraq,  qüvvədə  olan  ″ nzibati  Xətalar 

Məcəlləsinin″  müvafiq  maddələrinə  əsasən  inzibati  xətalar  qanunvericiliyi  ilə  inzibati 

məsuliyyətin  əsasları,  inzibati  xətalar  qanunvericiliyinin  prinsipləri  müəyyən  edilmişidir. 

nzibati xətalar qanunvericiliyindən irəli gələn tələblərə riayət etməklə insan və vətəndaşların 

hüquq və azadlıqları təmin edilmiş olar. 

Mühazirəmizin  ikinci  sualının  açıqlanması  vasitəsi  ilə  nzibati  Xətalar  Məcəlləsinin 

müvafiq müddəalarına müvafiq olaraq inzibati xəta haqqında, onun növləri, fiziki, vəzifəli və 

hüquqi şəxslərin məsuliyyətləri barədə nəzəri biliklər əldə etmiş olduq. 

Ə

n  nəhayət,  mühazirəmizin  üçüncü  sualının  açıqlanması  vasitəsi  ilə  nzibati  Xətalar 



Məcəlləsinin müvafiq müddəalarına əsasən inzibati məsuliyyəti istisna edən hallar barəsində 

hüquqi biliklər əldə etmiş olduq. 

Bu günkü mühazirəmizin müddəalarının açıqlanması vasitəsi ilə əldə etdiyimz nəzəri 

biliklərin əhəmiyyəti və mahiyyəti ondan ibarətdir ki, hər bir hüquqşünas və inzibati xətalar 

haqqında işlər üzrə icraatı həyata keçirən səlahiyyətli vəzifəli şəxslər tərəfindən onlara riayət 

edilməklə  qanunçuluğa,  insan  və  vətəndaş  hüquqlarının  və  azadlıqlarının  təmin  edilməsinə 

nail olmuş olarıq.  


Yüklə 5,3 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin