Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani



Yüklə 390,98 Kb.
səhifə24/80
tarix19.10.2022
ölçüsü390,98 Kb.
#65493
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   80
M vzu 1 Az rbaycan dilind i g zar v akademik kommunikasiya f

Monoloji nitq. Dialoji nitqlə müqayisədə monoloji nitq struktur baxımından sadədir. Fikir bir nəfər tərəfindən geniş və ya müxtəsər şəkildə, rabitəli bir tərzdə ifadə edilir. Burada danışanın müsahibi (və ya müsahibləri) ilə əks əlaqəsi olmur. Monoloji nitqdə məqsəd nitqin əsas kommunikativ növlərin- dən (təsvir, təsdiqləmə, fikir söyləmə, səciyyələndirmə) istifadə etməklə hər hansı bir məzmunun başqasına çatdırılmasıdır. Bu, təşkil olunmuş, proqramlaşdırılmış nitqdir. Yəni danışan deyəcəklərini əvvəlcədən düşünür, ifadə edəcəyi fikrin həcmini, xarakterini müəyyənləşdirir, müəyyən fərdə və ya auditoriyaya müraciət formasını, dil materiallarını seçir, müsahibinin (müsahib-lərinin) səviyyəsini, deyəcəklərinin ona (onlara) necə təsir edəcəyini təsəvvüründə canlandırır.
Nitqin bu formasında danışan fikrən və ya yazılı şəkildə plan tutur, şərh edəcəyi məzmunu vermək üçün ona, necə deyərlər, dil donu geyindirir. Hansı sözlərdən, ifadələrdən istifadə edəcəyini, nitqini necə başlayacağını və quracağını və s. özü üçün müəyyənləşdirir.
Nitq mədəniyyətindən söhbət gedəndə, adətən, onun (nitqin) şifahi forması nəzərdə tutulur, yazılı nitq bu anlayışa daxil edilmir. Əslində isə nitq mədəniyyəti problemlərini nitqin səlis qurulması, dil vahidlərinin məqsədəuyğun, dəqiq, ahəngdar, aydın, məzmunlu və lakonik ifadə edilməsi və digər bu kimi məsələlərlə məhdudlaşdırmaq düzgün olmazdı. Nitq mədəniyyəti problemi bun- larla yanaşı, əyani, konkret ifadə vasitəsi olan yazılı dillə də son dərəcədə bağlıdır. Dil sisteminin həm şifahi, həm də yazılı formalarında ədəbi dil normalarının gözlənilməsi dilin hərtərəfli inkişafı, onun sosial funksiyasının genişlənməsi baxımından başlıca şərtdir. Nitq mədəniyyətindən, ədəbi dilin normaları əsasındafəaliyyət göstərən nümunəvi nitqdən, onun düzgünlüyü, aydınlığı, saflığı, səlisliyi və s. söhbət gedirsə, o zaman yazılı nitqin orfoqrafiya və durğu işarələri qayda- larına əməl etmək də normativlik sayılmalıdır. Nitq inkişafı üzrə aparılan təlim işlərində onun yazılı və şifahi formaları vəhdət şəklində götürülməlidir. “... ancaq şifahi nitqə diqqət yetirib, yazılı nitqi unutmaq nitq mədəniyyətini birtərəfli inkişaf etdirmək deməkdir”
Ədəbi dilin şifahi və yazılı formalarının hər birinin özünəməxsus xüsusiyyətləri, bu səbəbdən irəli gələn fərqli cəhətləri vardır. Həmin fərqlər dilçilik ədəbiyyatında aşağıdakı şəkildə göstərilir:

  1. Yazılı nitqin ifadə vasitələri hərf və yazı, şifahi nitqin ifadə vasitələri səs və sözdür;

  2. Yazılı nitq sərbəst və müfəssəl bir ünsiyyət formasıdır. Burada həmsöhbətlə əks əlaqə olmur. Yazan fikrini başqalarına nə dərəcədə çatacağını, aydın olub-olmayacağını daim diqqət mərkəzində saxlayır, bacardığı qədər şərhini aydın, anlaşıqlı qurmağa çalışır. Bunun üçün nitqin bu növündə daha münasib və yararlı dil vasitələrindən istifadə olunması lazım gəlir. Yazı prosesində dil vahidləri və formalarından, danışıqda az işlənən ifadələrdən, cürbəcür sintaktik quruluşlardan, dilin ifadəlilik vasitələrindən (emfatik vurğu, epitet, inversiya, ellipsis, anafora, ritorik sual və s.) daha tutarlısını fikirləşib tapmaq və yerində işlətmək, fikri səlis, aydın, düzgün ifadə etmək üçün şifahi nitqə nisbətən müəyyən vaxt imkanı vardır. Şifahi nitqdə isə belə bir imkan olmadığından, danışan fikrini yığcam və üslubi cəhətdən düzgün qurmaqda çətinlik çəkir, qüsurlara yol verir. Həyatda rabitəsiz və məntiqsiz danışıqlara təsadüf etmək o qədər də çətin deyildir.

  3. Şifahi ədəbi dilin leksikasında hamıya aydın, ümumişlək sözlərə geniş yer verilir, yazılı ədəbi dildə isə elmi, texniki, siyasi və digər terminlər daha çox işlədilir.

  4. Ədəbi dilin şifahi formasında cümlələr, əsasən, qısa və quruluşca sadə olur, yazılı dildə isə əksinə, uzun və mürəkkəb cümlələrdən daha çox istifadə edilir.

  5. Şifahi ədəbi dildə yarımçıq cümlələrə, qısa replikalara, yazılı ədəbi dildə isə bütöv, mürəkkəb cümlələrə daha geniş yer verilir. Buna görə də yazılı dilin sintaksisi daha mürəkkəb olar.

  6. Şifahi ədəbi dil fikrin əsas incəliklərini, müxtəlif intonasiya çalarlarını özündə əks etdirən canlı dildirsə, yazılı nitq bir növ sünidir, bu keyfiyyətə istənilən səviyyədə malik deyildir. “Söz özünün ən güclü təsirini, öz əlvan qiyafəsini yalnız şifahi nitqdə tapmağa qadirdir. Əgər o yazılı nitqdə açılmamış bir qönçədirsə, şifahi nitqdə ətirli bir çiçəyə çevrilir” (20, səh.9).

  7. Ədəbi dilin şifahi formasında fikrin ifadəsi üçün yardımçı vasitələrdən

  • mimika, jest və bədən hərəkətlərindən istifadə olunur. Yazılı ədəbi dildə isə həmin vasitələrin ifadə etdiyi məna çaları müəyyən təsvir yolu ilə oxucuya çatdırılır.

  1. Şifahi ədəbi dil müəyyən vasitə olmadan bu və ya digər fikri gələcək nəslə çatdıra bilmir. Lakin yazılı nitq bu funksiyanı yerinə yetirə bilir. Yazılı nitq insanların öz bilik və informasiyalarını bir-birinə ötürmək ehtiyacından yaranmışdır. Bu nitq xüsusi təlim yolu ilə formalaşır. Lap qədimdə yazılan ədəbiyyat – Nizami, Füzuli, Nəsimi və başqalarının əsərləri yazılı dilin köməyi ilə gəlib bizə çatmışdır.

  2. Şifahi ədəbi dilin tempi sürətli, yazılı ədəbi dilin tempi isə aşağıdır, zəifdir.

Deyilənlərdən aydın olur ki, yazılı nitq tam, dəqiq, subyekt və predikatı
olan nitqdir, müfəssəl və böyük quruluş mürəkkəbliyinə malikdir. Yazıdan istifadənin çətinlikləri də bununla bağlıdır. Nitqdənkənar vasitələrlə zənginləşdirilən şifahi nitq isə daha müxtəsər, şəraitlə şərtlənən ünsiyyət formasıdır. Hazırda işlətdiyimiz yazılı nitq dövlət tərəfindən təsdiq olunmuş, rəsmiləşdirilmiş, müəyyən qaydalara – orfoqrafiya qaydalarına əsaslanır ki, onları gözləmək bu dilin daşıyıcıları, həm də onu öyrənmək istəyənlər üçün vacib sayılır.
Nitq danışanın fikrinə uyğun olmalıdır. Danışan söyləyəcəyini fikrində götür-qoy etməli, özünə aydınlıq gətirdikdən sonra ifadə etməlidir. Şifahi monoloji nitq bu baxımdan iki formada olur. Birincisi, təşkil olunmuş nitq, ikincisi isə spontan, yəni təşkil olunmamış nitq.
Təşkil olunmuş nitq. Təşkil olunmuş nitq deyəndə monoloji nitq nəzərdə tutulur. Adından məlum olduğu kimi, əvvəlcədən planlaşdırılmış, nəzərdə tutulmuş nitqdir. Bu nitq üçün hazırlaşmaq, plan tutmaq, ədəbiyyat oxumaq, mövzunun əhatə edilməsi, fikrin ardıcıllığına nail olmaq üçün qeydlər aparmaq, ifadə olunacaq məzmunu dərk etmək, onun dinləyiciyə daha yaxşı çata bilməsi üçün münasib sözlər seçmək, cümlələr qurmaq, müvafiq söyləmə tərzi – intonasiyanı müəyyənləşdirmək və s. lazım gəlir. Məlumatı səthi, lüğət ehtiyatı zəif olan adamlar qabaqcadan hazırlaşmadan auditoriya qarşısında çıxış etməkdə, danışıq prosesində qurmaq istədikləri cümlələri tamamlamaqda, zəruri sayılan sözləri seçməkdə çətinlik çəkirlər. Bu zaman lüzumsuz fasilələrə yol verilir. Belə fasilələrdən can qurtarmaq üçün danışan çox zaman mətləbə heç bir dəxli olmayan tüfeyli söz və ifadələr (məsələn, demək olar ki, deməli, əsasən, əsas etibarilə, necə deyərlər, söz məsəli, zaddı, adı nədi, adın sən de, əgər belə demək mümkünsə və s.) işlətməyə məcbur olur ki, bu da nitqin qırılmasına, diqqətin yayınmasına səbəb olur. Natiq belə bir vəziyyətlə qarşılaşmamaq üçün söyləyəcəyi fikri qeydlər şəklində yazıya köçürməli, sonra onu şifahi şəkildə ifadə etməlidir. Bu cür təşkil olunmuş nitqdə aşağıdakılar nəzərə alınmalıdır: a) söhbətə maraqlı, cəlbedici, yığcam giriş verə bilmək; b) məzmun ilə bağlı faktlar, misallar, nümunələr toplamaq, onları nitqdə məqamına görə işlətmək; c) nitqin məzmu- nunu yazmaq; ç) nitqi yaddaşına köçürmək, dəfələrlə məşq edib, söyləmək; d) mövzunu dinləyicilərin qarşısında şərh etmək.
Natiq öz əməli fəaliyyətində “nəyi demək?”, “harda demək?”, “necə demək?” suallarına cavab tapmağa çalışmalıdır. “Nəyi demək?” sualı dinləyici üçün maraqlı, aktual olan məsələlərin, problemlərin şərhini, izahını nəzərdə tutur. Fərz edək ki, natiq işğal olunmuş torpaqlarımızda maddi sərvətlərin ermənilər tərəfindən talan olunması məsələsini gündəmə gətirər. Şübhəsiz, bu barədə söhbət maraqla dinləniləcəkdir.
“Harada demək?” sualına cavab vermək üçün natiq dediklərini əsaslan- dırmaq məqsədilə yeraltı və yerüstü sərvətlərimizdən hansılardan, nə qədər qarət edilməsi və bunun nəticəsində ölkəmizə dəyən maddi ziyanla bağlı faktları, sübutları söhbətin hansı yerində gətirəcəyini müəyyənləşdirməlidir.
“Necə demək?” sualının müqabilində natiq auditoriyanın diqqətini özünə cəlb etmək üçün sərrast cümlələrdən, rəngarəng ifadə vasitələrindən, uyarlı into- nasiyadan istifadə etməyi, səbəb-nəticə əlaqəsi əsasında söhbətini yekunlaş- dırmağı bacarmalıdır.
Müəllimlik fəaliyyətində nitqin birinci formasından daha geniş istifadə edilir. Sinif, auditoriya qarşısında müəllimin izahı, məruzəsi, şübhəsiz, əvvəlcə- dən öyrənilmiş, planlaşdırılmış fikirlər, məlumatlar əsasında qurulur. Burada ölçülüb-biçilmiş fikirlər aydın və yığcam cümlələrlə ifadə olunur, konkret faktlarla söylənilənlər, dəlillərlə, nümunələrlə əsaslandırılır, lüzumsuz təfərrüata yol verilmir. Təşkil olunmuş danışığı (eləcə də yazını) təkcə monoloji nitqlə əlaqələndirmək düzgün olmaz. Nitqin situasiyasından, təşkili formasından asılı olaraq dialoji nitqə də hazırlıq görülür. Natiq radio və televiziya verilişlərinə, digər rəsmi yerlərə, dəyirmi masalara hər hansı bir mövzu ətrafında fikir mübadiləsi, müzakirə məqsədiə dəvət olunursa, o, qoyulan problemi dərindən öyrənilməli, özünün verəcəyi sualları müəyyənləşdirməli, müsahibinin ehtimal olunan sualları ətrafında fikirləşməli, onlara məntiqi cəhətdən düzgün, məzmunca bitkin cavablar hazırlamalıdır.
Nitqin ikinci forması spontan, yəni xüsusi hazırlıq olmadan, bədahətən, sərbəst söylənilən nitqdir. Bu, danışıqda bir növ improvizasiyadır. Bəzən belə iti, yeyin, tez, hazır, qabaqcadan düşünülməmiş nitqə ekspromt da deyilir. Adamlar öz gündəlik fəaliyyətində rəy söyləmək, məlumat vermək, münasibət bildirmək, müəyyən məsələni izah etmək, aydınlaşdırmaq və s. formalarda danışmağa cəlb olunurlar. Belə nitq təşkil olunmuş nitqlə müqayisədə xeyli çətindir. Burada danışan ani vaxt ərzində fikirlərini cəmləşdirməli, nədən danışacağını, nələri qeyd edəcəyini, hansı faktı gətirəcəyini, mülahizələrini nə cür əsaslandıracağını, həmin məzmunu vermək üçün hansı formanı seçəcəyini, yəni nitqinə necə başlayacağını, fikrinin daha aydın, daha təsirli olması üçün hansı söz və ifadələri, cümlələri işlədəcəyini, nitqin intonasiyasını və s. özü üçün müəyyənləşdirməlidir. Spontan nitqdə dil vahidləri, faktlar sərbəst şəkildə, dilin təbii axını nəticəsində yaranır, onlardan ən yararlısı, asanı işlənilir. Nitqin bu şəklində məzmun və forma, demək olar ki, eyni zamanda, paralel şəkildə yaradılır. Spontan nitqdə danışanın həyat təcrübəsi, dünyagörüşü, zəngin müşahidələri, təbiətinin coşqun və rəvanlığı, fikri istedadı və hazırcavablığı böyük əhəmiyyət kəsb edir.
Nitq şəraitindən asılı olaraq spontan danışıq eyni adam üçün həm asan, həm də çətin ola bilər. Küçədə, işdə, evdə və s. yerlərdə suallara cavab verməkdə, söhbətlərdə iştirak etməkdə elə bir çətinlik özünü göstərmir. Lakin başqa şəraitdə, məsələn, qəflətən radio və ya televiziya verilişləri üçün müsahibəyə cəlb olun- duqda, ictimai yerlərdə çıxışa, söz deməyə dəvət edildikdə danışan adamın gərginliyi istər-istəməz bir qədər artır, fikri fəallığı intensiv şəkil alır. O, həm fikrini cəmləşdirməli, deyəcəklərini rabitələndirməli, müsahibinə (və ya müsahiblərinə) çatdıracağı əsas fikri müəyyənləşdirməli, həm də onu daha müna- sib, daha təsirli dil vahidləri ilə ifadə etməli olur. Spontan nitq dilin təbii və canlı danışıq formasıdır.
Mühazirəçi nitqin göstərilən hər iki formasından istifadə bacarığına yiyə- lənməlidir. Xüsusən, spontan nitqə daim hazır olmalı, hər hansı bir şəraitdə öz fikrini toplamağı, sistemləşdirməyi, onu münasib sözlərlə, ifadələrlə başqalarına çatdırmağı bacarmalıdır.
Monoloji nitqin quruluş sxemi və xüsusiyyətlərinə görə fərqlənən bir sıra növləri vardır: mühazirə, məruzə, məlumat, çıxış, nitq və s.

Yüklə 390,98 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin