TANAP-ın təbii qaz üzrə buraxılış qabiliyyətinin- 2020-ci ildə 16 mlrd, 2023-cü ildə 23 mlrd və 2026-cı ildə isə 26 mlrd kubmetr həcmində olacağı proqnozlaşdırılır.
TANAP-la nəql olunacaq Azərbaycan qazının ümumi orta həcmi- təxminən ildə 16 mlrd kubmetr səviyyəsində gözlənilir. Bunun 10 mlrd kubmetri Avropa Birliyi ölkələrinə və 6 mlrd kubmetri isə Türkiyəyə satılacaq. Avropaya satılacaq təbii qazın təslim edilməsi məntəqəsi kimi Türkiyə Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədləri nəzərdə tutulmuşdur.