-TRASEKA (“Avropa- Qafqaz- Asiya”) nəqliyyat dəhlizi Proqramı- Avraziya regionlarında son 20 il ərzində hazırlanan və həyata keçirilən effektivli, hər iki regionun dövlətləri üçün iqtisadi cəhətdən xeyli səmərəli olan beynəlxalq nəqliyyat layihələrindən biri kimi xüsusi əhəmiyyət kəb edir. Proqram əsasında TRASEKA-nın keçdiyi ən mühüm nəqliyyat marşrutları üzrə kommunikasiya obyektlərinin modernləşdirilməsi, daha müasir infrastruktur obyektlərinin istismara verilməsi, milli və beynəlxalq nəqliyyat marşrutlarının dünya standartları seviyyəsinə qaldırılması, beynəlxalq nəqliyyat sistemi üzrə hərəkət edən nəqliyyat vasitələrinə texniki xidmətin səviyyəsinin artırılması, gömrük və tarif siyasətlərinin təkmiləşdirilməsi və s bu kimi mühüm tədbirlər həyata keçirilmişdir. Məsələn, 1996-cı ilin mayında Türmənistanın Sərəxs şəhərində imzalanmış Sazişə əsasən Azərbaycan , Gürcüstan, Türkmənistan və Özbəkistan arasında tranzit daşımaları üzrə tariflər 50% azaldılmış, gömrük qaydaları sadələşdirilmiş, daşımaların təhlükəsizliyi və qorunması təmin olunmuşdur.