Mövzu Ali məktəb psixologiyasının ümümi məsələləri Plan


Mövzu. 4. Ünsiyyət və şəxsiyyətlərarası münasibətlər Plan



Yüklə 89,63 Kb.
səhifə17/28
tarix28.01.2022
ölçüsü89,63 Kb.
#51698
1   ...   13   14   15   16   17   18   19   20   ...   28
Ali mek. psixolog yeni son mühazireler

Mövzu. 4. Ünsiyyət və şəxsiyyətlərarası münasibətlər

Plan:

1. Psixologiyada ünsiyyət anlayışı, ünsiyyətin əsas tərəfləri

2. Ünsiyyətin növləri və funksiyaları.

3. Ünsiyyət mədəniyyəti.

4. İnsanlara təsirin əsas strategiyaları.

5. Ünsiyyət pozuntuları, çətinlikləri və maneələri



6. Aksentuasiya tipləri və ünsiyyət xüsusiyyətləri.

1. Psixologiyada ünsiyyət anlayışı, ünsiyyətin əsas tərəfləri. Ünsiyyətin tərifi, məzmunu, məqsəd və vəzifələri. İnsanlar birgə yaşayış və birgə fəaliyyət zamanı daima bir-biri ilə informasiya mübadiləsi aparır, bir-birinə qarşılıqlı təsir göstərir və ya bir-birini qavrayır və anlayırlar. Başqa sözlə ünsiyyətə girirlər. Ünsiyyət olmadan insanların birgə fəaliyyəti həyata keçirməsi mümkün deyildir. İki və daha çox insanın münasibətləri aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz səylərini əlaqələndirməyə və birləşdirməyə yönəldilmiş qarşılıqlı təsirinə ünsiyyət deyilir. Ümumipsixoloji baxımdan nəzərdən keçirdikdə, əvvəla, ünsiyyət iki və daha çox şəxs arasında baş verir; ikincisi, həmin proses az-çox dərk edilmiş olur; üçüncüsü, ünsiyyət insanlar arasında informasiya mübadiləsi olmaqla bərabər qarşılıqlı təsir prosesi, real gerçəkliyi əks etdirmək vasitəsidir; dördüncüsü, ünsiyyət dinamik prosesdir, onun müxtəlif forma və vasitələri vardır. Deməli, ümumipsixoloji baxımdan ünsiyyəti fəaliyyətin xüsusi bir növü hesab etmək olar. Ünsiyyət prosesində insanlar arasında fikir, bilik, rəy, təcrübə və hisslər mübadiləsi gedir, onlar bir-birinin inam və əqidəsinə təsiri olan müxtəlif tipli məlumatları əsasən başqaları ilə ünsiyyət prosesində əldə edir, öz bilik və təsəvvürlərini başqalarına aşılayırlar. Ünsiyyət prosesində insanlar nəinki mühit haqqında məlumat əldə edir, eyni zamanda müxtəlif adət və vərdişlərə yiyələnir ki, bunlar da real varlığın dərk edilməsinə xüsusi istiqamət verir. Həyati faktlar göstərir ki, ünsiyyət eyni zamanda psixi proseslərin təzahüründə özünəməxsus tərzdə iştirak edir. Ünsiyyət psixi proseslərin dinamikasına, təzahürünə təsir göstərir və onları daha da mütəhərrik edir. Ünsiyyət eyni zamanda şəxsiyyətin formalaşmasına da müəyyən tərzdə istiqamət verir. Ümumi psixologiya baxımından ünsiyyət probleminin maraqlı cəhətlərindən biri də ondan ibarətdir ki, insanın özünü dərk etməsi, öz məninə nəzər salması, özünü başqaları ilə müqayisə edərək qiymətləndirməsi belə ünsiyyət prosesinin məhlulu kimi qəbul edilə bilir. İnsan yalnız başqaları ilə ünsiyyət prosesində onları dərk edir. Müasir sosial psixologiyada ünsiyyətin üç mühüm tərəfi, cəhəti qeyd olunur: 1) ünsiyyət informasiya mübadiləsi kimi və yaxud ünsiyyətin kommunikativ tərəfi; 2) ünsiyyət qarşılıqlı təsir prosesi kimi və ya ünsiyyətin interaktiv tərəfi; 3) ünsiyyət insanların bir-birini qavraması, anlaması kimi və yaxud ünsiyyətin perseptiv tərəfi. Ünsiyyətin özünəməxsus məzmunu, məqsədi və vasitələri mövcuddur. Ünsiyyətin məzmunu dedikdə fərdi təmas zamanı bir insandan digərinə ötürülən inıormasiya nəzərdə tutulur. Məhz öz məzmunundan asılı olaraq insanların ünsiyyəti müxtəlif xarakter daşıya və fərqlənə bilir. Ünsiyyətin məzmununu, hər şeydən əvvəl, insanın daxili motivasiya və emosional vəziyyəti haqqında məlumat təşkil edə bilər. Bu zaman insanlar bir-birinə mövcud tələbatları, emosional vəziyyətləri (razılıq, narazılıq, sevinc, kədər, qəm, əzab və s.) haqqında məlumatları çatdırır ki, bu cür informasiyalar bir adamdan başqalarına ötürülməklə şəxsiyyətlərarası tənzim rolunu oynaya bilər. Ünsiyyətin məzmunu ətraf mühit, orada baş verən hadisələr haqqında məlumatlardan da ibarət ola bilər. Bu zaman ünsiyyətdə olan insanlar bir-birlərinə mövcud təhlükə, həyati əhəmiyyətə malik olan amillər haqqında məlumat verə bilərlər. Ünsiyyətin məqsədinə gəldikdə, insanda müvafiq fəallığın nə üçün, nəyin xatirinə həyata keçirilməsindən ibarətdir. İnsanların ünsiyyətə girmə məqsədinə onların dünya, təlim və tərbiyə, şəxsi və işgüzar qarşılıqlı əlaqələrin yaradılması və s. haqqında obyektiv məlumatın verilməsi və ya alınmasını daxil edirlər. İnsanda ünsiyyətin vasitələri ünsiyyət zamanı ötürülən informasiyaların kodlaşdırılmasında, ötürülməsində, işləmə və açılmasında özünü göstərir. İnformasiyaların kodlaşdırılması onun bir canlı varlıqdan digərinə ötürülmə tərzindən ibarətdir. İnformasiya insanlar tərəfindən müəyyən məsafədən, hiss üzvləri vasitəsilə ötürülə və qavranıla bilir. İnsanda dil və başqa işarələr sistemi vasitəsilə informasiya mübadiləsinə daha çox yer verilir.

2. Ünsiyyətin növləri. Ünsiyyət çoxcəhətli, çoxplanlı bir prosesdir. Onun özünəməxsus növləri də vardır. Hər şeydən əvvəl, psixoloji ədəbiyyatda məzmunu, məqsədi və vasitələrindən asılı olaraq ünsiyyətin bir sıra növləri qeyd olunur. Məzmunundan asılı olaraq ünsiyyətin aşağıdakı növlərini göstərə bilərik: maddi ünsiyyət (əşyalar və fəaliyyət məhsullarının mübadiləsi yolu ilə); koqnitiv ünsiyyət (bilik mübadiləsi); kondision ünsiyyət (psixi və fizioloji vəziyyətin mübadiləsi); motivlərlə bağlı ünsiyyət (təhriklərin, motivlərin, maraqların, tələbatların mübadiləsi); işgüzar fəaliyyətlə bağlı ünsiyyət (iş, əməliyyat, bacarıq və vərdişlərin mübadiləsi). Məqsəddən asılı olaraq psixoloqlar ünsiyyətin bioloji və sosial növlərini qeyd edirlər. Bioloji ünsiyyət orqanizmi mühafizə etmək, qorumaq, saxlamaq və inkişaf etdirməklə bağlı ünsiyyətdir. Sosial ünsiyyətə gəldikdə o, şəxsiyyətlərarası təması, münasibətləri yaratmaq və inkişaf etdirmək, fərdin şəxsi yüksəlişini genişləndirmək və möhkəmləndirmək məqsədi güdür. Ünsiyyətin vasitələrindən asılı olaraq vasitəsiz və vasitəli növlərini qeyd etmək olar. Vasitəsiz ünsiyyət heç bir kənar təhrik və istiqamət olmadan şəxsi təması və ünsiyyətdə olan adamların bir-birini bilavasitə ünsiyyət aktında qavramasını nəzərdə tutur. Vasitəli ünsiyyətə gəldikdə o, vasitəçilərin köməyi ilə həyata keçirilən ünsiyyətdir. Adətən, çox vaxt partnyorlar zaman və məkanca bir-birlərindən təcrid olunduqda vasitəli ünsiyyət özünə yer edir. Bu zaman ünsiyyət aləti kimi partnyorlar arasında onları bir-biri ilə əlaqələndirən vasitəçidən istifadə olunur. Bunlara əşyaları, qeydləri, kitabları, mədəniyyət obyektlərini, vasitəçilik edən üçüncü şəxsi, mümkün olan hər hansı vasitəni: telefonu, radionu, televizoru, kompyüteri və s. aid etmək olar. Ünsiyyət vasitələrindən asılı olaraq ünsiyyətin verbal və qeyri verbal növləri xüsusilə diqqəti cəlb edir

Ünsiyyətin funksiyaları. Ünsiyyət bir sıra mühüm funksiyaları həyata keçirir. Psixoloji ədəbiyyatda ünsiyyətin funksiyalarını müxtəlif əsaslar üzrə təsnif edirlər. L.A.Karpenko ünsiyyətin məqsədindən asılı olaraq 8 funksiyasını qeyd etmişdir:1 1. Təmas funksiyası. Bu funksiyanın məqsədi ünsiyyətdə olan tərəflərin informasiya mübadiləsi üçün qarşılıqlı əlaqəni gözləməklə bağlı təmas yaratmaqdan ibarətdir. 2. İnformasiya funksiyası. Bu funksiyanın məqsədi məlumat mübadiləsindən, daha doğrusu, sorğuya qarĢı fikir mübadiləsindən ibarətdir. 3. Təhrikedici funksiya. Bu funksiyanın məqsədi ünsiyyət tərəf müqabilini bu və ya digər işi yerinə yetirməklə bağlı fəallığa yönəltməkdən ibarətdir. 4. Əlaqələndirmə funksiyası. Bu funksiyanın məqsədi birgə fəaliyyətin təĢkili zamanı yerinə yetiriləcək işlərin qarşılıqlı əlaqəsinin yaradılmasından ibarətdir. 5. Anlama funksiyası. Bu funksiyanın məqsədi təkcə məlumatın mənasının adekvat qavranılması və anlaşılması deyil, tərəf müqabillərin bir-birini (məqsədlərini, yönəlişliklərini, həyəcanlarını, vəziyyətlərini və s.) anlamalarından ibarətdir. 6. Amotiv funksiya. Bu funksiyanın məqsədi tərəf müqabilində emosional təəssürat yaratmaq, eyni zamanda bunun köməyi ilə özünün həyəcan və vəziyyətini şibarətdir («emosiyaların mübadiləsi»). 7. Münasibətlərin yaradılması funksiyası. Bu funksiyanın məqsədi rol, işgüzar, şəxsiyyətlərarası əlaqələr sistemində özünün yerini dərk etməkdən ibarətdir. 8. Təsir göstərmək funksiyası. Bu funksiyanın məqsədi tərəf müqabilinin vəziyyətini, davranışını, eləcə də onun niyyətini, fikrini, təsəvvürünü, tələbatlarını, fəallığını və s. dəyişdirməkdən ibarətdir.

3. Ünsiyyət mədəniyyəti

İnsan və insan təfəkkürü ilə əlaqədar problemlər ictimai hərəkatın dinamikliyi ilə, xüsusilə, yaxından bağlıdır və bu bağlılıq insanlar arasında ünsiyyətin formalaşmasına təsir göstərməyə bilməz. Müasir şəraitdə ünsiyyət mədəniyyətinin etik və estetik cəhətdən əsaslandırılması və şəxsiyyətin mənəvi keyfiyyətlərinin yüksəkliyi və etibarlılığı, onun varlığının demokratikləşdirilməsi və humanistləşdirilməsi müasir insanların ictimai şüurunu məşğul edən problemlərdən biridir. İstənilən insani fəaliyyət bu və ya digər vasitələrin (yol, üsul, alətlər və s.)

köməkliyi həyata keçirilir. İnsan ünsiyyətinn belə vasitələrinə söz, üzün ifadəsi, yest, geyim aiddir. Bu vasitələrin bioloji zəminə əsaslandığına baxmayaraq bütün bunlar insan düşüncə və yaradıcılığının məhsulu olub, mədəniyyətin daşıyıcıları kimi çıxış edirlər. İnsanlar arasında ünsiyyət prosesinin baş verməsini təmin edən, məhz bu insan davranışının spesifik üsulları ünsiyyət mədəniyyəti adlanır. Ünsiyyət mədəniyyəti insanın onu əhatə edən digər insanlarla qarşılıqlı münasibətləri həyata keçirməsi kimi başa düşülür. Ünsiyyət mədəniyyətinə bu cür yanaşma etika elmində mövcud olan davranış mədəniyyyəti anlayışı ilə razılaşdırırlır. Davranış mədəniyyəti davranışın əxlaqi və estetik normalarının zahiri təcəssümünü əks etdirən insanın gündəlik davranış formalarının məcmusudur. Davranış mədəniyyəti ünsiyyət mədəniyyətinə nisbətən daha geniş hadisədir. Ünsiyyət formalarından əlavə davranış mədəniyyətinə, həmçinin insanın boş və asudə vaxtının təşkili, istifadə üçün əşyaların seçimi zamanı onun estetik zövqü, gigiyenası və digər məqamlar daxildir. Dar pedaqoji mənada ünsiyyət mədəniyyətinə yalnız əxlaqi normalara, estetik təsəvvürlərə, nəhayət, sadəcə olaraq adət halını almış mənəvi meyarlara uyğun olan davranış formaları aid edilir. Ünsiyyət mədəniyyətinin gözəlliyi insanlarda estetik hiss, sağlam düşüncə, bədii zövqü inkişaf etdirmək, gözəlliyin mahiyyətini dərk etmək və aydınlaşdırmaqdan, bu gözəlliyə məhəbbət hissi aşılamaqdan ibarətdir. Çünki təbiətin bir hissəsi olan insanlar bir-birilə bilavasitə ünsiyyətdə yetkinləşir və kamala dolurlar.

Cəmiyyətin tarixi inkişaf prosesində işləyib hazırladığı ünsiyyət mədəniyyətinə yiyələnmək üçün iki mərhələ zəruridir. Birinci mərhələdə mövcud təcrübə ilə tanışlıq, ikinci mərhələ isə bilavasitə praktik ünsiyyət prosesidir. Bu zaman şəxsiyyət qazanmış olduğu nəzəri bilikləri ünsiyyət prosesində realizə edir. Ünsiyyət mədəniyyəti səviyyəsinin müəyyənləşməsinə bir sıra amillər təsir göstərir: sosial status, ünsiyyət partnyorunun xüsusiyyətləri, situasiya, milli ənənələr. Ünsiyyət mədəniyyətinin hamı tərəfindən qəbul olunmuş prinsipləri aşağıdakılardır:

Dəqiqlik-fikirlərin dəqiq və aydın ifadə edilməsi,

Anlaşıqlıq-asan başa düşülən,

Nitqin təmizliyi-artıq sözlərin olmaması

İfadəlilik-dinləyicilərin diqqət və marağının saxlanılması

Ünsiyyət mədəniyyətinə yiyələnmənin birinci mərhələsində valideynlər, müəllimlər, şəxsiyyəti əhatə edənsosial qrup, kütləvi informasiya vasitələri mühüm rol oynayır. İkinci mərhələdə vəzifə şəxsiyyətin üzərinə düşür. Bu zaman şəxsiyyət təcrübi ünsiyyət prosesində, konfliktli situasiyalardan keçməklə özünəməxsus ünsiyyət mədəniyyətini formalaşdırır. Ümumiyyətlə, şəxsiyyətin ünsiyyət mədəniyyəti özünü iki aspektdə büruzə verir: 1) Şəxsiyyətin özünə münasibətdə, 2) şəxsiyyətin ətrafdakılara menasibətində. Ünsiyyət mədəniyyətinin səviyyəsi məhz şəxsiyyətin ətrafdakılara olan münasibətində aşkar olur. Ətrafdakılara olan münasibət aşağıdakı tərkib hissələrinə bölünür:

Özündən böyüklərə münasibət,

Özündən kiçiklərə münasibət,

Öz yaşıdlarına münasibət,

Əks cinsə münasibət

Ünsiyyət mədəniyyəti cəmiyyətin inkişafının dərin proseslərinin təzahürü olmaqla yanaşı, həm də şəxsiyyətin mənəviinkişafının göstəricisidir. Eyni vaxtda o özü ictimai proseslərin və insani münasibətlərinreallığına müəyən təsir göstərir. Ünsiyyət mədəniyyətinin formalaşdırılması vəzifəsini müxtəlif pedaqoji sistemlər- ailə, uşaq bağçaları, məktəblər həyata keçirir. Məhz burada insan xarakterin ən mühüm cəhətlərini və davranış vərdişlərini əldə edərək mənimsəyir.Yetkin yaşda isə ünsiyyət qaydalarına insan özü yiyələnir və mənsubu olduğu sosial qrupun, cəmiyyətin təqdim etdiyi tələblərə uyğun olaraq davranış tərzini, üslubunu müəyyən edir.


Yüklə 89,63 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin