Mövzu «Fİrmanin iQTİsadiyyati» kursunun təDQİqat obyekti, predmeti VƏ MƏzmunu



Yüklə 0,77 Mb.
səhifə11/79
tarix11.12.2022
ölçüsü0,77 Mb.
#73755
1   ...   7   8   9   10   11   12   13   14   ...   79
Firmanın İqtisadiyyatı mühazirə

3.İdarəetmənin funksiyaları.
İdarəetmə prosesi idarəetmə sisteminin və onu əmələ gətirən ünsürlərin fəa- liyyət göstərməsi prosesidir.Bu isə,bilavasitə,müxtəlif idarəetmə orqanlarının fəaliyyətti ilə bağlıdır.İdarəetmə prosesinə müxtəlif tərəfdən yanaşmaq olar: idarəetmə prosesinin funksionallığı; idarəetmə əməyinin təşkili; idarəetmə sis- teminin strukturu; idarəetmə orqanlarının fəaliyyətinin təşkili; idarəetmə prose- sinin məzmununa görə.
İdarəetmə prosesləri öz funksional məzmununa görə fərqlənirlər.Belə ki,ope-rativ rəhbərlik,planlaşdırma,nəzarət,xidmət funksiyalarını bunu misal çəkmək olar.İdarəetmə prosesi dinamik xarakter daşıyır,yəni o,fasiləsiz bir prosesdir,ida- rəetmə sistemlərinin strukturu,həlqələri arasındakı əlaqələri göstərir.
İdarəetmə prosesi idarəetmənin məqsəd və vəzifələrindən irəli gəldiyi üçün, müəyyən idarəetmə funksiyalarının yerinə yetirilməsi ilə bağlıdır.İdarəetmə funksiyaları obyektiv məqsəd və nəticələrin ümumiliyi ilə səciyyələnir ki,bu da idarəetmə aparatında çalışan işçilərin əməyinin funksional bölgüsündən irəli gə- lir.Buna uyğun olaraq,müəyyən idarəetmə aparatı təşkil edilir.İdarəetmə funksi- yası dedikdə,ictimai istehsal proseslərinin yerinə yetirilməsinə yönəldilmiş üsul və vasitələrin məcmusu nəzərdə tutulur.Deməli,idarəetmə funksiyası idarəetmə fəaliyyətinin xüsusi növü olub,idarəetmədə əmək bölgüsünün təzahür forması- dır.İdarəetmə funksiyaları idarəetmə orqanlarının formalaşmasına,funksional struktura mühüm təsir göstərdiyinə görə elə etmək lazımdır ki,funksional struk- tur idarəetmənin məzmununu daha düzgün və dolğun əks etdirsin.Bunun üçün xüsusi funksiya,fəaliyyət makro və mikro məqsədlərə uyğun gəlməli,idarəçilik fəaliyyəti ilə idarəçilik funksiyasının bir-birinə uyğunluğu müəyyən edilməli,idarəetmə funksiyaları və vəzifələri əlaqələndirilməli,hər bir funksiyada idarəetmə obyekti və subyektinin xüsusiyyətləri nəzərə alınmalı,funksiyaların hüdudlaşdırılmasında,fərqləndirilməsində eyni zamanda onlar arasındakı əlaqələr nəzərə alınmalıdır.
İdarəetmə prosesləri aşağı,orta yüksək səviyyəli idarəetmə proseslərinə ayrılır ki,bu da aşağıdakı cədvəldə göstərilmişdir.
Cədvəl 3.1.



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin