Mövzu «Fİrmanin iQTİsadiyyati» kursunun təDQİqat obyekti, predmeti VƏ MƏzmunu


Əmək məhsuldarlığının artırılması ehtiyatları və amilləri



Yüklə 0,77 Mb.
səhifə19/79
tarix11.12.2022
ölçüsü0,77 Mb.
#73755
1   ...   15   16   17   18   19   20   21   22   ...   79
Firmanın İqtisadiyyatı mühazirə

4.4. Əmək məhsuldarlığının artırılması ehtiyatları və amilləri

Firmada əmək məhsuldarlığının düzgün planlaşdırılmasında və əməyə qənaətin ehtiyat mənbələrinin tam aşkar edilib reallaşdırılmasında əmək məhsuldarlığına təsir edən amillərin elmi əsaslarla təsnifləşdirilməsinin böyük əhəmiyyəti vardır.


Əmək məhsuldarlığının yüksəldilməsi bütün istehsal ehtiyatlarının səfərbərliyə alındığı təqdirdə müvəffəqiyyətlə həll edilə bilər. Bunun üçün elmi-texniki tərəqqinin tətbiqi ilə yanaşı maddi, əmək və maliyyə ehtiyatlarından daha qənaətlə və səmərəliliyi istifadə etmək, artıq xərclərə yol verməmək və itkiləri ləğv etmək lazımdır.
Firmada əmək məhsuldarlığının artırılması ehtiyatları dedikdə orta istehsal normasını artırmaq və ya məhsulun əmək tutumunu azaltmaq üçün mövcud və gerçəkləşməsi mümkün olan imkanlar nəzərdə tutulur.
Firmada əmək məhsuldarlığının artırılması ehtiyatları elmi-texniki tərəqqi, Firmanın düzgün yerləşdirilməsi, firmada yeni texnika və texnologiyanın tətbiqi, mövcud avadanlıqların modernləşdirilməsi və ixtisaslaşdırılması, rəqabətqabiliyyətli müvafiq sahələrin inkişaf etməsi və s. əlaqədardır.
Firmada əmək məhsuldarlığının yüksəldilməsi üçün istehsaldaxili ehtiyatların aşkar edilməsi resurslardan səmərəli istifadə olunmasından birbaşa asılı olur. Bu ehtiyatlara məhsulun əməktutumunun aşağı salınması, iş vaxtından istifadənin yaxşılaşdırılması, istehsal heyətinin strukturunun təkmilləşdirilməsi, xammal və materiallara qənaət, istehsal əsas fondlarından istifadənin yaxşılaşdırılması və fondtutumunun aşağı salınması aiddirlər. Firmada əmək məhsuldarlığının yüksəldilməsi ehtiyatlarını intensiv ehtiyatlar – əməktutumunun aşağı salınması və ekstensiv ehtiyatlar – iş vaxtının artırılması üzrə ehtiyatlara bölmək olar.
Əmək məhsuldarlığının ehtiyatları onun konkret amillərinin təsiri ilə əlaqədardır. Bu amillərə aşağıdakılar daxildir.
Əmək məhsuldarlığını yüksəltməyin maddi-texniki amillərinə: elmi-texniki tərəqqinin əsasında istehsalın mexanikləşdirilməsi, avtomatlaşdırılması, robotlaşdırılması, yeni texnikanın tətbiqi və mövcud avadanlıqların modernləşdirilməsi, hissənin, konstruksiyanın və digər parametrlərin dəyişdirilməsi, yeni texnoloji proseslərin işlənməsi və tətbiqi, məhsulun keyfiyyətinin yüksəldilməsi aiddir.
Təşkilati amillərə isə istehsalın təmərküzləşmə və ixtisaslaşma səviyyəsi, onun fasiləsizlik, ahəngdarlıq və proporsionallıq dərəcəsi, istehsalın idarə edilməsinin təkmilləşdirilməsi, iş yerlərinin səmərəli təşkili, istehsal sahəsində məşğul olan ayrı-ayrı kateqoriya işçilərin say nisbəti, sağlam, təhlükəsiz və estetik cəhətdən əlverişli əmək şəraitinin yaradılması daxildir.
İqtisadi amillərə kollektivin və ayrı-ayrılıqda hər bir işçinin əmək məhsuldarlığını yüksəltmək üçün ən əlverişli maliyyə və digər iqtisadi stimulların yaradılması aiddir.
Sosial amillərə gəlincə, bunlara kadrların mədəni-texniki və mənəvi səviyyəsi, ixtisası, əmək məhsuldarlığının artımının mənəvi cəhətdən stimullaşdırılması dərəcəsi və formaları aid edilir.
Əmək məhsuldarlığının yüksəldilməsinin ehtiyatları tükənməzdir, bu və ya digər formada və kəmiyyətdə təkrar olunur. Bu, elmi-texniki tərəqqinin fasiləsizliyi ilə bağlıdır. Elə buna görə də elmi-texniki tərəqqi istehsalın inkişafı və əmək məhsuldarlığının yüksəldilməsinin həlledici amili hesab olunur. Yeni maşın və mexanizmlərin tətbiqi, mütərəqqi material növlərinin istifadəyə verilməsi, istehsalın kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması, yeni texnoloji istehsal üsullarının tətbiq olunması – bütün bunlar istehsalın inkişafı üçün əsasdır. Sadalanan tədbirlərin səmərəliliyi isə kadrların ixtisasını artırmadan mümkün deyildir.
Lakin texnikanın inkişafı da, insanın əməyi də o zaman səmərəli ola bilər ki, onlar istehsalın düzgün təşkili şəraitində fəaliyyət göstərmiş olsunlar. Elmi-texniki tərəqqi istehsalın təşkilini yaxşılaşdırmağın mühüm şərti olsa da, o, istehsalın təşkilinin yeni metodlarını tətbiq etmədən fayda gətirə bilməz.
Firmanın optimal ölçüsü, ixtisaslaşmanın, kooperativləşmənin və kombinələşmənin optimal səviyyəsi, Firmanın səmərəli yerləşdirilməsi – bütün bunlar əmək məhsuldarlığının yüksəldilməsi üçün böyük ehtiyatlardır.
sənayenin bir sıra sahələrində, xüsusilə həlledici sənayedə əmək məhsuldarlığına təbii-coğrafi mühit də təsir göstərir. Hasilat sahələrində əmək məhsuldarlığı maşın və avadanlıqların özü, tətbiq edilən texnologiyanın xarakteri, əməyin təşkili xeyli dərəcədə təbii-geoloji şəraitdən asılı olur.
Əmək məhsuldarlığına təsir edən amilləri araşdıraraq onun yüksəldilməsi ehtiyatlarını aşkara çıxarmaq üçün iş vaxtından istifadə səviyyəsinin böyük əhəmiyyəti vardır. Əmək məhsuldarlığının artırılmasının firmadaxili mühüm ehtiyat mənbələrindən biri iş vaxtı itkilərinin azaldılmasıdır. Iş vaxtı itkiləri iki növə – bütün günü və növbədaxili iş vaxtı itkilərinə ayrılır. Bütün günü iş vaxtı itkilərinə aşağıdakılar aiddir:

  • xəstəlik üzündən;

  • müdiriyyətin icazəsinə görə;

  • bütün günü boşdayanma;

  • üzürsüz səbəbdən işdən yayınma.

Növbədaxili iş vaxtı itkiləri isə istehsalın təşkilati-texniki şəraitindən və işçinin özündən asılı olan itkilərə ayrılır. Növbədaxili iş vaxtı itkilərinin təşkilati-texniki səbəbləri əsasən aşağıdakılardan ibarət olur: texnoloqun, ustanın, iş naryadının, tapşırığın, iş alətlərinin, qaldırıcı nəqliyyat vasitələrinin gözlənilməsinə gedən vaxt; materialların, alətlərin, yanacağın, enerjinin olmaması, cari təmir və yaxud avadanlığın saz halda olmaması; işin müvəqqəti olaraq olmaması.

Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin