Mövzu «Fİrmanin iQTİsadiyyati» kursunun təDQİqat obyekti, predmeti VƏ MƏzmunu


Mövzu 15. FİRMANIN İSTEHSAL – KOMMERSİYA FƏALİYYƏTİNİN SƏMƏRƏLİLİYİ



Yüklə 0,77 Mb.
səhifə76/79
tarix11.12.2022
ölçüsü0,77 Mb.
#73755
1   ...   71   72   73   74   75   76   77   78   79
Firmanın İqtisadiyyatı mühazirə

Mövzu 15. FİRMANIN İSTEHSAL – KOMMERSİYA FƏALİYYƏTİNİN SƏMƏRƏLİLİYİ



    1. 15.1. İstehsalın iqtisadi və sosial səmərəliliyinin mahiyyəti

    2. 15.2. Xərclərin ümumi və müqayisəli səmərəliliyi göstəriciləri

    3. 15.3. İstehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsinin

    4. əsas istiqamətləri




    1. İstehsalın iqtisadi və sosial səmərəliliyinin mahiyyəti

İstənilən cəmiyyətdə iqtisadi inkişafın əsasında ictimai istehsalın səmərəliliyinin artırılması dayanır. İctimai istehsalın məqsədi cəmiyyət üzvlərinin və cəmiyyətin özünün gələcək sosial-iqtisadi inkişafı üçün ehtiyaclarını müxtəlif əmək məhsulları və xidmətlərlə təmin etməkdir. Bu məqsədə çatmaq üçün, ilk növbədə, cəmiyyətin malik olduğu milli sərvətdən, iqtisadi potensialdan tam istifadə olunmalı, ictimai istehsalın iqtisadi səmərəliliyi yüksəldilməlidir. Yaradılan məhsul hesabına tələbatların ödənilmə səviyyəsini ifadə edən iqtisadi artım və səmərəlilik, əgər bir tərəfdən əhalinin həyat səviyyəsini yüksəldirsə, digər tərəfdən bu, əməyin məzmunu və şəraitindən bilavasitə asılıdır.


Səmərə – ictimai istehsalın səmərəliliyinin yüksəldilməsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi sayəsində iqtisadiyyatın müxtəlif sahələri və ya ayrılıqda hər bir müəssisədə alınan mütləq ölçüdə iqtisadi nəticəni göstərir. Buna görə də səmərə yalnız iqtisadi məzmun kəsb edə bilər, çünki istehsalın texniki-təşkilati baxımdan təkmilləşdirilməsi əsasında məhsul buraxılışının artırılması, onun maya dəyərinin aşağı salınması, əmək məhsuldarlığının yüksəldilməsi kimi iqtisadi göstəricilərin yaxşılaşmasına səbəb olur; səmərə muxtariyyət şəklində sosial mahiyyət daşıya bilməz, belə ki, istehsalın təkmilləşdirilməsi ilə eyni zamanda əmək şəraiti yaxşılaşsa da, işçilərin sosial-mədəni və ixtisas səviyyəsi yüksəlsə də, bunlar kəmiyyətcə ölçüyə gəlmir. Sosial səmərəlilik müxtəlif ümumi və xüsusi sosial nəticələrin əldə edilməsi dərəcəsini xarakterizə edir. Məsələn, peşə xəstəliyinin aradan qaldırılması əməyin yaxşılaşdırılması və təhlükəsizliyinin artırılması, əməyin yaradıcı mahiyyətinin inkişafı və s.
Hər hansı təşkilati-texniki tədbirin həyata keçirilməsinin iqtisadi səmərəliliyi müəyyən vaxt vahidi ərzində (il) alınan iqtisadi səmərənin onun istehsalı ilə məşğul olan canlı və maddiləşmiş əməyin kəmiyyətinə nisbəti kimi müəyyən olunur.
Başqa sözlə, səmərəlilik nisbi göstəricidir; burada səmərə – onun yaranmasına səbəb olan xərclərlə müqayisə olunur. Səmərə olmayanda səmərəlilikdən söhbət gedə bilməz.
Ölkə iqtisadiyyatının bazar münasibətlərinə keçidi iqtisadi səmərəliliyə də yeni yanaşmanı, onun hesablanmasının yeni qayda və metodlarını tələb edir. Belə ki, bazar mexanizmi cəmiyyətin sərəncamında olan məhdud istehsal resurslarının elə bölüşdürülməsini tələb edir ki, tələbatların maksimum ödənilməsini təmin etmək mümkün olsun. Məhdud istehsal resurslarının səmərəli istifadəsi iki şərtin yerinə yetirilməsini – resursların düzgün bölgüsü və onlardan qənaətlə istifadə olunmaqla istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsini tələb edir.
Bazar münasibətlərinə əsaslanan iqtisadi sistemdə qiymət mexanizmi resursların firma, müəssisə və sahələr arasında elə bölgüsünə nail olmağa imkan verir ki, cəmiyyət (istehlakçılar) üçün ən zəruri məhsullar əldə olunur, rəqabətin güclənməsi isə iqtisadi səmərəliliyin yüksəldilməsinin əsas amili olur və tələbata uyğun məhsulların ən ucuz başa gələn üsulla istehsal olunmasını ön plana çəkir.
İqtisadiyyatda dövlətin rolu və müəssisələrin fəaliyyəti ilə əlaqədar iqtisadi səmərəliliyin müəyyən olunması və onun iqtisadi mahiyyətinin öyrənilməsi çox vacibdir. Ümumiyyətlə, iqtisadi səmərəliliyin düzgün hesablanması qərarların əsaslandırılması və müəssisənin iqtisadi inkişaf və sosial tərəqqi meyllərinin müəyyən olunmasında həlledici əhəmiyyət kəsb edir.
İctimai istehsalın iqtisadi səmərəliliyini düzgün qiymətləndirmək üçün onun meyarı və göstəriciləri elmi-nəzəri və metodoloji cəhətdən dəqiq əsaslandırılmalıdır. Çünki hər hansı bir sosial-iqtisadi prosesin kəmiyyət və keyfiyyət cəhətlərini özündə tam və dəqiqliklə əks etdirən meyar və göstərici (və ya göstəricilər) olmadan həmin prosesin qiymətləndirilməsi və idarə edilməsi qeyri-mümkündür.
İctimai istehsalın səmərəlilik meyarı və meyar arasında prinsipial fərqlər oısa da, onlar vəhdətdədirlər.
Səmərəlilik meyarı – istehsal fəaliyyətinin son nəticəsidir, son nəticə isə – məhsul istehsalına çəkilmiş xərclərin gətirdiyi səmərədir. Səmərə öz-özlüyündə ictimai istehsalın səmərəliliyi haqqında təsəvvür yarada bilmir, çünki mütləq rəqəmdir, onu yaradan xərclərlə əlaqəsizdir. səmərədən səmərəliliyə, meyardan göstəriciyə keçmək üçün səmərə ilə xərclər mütləq müqayisə edilməlidir.
Səmərəlilik göstəricisi – səmərə ilə xərclərin kəmiyyət nisbəti, ictimai istehsalın səmərəliliyinin keyfiyyət səciyyəsidir.
Qeyd etmək lazımdır ki, əgər istehsalın iqtisadi səmərəliliyi bir tərəfdən istehsal resurslarından səmərəli istifadənin intensivləşdirilməsini nəzərdə tutursa, digər tərəfdən çəkilən xərclərin – onların mütəmadi aşağı salınması məqsədi ilə – tam uçotunu tələb edir; istehsalın səmərəliliyinin obyektiv qiymətləndirilməsi, başqa sözlə, təsərrüfat tədbirinin verdiyi səmərə ilə onun həyata keçirilməsinə çəkilən xərclərin nisbətinin düzgün müəyyən edilməsi, nəticə etibarilə, təkrar istehsal prosesinin idarə olunmasına təminat verir.
Bazar münasibətlərinə əsaslanan iqtisadi sistem xüsusi mənafelərə əsaslanır. Bu baxımdan, ayrı-ayrı sosial qrupların və qurumların mənafeləri bir-birindən, bu mənafelər isə çox vaxt ictimai mənafedən fərqlənir. Ona görə də iqtisadi qərarları hazırlanması və qəbulu zamanı dövlətin əsaslandığı meyar müəssisənin rəhbərliyinin əsaslandığı meyardan fərqlənir. Belə ki, hökumətin fəaliyyətinin əsas məqsədi əhalinin maddi rifahını yüksəltməkdir. O, ölkədə iqtisadi sistemin inkişafının və iqtisadi artıma nail olmağın əsas təminatçısıdır. Bu baxımdan, makroiqtisadi səviyyədə ictimai istehsalın iqtisadi səmərəliliyinin meyarı milli gəlirdir. Milli gəlirin səviyyəsi cəmiyyətin iqtisadi və sosial təminat səviyyəsini ifadə edir. Ayrı-ayrı ölkələrin sosial-iqtisadi inkişaf səviyyələri arasındakı fərq adambaşına düşən milli gəlir göstəricisi ilə müəyyən olunur. Beləliklə, ölkə iqtisadiyyatının fəaliyyət nəticəsi ictimai istehsalın səmərəlilik meyarı kimi ümumi milli gəlir qəbul edilə bilər.
Ümumi milli gəlirin artırılması və habelə ictimai istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsi bir sıra təsərrüfat tədbirlərindən – əsaslı vəsait qoyuluşundan səmərəli istifadə edilməsi, məhsuldar qüvvələrin düzgün yerləşdirilməsi, əmək və material ehtiyatlarından maksimum istifadə olunmasından asılıdır.
İctimai istehsalın iqtisadi səmərəliliyinin ümumiləşdirici meyarı kimi ictimai əmək məhsuldarlığının səviyyəsi götürülür.
İctimai əmək məhsuldarlığı (Pict) yaradılmış milli gəlirin (MG) maddi istehsal sahələrində çalışan işçilərin orta sayına (Cm) nisbəti ilə ölçülür:



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin