Mövzu «Fİrmanin iQTİsadiyyati» kursunun təDQİqat obyekti, predmeti VƏ MƏzmunu



Yüklə 0,77 Mb.
səhifə77/79
tarix11.12.2022
ölçüsü0,77 Mb.
#73755
1   ...   71   72   73   74   75   76   77   78   79
Firmanın İqtisadiyyatı mühazirə

Pict = MG / Cm

Məlumdur ki, milli gəlir maddi istehsal sahələrində yeni yaradılmış dəyəri əks etdirir. Başqa sözlə, o, ümumi ictimai məhsuldan istehsal prosesində ik olunmuş xammal, yanacaq, enerji və digər istehsal vasitələri çıxıldıqdan sonra yerdə qalan hissədir. Milli gəlir bütün maddi istehsal sahələrinin xalis məhsulu kimi hesablanır. Öz növbəsində ayrıca bir sahənin xalis məhsulu kimi ümumi məhsulla maddi istehsal məsrəfləri arasındakı fərq kimi müəyyən edilir.


Maddi istehsalın müəyyən sahələrində məhsuldarlıq ümumi məhsula görə hesablanır.
İctimai istehsalın iqtisadi səmərəliliyinin mühüm göstəricilərinə əməktutumu, materialtutumu, kapitaltutumu və fondtutumu daxildir.
Məhsulun əməktutumu canlı əməyin məhsuldarlığı göstəricisinə tərs kəmiyyətdir və maddi istehsalda sərf olunmuş əməyin (T) istehsal olunmuş məhsulun ümumi həcminə (Q) nisbəti kimi müəyyən edilir:


t = T / Q

burada t – məhsulun əməktutumudur.


Ictimai məhsulun materialtutumu xammal, material, yanacaq, enerji və digər əmək predmetləri xərclərinin ümumi ictimai məhsula nisbəti kimi hesablanır. Sahənin məhsulunun materialtutumu maddi məsrəflərin (M) buraxılmış məhsulun ümumi həcminə (O) nisbəti kimi müəyyən edilir:


m = M / O
burada m – məhsulun materialtutumudur.
Materialtutumunun aşağı salınması bütün xalq təsərrüfatı üçün sərfəlidir. Çünki sənaye məhsulunun maya dəyərinin 3/5 hissəsini xammalın, əsas və köməkçi materialların, yanacağın və enerjinin dəyəri təşkil edir.
Məhsulun kapitaltutumu və fondtutumu göstəriciləri müəyyən dərəcədə bir-birinə yaxındır. Məhsulun kapitaltutumu göstəricisi kapital qoyuluşu məbləğinin buraxılan məhsulun həmin qoyuluş hesabına artımına nisbəti kimi hesablanır:


KQ = K / Q

burada KQ – məhsulun kapitaltutumu; K – kapital qoyuluşlarının ümumi həcmi; Q – buraxılan məhsulun həcminin əlavə artımıdır.


Kapitaltutumunu yaradılmış milli gəlirin əlavə artımına nisbəti kimi də hesablamaq olar.
Məhsulun fondtutumu əsas istehsal fondlarının orta dəyərinin istehsal olunmuş məhsulun ümumi həcminə nisbəti kimi hesablanır:


f = F / Q

burada F – əsas istehsal fondlarının orta dəyəri; Q – istehsal olunmuş məhsulun ümumi həcmidir.


Fondtutumunu da milli gəlirə nisbəti kimi hesablamaq olar.
Xalq təsərrüfatında, onun ayrı-ayrı sahələrində, o cümlədən sənayedə fondverimi göstəricisindən də istifadə olunur. o, fondtutumunun tərsi olub, istehsal olunmuş məhsulun əsas istehsal fondlarının orta illik dəyərinə nisbəti kimi hesablanır.




    1. Yüklə 0,77 Mb.

      Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin