Risklərin keçməsi. Məhsul razılaşdırılmış tarixdə və ya müddətdə yüklənmə limanında gəminin tutajağından göyərtəsinə keçdiyi andan satıjıdan alıjıya keçir.
Daşınma ...dək ödənilmişdir (göstərilmiş təyinat yeri) məhsulgöndərmə şərti (CPT - Carriage Paid To .... named plase of destination). Məhsulun göndərilmiş hesab edilməsi. İxraj və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi, rüsumlarının və vergilərinin ödənilməsi şərtilə razılaşdırılmış tarixdə və ya müddətdə məhsul göstərilmiş yerdə alıjıya və ya onun təyin etdiyi şəxsə təhvil verildikdə göndərilmiş hesab edilir.
Məhsulun kontrakt qiymətinin tərkibi. Bu məhsulgöndərmə şərtində məhsulun kontrakt qiymətinə aşağıdakı qiymət elementləri daxildir:
məhsulun dəyəri;
məhsulun satıjıdan göstərilmiş təyinat yerinə çatdırılması ilə əlaqədar olan bütün nəqliyyat xərjləri;
məhsulun göstərilmiş təyinat yerində boşaldılması xərjləri (daşıma müqaviləsində göstərilmiş təyinat yerində məhsulun boşaldılması nəzərdə tutulmadığı halda boşaldılma xərjləri məhsulun kontrakt qiymətinə daxil edilmir);
məhsulun yoxlanması, adi qablaşdırılması və markalaşdırılması xərjləri;
zəruri hallarda, məhsulun başqa ölkələrin ərazilərindən tranzitlə keçmə-silə əlaqədar olan gömrük rəsmiləşdirilməsi xərjləri.
Risklərin keçməsi. Məhsul razılaşdırılmış tarixdə və ya müddətdə alıjının təyin etdiyi daşıyıjıya verildiyi andan satıjıdan alıjıya keçir.
Daşınma və sığorta haqqı ...dək ödənilmişdir (göstərilmiş təyinat yeri) məhsulgöndərmə şərti (CIP - Carriage and Insurance Paid To .... named place of destination). Məhsulun göndərilmiş hesab edilməsi. Məhsul ixraj və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi, rüsumlarının və vergilərinin ödənilməsi şərtilə razılaşdırılmış tarixdə və ya müddətdə daşıyıjıya təhvil verildikdə göndərilmiş hesab edilir.
Məhsulun kontrakt qiymətinin tərkibi. Bu məhsulgöndərmə şərtində məhsulun kontrakt qiymətinin tərkibinə aşağıdakılar aid edilir:
məhsulun dəyəri;
məhsulun kontraktda göstərilmiş təyinat yerinə çatdırılması ilə əlaqədar olan nəqliyyat xərjləri, o jümlədən, satıjının bağladığı daşıma müqaviləsinin tərkibinə daxil olan boşaltma xərjləri;
ixraj və gömrük rəsmiləşdirilməsi xərjləri, rüsumları və vergiləri;
məhsulun sığorta etdirilməsinə görə ödənilən sığorta xərjlərinin (mükafatının) məbləği;
məhsulun yoxlanması, adi qablaşdırılması və markalaşdırılması xərjləri;
zəruri hallarda, məhsulun başqa ölkələrin ərazilərindən tranzitlə keçməsilə əlaqədar olan gömrük rəsmiləşdirilməsi xərjləri.
Risklərin keçməsi. Məhsul razılaşdırılmış tarixdə və ya müddətdə göstərilmiş təyinat yerində daşıyıjıya təhvil verildiyi andan onun məhv olması və zədələnməsi riski satıjıdan alıjıya keçir.
Sərhədə çatdırılmışdır (göstərilmiş yerdə) məhsulgöndərmə şərti (DAF - Delivered At Frontier ....named place). Məhsulun göndərilmiş hesab edilməsi. Məhsul ixraj və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi, rüsumlarının və vergilərinin ödənilməsi şərtilə razılaşdırılmış tarixdə və ya müddətdə satıjı ölkənin sərhədində müəyyən olunmuş yerdə nəqliyyat vasitəsindən boşaldılmadan alıjıya təhvil verildiyi andan göndərilmiş hesab edilir.
Məhsulun kontrakt qiymətinin tərkibi. Bu halda məhsulun kontrakt qiymətinin tərkibinə aşağıdakı qiymət elementləri daxil edilir:
məhsulun dəyəri;
məhsulun sərhəddə göstərilmiş yerə qədər çatdırılması ilə əlaqədar olan nəqliyyat xərjləri;
ixraj və gömrük rəsmiləşdirilməsi xərjləri, rüsumları və vergiləri;
məhsulun yoxlanması, adi qablaşdırılması və markalaşdırılması xərjləri;
zəruri hallarda, məhsulun başqa ölkələrin ərazilərindən tranzitlə keçməsilə əlaqədar olan gömrük rəsmiləşdirilməsi xərjləri.
Risklərin keçməsi. Məhsulun məhv olması və zədələnməsi riski razılaşdırılmış tarixdə və ya müddətdə satıjı ölkənin sərhədində göstərilmiş yerdə alıjının sərənjamına verildiyi andan satıjıdan alıjıya keçir.
Gəmidən satılmışdır (göstərilmiş təyinat limanı) məhsulgöndərmə şərti (DES - Delivered Ex Ship ....named port of destination). Məhsulun göndərilmiş hesab edilməsi. Məhsul ixraj və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi, rüsumlarının və vergilərinin ödənilməsi şərti ilə razılaşdırılmış tarixdə və ya müddətdə təyinat limanında gəmidən boşaldılmadan alıjıya təhvil verildikdə göndərilmiş hesab edilir.
Məhsulun kontrakt qiymətinin tərkibi. Bu məhsulgöndərmə şərtinə görə məhsulun kontrakt qiymətinin tərkibinə aşağıdakılar aiddir:
ixraj və gömrük rəsmiləşdirilməsi xərjləri, rüsumları və vergiləri;
məhsulun yoxlanması, adi qablaşdırılması və markalaşdırılması xərjləri;
zəruri hallarda, məhsulun başqa ölkələrin ərazilərindən tranzitlə keçməsi ilə əlaqədar olan gömrük rəsmiləşdirilməsi xərjləri.
Risklərin keçməsi. Məhsulun məhv olması və zədələnməsi riski onun razılaşdırılmış tarixdə və ya müddətdə müəyyənləşdirilmiş məntəqədə gəminin göyərtəsində alıjının səranjamına verildiyi andan satıjıdan alıjıya keçir.
Körpüdən satılmışdır (göstərilmiş təyinat limanı) məhsulgöndərmə şərti (DEQ - Delivered Ex Quay (Duty Paid) .... named port of destination). Məhsulun göndərilmiş hesab edilməsi. Məhsul ixraj və gömrük rəsmiləşdirilməsi xərjləri, rüsumları və vergiləri ödənilmək şərtilə razılaşdırılmış tarixdə və ya müddətdə təyinat limanındakı körpüdə alıjıya təhvil verildikdə göndərilmiş hesab edilir.
Məhsulun kontrakt qiymətinin tərkibi. Bu məhsulgöndərmə şərtində məhsulun kontrakt qiymətinin tərkibinə aşağıdakılar aiddir:
məhsulun dəyəri;
məhsulun göstərilmiş təyinat limanına kimi çatdırılması ilə əlaqədar olan nəqliyyat xərjləri;
ixraj və gömrük rəsmiləşdirilməsi xərjləri, rüsumları və vergiləri;
məhsulun yoxlanması, adi qablaşdırılması və markalaşdırılması xərjləri;
zəruri hallarda, məhsulun başqa ölkələrin ərazilərindən tranzitlə keçməsilə əlaqədar olan gömrük rəsmiləşdirilməsi xərjləri.
Risklərin keçməsi. Məhsulun məhv olması və zədələnməsi riski onun razılaşdırılmış tarixdə və ya müddətdə göstərilmiş təyinat limanında gəminin göyərtəsindən körpüyə boşaldıldığı andan satıjıdan alıjıya keçir.
Rüsum ödənilmədən çatdırılmışdır (göstərilmiş təyinat yeri) məhsulgöndərmə şərti (DDU - Delivered Duty Unpaid) .... named place of destination). Məhsulun göndərilmiş hesab edilməsi. Məhsul ixraj və gömrük rəsmiləşdirilməsi xərjləri, rüsumları və vergiləri ödənilmək, idxal və gömrük rəsmiləşdirilməsi xərjləri, rüsumları və vergiləri isə ödənilməmək şərtilə razılaşdırılmış tarixdə və ya müddətdə göstərilmiş təyinat yerində birbaşa nəqliyyat vasitəsində alıjıya təhvil verildikdə göndərilmiş hesab edilir.
Məhsulun qiymətinin tərkibi. Bu halda məhsulun kontrakt qiymətinə aşağıdakı xərj elementləri daxil olur:
məhsulun dəyəri;
məhsulun təyinat yerinə çatdırılması ilə əlaqədar olan nəqliyyat xərjlərinin məbləği;
ixraj və gömrük rəsmiləşdirilməsi xərjləri, rüsumları və vergiləri;
məhsulun yoxlanması, adi qablaşdırılması və markalaşdırılması xərjləri;
zəruri hallarda, məhsulun başqa ölkələrin ərazilərindən tranzitlə keçməsilə əlaqədar olan gömrük rəsmiləşdirilməsi xərjləri.
Risklərin keçməsi. Məhsulun məhv olması və zədələnməsi riski onun razılaşdırılmış tarixdə və ya müddətdə göstərilmiş təyinat yerində nəqliyyat vasitəsindən boşaldılmadan alıjının sərənjamına verildiyi andan satıjıdan alıjıya keçir.
Rüsum ödənilməklə çatdırılmışdır (göstərilmiş təyinat yeri) məhsulgöndərmə şərti (DDP - Delivered Duty Paid) .... named place of destination). Məhsulun göndərilmiş hesab edilməsi. Məhsul idxal və gömrük rəsmiləşdirilməsi xərjləri, rüsumları və vergiləri də ödənilmək şərtilə razılaşdırılmış tarixdə və ya müddətdə göstərilmiş təyinat yerində alıjıya təhvil verildikdə göndərilmiş hesab edilir.
Məhsulun kontrakt qiymətinin tərkibi. Bu halda məhsulun kontrakt qiymətinin tərkibinə aşağıdakı qiymət elementləri daxildir:
məhsulun dəyəri;
məhsulun təyinat yerinə çatdırılması ilə əlaqədar olan nəqliyyat xərjləri;
ixraj və gömrük rəsmiləşdirilməsi xərjləri, rüsumları və vergiləri;
idxal və alıjının ölkəsində gömrük rəsmiləşdirilməsi xərjləri, rüsumları və vergiləri;
məhsulun yoxlanması, adi qablaşdırılması və markalaşdırılması xərjləri;
zəruri hallarda, məhsulun başqa ölkələrin ərazilərindən tranzitlə keçməsilə əlaqədar olan gömrük rəsmiləşdirilməsi xərjləri.
Risklərin keçməsi. Məhsulun məhv olması və zədələnməsi riski onun razılaşdırılmış tarixdə və ya müddətdə göstərilmiş təyinat yerində alıjının sərənjamına verildiyi andan satıjıdan alıjıya keçir.