Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu



Yüklə 0,95 Mb.
səhifə60/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
1   ...   56   57   58   59   60   61   62   63   ...   86
st- n iqti-t ve menecment fenni muhazire (2)

10.2. Firmadaxili planlaşdırma.

Firmadaxili planlaşdırma menecmentin iqtisadi mexanizmində firmadaxili idarəetmənin mühüm funksiyalarından biridir. Firmadaxili planlaşdırma arzu olunan gələcəyə çatmaq üçün mümkün olan qərarlar məcmusunun vaxtında qiymətləndirilməsi qəbul və təsbit olunması prosesidir. Firmadaxili planlaşdırma müasir xarici kompaniyalarda və firmalarda müvəffəqiyyətlə tətbiq olunur və onların zəruri atributu kimi çıxış edir.


Bazar iqtisadiyyatı şəraitində müəssisədaxili və istehsal planlaşdırılmasının mərkəzləşdirilmiş direktiv planlaşdırmadan və ya sifariş ilə işləməkdən başlıca fərqləri ondan ibarətdir ki, bu şəraitdə diqqət əvvəldən istehsalatının ehtiyacını, təklif və marağının ödənilməsinə yönəldilir. Bundan əlavə istehsalın istehlakçıların tərkibindəki hər bir dəyişikliyə (demoqrafik, sosial, fəaliyyət və s.), hətta onların bu və ya digər ictimai və ya siyasi hadisəyə necə münasibət göstərilməsinə ən tez bir vaxtda uyğunlaşmaq üçün hazır olması nəzərə alınır. Çünki, bütün bunlar bu və ya digər şəkildə tələbatda öz əksini, hətta gözlənilməz şəkildə, tapa bilər.
Bazar iqtisadiyyatı şəraitində bütün planlaşdırma sisteminin əsasını – məhsul satışının həcmi təşkil edir. Ona görə də, müəssisə və ya firma rəhbərliyi müəyyən etməlidir ki, bazarda onlar nəyi və nə qədər satacaqlar. Başqa sözlə müəssisənin istehsal edə biləcəyi avadanlığa, texnologiyaya, xammal mənbələrinə yerləşdiyi yerə, nəqliyyat əlaqələrinə və s. hər hansı təsərrüfat fəaliyyətini müəyyən edən bir çox amillərə uyğun olaraq məhsullardan elələrini seçmək lazımdır ki, həmin məhsullara istehlakçıların tələbatı daha çoxdur və getdikcə artır.
İşgüzar müəssisənin fəaliyyət göstərməsi üçün zəruri olan ehtiyatları (vəsaitləri) dörd yerə bölmək olar: pul, istehsal vasitələri, xammal və digər material, xidmət növləri və işçi qüvvəsi.
Planlaşdırma zamanı qarşıya qoyulmuş məqsədə nail olmaq üçün hər hansı bir ehtiyatdan (vəsaitdən) nə qədər lazım olduğunu müəyyənləşdirmək lazımdır. Ona görə də ehtiyatların planlaşdırılmasının birinci fazasında hər bir planlaşdırma dövrü üçün lazım olan ehtiyatların növünü və miqdarını müəyyən etmək lazımdır. Bu tələbatlar müəyyən olunandan sonra müəssisənin daxili imkanları və mövcud ehtiyatları nəzərə alınır. Bundan sonra ehtiyatlara, vasitələrə olan ümumi tələbat müəyyən edilir.
Planlaşdırmanın ikinci fazasında çatışmayan ehtiyatları müəssisənin özü tərəfindən istehsal etmək mümkünlüyü aşkar edilməlidir. Ancaq elə bir hal da ola bilər ki, müəssisədə hər hansı bir və ya bir neçə ehtiyat (vəsait) nəzərdə tutulan tələbatdan çox olsun. Bu halda mütləq ya əvvəlcədən qəbul edilmiş plan göstəricilərinə təzədən baxmaq lazımdır ki, ehtiyatlardan səmərəli istifadə etmək olsun, ya da müəssisə artıq ehtiyatların satışını təşkil etmək yollarını axtarıb tapmalıdır.
Nəhayət, ehtiyatların (vəsaitlərin) planlaşdırılmasının sonuncu mərhələsində müəssisənin malik olacağı ehtiyatların müxtəlif proqram və istehsal bölmələrinin ehtiyaclarını ödəmək üçün paylaşdırılması aparılır.
Müasir firmalarda planlaşdırmanın zəruriliyi – ümumdünya miqyasında istehsalın həcminin ümumiləşdirilməsi; sənaye firmaları arasında geniş şəkildə ixtisaslaşmanın və kooperasiyanın olması; firmalar daxilində çox saylı bölmələrin fəaliyyət göstərməsi; firmalar arasında vahid texnoloji prosesə daxil olan xammal, yarım fabrikatlar, komplektləşdirici vəsaitlərin qarşılıqlı mənimsənilməsi və eyni zamanda ETT-n tələblərindən irəli gəlir. Məzmunundan, məqsədindən və vəzifəsindən asılı olaraq planlaşmanın aşağıdakı forma və növlərini fərqləndirirlər. Planlaşdırma müddətindən asılı olaraq planların aşağıdakı formaları: perspektiv, orta müddətli və cari (operativ) vardır. Növlərinə görə planlar: 1) təsərrüfat fəaliyyətinin məzmunundan asılı olaraq : ET və ƏTİ üzrə, istehsal, satış, maddi-texniki təchizat və maliyyə planlarına ayrılırlar. 2) firmanın təşkilat quruluşundan asılı olaraq isə: istehsal bölməsinin planı və filialların planına bölünür.
Planlaşdırmanın səviyyəsi və keyfiyyəti aşağıdakı mühüm şərtlərlə: idarəetmənin bütün səviyyələrində rəhbər işçilərin işgüzarlığı; funksional bölmələrdə çalışan mütəxəssislərin ixtisas dərəcəsi; informasiya bazasının və kompüter texnikasının olması ilə müəyyən edilir.
Qarşıya qoyulmuş məqsəddən asılı olaraq planlaşmanın bir sıra xarakterik xüsusiyyətlərini fərqləndirirlər. Məsələn, ABŞ – kompaniyalarında başlığa şərt – bütün bölmələrin strategiyasını cəmləşdirmək və ehtiyatların bölüşdürülməsidir. İngiltərə kompaniyalarında – diqqət ehtiyatların bölüşdürülməsinə yönəldilir. Yaponiya firmalarında isə əsas meyl-yeniliyi tətbiq etmək və məhsulun keyfiyyətini yüksəltməkdir.
Planlaşmaya həsr edilmiş ədəbiyyatlarda bu mövhum üzrə bir sıra meyllər göstərilir. Onları ümumiləşdirdikdə planauyğunluq - idarəetmənin əsası kimi; planlılıq – prinsipi; planlaşdırma – idarəetmənin mühüm funksiyası; plan tapşırığı – idarəetmənin metodu; planın işlənilməsi və həyata keçirilməsi – idarəetmə prosesinin məzmununun əsası kimi izah edilir. Bizim fikrimizcə idarəetmənin bütün səviyyələrində və bütünlükdə idarəetmə prosesinin səmərəli həyata keçirilməsində planlaşdırma vacib şərtdir və o, mülkiyyət və idarəetmə firmasından asılı olmayaraq vacibdir. Həmin kitabda planlaşmanın formalarının məzmununu açıqlamağı lüzumsuz hesab edirik belə ki, bu problemə kitabın sonrakı bölməsində iqtisadi metodunun tərkib hissəsi kimi – strateji planlaşdırma səpkisində şərh ediləcəkdir. Lakin, xarici firmaların bu sahədə iş təcrübəsini ümumiləşdirməklə ixtisaslaşdırılmış və diversifikasiya olunmuş (çox sahəli kompleks inkişaf edən, çox çeşidli məhsul buraxan) kompaniyalarda planlaşmanın xarakterik fərqlərinə nəzər yetirmək lüzumu vardır.
Yaponiya mütəxəssislərin özlərinin bir sıra firma və kompaniyalarında apardıqları tədqiqat nəticəsində daha səmərəli planlaşdırma - modeli müəyyən edilmişdir. Model dörd pillədən ibarətdir: müşahidələrin (vəzifələrin) formalaşması; problemin qoyuluşu; uzun müddətli strategiya və qısa müddətli planların tərtib edilməsi.


    1. Yüklə 0,95 Mb.

      Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin