Yanğın təhlükəsizliyi haqqında



Yüklə 177,5 Kb.
səhifə1/7
tarix06.06.2020
ölçüsü177,5 Kb.
#31590
  1   2   3   4   5   6   7
YANĞIN TƏHLÜKƏSİZLİYİ HAQQINDA

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 25 iyuл 1997-ci il



Yanğın təhlükəsizliyi haqqında


Azərbaycan Respublİkası Qanunu

I fəsil
Ümumİ müddəalar

Maddə 1. Qanunda istifadə olunan əsas anlayışlar


Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur:

1) yanğın — maddi ziyan vuran, insanların həyatına və sağlamlığına, habelə təbiətə zərər yetirən nəzarətsiz yanmadır;

2) yanğından mühafizə — yanğınların qarşısının alınmasının və söndürülməsinin təşkili, bununla əlaqədar ümdə qəza-xilasetmə işlərinin aparılması üçün yaradılmış idarəetmə orqanlarının, qüvvələrin və vasitələrin məcmusudur;

3) yanğın nəzarəti- yanğın təhlükəsizlıyı sahəsində nopma və standartlaın tələblərinin pozulmasının qarşısının alınmasına yönəldilən dövlət nəzarəti fəaliyyətinin xüsusi növüdür.

4) yanğın təhlükəsizliyi — təşkilati, iqtisadi, sosial, elmi-texniki, tərbiyə və təbliğat tədbirlərinin elə bir kompleksidir ki, bu, təsərrüfatı sahələrinin və obyektlərinin, binaların, qurğuların, ərazi vahidlərinin, şəhərlərin, rayonların və digər yaşayış məntəqələrinin təhlükəsiz fəaliyyətini, yanğınların törənməsi və yayılması imkanlarının aradan qaldırılması, onların son dərəcə sürətlə aşkar və ləğv olunmasını, insanların həyatının və sağlamlığının mühafizəsini təmin etməli, yanğınların təhlükəli amillərinin insanlara və ətraf mühitə təsirini aradan qaldırmalı, maddi və mənəvi sərvətləri yanğında məhv olmaqdan qorumalıdır; i[1]

5) yanğın təhlükəsizliyi tələbləri — yanğın təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş, sosial və texniki xarakterli xüsusi şərtdir;

6) yanğın təhlükəsizliyi tələblərinin pozulması — yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsidir;

7) yanğın təhlükəsizliyinin təmin edilməsi sistemi — yanğınla mübarizəyə yönəldilmiş qüvvələrin və vasitələrin, habelə hüquqi təşkilati, iqtisadi, sosial və elmi-texniki xarakterli tədbirlərin məcmusudur;

8) yanğına qarşı rejim — yanğın təhlükəsizliyi tələblərinin pozulmasının qarşısını almaq və yanğınları söndürmək məqsədilə insanların davranış qaydaları, istehsalın təşkili və binaların (ərazilərin) sazlanması qaydasıdır;

9) yanğın təhlükəsizliyi tədbirləri — yanğın təhlükəsizliyinin təmin edilməsi, o cümlədən yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsi sahəsində fəaliyyətdir;

10) yanğınların söndürülməsi — insanların və əmlakın xilas edilməsinə, yanğınların söndürülməsinə yönəldilmiş əməliyyatlardır;

11) yanğınların söndürülməsi ilə əlaqədar ümdə qəza-xilasetmə işləri insanların, əmlakın xilas edilməsi, yanğından zərər çəkənlərə həkiməqədər ilk yardım göstərilməsi üçün yanğından mühafizənin apardığı operativ əməliyyatdır;

12) yanğınsöndürmə texnikası məhsulu — yanğın təhlükəsizliyinin təmin edilməsi üçün nəzərdə tutulan xüsusi texniki və elmi-texniki məhsul, o cümlədən yanğınsöndürmə texnikası və avadanlığı, yanğınsöndürmə ləvazimatı, yanğınsöndürən və yanğından qoruyan maddələr, xüsusi rabitə və idarəetmə vasitələri, hesablayıcı elektron maşınlar üçün proqramlar və məlumat bazaları, habelə yanğınların qarşısının alınması üçün digər vasitələridir;

13) yanğından mühafizə qarnizonu — müəyyən ərazidə yerləşdirilmiş yanğından mühafizə orqanlarının, bölmələrinin, yanğın-texniki elmi-tədqiqat və yanğın-texniki tədris müəssisələrinin məcmusudur.


Maddə 2. Qanunun təyinatı


Bu Qanun Azərbaycan Respublikasında insanların həyatının və sağlamlığının, milli sərvətlərin, mülkiyyətin bütün növlərinin yanğından qorunması məqsədilə fəaliyyət göstərən yanğın təhlükəsizliyi və dövlət yanğın nəzarəti sisteminin təşkilinin hüquqi əsasını və prinsiplərini müəyyən edir.

Bu Qanun yanğınların törənməsi və yayılması səbəblərinin və şəraitinin aradan qaldırılmasında dövlət orqanlarının, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların; eləcə də vətəndaşların iştirakına hüquqi zəmin yaradılması, yanğınların qarşısının alınması və söndürülməsi, insanların həyatının və sağlamlığının mühafizəsi, mülkiyyətin bütün növlərinin və vətəndaşların şəxsi əmlakının, təbii sərvətlərin yanğında məhv olmaqdan qorunması, habelə bu sahədə qanunçuluğun möhkəmləndirilməsi üzrə ictimai münasibətləri nizama salır.


Maddə 3. Yanğın təhlükəsizliyi haqqında qanunvericilik


Yanğın təhlükəsizliyi haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.

Maddə 4. Yanğın təhlükəsizliyi sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının həll etdiyi məsələlər


Yanğın təhlükəsizliyi sahəsində Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının həll etdiyi məsələlərə aşağıdakılar aiddir:

1) yanğın təhlükəsizliyinə dair dövlət siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi; (FHN)

2) respublika məqsədli proqramların işlənib hazırlanması, yerinə yetirilməsinin təşkili və maliyyələşdirilməsi; (Nazirlər Kabinetı)

3) dövlət yanğın təhlükəsizliyi standartlarının, normalarının, qaydalarının və yanğın təhlükəsizliyinə dair normativ-hüquqi aktların qəbul edilməsi və onların icrasına nəzarət olunması; (FHN)

4) dövlət büdcəsinin yanğın təhlükəsizliyi, o cümlədən yanğından mühafizənin saxlanması xərclərinin planlaşdırılması və icrası; (FHN)

5) dövlət yanğın nəzarətinin təşkili; (FHN)

6) yanğın təhlükəsizliyini təmin etməyin ümumi prinsiplərinin müəyyənləşdirilməsi, o cümlədən yanğınsöndürmə texnikası məhsulunun istehsalının və satın alınmasının, habelə əhalinin yanğınlar ilə mübarizədə iştirakının sosial və iqtisadi cəhətdən həvəsləndirilməsi; (Nazirlər Kabinetı)

7) dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan yanğından mühafizə və yanğın nəzarəti qurumlarının əməkdaşlarının sayının müəyyənləşdirilməsi; (Nazirlər Kabinetı)

8) yanğından mühafizənin, o cümlədən dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan yanğından mühafizənin məcburi qaydada yaradıldığı müəssisələrin siyahısının müəyyənləşdirilməsi; (Nazirlər Kabinetı)

9) dövlət ehtiyacları üçün, o cümlədən müdafiə sifarişi üzrə yanğınsöndürmə texnikası məhsulunun nomenklaturasının, buraxılması və göndərilməsi həcmlərinin təsdiq edilməsi; (Nazirlər Kabinetı)

10) dövlət informasiya təminatı sistemlərinin, habelə yanğınların və onların nəticələrinin statistika uçotu sistemlərinin yaradılması; (FHN)

11) mülki müdafiənin yanğından mühafizə xidmətinin təşkilinin ümumi prinsiplərinin və yanğından mühafizə orqanlarına və bölmələrinə səfərbərlik tapşırıqlarının müəyyənləşdirilməsi; (Nazirlər Kabinetı)

12) yanğından mühafizə və yanğın nəzarəti qurumları üçün kadrların hazırlanmasının, yenidən hazırlıq keçməsinin və ixtisasının artırılmasının təşkili; (FHN)

13) yanğından mühafizə və yanğın nəzarəti qurumları əməkdaşları üçün fərqlənmə nişanlarının və geyim formasının müəyyənləşdirilməsi; (Назирляр кабинети)

14) yanğından mühafizə və yanğın nəzarəti qurumların şəxsi heyətinin, ehtiyatda (istefada) olan şəxslərin, habelə onların ailə üzvlərinin hüquqi və sosial müdafiəsi tədbirlərinin həyata keçirilməsi; (FHN)

15) yanğından mühafizə fondlarının yaradılmasına və fəaliyyətinə kömək göstərilməsi; (FHN)

16) dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan yanğından mühafizə və yanğın nəzarəti qurumlarının Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada yaradılması, yenidən təşkili və ləğv edilməsi; (Назирляр кабинети)

17) əhaliyə yanğın təhlükəsizliyi tədbirlərinin öyrədilməsi və yanğınların qarşısının alınmasına və söndürülməsinə cəlb edilməsi. (yerli icra hakimiyyəti orqanı)



Yüklə 177,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin