Yanğın təhlükəsizliyi haqqında


Maddə 25. Dövlət yanğın nəzarəti



Yüklə 177,5 Kb.
səhifə6/7
tarix06.06.2020
ölçüsü177,5 Kb.
#31590
1   2   3   4   5   6   7
YANĞIN TƏHLÜKƏSİZLİYİ HAQQINDA

Maddə 25. Dövlət yanğın nəzarəti


Dövlət yanğın nəzarəti dövlət nəzarət fəaliyyətinin xüsusi növüdür. Dövlət yanğın nəzarəti tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək və onların pozulmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının ( FHN) yanğın nəzarətini həyata kecirən qurumun vəzifəli şəxsləri tərəfindən aparılır.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının( FHN) yanğın nəzarətini həyata kecirən qurumunun rəhbəri öz vəzifəsinə görə eyni zamanda Azərbaycan Respublikasının yanğın nəzarəti üzrə Baş Dövlət inspektorudur.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının( FHN) yanğın nəzarətini həyata kecirən qurumun müvəkkil edilmiş vəzifəli şəxsləri dövlət yanğın nəzarətini apararkən aşağıdakı hüquqlara malikdirlər:

1) dövlət orqanları, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlar və onların vəzifəli şəxsləri, eləcə də vətəndaşlar tərəfindən tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını yoxlamaq;

2) dövlət orqanlarına, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlara və onların vəzifəli şəxslərinə, eləcə də vətəndaşlara yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi haqqında göstərişlər vermək;

3) yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq məqsədi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müayinələr aparmaq;

4) tikinti meydançalarını (trasları) seçən komissiyaların, habelə tikintisi (yenidən qurulması) başa çatmış obyektləri qəbul edən komissiyaların işində həlledici səs hüquqi ilə iştirak etmək;

5) yanğınların törənməsi və insanların təhlükəsizliyi üçün qorxu yaradan yanğın təhlükəsizliyi tələblərinin pozulması haqqında məlumat olduqda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada vətəndaşların yaşayış yerlərinə və başqa tikililərinə, torpaq sahələrinə daxil olmaq;

6) müəssisələrin, binaların, qurğuların və başqa obyektlərin tikintisinə, əsaslı təmirinə, yenidən qurulmasına, genişləndirilməsinə və yeni texnika ilə təchiz edilməsinə dair layihə-smeta və şəhərsalma sənədlərini yanğın təhlükəsizliyi tələblərinə əməl olunması baxımından nəzərdən keçirmək və razılaşdırmaq;

7) Layihə və layihə-axtarış işlərini yerinə yetirən müəssisələrdə onların hazırladığı layihə və layihə-smeta sənədlərinin yanğın təhlükəsizliyi tələblərinə uyğunluğu baxımından seçmə yolu ilə yoxlamalar keçirmək;

8) yanğın təhlükəsizliyi qaydası tələblərinin pozuntularının aradan qaldırılması, yanğın təhlükəsizliyi qaydasının tələblərinə uyğun gəlməyən malların (işlərin, xidmətlərin) istehsaldan çıxarılması, buraxılışına son qoyulması, satışının dayandırılması barədə müəssisələrin rəhbərlərinə, vəzifəli şəxslərə və vətəndaşlara yazılı tələbnamələr vermək;

9) yanğın törənməsi və ya insanların təhlükəsizliyi üçün qorxu yaradan yanğın təhlükəsizliyi qaydasının tələblərinin pozuntularını, habelə müəssisələrin, binaların, qurğuların və başqa obyektlərin layihələşdirilməsində, tikintisində, əsaslı təmirində, yenidən qurulmasında, genişləndirilməsində, yeni texnika ilə təchiz olunmasında həmin tələblərin yerinə yetirilmədiyini aşkar etdikdə müəssisələrin (ayrı-ayrı istehsalatların), istehsal sahələrinin, aqreqatların işini, binaların, qurğuların istismarını, ayrı-ayrı işlərin görülməsini tamamilə və ya qismən dayandırılması barədə qərar qəbul etmək;

10) verilmiş tələbnamə və qərarlar icra edilmədikdə materialları Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş tədbirlər görmək üçün müvafiq icra hakimiyyəti orqanına ( FHN-nə) göndərmək;

11) Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yanğınlar və yanğın təhlükəsizliyi qaydasının tələblərinin pozulması haqqında tədqiqat aparmaq, habelə inzibati xətalar haqqında işlər üzrə icraatı aparmaq və bunlara dair qəbul olunmuş qərarları icra etmək. vi[8]

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata kecirən qurumun vəzifəli şəxsləri mülkiyyəti olan obyektlərdə və ya xarici investisiyalı müəssisələrdə dövlət yanğın nəzarətini apararkən bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş hüquqlara malikdirlər.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata kecirən qurumun vəzifəli şəxslərinin göstərişlərinin və sərəncamlarının icrası Azərbaycan Respublikasının ərazisində olan bütün şəxslər üçün məcburidir.


Maddə 26. Yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirlərinin planlaşdırılması


Azərbaycan Respublikasının, şəhərlərin, rayonların və digər yaşayış məntəqələrinin, icra hakimiyyəti orqanlarının, müəssisələrin iqtisadi və sosial inkişafı proqramlarında yanğın təhlükəsizliyinin təmin edilməsi, yanğından mühafizənin bazasının inkişaf etdirilməsi və təkmilləşdirilməsi tədbirləri nəzərdə tutulmalıdır.

Maddə 27. Yanğın təhlükəsizliyi sahəsində maliyyə və maddi-texniki təminat


Yanğın təhlükəsizliyinə dair dövlət və regional məqsədli proqramları üzrə maliyyə təminatını dövlət büdcəsində ayrıca sətirdə göstərilməklə planlaşdırır və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (FHN) bu vəsaitdən təyinatı üzrə istifadə edir.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (FHN) və yanğın təhlükəsizliyini həyata kecirən qurumlarının (müqavilələr əsasında yaradılan bölmələrdən başqa), yanğın-texniki elmi-tədqiqat və yanğın-texniki tədris müəssisələrinin maliyyələşdirilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. vii[9]

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (FHN) yanğından mühafizə xidmətini həyata kecirən qurumun müqavilə əsasında yaradılmış bölmələri onları yaradan müəssisələrin vəsaiti hesabına, zərurət olduqda isə həmçinin qanuna zidd olmayan diğər maliyyələşmə mənbələri hesabına saxlanılır.

Dövlət büdcəsinin hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğından mühafizə xidmətini həyata kecirən qurumunun şəhər(rayon) hissələri (bölmələri) müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır. Yaradılacaq hissələrin (bölmələrin) minimum sayı əhalinin hər 1000 nəfəri ücün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğından mühafizə xidmətinin həyata kecirən qurumunun şəxsi heyətinin bir vahidi hesabı ilə müəyyənləşdirilir.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarının maddi-texniki təminatı Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabinetı) müəyyən etdiyi qaydada və normada həyata kecirilir.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (FHN) həvalə edilmiş vəzifələrin yerli özünüidarəetmə orqanları ilə birğə yerinə yetirilməsi sahəsində təxirəsalınmaz tədbirlərin maliyyələşdirilməsi ücün, dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən işlər istisna oımaqla, digər mənbələr hesabına maliyyələşdirilən bina və qurğuların (12 metr hündürlüyədək fərdi yaşayış və bağ evləri istisna olmaqla) tikintisi, yenidən qurulması və genişləndirilməsi işlərinin ümumi smeta dəyərinin 0,5 faizi məbləğində müvafiq icra hakimiyyəti orqanının (FHN) hesabına məcburi ayrılmalar ödənilir.
IV fəsil

Azərbaycan Respublİkasının müvafİq İcra hakİmİyyətİ orqanınin müvafiq qurumlarında xİdmət

Maddə 28. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (FHN) müvafiq qurumlarının şəxsi heyəti

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının(FHN) müvafiq qurumlarının şəxsi heyəti sıravi və rəis ştat vəzifələrində olan əməkdaşlardan ibarətdir.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (FHN) müvafiq qurumlarının şəxsi heyətində onlar üçün kadrlar hazırlayan və onların ixtisasını artıran yanğın-texniki tədris müəssisələrinin müəllimləri, dinləyiciləri və müdavimləri da daxildirlər.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (FHN) müvafiq qurumlarının şəxsi heyətinə özünün təhsilinə, sağlamlıq vəziyyətinə, fiziki hazırlığına və digər şəxsi keyfiyyətlərinə görə üzərinə qoyulmuş vəzifələri yerinə yetirməyə qadir olan həqiqi hərbi xidmət və ya alternativ xidmət (əmək mükəlləfiyyətı) keçmiş kişilər və azı 18 yaşı olan qadınlar — Azərbaycan Respublikası vətəndaşları qəbul edilirlər.

Əvvəllər cinayət törətdiklərinə görə məhkum edilmiş şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (FHN) müvafiq qurumlarında xidmətə qəbul oluna bilməzlər.
Maddə 29. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (FHN) və onun bölmələrində xidmət keçmə
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (FHN) müvafiq qurumlarında xidmət keçmə qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilir.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (FHN) və onun bölmələrində xidmət keçən əməkdaşları, habelə yanğın-texniki tədris müəssisələrinin dinləyiciləri və kursantları hərbi uçotdan çıxarılırlar və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (FHN) uçotunda saxlanılırlar.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (FHN) və onun bölmələrində xidmət keçən əməkdaşlarına Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabinetı ) tərəfindən müəyyənləşdirilən səlahiyyətlərini təsdiq edən xidməti vəsiqələr, fərqlənmə nişanları və geyim forması verilir.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (FHN) müvafiq qurumlarının əməkdaşları ilk dəfə vəzifəyə təyin edildikdən sonra peşə andı içirlər.



Maddə 30. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (FHN) müvafiq qurumlarının əməkdaşlarının hüquqi və sosial müdafiəsi üçün təminatlar
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (FHN) müvafiq qurumların əməkdaşları və onların ailə üzvləri dövlətin müdafiəsi altındadırlar.

Müvafiq icra hakimiyyəti orqanının (FHN) hərbçilərinin və xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə və xüsusi rütbəyə görə maaşlarının məbləği Azərbaycan Respublikasının Prezidenti tərəfindən, pul təminatının digər növlərinin ödənilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.

Əmək şəraiti zərərli və təhlükəli olan müəssisələrin işçiləri üçün mövcud qanunvericiliklə müəyyənləşdirilmiş hüquqi və sosial müdafiə təminatları və güzəştlər həmin müəssisələri yanğından qoruyan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (FHN) müvafiq qurumlarının şəxsi heyətinə də şamil edilir.


Maddə 31. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (FHN) müvafiq qurumların əməkdaşlarının əməyinin ödənilməsi
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (FHN) yanğın təhlükəsizliyini təmin edən müvafiq qurumlarının əməkdaşlarının pul təminatı qanunverıcılıklə müəyyən edilmış qaydada həyata kecirilir.
Maddə 32. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (FHN) müvafiq qurumlarının əməkdaşlarının dövlət icbari sığortası
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (FHN) müvafiq qurumlarının əməkdaşları xidmət vəzifələrinin icrası zamanı həlak olma, yaxud xidmət vəzifələrinin icrası ilə əlaqədar zədələnmə, yaralanma, kontuziya olma, xəsarət alma, xəstələnmə nəticəsində vəfat etmələri hallarından Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq icbari qaydada dövlət tərəfindən sığortalanmalıdırlar.

(Çıxarılıb) viii[13]


Maddə 33. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (FHN) müvafiq qurumlarının əmlakı
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (FHN) müvafiq qurumlarının əmlakı onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün zəruri olan daşınar və daşınmaz əmlakdır.

Azərbaycan Respublikasının ərazisində hər hansı hüquqi və ya fiziki şəxs onun mülkiyyətində olan yanğından mühafizə bölməsini saxlamaqdan imtina etdikdə, həmin bölmənin istifadəsində olan əmlakı əvəzli qaydada almaq üçün üstünlük hüququ Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (FHN) verilir.



V fəsil

Yekun müddəalar

Yüklə 177,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin