S
ə
rb
əst iş 1
Mövzu
:L
ogistik anbarların təsnifatı
Müasir bazar iqtisadiyyatında «anbar» anlayışı
mahiyyətcə müəyyən növ
material resursları, bitməmiş istehsalın qalığı və hazır məhsulların saxlanıldığı,
habelə ehtiyatların logistik dövrənin müxtəlif mərhələlərində effektiv idarə edilməsi
məqsədinə xidmət edən bina və qurğulardan fərqlənir. Praktikada anbarların
müxtəlif təsnifat əlamətlərinin olmasına baxmayaraq sənayecə inkişaf etmiş xarici
ölkələrdə firma və şirkətlərin logistik menecerləri tərəfindən aşağıdakı kimi təsnif
olunur.
Təqdim olunan şəkildən göründüyü kimi logistikada anbarlar adətən beş əsas
əlamətə görə: logistik
aktivliyə münasibətinə, məhsulların növlərinə, mülkiyyət
formasına, logistik vasitəçilərə
münasibətinə, funksional təyinatına və ixtisaslaşma
səviyyəsinə görə təsnif olunur. Ümumiyyətlə, sənaye müəssisələrinə məxsus olan
anbarlar aşağıdakı əlamətlər üzrə təsnif olunur:
a) fəaliyyət xarakterinə görə - material (təjhizat) anbarları, istehsaldaxili
(sexlərarası və sexdaxili)
anbarlar, satış - əmtəəlik anbarlar;
b) saxlanılan materialın növünə və xarakterinə görə - universal və
ixtisaslaşdırılmış anbarlar;
c) binanın quruluşu və konstruksiyasına görə – bağlı, yarımbağlı, açıq, xüsusi
(məsələn, bunker
xarakterli qurğular, rezervuarlar) anbarlar;
ç) məkanca yerləşməsi və fəaliyyət miqyasına görə – mərkəzləşdirilmiş, sahəvi,
sexyanı anbarlar;
d) odadavamlılıq dərəcəsinə görə - yanmayan, çətin yanan və tez alışan
anbarlar.
Material anbarları bilavasitə istehsal sahələrinin və yerlərinin zəruri material
resursları ilə təminatını həyata keçirir. Belə növ anbarların
spesifik xüsusiyyəti
ondan ibarətdir ki, onlar əsas istehsalla bağlı sənaye müəssisələrinin anbar
təsərrüfatı sisteminə daxil olmaqla yanaşı eyni zamanda regional anbar sistemləri ilə
də əlaqələr qurmaq imkanına malikdir. İstehsaldaxili anbarların yaradılmasının əsas
məqsədi istehsal tsikllərində qeyri-bərabərliyi aradan qaldırmaq və müxtəlif istehsal
sahələrində ahəngdarlığı təmin etməkdən ibarətdir. İstehsaldaxili
anbarlar əsasən
nisbətən qısa zaman ərzində hazır məhsul istehsalı üçün lazım olan xammal,
material və yarımfabrikatların saxlanılmasına xidmət göstərir və yığım konveyerinə
yaxın yerləşdirilir. Bu tip anbarların əsas funksiyası məhsul buraxılışı tempi ilə
bölüşdürmə mərkəzlərində məhsullara tələbat arasında ümumi harmoniyanı tə'min
etməkdən ibarətdir. İstehsaldaxili anbarlar son-yığım sahəsində istifadə olunan hissə
və qovşaqların saxlanıldığı yeganə yerdir. Bu anbarlarda hissələr (qovşaqlar), ehtiyat
hissələri ilə yanaşı qablaşdırıcı materiallar və yarlıqlarda saxlanılır.