S ə rb əst iş 1 Mövzu


Dar ixtisaslaşdırılmış anbarlar öz fəaliyyətlərini məhdud bir məhsul növünü



Yüklə 34,28 Kb.
Pdf görüntüsü
səhifə3/3
tarix07.01.2024
ölçüsü34,28 Kb.
#211657
1   2   3
ANBAR 1

Dar ixtisaslaşdırılmış anbarlar öz fəaliyyətlərini məhdud bir məhsul növünü 
(metal, parça, şəkər, bitki yağı, sürtkü materialları və s.) saxlamaq və ya həmin 
məhsul qrupu üzərində istehsal-texnoloci və ya tijarət - texnoloci əməliyyatlar
aparmaqla həyata keçirir. 
Əməliyyatların bir məhsul qrupu (metal məmulatları, qənnadı, şərab-araq 
məmulatları, meşə materialları, kağız məhsulları və s.) üzrə aparıldığı anbarlara 
ixtisaslaşdırılmış anbarlar deyilir.
İxtisaslaşdırılmış anbarlarda məhsulların qrupdaxili geniş çeşidi yaradılır. Bir 
və ya bir neçə məhsul qrupu üzrə fəaliyyətin məhdudlaşdırılması bir tərəfdən 
məhsulların saxlanılması və anbar əməliyyatlarının tələb olunan formada təşkilini 
yaxşılaşdırmağa imkan verirsə, digər tərəfdən anbarların xırdalanmasına səbəb
olur. 
Geniş çeşidli ixtisaslaşdırılmış anbarlarda müxtəlif qruplardan olan 
məhsullar (məsələn, qara və əlvan metalın, eləjə də ərzaq məhsullarının bütün 
növləri) saxlanılır.
Qeyd olunan təsnifat əlamətindən başqa anbarlar texniki nişanələrinə, texniki 
prosesin xarakterinə, tutduğu sahəyə və nəqliyyat əlaqəsinə görə də təsnif olunur: 
Texniki nişanələrinə görə anbarlar: 
ümumi məhsul anbarlarına (belə 
anbarlarda əsasən tez xarab olmayan və saxlanılması xüsusi şərtlər tələb etməyən 
məhsullar saxlanılır) və xüsusi məhsul anbarlarına (soyuducular, neft rezervuarları, 
kağız - meşə materialları, ölçü cihazları və çəki avadanlıqları, duz və kerosin
anbarları, buzxanalar və s.) bölünür. 
Texniki 
prosesin 
xarakterinə görə: 
ayrı - ayrı əməliyyatları 
mexanikləşdirilmiş, bütün əməliyyatları mexanikləşdirilmiş və kompleks 
mexanikləşdirilmiş, eləcə də avtomatlaşdırıl-mış anbarlar vardır. 
Tutduğu sahəyə görə anbarlar:
kiçik, orta və iri anbarlara ayrılır. Kiçik 
anbarların sahəsi 5 min kv. metr, orta anbarların sahəsi təqribən 5 - 15 min kv. metr, 
iri anbarların sahəsi isə 100 min kv.metrdən artıq olur. 
Nəqliyyatla əlaqəsinə görə anbarlar:
relsyanı, relsdənkənar, limanyanı 
(körpüyanı) anbarlardan ibarətdir. Relsyanı anbarlar dəmir yolları nəzdində, giriş 
dəmir yollarının kənarında yerləşdirilib magistral dəmir yolları ilə əlaqələndirilir. 
Relsdənkənar anbarlara yalnız avtomobil və qoşqu nəqliyyatı yanaşa bilər. 
Limanyanı (körpüyanı) anbarlar çay limanlarının yanında və yaxud dəniz
limanlarının ərazisində yerləşdirilir
.
Logistik sistemdə yerinə görə anbarlar
: təjhizat, istehsal və bölüşdürmə 
anbarlarına bölünür. 

Yüklə 34,28 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin