Yanğın təhlükəsizliyi haqqında


Maddə 8. Azərbaycan Respublikasının yanğından mühafizə sistemi və onun əsas vəzifələri



Yüklə 177,5 Kb.
səhifə3/7
tarix06.06.2020
ölçüsü177,5 Kb.
#31590
1   2   3   4   5   6   7
YANĞIN TƏHLÜKƏSİZLİYİ HAQQINDA

Maddə 8. Azərbaycan Respublikasının yanğından mühafizə sistemi və onun əsas vəzifələri


Azərbaycan Respublikasının yanğından mühafizə sistemi aşağıdakı növlərdən ibarətdir:

1) dövlət yanğından mühafizə;

2) idarədən kənar yanğından mühafizə;

3) könüllü yanğından mühafizə.

Azərbaycan Respublikasının yanğından mühafizə sisteminin əsas vəzifələri:

1) yanğının qarşısının alınmasının və profilaktikasının təşkili;

2) insanların xilas edilməsi və yanğınların söndürülməsi.

Yanğından mühafizə bölmələrinin münaqişələrin və kütləvi iğtişaşların qarşısının alınması və aradan qaldırılması tədbirlərinə cəlb edilməsi qadağandır.


Maddə 9. Dövlət yanğından mühafizə


Dövlət yanğından mühafizəsi yanğından mühafizə sisteminin əsas növü olmaqla Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (FHN) tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı:

1) yanğın təhlükəsizliyi sahəsində dövlət tədbirlərinin işlənib hazırlanmasını və həyata keçirilməsini təşkil edir; (FHN)

2) Azərbaycan Respublikasında Dövlət yanğın nəzarətini aparır; (FHN)

3) şəhərlərin, rayonların və digər yaşayış məntəqələrinin və müəssisələrin yanğından mühafizəsini və yanğın təhlükəsizliyi sahəsində digər işləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada təşkil edir və yerinə yetirir; (FHN)
4) yanğınların söndürülməsini təmin edir; (FHN)

5) yanğın təhlükəsizliyi sahəsində vahid elmi-texniki siyasəti işləyib hazırlayır və onun tətbiqini təşkil edir; (Nazirlər Kabinetı)

6) yanğından mühafizə üçün kadrların hazırlanmasını, yenidən hazırlıq keçməsini və ixtisasını artırmasını təmin edir. (FHN)

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (FHN) Azərbaycan Respublikasının yanğından mühafizə sisteminə başçılıq edir.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (FHN) Azərbaycan Respublikasının ərazisində dövlət yanğın nəzarəti səlahiyyətlərinə malik olmaqla yanğınsöndürmə texnikası məhsulunun dövlət sifarişlərini verir və bu texnikaya dair tələbləri müəyyənləşdirir.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (FHN) və müvafiq qurumlarının təşkilini, yenidən təşkilini, ləğv olunmasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabinetı) müəyyənləşdirir.


Maddə 10. İdarədən kənar yanğından mühafizə


Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında (Mərkəzi və yerlı ıcra hakimiyyəti orqanları), mülkiyyət formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlarda Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (FHN) qeydiyyatdan keçməklə yanğından mühafizə işlərini həyata keçirən xüsusi bölmələr yaradıla bilər. Onların təşkilat strukturu və maliyyələşdirilmə qaydaları təsisçi tərəfindən müəyyən edilir.

İdarədənkənar yanğından mühafizə bölmələri bu Qanuna uyğun olaraq hazırlanmış, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (FHN) ilə razılaşdırılmış və tabe olduqları yuxarı orqanların rəhbərləri tərəfindən təsdiq edilmiş Əsasnaməyə müvafiq olaraq fəaliyyət göstərirlər.


Maddə 11. Könüllü yanğından mühafizə


Yaşayış məntəqələrində, müəssisələrdə, idarələrdə və təşkilatlarda yanğınların qarşısının alınması və söndürülməsinin təşkili tədbirlərini həyata keçirmək məqsədilə fəhlələr, qulluqçular, mühəndis-texniki işçilər və başqa vətəndaşlar sırasından könüllü yanğınsöndürmə dəstələri (komandaları) yaradıla bilər. Onlar haqqında Əsasnaməni Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (FHN) təsdiq edir.

Könüllü yanğınsöndürmə dəstələri (komandaları) üzvlərinin yanğının və ya qəzanın nəticələrinin aradan qaldırılmasında, yanğınsöndürmə üzrə profilaktika tədbirlərinin keçirilməsində iştirak etmələri, habelə tədris hazırlığı və növbə çəkmələri üçün ödəniş müvafiq icra hakimiyyəti orqanlarının (FHN) müəyyən etdiyi qaydada həyata keçirilir.

III fəsil

Yanğın təhlükəsİzlİyİnİn təmİn edİlməsİ

Maddə 12. Yanğın təhlükəsizliyinin təmin edilməsi sistemi


Yanğın təhlükəsizliyinin təmin edilməsi sistemi:

1) yanğın təhlükəsizliyi sahəsinin normativ-hüquqi tənzimlənməsindən;

2) yanğın təhlükəsizliyi sahəsinin elmi-texniki təminatından;

3) yanğın təhlükəsizliyi sahəsinin informasiya təminatından;

4) yanğına qarşı təbliğat aparılmasından və yanğın təhlükəsizliyi tədbirlərinin əhaliyə öyrədilməsindən;

5) yanğınsöndürmə texnikası məhsulunun istehsalından;

6) yanğınların söndürülməsindən və onunla bağlı zəruri işlərin görülməsindən (bundan sonra - yanğınların söndürülməsi);

7) yanğına qarşı xüsusi rejimin müəyyənləşdirilməsindən;

8) yanğınların və onların nəticələrinin uçotunun aparılmasından;

9) yanğın təhlükəsizliyi sahəsində işlərin görülməsindən və xidmətlərin göstərilməsindən;

10) yanğınsöndürmə texnikası məhsulunun və yanğın təhlükəsizliyi sahəsində xidmətlərin sertifikatlaşdırılmasından;

11) yanğına qarşı sığortalanmasından və yanğın təhlükəsizliyini təmin edənlərin həvəsləndirilməsindən;

12) yanğın təhlükəsizliyi tədbirlərinin planlaşdırılmasından və həyata keçirilməsindən;

13) yanğın təhlükəsizliyinin təmin edilməsi dövlət yanğın nəzarətinin həyata keçirilməsindən ibarətdir.


Maddə 13. Yanğın təhlükəsizliyi sahəsində normativ-hüquqi tənzimləmə


Yanğın təhlükəsizliyi sahəsində normativ-hüquqi tənzimləmə səlahiyyətli dövlət orqanları tərəfindən yanğın təhlükəsizliyinə dair normativ-hüquqi aktların (normativ sənədlərin) qəbul edilməsindən ibarətdir.

Yanğın təhlükəsizliyinə dair normativ sənədlərə yanğın təhlükəsizliyi standartları, normaları və qaydaları, təlimatlar, yanğın təhlükəsizliyi tələblərinin göstərildiyi başqa aktlar aiddir.



Yüklə 177,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin