Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu


MENECMENTİN TƏŞKİLATİ-SƏRƏNCAM METODU



Yüklə 0,95 Mb.
səhifə77/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
1   ...   73   74   75   76   77   78   79   80   ...   86
st- n iqti-t ve menecment fenni muhazire (2)

11.3. MENECMENTİN TƏŞKİLATİ-SƏRƏNCAM METODU.

Ümumiyyətlə idarəetməyə münasibət iqtisadi, sosial, təşkilati və s. şəkildə ifadə olunur. Onlar idarəetmə mexanizminin əsasını təşkil edirlər. Təşkilati münasibəti insanlar arasında əlaqə kimi xarakterizə etmək olar. O, obyektiv fəaliyyət göstərir, əmək bölgüsü və kooperasiya prosesini əks etdirir. Real şəraitdə, o, şəxsin kollektiv qarşısında birgə əməyin hissəsi olan müəyyən işi yerinə yetirmək sahəsindəki vəzifəsi kimi özünü göstərir. Təşkilati münasibət, cavabdehlik; intizamlılıq tələbi, hüquqi və s. fəaliyyət dairəsini özündə cəmləşdirir.


Təşkilati münasibət sistemi şüurlu surətdə formalaşır, o idarəetmənin əsas funksiyalarından biri olan təşkilati funksiyanı yaradır. Hazırda təşkilat işinin üç növünü fərqləndirirlər:
Birinci növ təşkilat forması idarəetmə funksiyalarının daha dəqiq reqlamentləşməsinə, hərtərəfli nəzarətə, dəqiq cavabdehliyə, intizamın yüksəlməsinə əsaslanır. Belə növ təşkilat dəqiq uçot aparmağı və idarəetmədə meydana çıxan bütün problemləri qabaqcadan görməyi tələb edir.
İkinci növ təşkilat formasında idarə funksiyalarını bölüşdürülməsi və fəaliyyəti daha az reqlamentləşir. Odur ki, bu təşkilat növünün müsbət və mənfi cəhətləri vardır. Onun müsbət cəhəti meydana çıxan problemin tez və vaxtında həll edilməsi üçün geniş imkanların olmasıdır. Əgər həmin problemi idarə orqanlarının köməyi ilə həll etmək mümkün deyildirsə, onda xüsusi yoxlama qrupu yaradılır, onun tərkibinə yüksək ixtisaslı mütəxəssislər daxil edilir. Onlar problemi öyrənir və araşdırır. Bu zaman həmin qrupun işinin nəticəsini yoxlamaq çətin olur. Bu isə həmin təşkilat növünün mənfi cəhətini göstərir.
Üçüncü növ təşkilatda, sosial amillər üstünlük təşkil edir. Lakin, bu növ tək halda həyata keçirilə bilmir və hər bir real şərait üçün yuxarıdakı təşkilat növləri ilə birgə çıxış edir ki, o da vahid rəhbərdən və idarə sistemindən asılıdır.
Təşkilati-inzibati təsir metodu, əvvəla, idarə aparatının səmərəli, dəqiq və intizamlı təşkilini təmin edir, ikincisi istehsalın təşkilində müəyyən qayda yaradır, rəhbər orqanların və şəxslərin verdikləri qərarları, seçki sərəncamları, əmrləri həyata keçirir, kadrlarla iş aparır, qəbul edilmiş qərarları realizə edir və s.
İqtisadi metoddan fərqli olaraq, təşkilati-inzibati təsir metodu, idarə obyektinə dolayı təsir etmir, direktiv xarakter daşıyır və idarə obyektinə birbaşa təsir göstərir.
Beləliklə, təşkilati-inzibati metod müəyyən üsullar sistemi olub, idarəedən və idarəolunan sistemlərin səmərəli fəaliyyətini məqsədyönlü qaydada təmin edir.
Təşkilati-inzibati metod müxtəlif meyarlar üzrə təsnif olunur. Təşkilati metod üçün daha çox əhəmiyyət kəsb edən təşkilati təsirin xüsusi qolları üzrə təsnif olunmasıdır. Belə qollara: reqlament, norma, təlimat, cavabdehlik, intizam tələbat, səlahiyyət və s. daxildir. Həmin təsir vasitələrin idarəetmə prosesindəki roluna görə üç qrupa bölmək olar: təşkilati-sabitləşdirici; sərəncamverici; intizamedici.
Təşkilati-sabitləşdirici təsirə reqlamentləşmə, normallaşdırma və təlimatlandırma üsulları daxildir. Reqlamentləşmə təşkilati təsirin ən dəqiq növüdür. O, təşkilati əsasnamələrin (nizamnamələrin) işlənib hazırlanması və həyata keçirilməsini tələb edir. Belə əsasnamələrə müəssisələr haqqında əsasnamə, istehsal birlikləri haqqında əsasnamə. Funksional və xətti idarə orqanları haqqında əsasnamə və s. daxildir. Təşkilati-sabitləşdirici təsirin digər metodu normallaşdırmadır. O da reqlamentləşən təşkilati təsir növünə aiddir və idarəetmədə mütərəqqi norma və normativlərin tətbiqini tələb edir.
Nəhayət, təşkilati təsirin daha yüngül üsulu təlimatlandırmadır. O, işçiləri əmək şəraiti ilə tanış etmək, qarşıya çıxan çətinlikləri, məsələləri aydınlaşdırmaq, yarana bilən səhvləri aradan qaldırmaq, müxtəlif xarakterli işlərin yerinə yetirilməsi üzrə məsləhət vermək və s. imkan verir.
Təlimatlandırma radio, telefon vasitəsi ilə, fərdi və kollektiv formada həyata keçirilə bilər. O, əyani formada da aparılır. Təlimatlandırmaya hər hansı iş yerində görüləcək işin şərti üzrə sənədlərlə tərtib olunması aiddir. Belə sənədlərə müxtəlif sxemlər, müəssisədaxili təlimatlar, işin gedişini göstərən cizgilər və s. daxildir. Həmin sənədlər sadə, diqqəti cəlb edən, psixoloji cəhətləri nəzərə alan şəkildə olmalıdır. Bütün bunlar iş şəraitinin təşkilini yaxşılaşdırır və onun vaxtında yerinə yetirilməsinə imkan verir.
Təşkilati təsirin yuxarıda göstərilən metodları ayrılıqda deyil, kompleks şəkildə tətbiq olunmalıdır.
Sərəncamverici təsir üsulu cari təşkilati iş üsulu olub, təşkilati-sabitləşdirici təsirə əsaslanır.
İntizamedici təsir üsulu isə cavabdehliyi müəyyən etməyi və onun əməli şəkildə həyata keçirməyi tələb edir. İdarəetmə təcrübəsində şəxsi, kollektiv, maddi, mənəvi və xidməti cavabdehlikləri fərqləndirirlər.
Yuxarıda göstərilən təşkilati metodların təsirlilik dərəcəsi təşkilati təhlilin köməyi ilə müəyyənləşdirilir və həyata keçirilir.



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin