MühaziRƏ 1 Mülki müdafiə, onun vəzifələri və qurma prinsipləri



Yüklə 336,78 Kb.
səhifə1/26
tarix30.12.2021
ölçüsü336,78 Kb.
#49251
  1   2   3   4   5   6   7   8   9   ...   26
Muhazire toplu


MÜHAZİRƏ 1

Mülki müdafiə, onun vəzifələri və qurma prinsipləri

İnsanların təhlükəsizliyinin tə'minatı son illərdə kəskin hal almışdır.

Mülki müdafiə (MM) - insanın ətraf mühitində təhlükəsizliyi və sağlamlığının qorunması haqqında elmdir. O, təhlükəli və zərərli amilləri aşkara çıxarmalı, insanın mühafızəsinin metod və vasitələrini, yollarını, zərərli və təhlükəli amillərin mini¬mum dərəcəyə qədər azaldılmasını araşdırmalı, dinc və müharibə dövrü baş verən qəza hallarının, fəlakətlərin nəticələrini aradan qaldırmaq tədbirləri hazırlamalıdır. MM-in müharibə vaxtındakı rolu xüsusilə böyükdür.

Azərbaycan Respublikasının Prezidenti 1992-ci il iyulun 31 -də "Azərbaycan Respublikasının Mülki müdafıəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə 73 saylı fərmanı və 1998-ci il aprelin 18-də "Mülki müdafıə haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 700 saylı fərmanı imzalanmışdır, Yuxarıda deyilənlər bu Əsasnamə və Qanunda öz əksini tapmışdır. Azərbaycan respublikasının FHN haqqında əsasnamə (19.IV.2006-cı il №394), Azərbaycan respublikası FHN-nin MM Qoşunları haqqında əsasnamə (29.12.2006-cı il № 511) və s.

Azərbaycan Respublikasının Mülki müdafiəsi - sülh və müharibə dövrlərində respublikanın ərazisində əhali və xalq təsərrüfatını təbii fəlakətlərin, həmçinin güclü qəzaların nəticələrindən, habelə müasir qırğın vasitələrinin tə'sirindən mühafızə məqsədilə dövlət, təsərrüfat, hərbi idarəetmə orqanları tərəfindən bütün vətəndaşların iştirakı ilə həyata keçirilən sosial və müdafıə tədbirləri sistemidir.

Mülki müdafıə üzrə dövlət funksiyalarını Azərbaycan Respublikasının FHN orqanları yerinə yetirir. Buraya bütün idarəetmə orqanları, müxtəlif mülkiyyət formalarına aid olan birliklər, müəssisələr, idarələr, təşkilatlar və digər obyektlər, onların qüvvə və vasitələri daxildir. Onlar sülh və fövqəl'adə hallarda respublikanın bütün ərazisində mülki müdafıə tədbirlərinin yerinə yetirilməsini təşkil edirlər. Azərbaycan Respublikası FHN MM əsas vəzifələri aşağıdakılardır:

• fövqəl'adə halların nəticələrindən əhalinin və xalq təsərrüfa¬tının mühafizə edilməsi;

• sülh və müharibə dövrlərində adamların həyatı, sağlamlığı üçün təhlükə yarandığı barədə və belə şəraitdə davranış qaydaları haqqında əhalinin vaxtında xəbərdar edilməsi;

• fövqəl'adə halların nəticələri aradan qaldırılarkən xilasetmə işlərinin və digər təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi;

• FHN-nin rəhbər hey'ətinin, idarəetmə orqanları və qüvvələrinin fövqəl'adə hallarda mühafizəyə və fəaliyyətə hazırlanması, habelə müvafıq mühafızə və fəaliyyət üsullarının əhaliyə öyrədilməsinin təşkili;

• sülh və müharibə dövrlərindəki fövqəl'adə hallarda xalq təsərrüfatı sahələrinin, müəssisələrin, idarə və təşkilatların sabit fəaliyyətinin tə'min olunmasına yönəldilmiş tədbirlərin, xüsusən də mülki müdafiənin mühəndis-texniki və digər tədbirlərinin hazırlanmasında, həyata keçirilməsində iştirak etməkdir.

Sadalanmış vəzifələrin hamısı vacibdir və kompleks həll edilməlidir.

Mülki müdafıə tədbirlərini planlaşdırmaq və həyata keçirməsini təşkil etmək, habele icraya nəzarət məqsədilə Respublika FHN gündəlik rəhbərlik edir.

Yerlərdə mülki müdafiəyə bilavasitə aşağıdakılar rəhbərlik edirlər:

• Naxçıvan Müxtar Respublikasında Muxtar Respublikanın Baş Naziri;

• şəhərlərdə, rayonlarda, kənd və qəsəbələrdə - müvafıq icra hakimiyyəti başçıları və onların nümayəndələri;

• təsərrüfat birliklərdə və obyektlərdə onların rəhbərləri və sahibkarları.

Mülki müdafiənin vəziyyəti üçün həmin şəxslər tam məsuliyyət daşıyırlar. Onlar rəhbərliyi qərargah, xidmətlər və başqa dövlət orqanları vasitəsilə yerinə yetirirlər.

Mülki müdafıə tədbirlərini planlaşdırmaq, həmin plandan irəli gələn vəzifələrin yerinə yetirilməsini təşkil etmək və onların icrasına nəzarət üçün yerlərdə mülki müdafiə qərargahları yaradır. Mülki müdafıə sistemində təsərrüfat obyektləri (müəssisələr) mühüm yer tutur.

Bütün mülki müdafıə tədbirlərinin bünövrəsi məhz burada qoyulur. Obyekt dedikdə idarə, müəssisə, təhsil müəssisəsi və digər müəssisələr nəzərdə tutulur.

Obyektdə (məktəblərdə, institutlarda) mülki müdafiənin təşkil edilməsi və vəziyyəti üçün bu obyektin rəhbəri (direktor, rektor) məs'uliyyət daşıyır.

Obyektin rəhbərinə mülki müdafıə üzrə kömək göstərmək məqsədilə onun müavinləri (köçürmə, mühəndis texniki hissəsi, maddi-texniki təchizat, qərargah üzrə və s.) olur.

Obyektin mülki müdafıə rəhbərliyinin yanında mülki müdafıə Qərargahı yaradılır; Qərargah mülki müdafıənin idarəetmə orqanıdır. Obyektdə mülki müdafiə məsələləri üzrə bütün əməli fəaliyyətin təşkilatçısıdır. Qərargah mülki müdafıə üzrə ştatlı işçilərdən və öz əsas işindən ayrılmayan vəzifəli şəxslərdən təşkil edilir. (şəkil 1.).
Mülki müdaflə xidmətləri, qüvvələri, onların tə'yinatı və yaradılması

Mülki müdafıə qüvvələri mülki müdafiənin qoşun hissələrindən, ştatlı qəza-xilasetmə dəstələrindən, hərbiləşməmiş mülki müdafiə dəstələrindən, həmçinin nazirliklərin, baş idarələrin və icra hakimiyyəti başçılarının tabeliyində qalmaqla xüsusi mülki müdafıənin vəzifələrinin yerinə yetirilməsinə cəlb olunan müxtəlif dəstələrdən, təşkilatlardan və idarələrdən ibarətdir.

Mülki müdafiə qüvvələrinin əsasını hərbiləşməmiş dəstələr təşkil edir. Bunlar sülh və müharibə vaxtı yerinə yetiriləsi tədbirlərdə iştirak edən mülki nüdafıə qüvvələrinin sayca ən böyük hissələridir,

Mülki müdafıə dəstələri əmin-amandıq dövründə ayrı-ayrı təsərrüfat obyektlərində yaradılır. Dəstələr adamlarla, əşyalarla, texniki və nəqliyyat vasitələrilə, təşkilatın hesabına normalara uyğun olaraq təchiz olunurlar.Hərbiləşməmiş mülki müdafıə dəstələrinə Azərbaycan Respublikasının vətəndaşı olan 18 yaşından 62 yaşadək kişilər, 18 yaşından 55-yaşadək qadınlar cəlb edilirlər. Birinci və ikinci qrup əlillər, hamilə və 8 yaşınadək uşağı olan qadınlar, həmçinin 3 yaşadək uşağı olan orta və ali tibb təhsilli qadınlar dəstələrə cəlb olunmurlar.

Mülki müdafiə dəstələri tabeliyinə və məqsədinə görə aşağıdakı növlərə bölünür: tabeliyinə görə - ərazi dəstələri və obyekt mülki müdafıə dəstələrinə bölünürlər.

Yerinə yetirdikləri vəzifələrə görə - obyektlərdə ümumi məqsədli mülki müdafiə dəstələri, xidmət dəstələri (xüsusi məqsədli dəstələr), kimyəvi təhlükəli obyektlərdə isə ixtisaslaşdırılmış dəstələr yaradılır.

Ümumi məqsədli dəstələr zədələnmə ocağında xilasetmə işləri aparmaq təbii fəlakətlərin və istehsalat qəzalarının nəticələrini aradan qaldırmaq üçün nəzərdə tutulur.

Yığma komandalar (qruplar), xilasetmə dəstələri (komandaları, qrupları), yığma mexanizasiya dəstələri (komandaları) - ümumi məqsədli dəstələr sayılır.

Mülki müdafıə xidmət dəstələri - xüsusi tə'yinatlı dəstələr kəşfıyyat, tibbi yardım, yanğınsöndürmə, rabitə, dozimetrik və kimyəvi nəzarət və s. məhz xidmət dəstələri sayıhr.

Yüksək təhlükəli obyektlərdə (AES, kimyəvi maddələrdən istifadə edən və s.) ixtisaslaşdırılmış dəstələr yaradılır. Hazırhq dərəcəsinə görə hərbiləşməmiş dəstələrin bir hissəsi yüksək hazırlıqla saxlanılır (6-8 saat), qalan dəstələr isə gündəlik hazırlıqda olurlar (24 saat)

Rayonun mülki müdafiə qərargahı. Rayonun icra başçısı MM dəstələrinin işinə qərargah və xidmət rəisləri vasitəsilə gündəlik rəhbərlik edir. Qərargah Rayon İcra başçısı və onun şö'bələrinin, idarələrinin və digər təşkilatların işçilərindən təşkil olunur. Qərargahın şəxsi hey'əti öz vəzifələrini əsas işdən ayrılmadan yerinə yetirilir. Rayonun icra başçısı həmin şəxslərin bilavasitə qərargahda, xidmətlərdə və obyektlərdə işləyəcəyi günləri (saatları) müəyyən edir.

Qərargah hey'ətinin sayı konkret şəraitdən asılı olaraq müəyyən edilir. Qərargah 12-16 nəfərdən ibarət ola bilər: qərargah rəisi, onun müavini, operativ kəşfiyyat şö'bəsi (rəis və 2-3 köməkçi); döyüş hazırlığı qrupu (rəis və 2-3 köməkçi); mühəndis-texniki və ra-diasiyadan mühafızə qrupu (rəis və 1-2 köməkçi); maddi və texniki təminat qrupu (rəis və 1-2 köməkçi).

Rayon qərargahının əsas vəzifələri: rayonun mülki müdafıə planını işləyib hazırlamaq və onun yerinə yetirilməsini təşkil etmək; əhalini, xalq təsərrüfatı istehsalını qorumaq və zərər çəkmiş şəhərlərə yardım göstərmək üçün mülki müdafıənin döyüş hazırlığmı daim tə'min etmək; əhaliyə mülki müdafiə siqnalları vasitəsilə xəbər vermək və dəstələrin, xidmətlərin arasıkəsilmədən idarə olunmasını tə'min etmək; kəşfıyyatı təşkil etmək və ona müntəzəm rəhbərlik göstərmək; əhalinin və xalq təsərrüfatı istehsalı obyektlərinin nüvə, kimyəvi və bakterioloji, adi silahlardan, sülh mahiyyətli FH-dan mühafızəsinə dair tədbirləri işləyib hazırlamaq və həyata keçirmək; mülki müdafıə xidmətləri və dəstələri şəxsi hey'ətinin hazırlığını təşkil etmək və onun keçirilməsinə nəzarət etmək; rayonun ərazisində yerləşən obyektlərin mülki müdafıə hazırlığına nəzarət etməkdir.

Rayonun (şəhərin) mülki müdafiə xidmətləri. Mülki müdafiə tədbirlərini, dəstələrin hazırlığını və zədələnmiş (zəhərlənmiş) yerlərdə iş görərkən onların düzgün idarə olunmasını tə'min etmək üçün, yerli şəraiti nəzərə alaraq, rayon (şəhər İcra Hakimiyyətinin qərarı ilə rayon xidmətləri yaradılır

Rabitə xidməti - rayon (şəhər) rabitə kontorunun bazası əsasında təşkil olunur. Rabitə xidmətinin işçiləri: İcra Hakimiyyətinin nümayəndəsinə, idarələrin, müəssisələrin vəzifəli şəxslərinə və ray¬onun bütün əhalisinə fəvqəl'adə hadisələr təhlükəsi barədə vaxtında xəbər verir; MM siqnallarının verilməsini təşkil edir, rayonun bütün obyektləri ilə rabitə yaradır və onu daim fəaliyyətə hazır saxlayır rayonun ərazisində fəaliyyət göstərən mülki müdafıə qüvvə və vasitələrinin idarə olunmasını tə'min edirlər.

Tibb xidməti - tibb müəssisələrinin bazası əsasında yaradılır (xidmətin rəisi - rayonun baş həkimidir). Xidmət: müalicə-profılaktika, epidemiya əleyhinə və sanitariya-gigiyena tədbirlərini həyata keçirir; tibb dəstələrinin ixtisas hazırlığını tə'min edir; zərər çəkmiş, zədələnmə ocağından çıxarılan adamların qəbul edilməsi, yerləsdirilməsi və müalicəsi üçün binaları hazırlıyır.

İctimai asayişi mühafizə xidməti - rayon polis şö'bəsinin bazası əsasında təşkil olunur (xidmətin rəisi - rayon polis şö'bəsinin rəisidir). Xidmətə: dövlət mülkiyyətini və ictimai mülkiyyəti, habelə vətəndaşların şəxsi əmlakını qorumaq; çaxnaşmanın qarşısını almaq; nəqliyyatın hərəkətini tə'min etmək; əhalinin müəyyən edilmiş davranış qaydalarını yerinə yetirilməsinə nəzarət etmək həvalə olunur. Xidmət köçürülmə işlərinə, mülki müdafıə siqnalları üzrə əhalinin daldalanmasına yardım göstərir, zədələnmə ocağına buraxılma rejiminin və bakterioloji yoluxma ocağmda karantin tədbirlərinin yerinə yetirilməsini tə'min edir.

Yanğından mühafizə xidməti - yanğından mühafızə təşkilatlarının bazası əsasında yaradılır (xidmətin rəisi - rayonun yanğın müfəttişidir). Bu xidmətin vəzifələri: yanğınsöndürən dəstələr hazırlamaqdan, yanğına qarşı profılaktika tədbirlərini həyata keçirməkdən, müəssisə, idarə və qəsəbələrin ərazisində su hövzələri tikilməsini təşkil etməkdən ibarətdir.

Ərzaq və paltarla təchizat xidməti - rayon istehlak cəmiyyəti və ticarət bazası əsasında yaradılır (xidmətin rəisi rayon istehlak cəmiyyətinin sədridir). Bu xidmət: anbarlarda, ictimai iaşə və ticarət müəssisələrində saxlanan malların zəhərləyici, radioaktiv maddələrdən və bakterioloji vasitələrdən mühafızəsi məsələləri ilə məşğul olur; köçürülən və zərər çəkmiş əhalinin yeməklə tə'min olunmasını sahmana sahr, onları ən lazımi şeylərlə təchiz edir; həmçinin ravonun mülki müdafıə dəstələrinin şəxsi hey'ətini yeməklə tə'min edir.

Heyvanları və bitkiləri mühafizə xidməti -baytarlıq və aqronomiya idarələrinin bazası əsasında təşkil olunur. Xidmət baytarlıq tədbirlərini və heyvanların, kənd təsərrüfatı bitkilərinin, meyvə ağaclarının və meşələrin kütləvi zədələnmə vasitələrindən qorunması üçün tədbirlər həyata keçirir. Heyvanları və bitkiləri mühafızə xidməti heyvandarlıq məhsullarının baytarlıq-sanitariya ekspertizasını təşkil edir, kənd təsərrüfatı müəssisələrində su mənbələrinin və ərzaq ehtiyatlarının vəziyyətinə nəzarət edir; tibb xidməti, habelə ərzaq və paltarla təhcizat xidməti ilə birlikdə zəhərlənmiş məhsullardan istifadə olunması qaydalarını müəyyənləşdirir.

Öz bazası əsasında rayon xidmətləri yaradılmış təşkilatların imkanlarından asılı olaraq burada komandalar, qruplar, briqadalar, habelə xüsusi məqsədli manqalar; tibb, mühəndis, ictimai asayişi mühafızə, rabitə, kommunal-texniki, avtomobil nəqliyyatı, heyvanları və bitkiləri mühafizə manqaları təşkil edə bilər.

Mülki müdafıə rayon mərkəzindəki komanda məntəqəsindən idarə edilir. Bu məntəqəni rabitə vasitələri ilə, məntəqənin şəxsi hey'ətini isə nəqliyyat vasitələri və fərdi mühafizə vasitələri ilə tə'min edirlər. Komanda məntəqəsində: rəhbər hey'ət, qərargahın və xidmətlərin şəxsi hey'əti, köçürmə komissiyası və xidmət qrupu yerləşir.

Müəssisə direktorları, rəhbərləri mülki müdafiəyə cavabdeh şəxs sayılırlar. Onlara aşağıdakı vəzifələr həvalə olunur:

• obyekt dəstələri yaratmaq, onları lazımi əmlakla təchiz etmək və bu dəstələrin döyüş hazırlığını tə'min etmək;

• əhaliyə FH-ın nəticələrindən mühafızə tədbirlərinin öyrədilməsini təşkil etmək;

• mülki müdafiə dəstələri və əhali üçün xüsusi əmlak və fərdi mühafizə vasitələri əldə etmək, bunları toplayıb saxlamaq;

• vəzifəli şəxslərə, dəstələrin şəxsi hey'ətinə və əhaliyə FH təhlükəsi haqqında vaxtında xəbər vermək;

• əhalinin mühafızəsi üzrə tədbirlərin yerinə yetirilməsinə rəhbərlik etmək;

• profılaktika tədbirlərini, epidemiya, epizootiya və yanğın əleyhinə tədbirləri təşkil etmək;

• şəhərlərdən köçürülmüş əhalini və idarələri qəbul edib yerləşdirmək;

•əhalinin köçürülməsini təşkil etmək;

• xəstəxana kollektorları açmaq üçün nəzərdə tutulmuş binaları hazırlamaq;

• dəstələri toplamaq və onların zədələnmə ocağına yürüşünü təşkil etmək;

• kənd təsərrüfatı heyvanlarının, bitkilərin, ərzaq ehtiyatlarının, alafın və su mənbələrinin radioaktiv, kimyəvi maddələr, bakterioloji vasitələrlə yoluxmadan mühafızəsi üzrə tədbirləri yerinə yetirmək;

• əkinlərin, su anbarlarının, meşələrin, otlaqların və başqa kənd təsərrüfatı sahələrinin zəhərlənməsini vaxtında aşkara çıxarmaq məqsədilə bu yerlərə nəzarəti təşkil etmək, habelə onların zərərsizləşdirilməsi işlərinə rəhbərlik etmək

Obyekt dəstələrinin hazırlığına gündəlik rəhbərliyi tə'min etmək və mülki müdafıə tədbirlərini planlaşdırmaq üçün obyektlərdə 3-5 nəfərdən ibarət qərargah (qərargahın hey'ətinə daxil edilən işçiləri öz əsas vəzifələrindən ayırmamaq şərtilə) yaradılır.

Rayonun mülki müdafiə dəstələri. Rayonun müəssisələrində şəhər və qəsəbələrində bu dəstələr yaradılır: xilasedici dəstələr (коmandalar), kəşfıyyat qrupları (manqaları), ətraf mühitin radioaktivliyini müşahidə postları, rabitə qrupları, sanitar drujinası dəstələri və sanitar drujinaları, yanğınsöndürən komandalar (bölmələr), ictimai asayişi mühafızə dəstələri (komandaları), zərərsizləşdirici komandalar (qruplar), kənd təsərrüfatı heyvanları və bitkiləri mühafizə коmandaları (qrupları).

Kənd yerlərindəki müalicə-profilaktika idarələrinin və şəhərdən köçürülən tibb idarələrinin bazası əsasında ilk tibbi yardım dəstələri, epidemiya əleyhinə səyyar dəstələr, ixtisaslı tibbi yardım dəstələri (briqadalar), həmçinin tibb xidmətinin idarələri (baza xəstəxanaları idarəsi, çeşidləmə-köçürmə qospitalları, mərkəzi və profil xəstəxanaları) təşkil edilir.

Xilasedici dəstə 2-4 komandadan ibarət olub, obyektin əsas ıııülki müdafiə dəstəsi sayılır. Xilasedici dəstə zədələnmiş adamları axtarmaq, uçqunlar altından, dağıdılmış sığınacaq və binalardan cıxarmaq, həkimə qədər yardım göstərmək, habelə onları zədələnmə оcağından aparmaq üçün nəzərdə tutulur.

Xilasedici dəstə bir iş növbəsi (8-10 saat) ərzində aşağıdakı işlərdən birini görə bilər: zədələnmiş 600-1200 nəfər adamı zədələnmə ocağından çıxarıb 250-350 m məsafəyə daşımaq; zədələnmiş 120-240 nəfəri uçqun altından, qismən uçulmuş binalardan çıxarıb 250-350 m məsafəyə aparmaq; qismən dağılmış xəndək və ya qazma tipli 60-120 daldalanacağın üstünü açıb sökmək; 18-36 sığınacaq və zirzəminin üstünü açıb sökmək. Həmin işləri yerinə yetirmək üçün dəstələri adətən, mühəndis texnikası və kənd təsərrüfatı texnikası ilə tə'min olunur, habelə xüsusi məqsədli dəstələr ilə gücləndirilir.

Kəşfiyyat qrupu 3-5 manqandan ibarət olur. Bu qrupun əsas vəzifələri - zədələnmə ocağının hüdudlarını, dağıntıların xarakterini və miqdarını, radiasiyanın səviyyələrini, zəhərləyici maddələrin və bakterioloji vasitələrin növünü müəyyən etməkdir. Kəşfıyyat bölmələri yanğınların yerini və ölçülərini, dağılmış və zədələnmiş binaların, sığınacaqların və daldalanacaqların vəziyyətini müəyyənləşdirir, texnika və nəqliyyatın hərəkəti üçün yararh olan marşrutlar tapır, harada yaralılar olduğu barədə mə'lumat toplayır və başqa işləri icra edir.

Zərərsizləşdirici komanda - 2-4 qrupdan ibarət olub ərazini, I tikintiləri və texnikanı zərərsizləşdirmək üçün nəzərdə tutulur. Bir iş növbəsində 350-600 min m2 sahəni və ya 80-120 min m2 tikilini deqazasiya edə bilər.

Sanitar drujinaları dəstəsi - 4-5 sanitar drujinasından ibarətdir və kütləvi zədələnmə ocağında zərər çəkmiş adamlara ilk tibbi yardım göstərmək üçün nəzərdə tutulur. Dəstənin şəxsi hey'əti bir iş növbəsində 2200-2700 şəxsə ilk yardım göstərə bilər. Dəstə zədələnmə ocağında mülki müdafiənin xilasedici bölmələri ilə birgə işləyir.

Sanitar drujinaları - beş manqadan ibarətdir; kənd təsərrüfatı və orta təhsil müəssisələrinin bazası əsasında yaradılır. Drujinalar zərər çəkmiş şəxslərə zədələnmə ocağında ilk tibbi yardım göstərmək üçündür.

Ətraf mühitdəki obyektlərin radioaktivliyini müşahidə postları müəssisə və obyektlərdə radioaktiv, kimyəvi və bakterioloji vəziyyəti müşahidə etmək, sahələrdə zəhərlənmə başladığını vaxtında aşkara çıxarmaq və bu barədə obyektin mülki müdafıə qərargahına mə'lumat vermək üçündür.

MÜHAZİRƏ 2




Yüklə 336,78 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin