MühaziRƏ 1 Mülki müdafiə, onun vəzifələri və qurma prinsipləri


MÜHAZİRƏ 4 Hərbi mənşəli FH



Yüklə 336,78 Kb.
səhifə6/26
tarix30.12.2021
ölçüsü336,78 Kb.
#49251
1   2   3   4   5   6   7   8   9   ...   26
Muhazire toplu

MÜHAZİRƏ 4
Hərbi mənşəli FH

Nüvə zədələnmə ocağı və onun zədələyici amillərinin qısa xarakteristikası

Nüvə silahı-digər kütləvi qırğın silahlarına görə güclü zədələmə xassəsinə malikdir. Nüvə silahının partlama gücü trotil ekvivalenti ilə xarakterizə edilir. Trotil ekvivalent-partlayış enerjisi bu nüvə sürsatının partlaması nəticəsində alınan enerjiyə bərabər (ekvivalent) adi partlayıcı maddənin (trotilin) tonla miqdarına deyilir.

Nüvə partlayışı nəticəsində beş cür zərərli təsir meydana çıxır. Bunlara nüvə partlayışının zədələyici amilləri deyilir. Bunlar aşağıdakılardır:

-zərbə dalğası; işıq şüalanması; nüfüzedici radiasiya, yerin radioaktiv zəhərlənməsi və elektromaqnit impulsu.

Zərbə dalğası-partlayış mərkəzindən hər tərəfə çox yüksək (səsdən iti) sürətlə yayılan çoxlu güclü sıxılmış hava (torpaq və su) qatından ibarətdir. Zərbə dalğasının zədələyici təsirini xarakterizə edən əsas parametrlər dalğanın ön həddindəki (cəbhəsindəki) izafi təzyiq (∆Pf), dalğanın sürət təzyiqi (∆Psür) və izafi təzyiqin təsir müddətidir (τt).

İzafi təzyiq (∆Pf)-yaranmış maksimal təzyiq (Pmax) ilə zərbə dalğasından əvvəlki normal atmosfer təzyiqinin (RA) fərqinə bərabərdir:

∆Pf = Pmax - RA

İzafi təzyiq hər kvadrat santimetrə düşən kiloqram-qüvvə (kqq/sm2) ilə ifadə edilir. İzafi təzyiq həmçinin (N/m2) və Pa ilə ölçülür.

1N/m2 = 1Pa

1kPa ≈ 0.01 kqq/sm2
Şəkil 1. Nüvə partlayışı zamanı təzyiqin zamandan asılı

olaraq dəyişmə qrafiki.


Nüvə partlayışı zamanı yaranan zərbə dalğasının sürəti (S) isə aşağıdakı ifadə ilə hesablanır:

S=340√1+0,008383×∆P^f, m/san


Burda q-nüvə silahının gücü, kt; Mt.

R-nüvə partlayışı mərkəzindən olan məsafədir, m.

340 – səsin havada yayılma sürəti.

Qeyq etmək lazımdır ki, zərbə dalğasının ardınca qüvvətli külək əsməyə başlayır. Küləyin təzyiqiinin qiyməti aşağıdakı düsturla hesablanır:

P_kül=(2,5∆P_f^2)/(∆P_iz+7P_0 )
Mühafizə olunmayan adamlar 0.2-0.4 kqq/sm2 (20-40 kPa) izafi təzyiq zamanı yüngül zədələnməyə, 0.4-0.6 kqq/sm2 (40-60 kPa) nəticəsində orta dərəcəli zədələnməyə, 0.6-1 kqq/sm2 (60-100kPa) nəticəsində ağır dərəcəli zədələnməyə, 1 kqq/sm2 (100kPa) artıq olan izafi təzyiq nəticəsində çox ağır dərəcəli zədələnməyə məruz qalırlar.

Belə zədələnmələr adətən ölümlə nəticələnir.

İşıq şüalanması – nüvə partlayışı zamanı meydana çıxan od kürəsinin saçdığı gözə görünən, ultrabənövşəyi və infraqırmızı güclü şüalanma selidir. Təsir müddəti nüvə yükünün gücündən asılı olaraq 10-20 saniyə müddətində olur. İşıq impulsunun ölçü vahidi olaraq kC/m2 və yaxud kal/sm2 qəbul edilmişdir. Müxtəlif sahələrdə yaranan işıq impulsunun kəmiyyəti nüşə partlayışının gücündən, növündən, məsafədən və hava şəraitindən asılı olur. Təsirin qısa müddətinə baxmayaraq işıq şüalanması xeyli uzaq məsafələrdə bədənin açıq yerlərində yanıqlara, gözlərin müvəqqəti və ya daimi korluğuna, müxtəlif materialların alovlanmasına, kömürləşməsinə və ya əriməsinə, yaşayış məntəqələrində , meşələrdə, mədənlərdə yanğına səbəb ola bilər.

İşıq şüalanmasının təsiri metereoloji şəraitdən çox asılı olur. Qatı duman, yağış və qar onun təsirini 10-20 dəfə zəiflədir.

Nüfüzedici radiasiya-nüvə partlayışı anında qəza partlayış yerindən ətrafa yayılan, gözə görünməyən γ –şüalar və neytron selindən ibarətdir.

Nüfuzedici radiasiyanın təsiri ondan ibarətdir ki, qamma şüalar və neytronlar canlı toxumaların molekullarını ionlaşdırır. Bu isə insan və heyvan organizmində maddələr mübadiləsinin pozulmasına, hüceyrələrin və müxtəlif üzvlərin həyat fəaliyyətinin dəyişməsinə, yoluxucu xəstəliklərə qarşı orqanizmin mübarizə qabiliyyətinin zəifləməsinə səbəb olur. Şüa alan adam bunu hiss etmir.

Nüfuzedici radiasiyanın təsiri udulan doza ilə qiymətləndirilir və Qrey (Qr), rentgen (R), rad ölçü vahidlərilə ölçülür: 1qr = 100rad; 1r = 0.95rad.

Udulan dozanın miqdarından asılı olaraq adamlar şüa xəstəliyyinə tutulurlar:

I yüngül dərəcəli D = 100-200rad (1-2Qr);

II orta dərəcəli D = 200-400rad (2-4Qr);

III ağır dərəcəli D = 400-600rad (4-6Qr);

IVçox ağır dərəcəli D>600rad (6Qr).

Radioaktiv zəhərlənmə-nüvə partlayışının IV zədələyici amili partlayiç buludundan radioaktiv maddələrin çökməsi və süni (törəmə) radioaktivlik sayəsində ərazinin, oradakı bütün obyektlərin və havanın zəhərlənməsidir.

Radioaktiv zəhərlənmənin dərəcəsi – partlayışın növündən və gücündən, partlayışdan sonar keçən müddətdən, partlayış mərkəzinə qədər olan məsafədən, meteoroloji şəraitdən, yerin relyefindən asılı olur. Zəhərlənmənin gücünə görə radioaktiv zəhərlənmə zolağını adətən 4 zonaya ayırırlar: çox təhlükəli, təhlükəli, güclü və mülayim (zəif) zəhərlənmə zonaları. Ərazinin zəhərlənmə dərəcəsi radiasiyanın səviyyəsi (yəni gücü) ilə xarakterizə edilir və roentgen-saatla (R/s) ölçülür.

Elektromaqnit impulsu – nüvə partlayışı anında ətrafa külli miqdarda qamma şüalanmadan və neytronların yayılmasından ibarətdir. Bunlar ətraf mühitin atomları ilə qarşılıqlı təsirə qoşularaq elektromaqnit sahələri yaradır nəticədə hava və yeraltı rabitə - kabel xətlərində, siqnal, elektrik xətlərində, radiostansiyaların antennalarında və s. qısa müddətli, lakin güclü cərəyan və gərginlik əmələ gəlir. Buna elektromaqnit impulsu deyilir.

Nüvə zədələnmə ocağı (NZO)- o əraziyə deyilir ki, orada nüvə partlayışının zədələyici amillərinin təsiri nəticəsində külli miqdarda insane, heyvan və bitki tələfətı olsun, bina və qurğular dağılsın, yanğınlar baş versin və yer radioaktiv maddələrlə zəhərlənsin. Zərbə dalğasının önündə izafi təzyiqi (∆Pf) 10 kPa-dan artıq artıq olan sahələr nüvə dağıntı ocağı adlanır. Dağıntıların xarakterinə görə belə sahələr 4 dağıntı zonasına ayrılır – tam dağıntı zonası ∆P>50 kPa, güclü dağıntl zonası ∆P=30÷50 kPa, orta dərəcəli dağıntı zonası ∆P=20÷30 kPa və zəif dağıntı zonaları ∆P=10÷20kPa.

Tam dağıntı zonası – nüvə partlayışı mərkəzinə ən yaxın sahələrə deyilir ki, bu sahənin hüdudları daxilində zərbə dalğasının yaratdığı izafi təzyiq 50 kPa-dan artıq olur. Burada istehsalat və yaşayış binaları təmamilə dağılır, partlayış mərkəzinin lap yaxınlığında isə sığınacaqların bir qismi uculur.

Güclü dağıntı zonası – 50 kPa-dan 30 kPa-dək izafi təzyiqin təsirinə məruz qalmış sahələr güclü dağıntılar zonası adlandırılır. Burada bina və qurğular güclü sürətdə dağılır, sığınacaqlar və yeraltı kommunal-energetika şəbəkələri, habelə radiasiya əleyhinə daldanacaqların əksəriyyəti salamat qalır.işıq şüalanması nəticəsində başdan-başa yanğınlar baş verir, küçələrdə uçqunlar əmələ gəlir.

Orta dərəcəli dağıntılar zonası- 30 kPa-dan 20 kPa-dək izafi təzyiqin təsirinə məruz qalan sahələr orta dərəcəli dağımtılar zonasıdır. Bu zonanın hüdudları daxilindəki binalar orta dərəcədə dağılır, yeraltı sığınacalar və şəbəkələr salamat qalır. Küçələrin müxtəlif yerlərində uçqunlar yarana bilər. işıq şüalanması nəticəsində başdan-başa yanğınlar törəyir.

Zəif dağıntılar zonası – 20 kPa-dan 10kPa-dək izafi təzyiq təsir göstərən sahələrdə zəif dağıntılar baş verir. Bu zonalarda binalar zəif dağıntılara məruz qalır (onların qapı-pəncərələri, artırmaları, daxili arakəsmələri və s. dağılır). Küçələrdə tək-tək dağıntılar yaranır, işıq şüalanmasından tək-tək yanğınlar törəyir.

Ərazinin müəyyən sahəsində radioaktiv çirklənmənin sıxhğı -hə vahidinə tökülən radioaktiv hissəciklərin miqdarmdan, onların dioaktivliyindən və dispersiya tərkibindən, habelə partlayışdan son-nə qədər vaxt keçdiyindən asılı olur və sahə vahidinə düşən aktiv-lə (Ki/km2, Ki/m2, Ki/sm2və s.) Sİ-də Bk/m2 ilə ifadə edilir.

Dozanın gücü (R) vaxt keçdikce azalır. Ərazidə dozanın gücünün azalması prosesini bu düsturla ifadə etmək mümkündür:


R_2=R_1 (t_2/t_1)-1,2
R_2=R_1×K_1

burada: R, və R2 - müvafıq olaraq t, və t2 vaxtlannda radiasiya 'dozalarının gücü; t, və t2 - partlayışdan sonra keçən vaxtdır, 71,2 = 10 olduğu üçün vaxt 7 qat (dəfə) artdıqca dozanın gücü təxminən 10 dəfə azalır)

Radioaktiv maddələr tamamilə parçalananadək alınan dozalara görə radioaktiv buludun izi düşən ərazi şərti olaraq dörd zonaya ayrılır](cədv.l; şək.2)

Şəkil . 1 Mt gücündə yerüstü nüvə partlayışı

zamanı küləyin sürəti 50 km/s olarkən

ideal iz nəticəsində ərazidə radioaktiv

çirklənmə zonaları
Cədvəl 1
Zəhərlənmə zonalarının adı Partlayış məhsulları təmamilə parçalananadək alınan doza, R Etalon doza gücü, R/saat partlayışdan 1 saat sonra üçün hesabı Dozanın 10 saatdan sonra R/saat

A. Zəif çirklənmə zonası

(Xəritədə mavi rənglə işarələnir) 40-400 8-80 0,5

B. Güçlü çirklənmə zonası

(yaşıl rənglə) 400-1200 80-240 5

V. Təhlükəli çirk-lənmə zonası (qonur rənglə) 1200-4000 240-800 15

Q Çox təhlükəli çirk¬lənmə zonası (qara rənglə) 4000-dən çox 800-dan çox 50


Yüklə 336,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin