MühaziRƏ 1 Mülki müdafiə, onun vəzifələri və qurma prinsipləri


MÜHAZİRƏ 15 Qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin (QXDTİ) mahiyyəti



Yüklə 336,78 Kb.
səhifə26/26
tarix30.12.2021
ölçüsü336,78 Kb.
#49251
1   ...   18   19   20   21   22   23   24   25   26
Muhazire toplu

MÜHAZİRƏ 15
Qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin (QXDTİ) mahiyyəti
Qəza-xilasetmə və digər təxirəsalınmaz tədbirlər FH zo­na­sında ilk növbədə yerinə yetirilən işlərin məcmusudur:

- insanların xilas edilməsi və onlara yardım edilməsi;

- zədələnmə ocaqlarının lokallaşdırılması və yayılması­nın qarşısının alınması;

- ikincili zədələyici amillərin əmələ gəlməsinin qarşısının alınması;

- maddi və mədəni sərvətlərin xilas edilməsi və mü­ha­fi­zə­si;

- həyat fəaliyyətinin minimal ehtiyaclarının təmin edil­mə­si.

Qəza-xilasetmə işləri dedikdə – FH baş vermiş zonada in­sanların, maddi və mədəni sərvətlərin xilas edilməsi, təbii mü­hitin mühafizəsi, FH-ın lokallaşdırılması, FH-ın zədələyici amil­lə­rinin təsirinin qarşısının alınması və ya minimal səviyyə­yə qə­dər azaldılması başa düşülür.

Digər təxirəsalınmaz tədbirlər dedikdə  qəza-xilasetmə iş­lərinin hərtərəfli təmin olunması, zərərçəkmiş əhaliyə tib­bi və başqa yardımların edilməsi, insanların sağlamlığı və hə­ya­tı­nı, əmək qabiliyyətini təmin edən minimal şəraitin ya­ra­dılması başa düşülür.

Real şəraitdə qəza-xilasetmə və digər təxirəsalınmaz təd­bir­ləri bir-birindən ayırmaq çətindir və bu bölgü şərtidir. Qısa olaraq həmin işləri Xİ (xilasetmə işləri) və DTT (digər təxi­rə­sa­lınmaz tədbirlər) kimi qeyd edirlər.

Xİ və DTT, adətən, gecə-gündüz, hər bir havada fasiləsiz ola­raq aparılır. Böyük qəzalar və fəlakətlər zamanı Xİ və DTT işlərinin həcmi böyük olduğu üçün işlər 2-3 növbədə təşkil olu­nur. Növbələr birbaşa iş yerlərində dəyişdirilir. Bu zaman ağır mühəndis texnikası ərazidən çıxarılmır, yeni gələn növbəyə iş yerində təhvil verilir. FH-ın nəticələri o zaman aradan qal­dı­rıl­mış he­sab olunur ki, insanların həyatına və sağlamlığına təh­lü­kə ya­radan amillər aradan qaldırılmış olsun və ya təsiri mini­mal səviyyəyə qədər endirilsin.

FH nəticələrinin aradan qaldırılması fövqəladə hal zo­na­sın­dakı bütün vətəndaşlar və təşkilatlar üçün məcburidir.
Qəza-xilasetmə işlərinə daxildir:

 hərəkət marşrutu yollarının və iş yerlərinin kəşfiyyatı;

 hərəkət ediləcək yollarda və iş yerlərində yanğınların söndürülməsi;

 xilasetmə işlərinin aparılmasına mane ola biləcək müm­­kün amillərin aradan qaldırılması;

 zədələnmiş, xarabalığa çevrilmiş, yanan binalardan, su bas­mış, qaz və tüstü ilə dolmuş, çökmüş otaqlardan zədə­lə­n­miş­­lərin axtarışı və tapılıb çıxardılması;

 zədələnmişlərə ilkin tibbi və həkim yardımının edilmə­si və onların tibb müəssisələrinə köçürülməsi;

 təhlükəli zonalardan əhalinin çıxarılması;

 insanların sanitar təmizlənməsi, heyvanların veterinar tə­mizlənməsi, texnikanın, mühafizə və geyim vasitələrinin de­z­ak­ti­va­siyası, dezinfeksiyası və deqazasiyası, ərazinin və tikili­lə­rin, ər­za­ğın, suyun, ərzaq xammalın və yemin zərər­siz­ləş­di­ril­məsi.

Qəza-xilasetmə işləri qısa müddətdə yerinə yetirilməlidir. Ona görə ki, zədələnmişlərə tez bir müddətə yardım edil­məli­dir, əks halda ikincili zədələyici amillərin (yanğın, partlayış, su­basma və s.) təsirindən dağıntılar və itkilər arta bilər. Qəza-xilasetmə işlərinin aparılmasına şərait yaratmaq, ikincili zədə­lə­yici amillərin təsirindən son­rakı dağıntı və itkilərin qarşısını al­maq, həm də zərər çək­miş əha­linin və iqtisadiyyat obyektlərinin fəaliyyətini təmin et­mək üçün təxirəsalınmaz tədbirlər yerinə yetirilir (şəkil 5.1).



Şəkil 5.1. Dəmir yolu nəqliyyatında qəza-xilasetmə işləri
Bura daxil­dir:

- dağıntı və zərər çəkmiş zonalarda yolların, keçidlərin sa­lınması;

- qaz, enerji, su kəməri, kanalizasiya, istilik və texnoloji sis­temlərdə xilasetmə işlərinin aparılması üçün təhlükəsiz şərait yaratmaq məqsədilə qəzaların lokallaşdırılması;

- dağılmaq təhlükəsi olan və xilasetmə işlərinin aparıl­ma­sı­na mane olan bina və tikililərin konstruksiyalarının bərki­dil­mə­si və uçurulması;

- xilasetmə işlərinin aparılmasının təmin edilməsi üçün da­­ğılmış və zədələnmiş kommunal-enerji xətlərinin təmiri və bər­pa edilməsi;

- partlamamış döyüş sursatlarının və partlayış təhlükəli əş­ya­ların aşkar edilməsi, zərərsizləşdirilməsi və məhv edil­mə­si;

- zədələyici amillərin mümkün təkrarı təsirindən müha­fi­zə məqsədilə zədələnmiş mühafizə qurğularının təmir və bərpa edilməsi;

- fövqəladə hadisə baş verən ərazidə sanitar təmizləmə işlərinin aparılması;

- zərər çəkmiş əhalinin həyat təminatının ilk növbədə tə­min edilməsi.

Bunlardan xilasetmə işlərinə aşağıdakılar aiddir:

- adamlara bilavasitə yardım göstərilməsilə əlaqədar olan işlər – fəlakət yerlərində və oraya gedən yollarda vəziyyəti öy­rən­mək üçün kəşfiyyat aparılması;

- sahələrdə işə girişmək mümkün olsun deyə, yan­ğın­ları söndürmək, yaxud məhdudlaşdırmaq;

- zədələnmiş, yanan, tüstü, qaz bürümüş binalardan, uç­qun­lar altından adamların tapılıb çıxarılması;

- üstü çökmüş və uçqun qalaqları altında qalmış mühafizə qur­ğularının açılıb oradan adamların xilas edilməsi;

- süzücü-ventilyasiya sistemli zədələnmiş sığınacaqlara hava verilməsi;

- zədəlilərə ilk tibbi yardım göstərilməsi və onların müa­li­cə müəssisələrinə köçürülməsi;

- adamların təhlükəli sahələrdən çıxarılması, lazımi hal­lar­da sanitariya təmizliyindən keçirilməsi, həmçinin ava­dan­lı­ğın, ərazinin, ərzaq və suyun zərərsizləşdirilməsi.

Digər təxirəsalınmaz işlər isə  xilasetmə işlərini sürətlə və təhlükəsiz yerinə yetirmək, habelə fəlakətin genişlənməsinin qar­şısını almaq məqsədilə görülən tədbirlərə deyilir.

Digər təxirəsalınmaz işlərə aiddir:

- uçqunlarda və zəhərlənmə baş vermiş sahərlərdə maşın yolu və keçidlərin düzəldilməsi;

- qaz, elektrik, texnoloji şəbəkələrdə, su, kanalizasiya xətlərində qəzaların məhdudlaşdırılması;

- xilasetmə işlərinin aparılmasına mane olan və ya təh­lü­kə törədən qurğu və konstruksiyaların bərkidilməsi;

- dağıdılmış – zədələnmiş rabitə, işıq, su xətlərinin mü­vəqqəti bərpa edilməsi və s. kimi işləri aid etmək olar.

Bütün bu işlər eyni zamanda yerinə yetirilir. Hər bir kon­kret halda görüləcək xilasetmə və digər təxirəsalınmaz işlərin həc­mi və növü bu dağıntı (zədələnmə) ocağını törədən fəla­kə­tin xarakterindən asılı olur.

Zədələnmə və zəhərlənmə ocaqlarında xilasetmə işlərinə aiddir:

1. Uçqunlarda maşın yolu və keçidlərin düzəldilməsi. Zə­­də­lənmə və zəhərlənmə ocaqlarında xilasetmə işləri apa­rı­lar­kən ilk növbədə mühafizə qurğularına, uçqun altında, yanan bi­na­larda adamlar qalmış sahələrə, digər təxirəsalınmaz iş yer­lə­ri­nə getmək üçün maşın yolları və keçidlər düzəldilir. Bu məq­sədlə mexanikləşdirilmiş MM dəstələrinin qüvvələrindən is­ti­fa­də edilir.

Keçid yollarının düzəldilməsi üsulları uçqunların nö­vün­dən və ölçüsündən asılı olur. Az və qismən uçqunlar olan sa­hə­lər­də küçələrin maşın işləyən hissələrini və məhəllə da­xil­in­də­ki keçidləri uçqunların üzərində düzəltmək daha asan başa gələr. Bu məqsədlə uçqunun üst səthini buldozer vasitəsilə təmizləyir, hamarlayır və basıb bərkidirlər.

2. Uçqun altında qalmış sığınacağın açılması və adam­la­rın oradan çıxarılması. Adamlar özləri sığınacaqlardan çıxa bil­mirlərsə, belə sığınacaq uçqun altında qalmış qurğu hesab edi­lir. Onları qazıyıb açmağa başlamazdan əvvəl içəriyə qaz, su do­lub-dolmadığını, ümumiyyətlə oradakı vəziyyəti öyrənirlər. Xilasetmə işlərinin aparılması ardıcıllığı bundan asılı olacaqdır.

3. Uçqunların altından, zədələnmiş və yanan binalardan adamların xilas edilməsi. Daha mürəkkəb və çətin işdir. Bu işə dağıdılmış obyektin bütün sahələrini nəzərdən keçirib adamlar qalmış yerləri tapmaqdan başlayırlar. Dağıntı ocağında zə­də­lən­mişləri ­tapmağın əsas üsulu – uçqunlar yaranan sahədə baş­dan-başa axtarış aparmaqdır. Bu zaman xilasedicilər elə mə­sa­fə­də hərəkət etməlidirlər ki, biri digərini görüb-eşidə bilsin, ha­belə bütün sahəni diqqətlə nəzərdən keçirmək mümkün olsun.

Radiasiya qəzaları zamanı əhalinin mühafizəsi üçün ye­ri­nə yetirilən əsas tədbirlər aşağıdakılardır:

- qəza faktının aşkar edilməsi və onun barəsində xə­bər­darlıq;

- qəza rayonunda radiasiya şəraitinin kəşfiyyatı;

- radiasiya nəzarətinin təşkili;

- radiasiya təhlükəsizlik rejiminin yaradılması və sax­lan­m­ası;

- qəza baş verən kimi əhali arasında, qəza obyektinin he­y­ə­ti və qəza nəticələrinin ləğvində iştirak edənlərdə yod pro­fi­lak­tikasının aparılması;

- əhalinin, qəza obyektinin heyəti və qəza nəticələrinin ləğ­vində iştirak edənlərin fərdi mühafizə vasitələri ilə təmin edil­məsi və həmin vasitələrdən tstifadə;

- qəza zonasındakı əhalinin müdafiəsini təmin etmək üçün mühafizə qurğularında mühafizə edilməsi;

- əhalinin, qəza obyektinin heyəti və qəza nəticələrinin ləğ­vində iştirak edənlərin sanitar təmizlənməsi;

- qəza obyektinin, istehsal, sosial, yaşayış təyinatlı ob­yek­t­lərin, ərazinin, nəqliyyatın, kənd təsərrüfatı sahələrinin və digər texniki vasitələrin, mühafizə vasitələrinin, geyimin, əm­la­kın, su və ərzağın dezaktivasiyası;

- ərazinin çirklənmə səviyyəsi yolverilən həddən artıq olduqda həmin ərazidən əhalinin təxliyəsi.

Zədələnmə ocaqlarında xilasetmə işləri aparılarkən mü­va­fiq təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir. Bunlar əsasən aşağıdakılardır:

- işlərin icrası ilə əlaqəsi olmayan şəxslərin xilasetmə işləri aparılan sahələrdə qalmasına icazə verilmir;

- icraya başlamazdan əvvəl iş yerini diqqətlə nəzərdən ke­çirmək, yenidən zədələnmə qorxusu olan sahələrə nişanlar qoy­maq, divarların və s. hissələrin uçulması təhlükəsi olarsa, on­ları əvvəlcədən tamamilə dağıtmaq və ya bərkidib təhlükəsiz etmək lazımdır;

- binaların müxtəlif mərtəbələrində eyni zamanda iş apa­rıl­masına yol verilmir;

- xüsusi ehtiyac olmadan zədələnmiş binalara, xüsusən də təkbaşına girmək məsləhət görülmür;

- qaz dolmuş binalarda iş aparılarkən kibritdən və digər açıq alovdan istifadə etməməli, maşın və mexanizmlərin mü­hər­­rik­­lərini işə salmamalı, işdən əvvəl binaları küləyə verməklə qaz­dan təmizləməli, lazımi hallarda yalnız 12 voltluq ak­ku­mu­l­ya­tor  əl fənərlərindən istifadə etməli, qığılcım çıxarmayan me­taldan düzəldilmiş, yaxud qalın yağlanmış alətlər işlədil­mə­li­dir;

- uçqunlardakı elektrik məftilləri ilə əlaqədar bütün işlər re­zin əlcəklər, çəkmələr geyəndən sonra aparılmalıdır; müm­kün olan hallarda işə başlamazdan əvvəl elektrik enerjisini kəsmək la­zımdır;

- zəhərli sahələrdə bütün xilasetmə işləri fərdi mühafizə va­si­tələrində aparılmalıdır;

- burada icazəsiz əleyhqazı çıxarmaq, papiros çəkmək, su içmək, çörək yemək olmaz;

- radioaktiv zəhərlənmə sahələrində işləyən adamların şüalanma dozalarına ciddi nəzarət edilməlidir;

- deqazasiya və dezaktivasiya işləri mühafizə vasitələrini çı­xarmadan və bu işlər üçün ayrılmış yerlərdə yerinə yetiril­mə­li­dir.

Təhlükəsiz iş qaydalarına düzgün əməl etməklə zədə­lən­mə ocaqlarında əlavə bədbəxt hadisələrin qarşısına almaq olar.



Zədələnmə ocaqlarında, habelə təbii fəlakət rayonlarında qə­za­ların məhdudlaşdırılması məqsədilə görülən işlərə xi­las­et­mə və digər təxirəsalınmaz işlər deyilir.





Yüklə 336,78 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin