Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin I mərhələsində (bəlğəm əmələ gələnə qədər) hansı qrup dərman preparatlarının təyin edilməsi məsləhət görülmür?



Yüklə 255,36 Kb.
səhifə1/345
tarix02.01.2022
ölçüsü255,36 Kb.
#1183
  1   2   3   4   5   6   7   8   9   ...   345

Terapiya

1) Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin I mərhələsində (bəlğəm əmələ gələnə qədər) hansı qrup dərman preparatlarının təyin edilməsi məsləhət görülmür?
A) Öskürək əleyhinə preparatların

B) Mukolitiklərin, surfaktant sistemin stimulyatorlarının

C) İltihab əleyhinə preparatların

D) Hərarətsalıcı preparatların

E) Ağrıkəsicilərin
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
2) Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin II mərhələsində (bəlğəm ifrazı başlandıqdan sonra) hansı qrup dərman preparatları təyin olunmur?
A) Öskürək əleyhinə preparatların

B) Hayxırmanı stimullaşdıran vasitələrin

C) Bəlğəmi durulaşdıran preparatların (mukolitiklər)

D) İltihab əleyhinə preparatların

E) Antibakterial preparatların və antiseptiklərin
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
3) Kəskin bronxit zamanı hansı halın mövcudluğu dərhal antibakterial terapiyanın keçirilməsinə göstəriş deyil?
A) Ağır intoksikasiya

B) Təngnəfəsliyin əmələ gəlməsi

C) İrinli bəlğəmin əmələ gəlməsi

D) Hərarətin yüksəlməsi

E) Xəstəliyin ağır kliniki gedişatı
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
4) Xırda bronxların selikli qişasının zədələnməsi ilə müşayiət olunan xroniki bronxitin aparıcı simptomu hansıdır?
A) Leykositoz və EÇS - nin artması

B) Dodağın selikli qişasının sianozu

C) Təngnəfəslik

D) Güclü üzücü quru öskürək

E) Bəlğəmli öskürək
Ədəbiyyat: Г. В. Трубников. «Руководство по клинической пульмонологии» 2001г.


Yüklə 255,36 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   345




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin