1089) Belladonna (Xanımotu) ilə zəhərlənmələrdə hansı sindrom qeyd olunur?
A) Nefrotik sindrom
B) Muskarin sindromu
C) Mendelson sindromu
D) Xolinolitik sindromu
E) Bufotenin sindromu
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1090) A vitaminlə intoksikasiyalarda hədəf orqanları göstərin:
A) Görmə siniri
B) Qalxanvari vəzi, ağciyərlər
C) Böyrəküstü vəzilər, ürək əzələsi
D) Dəri örtükləri, böyrəklər, mədəaltı vəzi
E) MSS, qaraciyər, sümüklər, selikli qişalar
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1091) Flumazenil hansı qrup preparatların antaqonistidir?
A) Barbituratlar
B) Benzodiazepinlər
C) Qeyri – steroid iltihaba qarşı preparatlar
D) Fenotiazin neyroleptiklər
E) Trisiklik antidepressantlar
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1092) Zəhərli göbələklərlə intoksikasiyada mədənin zond vasitəsi ilə yuyulması hansı saatlarda məqsədə uyğun hesab olunur?
A) 3 – 6 saat ərzində
B) 6 – 12 saat ərzində
C) 12 – 24 saat ərzində
D) İlk 2 saat ərzində
E) Zəhərlənmə vaxtı ilə asıllığı yoxdur
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1093) Hidrogen sulfidlə zəhərlənmələrin əsas patogenezi nədir?
A) Sitoxromoksidazaların blokadası
B) Karboksihemoqlobinemiya
C) Hemoliz
D) Methemoqlobinemiya
E) Böyrəklərin zədələnməsi
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1094) I sinif antiaritmik preparatlarla zəhərlənmə zamanı müşahidə olunan kardiotoksiki effektləri nə ilə aradan götürmək olar?
A) Atropin 1 % - 1, 0 v / d, sonra 1, 0 ml d / a 3 saatdan bir
B) Dantrolen – Na 2, 5 – 10, 0 mq / kq v / d
C) Hipertonik Na bikarbonat məhlulun v / d infuziya ilə
D) Riboksin 2 % 10, 0 – 20, 0 v / d
E) Kalsium xlorid 10 % - 10, 0 v / d təkrar vurmaqla
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1095) Etanolun eliminasiya mərhələsinin müddəti nədir?
A) 5 – 12 saat
B) 12 – 24 saat
C) 24 - saatdan çox
D) 3 – 4 saat
E) 1 – 2 saat
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1096) İshal əleyhinə loperamid (imodium) preparatı ilə ağır zəhərlənmələrdə farmakoloji antidot nədir?
A) Nalokson
B) Meperidin
C) Difenoksin
D) Metoklopramid
E) D - penisillamin
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1097) Serotoninin toksik sindromuna hansı əlamət xarakter deyil?
A) Quru selikli qişalar
B) Taxikardiya
C) Hipertenziya
D) Hiperrefleksiya
E) Hipertermiya
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1098) Teofillinin toksiki dozası nədir?
A) > 20 mkq / kq
B) > 40 mkq / kq
C) > 50 mg / kq
D) 80 – 100 mq / kq
E) 10 mkq / kq
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1099) Hidrogen peroksidlə zəhərlənmənin fəsadı nə ola bilər?
A) Qıcolmalar
B) QT intervalın uzanması
C) Koma
D) Qaz emboliyası
E) Xolinilitik sindrom
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
Dostları ilə paylaş: |