Fövqəladə rejimdə gündəlik rejimdə fəaliyyət göstərən qüvvələrdən əlavə, həmçinin müşahidə və laboratoriya nəzarəti şəbəkəsinə daxil olan nazirlik, komitə, şirkət, Elmlər Akademiyası və s. idarələrin müvafiq qüvvələri ilə həm müşahidə, həm də laboratoiya nəzarəti aparılır.
MÜHAZİRƏ 10
Adi qırğın vasitələri və onların qısa xarakteristikası
Müasir qırğın silahları kütləvi qırğm silahlarından və adi qırğın vasitələrindən ibarətdir.
Adi qırğın vasitələrinin aşağıdakı növləri vardır:
1. Təyyarədən tətbiq edilən döyüş sursatları:
•təyyarədən atılan «Hava» - «Yer» raketləri
•təyyarədən atılan bombalar (fuqas, qəlpəli, kürə formalı, kumulyativ, beton (zireh) dağıdan, həcmli partlayış və kassetli bomba¬lar).
2- Top - raket sistemləri
Toplar 122, 130,152 mm, mina atanlar isə 82, 160,240 mm kalibrli olurlar. Onların tə'sir dairəsi 10-30 km olur.
Yeni reaktiv-raket sistemləri 2 növdürlər:
«Qrad» qurğuları - 40 lüləli;
«Uraqan» - 16 lüləli
“Qrad” qurğuları raketlərinin başlıqları fuqas-qəlpəli, «Uraqan» qurğularının başlıqları isə həm fuqas-qəlpəli və həm də kasset tipli olurlar.
Top Və raketlərin mərmiləri partladıqda insanlan həm zərbə dalğası, həm də qəlpələri ilə zədələyir. Döyüş sursatlarına ayrı-ayrı baxaq;
A) Fuqas döyüş sursatlarından - hərbi və mülki obyektləri insanları zərbə dalğası və qəlpələrlə zədələmək üçün istifadə olunur. Partlayıcı maddənin (tropil, Qeksogen və onların qarışığı) ağırlığı 50-200 kqQ qədər olur.
Fuqas döyüş sursatları torpağa keçərək partlayış zamanı torpağı xaricə tullamaqla qıf şəkilli çuxur əmələ gətirir. Fuqas döyüş sursatı partlayarkən partlayış məhsullarının genişlənməsi və həmin mühitdə zərbə,dalğasmın yaranması müşahidə olunur.
B) Kassetli döyüş sursatları Kassetli döyüş sursatları konteynerdən və kiçik həcmli bom¬bacıqlardan ibarətdir. Konteynerin içərisinde yüz, min ədəd kiçik həcmli bombacıqlar olur.
Konteyner (kasset) yer səthindən müəyyən yüksəklikdə açıldıqda kiçik həcmli bombacıqlar böyük sahəyə yayılır, yer üzündə partlayır və qəlpələri ilə о ərazidə əhalini məhv edirlər (zədələyirlər). Kassetləri qəlpəli, kürə formalı kumulyativ, yandırıcı bombalar ilə doldururlar.
V) Kürə formalı döyüş sursatı
Kassetli döyüş sursatlannın içərisində kürə formalı bombalar yerləşdirilir. Kürə formalı bomba uzunluğu 35 sm, diametri 7,5 sm olan silindrik gövdədən ibarətdir. Onun içərisi partlayıcı maddə ilə doldurulub, divarlarına isə 250 ədəd, kütləsi 0,7-1,0 q olan metal kürəciklər, kubiklər doldurulub. Partlayış zamanı kürəciklər 100 m2 ətrafayayılır və mühafizə olunmamış adamları zədələyirlər.
Q) Həcmli partlayış döyüş sursatlarmda 200 kq-lıq kassetin içərisində 3 ədəd 40 kq çəkili konteyner var. Hər konteynerdə 33 kq-a yaxın maye etilen oksidi yerləşdirilib.
Konteynerlər bomba atıldıqdan sonra paraşüt vasitəsilə yerə enir, sonra yanacaq qarışığı havaya çilənir və aerozol buludu emələ gəlir, onun diametri 15 m, hündürlüyü isə 2-5 m olur. Bu bulud bir neçə saniyədən sonra partladılır və 20-30 kqQ/m2 izafı təzyiq yaradır.
Bu izafı təzyiq insanları məhv edir, binaları və çox möhkəm ınühafizə qurğularını dağıdır. Rus ordusu 1999-cu ilin sentyabnnda Dağıstanda gedən döyüşlərdə bu silahdan geniş istifadə etmişdir.
D) Kumulyativ döyüş sursatı
Kumulyativ döyüş sursatının ön hissəsində konus şəkilli boşluq var. Partlayış zamanı əmələ gələn sıxılmış hava enerjisi 10-15 km/san sür'ətilə bir nöqtəyə yığışır və zirehli səthləri dağıdır. İndiki kumulyativ döyüş sursatları, tank əleyhinə raket və qumbaralar qalınlığı 400-600 mm zirehli səthləri dağıdır. Onıın qəlpələri
həmin səthin arxasında yerləşən adamları (tankın şəxsi hey'ətini)
məhv edir.
E) Beton (zireh) dağıdan döyüş sursatları
Beton (zireh) dağıdan bombalar, onların zədələyici elementləri möhkəm və ağır qatışıqdan hazırlanmış özəkdən ibarətdir. Beton (zi¬reh) səthə dəydikdə bombanın gövdəsi xaricdə qalır, özək isə betona (zirehə) keçərek onu dağıdır. Insanlan zədələyir, texniki vasitələri isə sıradan çıxarır.
Bu döyuş sursatları aerodromun uçuş zolaqlarını və təyyarə anqarlarını dağıtmaq üçündür.
j) Yandırıcı silahlar
Adi qırğın vasitələrinin bir növü də yandırıcı silahlardır. Yandırıcı silahların əsasını yandırıcı maddələr və onları tətbiq etmək üçün vasitələr təşkil edir.
Yandırıcı maddələrin növləri:
Neft məhsulları əsaslı yandırıcı maddələr (Napalmlar)
Metallar əlavə edilmiş yandırıcı maddələr (Pirogellər)
Termit və termit əsaslı yandırıcı maddələr
Adi və plastik fosfor
Qələvi metallar (natrium və kalsium)
Öz-özünə alışan trietilen aluminium.
Ən çox yayılmış yandırıcı maddələrdən neftəsaslı yandırıcı maddələrdir (napalm)
Napalm 90 - 97% benzindən və 3-10% qatılaşdırıcıdan alınır. Qatılaşdırıcılar naften, polmetin və oleyn turşularının aluminium duzlardan ibarətdir. “Napalm” sözü naften və polmetin sözlərinin ilk iki hərfindən alınmışdır. Yandırıcı maddələrin açıq havada öz-özünə alışması üçün onlara natrium, maqnium və yaxud fosfor əlavə olunur.
Pirogellər neft əsaslı yandırıcı maddələrə (napalma) maqnium, aluminium tozlarını və yaxud yonqarlarını, kömür tozu, asfalt və s. maddələr əlavə olunmaqla alınır. Onun yanma hərarəti 1600°S-yə bərabərdir.
Pirogellər başqa yandırıcı maddələrdən fərqli olaraq, sudan ağırdırlar. 1-3 dəqiqə ərzində yanırlar, insanların dərisinə və paltarına düşdükdə dərin yanıqlar əmələ gətirirlər.
Napalm yandırıcı maddəsi nəm səthlərə yapışır və alışır. 1000-1200°C hərarətilə 5-10 dəqiqə müddətində yanır. O, sudan yüngül olduğundan suyun üzündə üzür və yanğın ocağını söndürməyi çətinləşdirir. Yüksək hərarətlə yanır, sıyıqlaşır və çatlardan (deşiklərdən) binaların, qurğuların, texniki vasitələrin içərisinə keçir.
1 qr yanan maye mühafızə olunmamış dəriyə düşdükdə insan ağır xəsarət ahr.
Termit və termit əsaslı yandırıcı maddələr dəmir oksidi ilə aluminium oksidinin qarışığından ibarətdir. Bu qarışığa oksidləşdirici və əlaqələndirici (birləşdirici) maddələr əlavə olunur. Onlar yandıqda istilik 3000°C-yə qədər qalxır. Bu temperaturda metallar əriyir, beton və kərpic isə çartlayır, dağılır.
Ağ fosfor - arı mumuna oxşar zəhərli maddədir. O, havada özü-özünə alışa bilər. Yandıqda ağ zəhərləyici tüstü buraxır. Yanma hərarəti 900-1200°C olur.
Fosfordan Napalm və Pirogel yandırıcı maddələrini alışdırmaq üçün istifadə olunur.
Plastik fosfor - ağ fosfor hissəciklərindən və plastik sintetik kauçuk kütləsindən ibarətdir. Tətbiq edildikdə şaquli səthlərə yapışır ve onlan yandırır.
Plastik fosfordan bombalar, mərmilər və başqa yandırıcı döyüş sursatları hazırlanrQ
Yandırıcı maddələri tətbiq edən vasitələr Təyyarədən tətbiq edilən yandırıcı döyüş sursatları aşağıdakılardır:
a) Kiçik ölçülü (kalibrli) döyüş sursatları termit və termit əsaslı maddələrlə doldurulur.
b) Orta ölçülü (kalibrli) döyüş sursatları piroqellərlə doldurulur
v) Böyük ölçülü (kalibrli) döyüş sursatları napalm ilə doldurulur.
Kiçik ölçülü (kalibrli) döyüş sursatları (4 kq-a qədər) - agac ti-
kililəri, anbar binalarını, dəmiryol stansiyalarını (qovşaqlarını) və
başqa hədəfləri məhv etmək üçündür. Onlar 3-5 m radiusda yanğın
ocaqları əmələ gətirirlər. Yandırıcı kütlənin yanma vaxtı 2-3 dəqiqə
olur.
Orta ölçülü yandırıcı döyüş sursatları yaşayış, sənaye binalarını, anbarları və s. obyektləri məhv etmək üçündür. Yandırıcı kütlənin yanma vaxtı 3-8 dəqiqə olur.
böyük ölçülü (kalibrli) yandırıcı döyüş sursatları (Bombalar 1000-4000 kq) əhalini məhv etmək, şəhərlərdə (yaşayış məntəqələrində) yanğınlar törətmək üçündür. Yanma müddəti 3-10 dəqiqə olur.
Toplardan atılan yandırıcı döyüş sursatları (mərmilər, minalar) ağac, binaları, yanacaq və sürtkü materialları anbarlarını, əhalini, təyyarələri, nəqliyyat vasitələrini məhv etmək üçündür. Bunlar ağ və plastik fosforla doldurulmuş minalardan ibarətdir. Bundan əlavə əhalini məhv etmək üçün içərisində yandırıcı maddələr olan qrad qurğularının mərmilərindən istifadə olunur.
Bunlardan əlavə silahlı qüvvələrdə əldən (rans) və tankdan od-
saçanlär silahlar mövcuddur. Əldən (rans) odsaçanların atəş məsafəsi
50-100 m-dir. Tankların atəş məsafəsi 180-230 m-dir
Bunlardan əlavə düşmən ordularında əl ilə atılan yandırıcı qumbaralar var. Onların atəş məsafəsi 40 m, silah vasitəsilə atıldıqda isə 150-200 m-dir.
Yandırıcı silahların insanlara tə'siri istilik enerjisindən, tüstüdən və yanma zamanı əmələ gələn zəhərləyici maddələrdən ibarətdir.
İnsanlara tə'sir etdikdə yandırıcı maddələr onun dərisində yanıqlar əmələ gətirir. О yanıqlar çox dərin olur və 2-3 ay müddətində davam edir. Birinci 30-60 saniyə müddətinde insanlar şok vəziyyətine düşürlər.
Bunlardan əlavə napalmın tə'sirindən tənəffüs yollarında yanıqlar əmələ gəlir, ağ ciyər zədələnir və orqanizmin ümumi zəhərlənməsi baş verir.
Yandırıcı silahlardan (maddələrdən) mühafizə olunmaq üçün odadavamlı binalardan, qurğulardan, nəqliyyat vasitələrindən və başqa örtülü yerlərdən istifadə etmək lazımdır Bunlardan əlavə fərdi mühafizə vasitələrindən də istifadə etmək olar.
Şüa silahı - zərbə tə'siri elektromaqnit enerjisinin iti istiqamətləndirılmiş şüalarının və ya böyük sür'ətlə qovulmuş elementar hissəciklərinin cəmlənmiş dəstəsinin istifadə edilməsinə əsaslanan qurğuların (generatorların) məcmusundan ibarətdir. Şüa silahının bir növü lazerlərin tətbiqinə əsaslanır, digər növləri dəstəvi (sür'ətləndirici) silahlardır.
Lazerlər elektromaqnit enerjisinin optik diapazonda güclü şüalandırıcılarından - «optik generatorlarından» ibarətdir.
Lazer şüasının zərbə tə'sıri obyekt təşkıl edən materialların yüksək temperaturlara qədər qızması nəticəsində onların əriməsi (hətta buxarlanması), həssas elementlərin zədələnməsi və insanın korlaşması, dərisində termik yanıqların baş verməsi ilə nəticələnir.
Lazer şüasının tə'siri onun görünməzliyi (od, tüstü, səs kimi xarici əlamətlərin olmaması), yüksək dəqiqliyi, düz xətt boyunca yayılması, praktiki olaraq ani tə'sir etməsi ilə fərqlənir.
Şüa silahının bir növü də sür'ətləndirici silahdır. Sür'ətləndirici silahın zərbə amili yüksək sür'ətlərlə qovulmuş yüklü və ya neytral lıissəciklərin (elektronların, protonların, hidrogenezin neytral atomlarının) enerjisi ilə doymuş dəqiq istiqamətli, cəmlənmiş dəstəsidir.
Bu silahlahın zərbə obyekti ilk növbədə yerin sün'i peyklərı, qitələr arası raketlər, müxtəlif tipli ballestik və qanadlı raketlər, həmçi¬nin müxtəlif yerüstü silahlar və hərbi texnika olur.
Sür'ətləndirici silah düşmənin canlı qüvvəsinə qarşı da işlədilə bilər. Amerika mənbələrinin mə'lumatına görə sür'ətləndirici silahla kosmosdan yer səthinin böyük sahələrini yüz kvadrat kilometrlərlə intensiv şüalandırmaq imkanı da var ki, bu da orada yerləşən canlıların və digər bioloji obyektlərin kütləvi qırğınına səbəb olar.
Dostları ilə paylaş: |