Müşahidə və laboratoriya nəzarəti şəbəkəsi (MLNŞ) ətraf mühitin radioaktiv, kimyəvi, güclü təsirli və bakterial maddələrlə zəhərlənməsinə müşahidə və laboratoriya nəzarəti etmək, mühafizə tədbirləri görülməsi üçün müvafiq dövlət orqanlarına məlumat vermək üçün nəzərdə tutulmuşdur.
MLNŞ-a əsasən bu təşkilatlar cəlb edilir:
səhiyyə nazirliyinin sanitar-epidemiologiya mərkəzləri və stansiyaları;
kənd təsərrüfatı və ərzaq nazirliyinin baytarlıq laboratoriyaları;
baytar nəzarəti postları və bitki mühafizəsi stansiyaları;
dövlət hidrometrologiya komitəsinin radiometriya laboratoriyası və qrupları;
Daxili İşlər Nazirliyi şəhər və rayon polis şöbələrinin struktur bölmələri;
Müdafiə Nazirliyinin xüsusi bölmələri;
respublika MM qərargahının kimyəvi-radiometriya laboratoriyası;
nazirliklərin, ərazi icra hakimiyyətinin və obyektlərin radiasiya və kimya müşahidəsi postları;
habelə, bir sıra digər respublika təşkilatlarının sahə laboratoriyaları.
Müşahidə və laboratoriya nəzarəti şəbəkəsi üçün konkret şəraitdən asılı olaraq üç iş rejimi müəyyən edilmişdir: