MühaziRƏ 1 Mülki müdafiə, onun vəzifələri və qurma prinsipləri


UQ-2, UQ-3 tipli səyyar universal qaz analizatorlar



Yüklə 336,78 Kb.
səhifə13/26
tarix30.12.2021
ölçüsü336,78 Kb.
#49251
1   ...   9   10   11   12   13   14   15   16   ...   26
Muhazire toplu

UQ-2, UQ-3 tipli səyyar universal qaz analizatorlar
Bu qaz analizatorlar istehsalat binalarında, havada xlor, amonyak, sulfat anhidridi, hidrogen sulfıd, karbon oksidi, azot oksidləri və s. zəhərli qazların (buxarların) konsentrasiyalarını müəyyən etmək üçündür.

Qaz analizatoru istehsalat binasının havasındakı zəhərli qaz (buxar) konsentrasiyalarını aşağıdakı şəraitdə müəyyən edə bilir: ha¬vada tozun miqdarı ən çoxu 40 mq/m3, təzyiq 740-dan 780-mm c. süt-dək, nisbi rütubət ən çoxu 90% və temperatur 10°C-dən 30°C-dək (sul¬fat anhidridi üçün 15°C-dən 30°C-dək). Bundan fərqli olan şəraitdə qaz analizatoru ölçmənin lazımi dəqiqliyini tə'min etmir, çünki ölçmə xətaları xeyli artır.

Qaz analizatorunun ölçmə xətası (qeyri-dəqiqliyi) müəyyən edilən hər bir qaza aid şkalanın yuxarı həddinin göstəricisindən ən со¬хи ± 10%-dir. Yoxlanılan havanın sorulma müddəti tə'yin edilən qazın (buxarın) növündən asılı olur və cihazın işlədilməsi üzrə tə'limatda göstərilir.

Qaz analizatorunun işləmə prinsipi - tərkibində zəhərli qazlar (buxanar) olan müəyyən həcmdə havanın indikator borucuğundan keçirilməsinə əsaslanır. Bu zaman müəyyən edilən qaz (buxar) və borucuğun doldurucusundakı reaktiv arasında gedən reaksiya nəticəsində indikator borucuğunda qırmızı rəngli sütun yaranır.

İndikator borucuğunda yaranan qırmızı rəngli sütunun uzunluğu müəyyən edilən qazın havadakı konsentrasiyasına mütənasib olur və mq/m3 dərəcəli şkala vasitəsilə ölçülür (şkala etiketlərdə mətbəə üsulu ilə hazırlanır.

Qaz analizatoru vasitəsilə havanın ekspress analizinin (tə'cili analizi) xüsusi bilikləri olmayan işçilər də apara bilər. Cihaz dəstinə:

üç ştoku olan havasoran tərtibat;

indikator borucuqlarını doldurmaq üçün indikasiya vasitələri və ləvazimatdan ibarət xüsusi dəst qutusu;

cihazın pasportu daxildir.

MÜHAZİRƏ 9




Yüklə 336,78 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin