MühaziRƏ 1 Mülki müdafiə, onun vəzifələri və qurma prinsipləri


Bakterioloji şəraitin qiymətləndirilməsi



Yüklə 336,78 Kb.
səhifə10/26
tarix30.12.2021
ölçüsü336,78 Kb.
#49251
1   ...   6   7   8   9   10   11   12   13   ...   26
Muhazire toplu

Bakterioloji şəraitin qiymətləndirilməsi

Düşmənin bakterioloji silah tətbiq etməsi nəticəsində yaran şəraitə bakterioloji şərait deyilir.

Bakterioloji şəraiti adamların, heyvanların, ərazinin, təsərrüfat obyektlərinin bakterioloji zəhərlənməsi miqyasını və dərəcəsini aydınlaşdırmaq, bakterioloji vasitələrin mülki müdafıə dəstələrinin xilasetmə və digər tə'xirəsalınmaz işlərinə, həmçinin əhalinin kənd təsərrüfatı işlərinin aparılmasında göstərdiyi fəaliyyətinə tə'sirl müəyyən etmək üçün qiymətləndirirlər.

Bakterioloji şəraitin qiymətləndirilməsinə aşağıdakılar aiddir: bakterioloji zəhərlənmə rayonunun sərhədini tə'yin etmək; torpaqdan istifadəetmə planına və ya ümumi vəziyyət sxeminə zəhərlənmə rayonunu köçürmək; karantin rejimini dəqiqləşdirmək; xüsusi təmizliyin aparılması üçün kənd təsərrüfatı istehsalı obyektlərini tə'yin etmək; həmçinin müalicə-profılaktik tədbirləri qaydalarını və həcmini müəyyənləşdirmək. Zəhərlənmə ocağının sərhədlərini tibb və baytar kəşfiyyatları tə'yin edir, onları ərazidəki nişanlayır və lazımi mə'lumatları plana və ya xəritəyə köçürürlər.

Karantin şəhər, rayon (respublika) müfki müdafıə rəisinin qərarı ilə qoyulur, obyektin rəhbəri ərazisində yaranmış bakterioloji ocağı ləğvetmə işlərini təşkil edir. Xüsusi təmizliyi birinci növbədə adamlar, heyvanlar, tövlələr və bitkilər keçirlər. Bu iş üçün dəstələr ayrılır, işin yerinə yetirilməsi qaydaları qoyulur, həmçinin maşın və xüsusi dezinfeksiya vasitələri ayrılır.

Müalicə-profılaktik tədbirlərin aparılması lazım gələrsə, aşağıdakılara xüsusi diqqət yetirilir: əhalidə tibbi müşahidələrin fasiləsiz aparılmasını və kənd təsərrüfatı heyvanlarında baytar muşahidəsini təşkil etmək; yoluxucu xəstələri və sübhəlıləri tapmaq, onları ayırmaq, qospitala qoymaq və müalicə etmək; əhalinin və heyvanların təcili profilaktikasını (antibiotiklərlə və basqa xüsusi dərmanlarla) təşkil etmək; qoruyucu peyvəndlər vurmaq.


Sülh və hərbi xarakterli FH-da MM kəşfiyyatının əsas vəzifələri
Kəşfiyyat - mülki müdafiə qüvvələrinin fəaliyyətini tə'min et¬mək, üçün görülən əsas tədbirlərdən biridir. MM sistemində aparılan kəşfiyyatda məqsəd - güclü istehsalat qəzasından, təbii fəlakətdən və dıışmən basqınından sonra yaranmış vəziyyət barədə dəqiq məlıımatlar toplamaqdır.

MМ kəşfıyyatının əsas vəzifələri sülh (əmin-amanlıq) dövründə:

• ətraf mühitdə havanın, suyun, torpağın, maldarlıq və bitkiçilik məhsullarının radioaktiv, kimyəvi, bakterial maddələrlə çirklənməsinə vaxtaşırı müşahidə və laboratoriya nəzarəti aparmaq;

• yoluxucu xəstəlik ehtimallı rayonlarda epidemik və epizootik vəziyyətə müntəzəm nəzarət etmək;

• güclü istehsalat qəzası və ya təbii fəlakət baş vermis rayonlarda yaranan vəziyyətləri aşkar etməkdir.

Müharibə dövründə düşmən basqınından sonra isə kəşfıyyatın vəzifələri

aşağıdakılar barədə mə'lumatlar əldə etməkdir:

işlədilmiş silahın növü, zərbənin nə vaxt və haraya endirildiyi, nüvə partlayışının gücü və koordinatları;

radiasiyanın səviyyələri, zəhərləyici maddənin konsentrasiyası, zəhərli hava buludunun yayılma istiqaməti;

• zədələnmə ocağının hüdudları;

•xilasetmə və digər işlər aparılan rayonlarda zədələnmə şəraitinin necə dəyişdiyi;

• mühafizə qurğularının, oradakı adamların vəziyyəti, onlara yardım göstərmənin yolları;

• kommunal enerji şəbəkələrinin, rabitə xətlərinin, habelə MM dəstələri, köçürülən əhali hərəkət edəcək marşrutların vəziyyəti;

• yanğın yerləri, onların yayılma istiqaməti;

• hidrotexniki qurğuların nə dərəcədə zədələndiyi, fəlakətll subasma və daşqın zonaları yaranıb-yaranmadığı və s.

Kəşfıyyat fəal, fasiləsiz, vaxtında və məqsədyönlü aparılmalı başlıcası isə topladığı mə'lumatlar dəqiq olmalıdır.

Hansı qüvvə və vasitələrlə aparılmasından asılı olaraq yerüstıı kəşfıyyat, havadan kəşfiyyat və dənizdən (çaydan) kəşfıyyat növü müəyyən edilmişdir.

Yerüstü kəşfıyyat - ən dəqiq, daha dolğun kəşfıyyat növü sayılır və butün MM qərargahları tərəfindən təşkil edilir.

Havadan kəşfıyyat - zədələnmə ocaqlarında, təbii fəlakət və qəza rayonlarında ümumi vəziyyəti tez aşkar etmək üçün təyyarələr, vertolyotlardan aparılır. Belə kəşfıyyatı adətən respublika MM qərargahı təşkil edir.

Dənizdən (çaydan) kəşfıyyat - sahillərdə, limanlarda, buradakı qurğularda vəziyyəti öyrənmək məqsədi güdür, yüksək sür'ətli gəmilər, katerlər vasitəsilə icra edilir.

Fövqəl'adə hallarda MM kəşfiyyatımn təşkili və aparılması qaydaları
Kəşfıyyatın konkret məqsədlərini, ilk növbədə hansı məlumatların toplanmasını və müddətlərini, bunun üçün istifadə ediləcək qüvvələri mülki müdafıə rəhbəri müəyyənləşdirir.

Kəşfiyyatın dəqiq təşkil edilməsi üçün MM qərargahının rəisi tam məs'uliyyət daşıyır; bu işin bilavasitə təşkilatçısı isə MM qərargahı rəisinin müavinidir.

Kəşfıyyatı təşkil etmək üçün əsas sənəd - kəşfıyyat planıdır. Plan müvafiq MM qərargahında əvvəlcədən tərtib edilir, yuxarı qəragahla razılaşdırılır və MM rəhbəri tərəfındən təsdiqlənir.

Plana obyektin sxemi (rayonun xəritəsi) əlavə edilir, burada idarəetmə məntəqələrinin, mühafizə qurğularının, kəşfıyyat bölmələrinin yerləri, bu bölmələrin konkret fəaliyyət marşurutları, vəzifələrini yerinə yetirdikdən sonra toplanış məntəqələri şərti işarələrlə göstərilir. MM qərargahının rəisi bölmə komandirlərinə kəşfiyyat aparmaq barədə şifahi sərəncamı məhz bu sxem əsasında verir.

Şəhərdə, rayonda və obyektlərdə kəşfiyyat işlərinə radiasiya və kimya müşahidəsi postları, MM kəşfıyyat qrupları, xidmətlərin və dəstələrin kəşfıyyat manqaları (bölmələri), habelə müşahidə yə laboratoriya nəzarəti şəbəkəsinin (MLNŞ) müəssisələri cəlb edilirlər.

Radiasiya və kimya müşahidəsi postları (RKMP)- bütün obyektlərdə yaradılır və təhlükə yaranarkən bilavasitə fəaliyyətə başlayırlar. Onların əsas vəzifələri radioaktiv və kimyəvi zəhərlənmələri vaxtında aşkar etmək, müşahidə sahəsində vəziyyətin dəyişməsinə fasiləsiz göz qoymaq və qərargaha müntəzəm surətdə məlumat verməkdir. Post elə yerdə qoyulmalıdır ki, oradan hər tərəfi görmək mümkün olsun və postun özü MM idarəetmə məntəqəsinin yaxınlığında yerləşsin. Müşahidəçilərin daldalanması və növbədən sonra dincəlməsi üçün burada hökmən üstüörtülü səngər düzəldilir, müşahidəçi duran yerdə cəhətləri göstərən nişanlar qoyulur. Postun heyəti onun rəisindən və iki meşahidəşidən ibarətdir. Onlar müşahidəni vizual üsulla, habelə radiasiya və kimya kəşfiyyatı cihazları vasitəsilə aparırlar. Bu məqsədlə onlar cihazlardan əlavə həmçinin fərdi mühafizə vitələri, rabitə və xəbərdarlıq vasitələri, kompas, saat və bucaq ölçən xüsusi limb, müşahidə jurnalı, habelə öz vəzifələrini yerinə yetirmək üçün lazım olan digər avadanlıqla təhciz olunurlar.

Kəşfiyyat qrupu manqası isə təbii fəlakət, qəza nəticəsində bilavasitə obyektdə, digər fəaliyyət rayonunda, habelə düşmən basqınından sonra zədələnmə ocağında, hərəkət marşrutlarında yaranmış vəziyyəti öyrənmək məqsədilə göndərilir. Kəşfiyyat qrupu, onun komandirindən və hərəsi 3 nəfərlik bir rabitə və bir necə kəşfiyyat manqalarından ibarət olur. Qrup fərdi mühafizə vasitələri, radfasiya və kimya kəşfiyyatı cihazları, hədd nişanları dəsti, fərdi dozimetrlər ilə təchiz edilir, fəaliyyətə başlayarkən ona nəqliyyat və rabitə vasitələri, habelə hərəkət marşrutunun sxemi, obyektdə kəşfiyyat apardıqda isə kəşfiyyat sxemi verilir.

Zəhərlənmə rayonlarında kəşfiyyat aparılarkən, radiasiya səviyyələri 0,5 rentgen/saat olan, yaxud kimyəvi zəhərlənmə aşkar edilən zonanın hüdudları hədd nişanları vasitəsilə nişanlanır.

Zəhərlənməni ölçdükdən sonra kəşfiyyatçı hədd nişanı qoyur və nişanda zəhərlənmənin növünü, səviyyəsini və ölçmə vaxtını qeyd edir.

Kəşfiyyat qurtardıqdan sonra kəşfiyyat qrupu (manqası) toplanış məntəqəsinə gəlir; komandir gərargaha vəzifələrin yerinə yetirilməsi haqqında məlumat verir və kəşfiyyat sxemini təqdim edir. Bundan sonra o, lazımi hallarda avtomobilin, şəxsi heyətin zəhərlənmə dərəcəsini yoxlayır, buna ehtiyac varsa, xüsusi təmizləmə işlərini təşkil edir, dozimetrlərin göstəricisi əsasında şəxsi heyətin məruz qaldığı şüalanma dozalarını hesablayır və qrupu yeni vəzifələrin icrası üçün işə hazırlayır.

Güclü zəlzələdən sonra aparılan kəşfiyyatın əsas vəzifələri is\ bina və tikililərin nə dərəcədə dağıldığını, uçqunlar altında adam qalan yerləri və onların vəziyyətini, ikinci zədələnmə ocaqlarının (yanğın, daşqın, kimyəvi zəhərlənmə) yaranıb-yaranmadığını öyranmək, qaz, su, elektrik şəbəkələrində qəzaların yerini, dərəcəsini, xilasetmə işlərinin növünü, həcmini və s. müəyyən etməkdən ibarətdir.

Daşqın və sel vaxtı kəşfiyyat bölmələri fəlakətli sahələrin hüdudlarını, yardıma ehtiyacı olan adamlar, habelə kənd təsərrüfatı heyvanları qalmış sahələri müəyyənləşdirir, daşqın zonasından çıxarılmalı maddi sərvətləri aşkar edir, üzgüçülük vasitələrindən istifadə edilməsi üçün marşrutlar axtarır və s.

Müşahidə və laboratoriya nəzarəti şəbəkəsi (MLNŞ) ətraf mühitin radioaktiv, kimyəvi, güclü təsirli və bakterial maddələrlə zəhərlənməsinə müşahidə və laboratoriya nəzarəti etməkdən, mühafizə tədbirləri görülməsi üçün müvafiq dövlət orqanlarınaməlumat varməkdən ötrü nəzərdə tutulmuşdur.

MLNŞ-a əsasən bu təşkilatlar cəlb edilir: səhiyyə nazirliyinin sanitariya-epidemiologiya mərkəzləri və stansiyaları; kənd təsərrüfatı və ərzaq nazirliyinin baytarlıq laboratoriyaları, baytar nəzarəti postları və bitki mühafizə stansiyaları; dövlət hidrometrologiya komitəsinin radiometriya laboratoriyalası və qrupları; daxili işlər nazirliyi şəhər və rayon polis şöbələrinin struktur bölmələri; müdafiə nazirliyinin xüsusi bölmələri; respublika MM qərargahının kimyəvi-radiometriya laboratoriyası; nazirliklərin, ərazi icra hakimiyyəti başçılarının və obyektlərinin radiasiya və kimya müşahidəsi postları; habelə bir sıra digər respublika təşkilatlarının sahə laboratoriyaları. MLNŞ üçün konkret şəraitdən asılı olaraq 3 iş rejimi müəyyən edilmişdir: gündəlik, yüksək hazırlıq və fövqəladə iş rejimi.

Gündəlik iş rejimi həm ekoloji, həm texnogen, həm də epidemik cəhətdən normal adi iş şəraitini əhatə edir. Bu rejimdə respublikanın müdafiə, səhiyyə, kənd təsərrüfatı daxili işlər nazirliyinin və dövlət hidrometkomun və MM idarəsi struktur bölmələrinin qüvvələri ilə ətarf mühitdə kimya, radiasiya, epidemiya, epizootiya, epifitotiya müşahidəsi və laboratoriya nəzarəti aparılır.

Yüksək hazırlıq rejimində texnogen, epidemik şərait kəskin surətdə pisləşdikdə, həmçinin FH ehtimalı yarandıqda təbii mühitdə və təhlükə potensiallı obyektlərdə müşahidə və nəzarət gücləndirilir, şəbəkənin xüsusi (fövqəladə) iş rejiminə keçirilməsinə hazırlıq görülür.

Fövqəladə rejimdə isə gündəlik rejimdə fəaliyyət göstərən qüvvələrdən əlavə həmçinin müşahidə və laboratoriya nəzarəti şəbəkəsinə daxil olan nazirlik, komitə, şirkət, Elmlər Akademiyası və s. idarələrin müvafiq qüvvələri ilə həm müşahidə, həm də laboratoriya nəzarəti aparılır.


Yüklə 336,78 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin