Fövqəladə hallar və mülki müdafiə. FH –ın təsnifatı.
Mülki mühafizəyə - əhalinin təhlükəsizliyinin təmin edilməsi sahəsində vahid dövlət siyasətini həyata keçirməklə nail olunur (bu məqsədlə fövqəladə hadisələrin vaxtında proqnozlaşdırmaq, aşkar etmək və qarşısını almaq, onların zədələyici, psixoloji təsirini neytrallaşdırmaq və zəiflətmək, iqtisadiyyat obyektlərinin sabit işləməsini təmin etmək, xəsarət almış insanları təhlükəsiz yerə köçürmək və s. kimi tədbirlər görülür)
Mülki mühafizədə - bütün hakimiyyət orqanları, MM ixtisaslı dəstələri, bütün əhali bütün nazirliklər və sahələrin, sahə mənsubiyyətindən və mülkiyyət formasından asılı olmayaraq,hər cür təşkilat və müəssisələrin qəza-xilasetmə qüvvələri, ictimai təşkilatlar iştirak etməlidirlər.
Bu zaman əsas diqqət ancaq hadisənin nəticələrinin aradan qaldırılmasına deyil, həm də fövqəladə hal törədən səbəblərin aşkar olunmasına və qarşısının alınmasına yönəldilməlidir.
MM konsepsiyasına aid bir neçə problemlərə nəzər salaq.
Birincisi, əhali, onun əmlakı və təbii mühit üçun mövcud olan təhlükəli, qorxulu halların növlərini və xüsusiyyətlərini dəqiq müəyyən etmək, yəni onların təsnifatını tərtib etmək, baş vermə səbəblərini, qanunauyğunluğunu, habelə meydana çıxmasının xarakterini aşkar etmək lazımdır. Sonra isə mühafizəni təmin edə biləcək göstəriciləri və üstün şərtləri müəyyənləşdirmək, FH qarçısının alınması və aradan qaldırılması üçün lazım olacaq qüvvə və vasitələrin tərkibini əsaslandırmaq vacibdir.
İkincisi, bu sahədə dövlət siyasətinin əsas müddəaları işlənib hazırlanmalı, Azərbaycan milli təhlükəsizlik sistemində MM rolu və mövqeyi təyin edilməli, ölkənin sosial-iqtisadi, ekoloji, hərbi, informasiya, ictimai təhlükəsizliyi və digər təhlükəsizlik məsələMM qarşılıqlı əlaqələri dəqiq müəyyənləşdirilməlidir.
Üçüncüsü, MM qüvvələri, vasitələri və ehtiyatlarının daha da təkmilləşdirilməsi, daim hazır vəziyyətdə saxlanması lüzumi asalandırılmalıdır. Bu problem FH yaranmasından, onun aradan qaldırılmasından bütün mərhələlərdə fəlakətlərlə mübarizə aparacaq qüvvə və vasitələrin uzunmüddətli inkişafı, fəaliyyət proqramı və planların tərtib olunması və reallaşdırılması yolu ilə, habelə fövqəladə hadisələrin proqnozlaşdırılması, qarşısının alınması və aradan qaldırılması üsullarının işlənib hazırrlanması, eləcə də əhalinin, xilasedicilərin, idarəetmə orqanlarının böhranlı hallarda səmərəli fəaliyyətə hazırlanması şəraitində həll edilə bilər.
Qəza təhlükəsi yaradan daxili səbəblərdən aşağıdakilaı qeyd etmək lazımdər:
istehsalat vasitələrinin, xüsusən də texnoloji avadanlıqların, nəqliyyat vasitələrinin və əsas istehsal fondlarınin yolverilməz dərəcədə artan aşınması və köhnəlməsi; belə hallar bəzi iqtisadiyyat sahələrində 70-80% təşkil edir;
Respublikada eləcə də ondan kənarda qəza və fəlakət törədə biləcək partlayış, yanğın, kimyəvi, radioaktiv, bioloji təhlükəli istehsalatlardan, maddə və texnologiyalardan istifadə olunmasının miqyasca artması, eyni zamanda təhlükəsizlik təminatı sistemlərinin etibarsızlığı sənaye, nəqliyyat, energetika, kənd təsərrüfatı, idarəetmə sistemləri sahələrində texniki təhlükəsizlik səviyyəsinin kəskin dərəcədə aşağı düşməsi;
Istehsal mədəniyyəti səviyyəsinin və texnoloji intizamın zəifləməsi, iri müəssisələrdə texnologiyanın və vahid texnoloji proseslərin pozulması . həmçini səriştəsizliyin, məsuliyyətin azalması nəticəsində zərərli və yüksək texnologiyalı müəssisələrdən ən yaxşı hətta unikal mütəxəssislərin müxtəlif kommersiya qurumlarına yaxud xaricə getməsi hallarıda müşahidə olunur;
İqtisadiyyatda böhranlı halın davam etməsi, respublikanın müəssisələri arasında, eləcə də digər MDB ölkələrindəki müəssisələrlə iqtisadi və texnoloji əlaqələrin qırılması
Ekstremist qüvvələr və ambisiyalı siyasi dairələr tərəfindən qızışdırılan milli və dini separatizm, milli-etnik münaqişələr də ictimai fəlakətlər törədə biləcək səbəblərdəndir.
FH sayının artmasına səbəb olan texnogen amillər sırasına aşağıdakılar aiddir:
iqtisadiyyat sahəsində ən yeni təhlükəsiz texnologiyalar, istehsalatlar, və materialların tətbiqi nəzərdə tutulmaqla inkişaf siyasəti sistemi işlənib hazırlanmamışdır
israfcıl texnologiyalardan istifadə olunması davam edir ki, bu zaman işlədilən təbii ehtiyyatların 90%-dən çoxu zərərli istehsalat və məişət tullantıları kimi ətraf mühitə atılır.
Eyni zamanda günəş enerjisi, geotermal və külək enerjisi kimi ən ucuz və təhlükəsiz enerji növlərindən əməli olaraq istifadə edilmir. Bunlardan əlavə kriminogen şərait, cinayətkarlıq və korrusiyanın güclənməsi,digər təhlükəli sosial hallar, müxtəlif fitnəkarlıq və dezinformasiya da texnogen qəza və təhlükələrin törəməsinə təsir göstərir.
Texnogen qəza və fəlakətlərin miqdarı və miqyasının artmasına baxmayaraq əhalini təhlükəsizliyinin təmin olunmasına, xüsusən də qabaqlayıcı tədbirlərin yerinə yetirilməsinə və bu sahədə elmi tədqiqatlara ayrılan maliyyə vəsaiti yolverilməz səviyyədə azalmışdır.
Bədxah qonşularımızın ərazi iddiaları, milli münaqişə, milli ekstremizm respublikamız üçün kənardan , ciddi hərbi təhlükə yaradır. Azərbaycan üçün başlıca təhlükəni lokal və regional milli silahlı münaqişələr törədir.Sosial və texnogen fövqəladə hallar həmçinin kənardan həm ayrı-ayrı adamlara və idarəetmə orqanlarına, həm də bütün cəmiyyətə fitnəkarlıqla psixoloji informasiya təsiri göstərməklə törədilə bilər.(İraqda oldugu kimi).
Müasir dövrdə texnogen və təbii fəlakətlər təhlükəsi, onların dağıdıcı nəticələrinin miqyası artdıqa, mülki mühafizə özünün əhəmiyyətinə görə ölkənin silahlı müdafiəsinə bərabər səviyyəyə yüksəlir, bir sıra hallarda isə daha da vacib əhəmiyyət kəsb edir.
Sadalanan bu problemlərin müvəffəqiyyətli həlli üçün mülki mühafizə sisteminin strukturu və funksiyalarını müəyyən edən hüquqi –normativ bazanın təkmilləşdirilməsi, bilavasitə təsirli qanunlar qəbul edilməsi, sahə üzrə əsasnamə, nizamnamə və tövsiyyələrin dəqiqləşdirilməsi tələb olunur.
MM problemləri üzrə kompleks elmi tədqiqatların aparılmasını təşkil etmək, obyektlərin, ətraf mühitin təhlükəsizliyinin vəziyyətinə nəzarət, eləcə də MM qüvvə və vasitələrinin fəaliyyətinin idarə edilməsi üzrə avtomatlaşdırılmış sistemlərinin yaradılmasına başlamaq günün tələbidir.
Bütün bu problemlər həyat fəaliyyətində təhlükəsizliyinin təminatı sahəsində aparılan fundamental, elmi və tətbiqi araşdırmalar kompleksinin nəticələri əsasında həll edilə bilər.
FH – qəzalar, texnogen, təbii və ya digər fəlakətlər, habelə müasir qırgın vasitələri işlədilməsi nəticəsində müəyyən ərazidə insan tələfatına, xeyli maddi itkilərə, ətraf mühitə zərər dəyməsinə səbəb olan, yaxud ola biləcək və əhalinin normal həyat fəaliyyətini pozan hadisələrdir
FH qiymətlənirilməsinə eyni cür yanaşmaq və onlara qarşı tədbirlər görmək məqsədilə FH tiplərinə, növlərinə, miqyasına, nəticələrinin ağırlığına və s. əlamətlərinə görə təsnif edilir.
Əgər ehtimal olunan bütün FH küll halında götürsək , onda onları ilk növbədə münaqişəli və münaqişəsiz hadisələrə ayirmaq olar.
Münaqişəli hadisələrə - toqquşmalar, ekstremist siyasi mübarizə, sosial partlayışlar, milli və dini münaqişələr, terrorizm, tuğyan edən cinayətkarlıq və s bu kimi hadisələri aid edilir.
Münaqişəsiz FH- təbii, texnogen və ekoloji xarakterli fəlakətləri aid etmək olar. Bu hadisələr mənşələrinə, xassələrinə görə xarakterizə edilir.
Təsir dairəsinə görə (miqyasına) və nəticələrinin ağırlıgına görə
lokal (qismi) – hadisələr iş yerindən, iş sahəsindən, mənzildən kənara yayılmır,
obyekt miqyaslı – sənaye obyektində, bina və ya qurğu hüdudlarında məhdudlaşır,
yerli – hadisələr ancaq yaşayış məntəqəsinin, yalnız bir şəhərin və ya kənd təsərrüfatı müəssisəsinin ərazisində özünü göstərir,
regional FH – bir neçə sənaye və ya kənd təsərrüfatı rayonlarını, bütövlükdə şəhəri və onun ətrafını əhatə edir,
milli – respublikanın xeyli ərazisini əhatə edən, lakin dövlətin inzibati sərhədlərindən kənara çıxmayan hadisı\ələrdir
qlobal xarakterli FH – bir ölkənin ərazisində məhdudlaşmır və qonşu dövlətlərin də ərazisinə yayılır.
Təsir dairəsindən əlavə FH baş verən insan tələfatının miqdarına, zədələnmiş (yəni koçürülməyə ehtiyacı olan) əhalinin sayına, habelə dəymiş zərərin miqyasına görə də təsnif edilir.
FH onların yaranmasına səbəb olmuş konkret proses və hadisələrin xarakterinə görə təsnif edilməsi vacib əhəmiyyətə malikdir. Bu ümumiləşdirilmiş əlamət üzrə FH-lar: texnogen, təbii, ekoloji və sosial-siyasi mənşəli hadisələr kimi təsnif edilir. Azərbaycan respublikası ərazisində bütün bu 4 növ FH baş verə bilər.
FH zamanı ilk növbədə ümumi itkilər və ziyan müəyyən edilir ki, bu da dərhal müvafiq tədbir görmək və zərər çəkmiş rayona kənardan yardım göstərmək barədə qərar qəbul etmək üçün vacibdir.
Müxtəlif ağırlıq kateqoriyasına (dərəcəsinə) aid FH müxtəlif cür sosial-psixoloji əks-səda doğurur. Birinci dərəcəli –ağır FH demək olar ki, xüsusi narahatlıq doğurmur, onlardan bəziləri, məsələn, iri şəhərlərin küçələrindən axan qısa müddətli leysan suları hətta maraqlı bir epizod kimi qəbul edilir. İkinci dərəcəli –xüsusən ağır FH əhalinin əksəriyyətində bəd hadisə hesab edilməklə narahatlıq, əsəbilik və s. kimi pis əhval ruhiyyə yaradır. Üçüncü dərəcəli-katastrofik FH isə sözün əsl mənasında fəlakətdir; belə hadisələr sosial psixoloji vəziyyəti xeyli dərəcədə dəyişən köçkünlər axını yarada bilər. Dördüncü dərəcəli-böhranlı FH ümumi ümidsizlik yaradır və həyat dəyərləri haqqında təsəvvürlərin prinsipal surətdə dəyişməsinə, sosial çaxnaşmalara səbəb ola bilər. Beşinci dərəcəli-əvəzolunmaz itkili FH-salamat qalmış insanların (köşkünlərin) yadında onların həyatını pozmuş hadisə olaraq həmişə qalır.
Sosial zərəri, adətən, FH ocağında həlak olanların, yaralıların və zərər çəkənlərin (ev-eşiyini itirənlərin və başqalarının) sayı ilə ölçürlər. İnsanların həlak olması və şikəst olması (iş qabiliyyətini itirməsi) nəticəsində yaranan itkiləri pul formasında müxtəlif üsullarla qiymətləndirmək mümkündür: əlil olmuş şəxsin təminatının dəyəri ilə; işçinin itirilməsi nəticəsində gəlirin azalması ilə; peşə üzrə risk üçün görülən lazımi tədbirlərin dəyərinə görə və s.
Əlverişsiz və təhlükəli hadisələrin dolayı sosial zərərini müəyyən edərkən bu zərərin etnik-mədəni zərər və psixoloji zərər olmaqla iki tərkib hissəsini də nəzərə almaq lazımdır. Etnik-mədəni zərər yalnız sadəcə insanların məhv olmasından ibarət deyil, bu həm də etnosun (müəyyən bir xalqın) məhv olmasıdır.
Təbii fəlakət sosial-psixoloji vəziyyət kəskinləşən dövrdə baş verdikdə, bərpa olunma zəyifləyir, uzun sürür, fövqəladə hadisə mürəkkəb xarakter kəsb edir və onun nəticələrinin ağırlıq dərəcəsi artır. Müasir dövrdəki belə hallara misal olaraq Cernobıl radioaktiv çirklənmə zonasının, 1980-ci illərin güclü quraqlıqları nəticəsində Şimali Afrikada geniş ərazilərin bərbad olmasını və boşalmasını göstərmək mümkündür.
Təbii fəlakətlər zamanı baş verən itkilər barədə dərc olunan məlumatlar yalnız birbaşa itkiləri xarakterizə edir. Dolayı iqtisadi itkilər isə birbaşa itkilərə nisbətən: yüngül və ərzaq sənaye sahəsinin xırda müəssisələri dağılarkən 30-50%; komunikasiyalar dağılarkən 103-104%, energetika müəssisələri dağılarkən isə 105% təşkil edir. İnzibati rayon və ya vilayət miqyaslı fəlakətə məruz qaldıqda orada dolayı itkilər birbaşa itkilərdən 3-4 dəfə artıq ola bilər. Cernobıl fəlakətinin vurduğu dolayı zərər birbaşa zərərdən 20-25 dəfə artıqdır.
Təsir dairəsinə görə
|
Həlak olanların sayına görə
|
Zərərçəkən əhalinin sayına görə
|
Zərərin qiymətinə görə
|
FH növləri
|
Əhatə etdiyi ərazi
|
FH-in dərəcəsi
|
Həlak olanların sayı (nəfər)
|
Təhlükə potensialının kımiyyıtinə görə FH-in xarakteri
|
Təhlükə altında olan adamların sayı (min nəfər)
|
Zərərin həcminə görə FH-ın xarakteri
|
1985-ci ilin qiymətləri üzrə dəymiş zərərin həcmi (mln man)
|
1
|
2
|
3
|
4
|
5
|
6
|
7
|
8
|
Lokal (qismi FH)
|
Iş yerinin, mənzilin hüdudları daxilində
|
Yüngül (əhəmiyyətsiz)
|
Tələfat olmur
|
əhəmiyyətsiz dərəcədə
|
0.1-ə qədər
|
əhəmiyyətsiz
|
0.1-ə dək
|
Obyekt səciyyəli
|
Sənaye obyektlarinin, qurğunun hüdudları daxilində
|
Orta agırlıqlı
|
10-a qədər
|
Orta dərərcəli təhlükəli
|
0.1-dən 1.0-ə qədər
|
Orta dərəcədə
|
0.1-dən 1.0-ə qədər
|
ağır
|
10-dan 100-ə qədər
|
Təhlükəli
|
1.0-dən 10.0-a qədər
|
böyük
|
1.0-dən 500.0-ə dək
|
Yerli FH
|
Yaşayış məntəqəsi, ayrıca bir şəhər, k/t obyekti hüdudları daxilində
|
Çox ağır
|
100.0-dən 1000.0-ə dək
|
Çox ağır
|
10.0-dan 125.2-ə qədər
|
Çox böyük
|
500.0-dən 10000.0-dək
|
Regional FH
|
Şəhər, şəhərətrafı ərazi, bir neçə sınaye və k/t rayonu hüdudları daxilində
|
katastrofik
|
1000.0-dən 25000.0-dək
|
Milli fəlakət
|
125.0-dən 500.0-ə qədər
|
Böhran qabağı xarakterli
|
10000.0-dən 100000.0-dək
|
Milli FH
|
Respublika ərazisinin xeyli hissəsində
|
böhranlı
|
25000.0-dən 1000000-a qədər
|
Milli müsibət
|
500-dən 20000-ə qədər
|
böhranlı
|
100000.0-dən 1000000-a dək
|
Global FH
|
Qonşu ölkələrin ərazisində yayılan
|
əvəz olunmaz
|
1000000-dan artıq
|
Sivilizasiya üçün təhlükə
|
20000.0-dən artıq
|
Bərpa olunmaz
|
1000000.0-dan artıq
| Əsas əlamətlərinə görə FH təsnifatı.
Təbii xarakterli təhlükəli hadisələr və onların xarakteristikası
Elmi-texniki tərəqqinin inkişafi və nailiyyətlərinə baxmayaraq cəmiyyət üşün fəaliyyət təhlükəsi, o cümlədən təbii falakət təhlükələri qalmaqdadır və hətta artmaqdadır. Təbii fəlakətlərdən zərər çəkənlərin sayı ildə təxminən 6% artır. Ən çox iqtisadi itkilər törədən fəlakətlər subasma (32%), quraqlıq (22%) və zəlzələdir (10%).
Ən təhlükəli fəlakətlər:
zərərçəkənlərin sayına görə quraqlıq (30%) və subasma (32%)
tələf olanların sayına görə subasma (26%), epidemiyalar (17%), zəlzələ (13%) hesab edilir
Geoloji iqlim və relyef şəraitinin müxtəlifliyi ilə fərqlənən Azərbaycanın ərazisində 15 dən artıq növdə cürbəcür təhlükəli hadisələr müşahidə edilir. Bunlardan ən dağıdıcı təsirə malik olanlar: su basma, daşqın, eroziya, zəlzələ, sürüşmə, sel, daş uçqunları, marxal (qar uçqunları), qasırğa, fırtına, burulğan və s.-dir. Bu hadisələrin bəziləri gözlənilmədən baş verir və qısa müddətli olur (məs. zəlzələ, çökmə, sürüşmə, uçqun, burulğan), lakin böyük maddi itkilər və insan tələfatı ilə nəticələnir. Digərləri, məsələn, daşqın eroziya uzun müddət tədricən inkişaf edir, nadir hallarda insan tələfatına səbəb olur, lakin çox ağır iqtisadi itkilər törədir.
Geoloji xarakterli (zəlzələ, vulkan püskürməsi, torpaq sürüşməsi, sel, qar uçqunu)
Təbii xarakterli FH-dən danışarkən, onların baş vermə səbəblərindən biri kimi antropogen təsiri də qeyd etmək lazımdır.Məsələn, belə hadisələrdən biri də meşələrin küll şəklində qırılması nəticəsində sell fəlakətlərinin artmasını göstərmək olar.
Bütün kortəbii təhlükələri aşağıdakı növlərə aid etmək mümkündür: geofiziki, hidrometereoloji, geoloji təhlükəli hadisələr, infeksion xəstəliklər və təbii yanğınlar. Hidrometereoloji hadisələrə daşqın, sel və sair aiddir. Azərbaycan respublikasının 20-dən artıq şəhəri və bir neçə yüz digər yaşayış məntəqələrində daşqın təhlükəsi mövcüddur. Bu təhlükənin əsas mənbəyi leysan yağışları, qarın sürətlə əriməsi, bəndlərin su sədlərinin dağılması, uçqun və sürüşmələrdir. Vaxtaşırı çay və dəniz suyu daşqınlara məruz qalan subasar torpaqların ümumi sahəsi 1.5-5 min km2 təşkil edir.
Atmosfer hadisələrindən ən çox zərər vuranları qasırğa, dolu, burulğan, güclü leysanlar, fırtına, güclü qar yağıntısı və sairdir. Bunların vurduğu ziyan milyon manatlarla hesablanır. Hidrometereoloji hadisələrin vurduğu ziyan göstərilənlərdən xeyli artıq olur, çünki hadisələrin qeydiyyatı qeyri müntəzəm, bəzən isə təsadüfi xarakter daşıyır, bir sıra hallarda isə yalnız birbaşa itkilər hesablanır, dolayı itkilər isə nəzərə alınmır.
Geoloji xarakterli fəlakətlər ekzogen və endogen proseslər nəticəsində baş verir. Endogen proseslər zəlzələlər törədir. Təbii fəlakətlərin çoxununbir vaxtda baş verməsi, onların intensivliyi və müəyyən dövrlər ərzində təkrar olunması günəşin aktivliyiylə bilavasitə əlaqədardır. Zəlzələ-yer qabığının və ya mantiyanın üst hissəsinin qəflətən yerdəyişməsi və yaxud qırılması nəticəsində baş verən yeraltı təkanlardan və bu zaman yer səthinin xeyli məsafələrdə elastik titrəyiş halında yayılan tərpənməsindən ibarətdir. Zəlzələlər tektonik, vulkanik eləcədə uçgun və bəndlərin yarılması nəticəsində meydana çıxan törəmə zəlzələlər sualtı zəlzələlər habelə yerə meteorit düşməsi və ya planetimizin digər kosmik obyektlərlə toqquşması nəticəsində baş verən zəlzələ növləri olur. Tektonik zəlzələ daha tez-tez baş verir. Tektoniki zəlzələ yer qabığının dərinliklərində litosfer lavalarda baş verən çatlar və yerdəyişmələr nəticəsində meydana çıxan yeraltı təkanlardan və ya yer səthinin tərpənməsindən ibarətdir. Zəlzələ zamanı çox güclü enerji
meydana çıxır.Zəlzələnin gücünü xarakteizə edən əsas parametrlər zəlzələnin maqnitudası, zəlzələ ocağının dərinliyi və yerin səthində zəlzələ enerjisinin intensivliyidir.
Maqnituda – zəlzələnin törətdiyi elastik dalğaların enerjisini xarakterizə edən 0-dan 8.5-dək həddə dəyişən enerjiyə münasib olan şərti kəmiyyətdir. Zəlzələnin maqnitudasını ölçmək üçün rixter şkalasından istifadə edilir. Bu şkalada hər bir vahid özündən əvvəlki vahidə nisbətən titrəyiş enerjisinin 100 qat artığına müvafiqdir. Zəlzələ ocağının dərinliyi-müxtəlif seysmik rayonlarda 0-dan 700-km dək dəyişə bilər. Zəlzələ enerjisinin intensivliyi 12 ballıq şkala üzrə ölçülür.İntensivliyinə görə müvafiq olaraq zəlzələlər belə adlanır: hissediləməyən, çox zəyif, zəyif, mülayim, xeyli güclü, güclü, çox güclü, dağıdıcı, dəhşətli, məhvedici, fəlakət, güclü fəlakət. Zəlzələ ocağının yerin altındakı mərkəzi hipomərkəz, onun yerin səthindəki proyeksiyası epimərkəz adlanır. Epimərkəzin ətrafında zəlzələ zamanı ən güclü təkanlar hiss edilən sahəyə episentral sahələr deyilir. Zəlzələnin yaratdığı titrəyiş zəlzələ ocağından və ya epimərkəzdən yerin səthi üzrə hər tərəfə yayılır ki, bunlar elastik dalğalar yaxud seysmik dalğalar adlanır. Respublikamızda seysmik cəhətdən narahat regiondur.
Vulkanik zəlzələlər vulkan püskürməsi nəticəsində əmələ gəlir. Vulkan püskürməsində yeraltı uğultu hiss edilir, yeraltı təkan və titrəyiş hiss edilir.
Uçqun zəlzələləri yeraltı karet boşluqları və ya tərk edilmiş köhnə mədən sahələrinin uçulub tökülməsi zamanı müşahidə olunur. Bu zaman əmələ gələn təkanlar böyük gücə malik olmur və uzaq məsafələrə yayıla bilmir.
Törəmə zəlzələlər iri su bəndləri, su tutumları tikilərkən yaranan təzyiq nəticəsində meydana gəlir.
1
|
Torpağın hiss edilməyən titrəyişi
|
2-3-4 bal
|
Yalnız seysmik cihazlarla qeyd edilir
|
2
|
Çox zəif təkanlar
|
|
Seysmik cihazlarla qeyd edilir. Tam sükunətdə olan tək-tək adamlar hiss edir
|
3
|
Zəif
|
|
Asqı lampalar, açıq qapılar yüngülcə tərpənir. Əhalinin az qismi hiss edir
|
4
|
Mülayim
|
|
Pəncərə şüşələrinin yüngül cingiltisi, qapı və divarların cingiltisindən hiss edilir
|
5
|
Xeyli güclü
|
|
Açıq havada bir çox adam tərəfindən, binalarda isə hamı tərə-findən hiss edilir. Binalar tərpənir, mebel silkələnir. Kəfgirli saatlar dayanır. Pəncərə şüşələri və divarların malası çatlayır
|
6
|
Güclü
|
5-6 bal
|
Hamı hiss edir. Bir çoxları qorxudan küçəyə qaçır. Divardan asılmış tablolar düşür, suvaq (mala) parçalan qopub tökülür.
|
7
|
Çox güclü
|
7-8 bal
|
Asqı əşyalar güclü surətdə yırğalanar, mebel yerindən tərpənir. Daş evlərin divarları zədələnir (çatlayır). Antiseysmik, həmçinin taxta və çəpər tikililər salamat qalır. Çayların sahillərində sürüşmələr baş verir.
|
8
|
Dağıdıcı
|
|
Dik yamaclarda və nəm torpaq çatlar əmələ gəlir. Heykəllər yerindən tərpənir və ya aşır. Evlər güclü zədələnir.
|
9
|
Dəhşətli
|
9-10 bal
|
Daş evlər güclü zədələnir və dağılır. Köhnə taxta evlər bir qədər əyilir.
|
10
|
Məhvedici
|
|
Torpaqda iri, bəzən bir metrədək enli çatlar əmələ gəlir, çoxlu uçurumlar baş verir. Daş tikililər dağılır. Boru kəmərləri qırılır, ağaclar yıxılır.
|
11
|
Fəlakət
|
ll-12 bal
|
Torpağın üst qatında enli çatlar əmələ gəlir, çoxlu uçurum və sürüşmələr baş verir. Daş evlər tamam dağılır. Dəmiryol relsləri əyilir və yerindən tərpənir.
|
12
|
Güclü fəlakət
|
|
Yer səthində böyük dəyişikliklər baş verir. Çoxlu çatlar, uçqunlar, sürüşmələr yaranır. Şəlalələr, süni göllər, nohurlar əmələ gəlir. Çayların məcrası dəyişir. Heç bir tikinti davam gətirmir. Bitki və heyvanat uçqunlar nəticəsində məhv olur.
|
Atmosfer proseslərinin törətdiyi hadisələr.
Atmosferdə müxtəlif hava axınları nəticəsində yaranan təhlükələrdən ən başlıcası güclü küləklər və intensiv yağıntılartdır. Küləyin dağıdıcı təsiri onun sürətindən asılı olur və şərti olaraq ballarla ifadə olunur.
0-7 ballar (19 m/san-dən az)- sakitlikdən güclü küləyədək
8 bal (19-23 m/san)- fırtına
9 bal (23-26 m/san)- güclü fırtına, yüngül binalar, evlərin damları zədələnir
10 bal (26-30 m/san)- çox şiddətli fırtına, aöacları kökündən çıxarır, yüngül tikililəri xeyli zədələyir
11 bal (30-35 m/san)- tufan, yüngül tikililəri külli şəkildə zədələyir
12 bal (35 m/san) – qasırga
Qasırğa vaxtı küləyin ölçülmüş ən yüksək sürəti 80m/san (280km/saat), burulğan zamanı isə 115m/san (420km/saat) olmuşdur. Küləyin belə yüksək sürətə çatması üçün xüsusi yerli şərait olmalıdır, məs. qasırğa düzənliklərdə yaranır.
Qasırğanın dağıdıcı təsiri küləyin sürəti ilə, eləcə də tufan və leysan yağışları sayəsində törəyən daşqınlarla müəyyən edilir.
Yağıntıların ekstremal miqdarı və müddəti öz-özlüyündə əhali və təsərrüfat üçün qorxu törıtmıklə yanaşı, digər növ təhlükələr də törədir:
intensiv qar yağını nəqliyyatın işini pozur,ağacların, elektrik xətlərinin, binaların zədələnməsinə, marxal və qar uçqunlarının əmələ gəlməsinə səbəb olur, bir sıra hallarda k/t ciddi zərər vurur
intensiv leysan yağışları daşqınlara, dağlarda torpağın erroziyasına, sellərə və sürüşmələrə səbəb olur, vaxtsız və uzun müddətli yağışlar məhsuldarlığa mənfi təsir göstərir
yağəntının çox az olması quraqlığa səbəb olur, meşə yanğənları, çayların quruması təhlükəsini, gəmiçilik və su təhcizatı üçün çətinliklər törədir.
İldırım – insanları, heyvanları məhv edir, yanğınlar torədir, elektrik şəbəkələrini zədələyir və s. Dünyada tufanlardan və onların nəticələrindən ildə 10000-ə qədər insan məhv olur.
Quraqlıq – bu hadisə müxtəlif geofiziki göstəricilər üzrə, məsələn yağıntı defisiti (miqdarı, miqyası və müddəti)hava temperaturunun yüksək olması, torpaqda rütubət ehtiyatının az olması səbəbindən baş verir. Adətən bir ərazidə quraqlıq olarkən digər ərazidə yağıntıların artmasına səbəb olur. Dünyada hər il güclü quraqlıqlar baş verir.
Sel – çayların məcrası boyu özü ilə çoxlu (həmçinin 10-15%-dən artıq) bərk material (qum, çınqıl və s) gətirən və sıxlığı suyun sıxlığından 1.5-2 dəfə artıq olan axlndır. Sellərin həcmi bir necə milyonkub metrə çatır. “sel” ərəbcə”coşqun, axın” mənasındakı “seyl” sözündən götürülüb. Tərkibindəki suyunmənşəyinə görə sellər leysan seli və qar ərintisi sellərinə aid edilir. Sellərin 80-90%-i leysan mənşəlidir.bütün sellərin ancaq 10-20% yay vaxtı dağlarda buzlağın, qarın əriməsi nəticəsində meydana gəlir.
Daşqın – çayların adi səviyyədən artıq daşması nəticəsində ərazinin müvəqqəti olaraq su altında qalmasına deyilir. Şaylar adətən yaz aylarında – qarın əriməsi, payız aylarında isə isə leysan yağışları nəticəsində, eləcə də şayların buzu açılan dövrdə məcra buz qırıntıları ilı tutularkın (buz tıxacları) daşır.Bunlardan əlavə zəlzələ, dağ uçqunları və sel nəticəsində çaylar daşa bilər.
Daşqınlar vaxtı insanlar və heyvanlar üçün real təhlükə yaranır, qurğular və kommunikasiyalar dağılır, avadanlıqlar sıradan çıxır, əkinlər və maddi sərvətlər məhv olur.
Qar uçqunları – marxalların nisbi hündürlüyü 20-40metrdən ço, mailliyi 250 və qar örtüyünün hündürlüyü 30-40 sm olan sahələrdə baş verə bilər. Marxalların uzunluğu yüz metrlə ölçülürŞ bəzi hallarda isə bir neçə km çatır. Qar uçqununun sürəti saniyədə onlarla metrə, həcmi mln m3, maneələrə göstərdiyi təzyiq hər m2 100 tona çatır. Qar uçqunlarının əsas səbəbi qarın intensiv yağmasıdır və dag yamaclarında sutka ərzində 10 sm qalınlığında (10-20 mm su qatına bərabər) qar qatının yaranmasıdır. Qar ucçqunlarının ikinci səbəbi – qarın əriməsi, üçüncü səbəb isə qar örtüyünün alt qatının yavaş-yavaş əriyərək yumşalmasıdır.
Sürüşmələr – dağ yamaclarında olan torpağın erroziyadan və ya abraziyadan aşınması, suyun dağın ətəklərini yuması, yamacların titrəməsi və ya əlavə təsirə məruz qalması nəticəsində baş verən torpaq sürüşməsindən ibarət hadisədir.sürüşmələr zamanı torpaq axının eni onlarla, uzunluğu isə yüzlərlə metr ola bilər. Axın sürüşmələri gilli, qumlu, yum.aq sarı torpaqlı dağ yamacları üçün xarakterikdir və belə torpaq qatlarını leysan yağışları isladarkən baş verir.
Epidemiya, epizootiya, epifitotiya kəskin yoluxuca xəstəliklərin insanlar arasında sürətlə və geniş yayılmasınaepidemiya, heyvanlar arasında yayılmasına epizootiya, bitkilər arasında yayılmasına isə epifitotiya deyilir.yoluxucu xastəlikləri törədən mikroblardır. Mikroblar bu kimi növləri ayırd edilir: bakteriyalar, viruslar, rikteriyalar və göbələkciklər. Infeksion xəstəlikləri törədən mikroblar aşağıdakı xüsusiyyətlərə malikdirlər:
- Xəstə adamdan sağlam adama keçməklə insanlar arasında geniş yayılmaq və kütləvi yoluxmalar törədmək, gizli inkişaf dövrünə malik olmaq;
- xəstəliyin aşkar edilməsi və diaqnostikası prosesinin çətin olması və xeyli vaxt tələb etməsi.
Xəstəlik müxtəlif yollar və vasitələrlə yayılır:
tınıffüs orqanları vasitəsilə
yoluxmuş ərzaq məhsulları, alaf və sudan istifadə edərkən
yoluxmuş əşyalara toxunarkən
xastə adamlar və heyvanlarla təmasda olarkən
xəstəlik daşıyan həşərat və gənələr dişləyərkən
Epizootiya – rayonda və ya ölkədə, bəzən isə bütün qitədə heyvanlar arasında xəstəliyingeniş yayılmasına deyilir.
Epifitotiya- bitki xəstəliklərinin yayılmasından ibarətdir və əsasən bu xəstəliklərlə səciyyəvidir: dınli bitkilərin pas xəstəliyi, çəltiyin göbələkcik xəstəliyi və s.
Dostları ilə paylaş: |