Gündəlik iş rejimi – həm ekoloji, həm texnogen, həm də epidemik cəhətdən normal adi iş şəraitini əhatə edir. Bu rejimdə respublikanın müdafiə, səhiyyə, kənd təsərrüfatı, daxili işlər nazirliklərinin, dövlət hidrometkomun və MM idarəsi struktur bölmələrinin qüvvələri ilə ətraf mühitdə kimya, radiasiya, epidemiya, epizotiya, epifitotiya müşahidəsi və laboratoriya nəzarəti aparılır.
Yüksək hazırlıq rejimində – texnogen, epidemik şərait kəskin surətdə pisləşdikdə, həmçinin fövqəladə hallar ehtimalı yarandıqda təbii mühitdə və təhlükə potensiallı obyektlərdə müşahidə və nəzarət gücləndirilir, şəbəkənin xüsusi (fövqəladə) iş rejiminə keçirilməsinə hazırlıq görülür.