MühaziRƏ 1 Mülki müdafiə, onun vəzifələri və qurma prinsipləri



Yüklə 336,78 Kb.
səhifə25/26
tarix30.12.2021
ölçüsü336,78 Kb.
#49251
1   ...   18   19   20   21   22   23   24   25   26
Muhazire toplu

MÜHAZİRƏ 14

Fövqəladə vəziyyət şəraitində obyektlərin iş dayanıqlığının əsasları, mahiyyəti və onlara təsir edən amillər

Respublikamızın ərazisindəki hər bir obyekt, müxtəlif kortəbii hadisələrin, o cümlədən də bunlardan ən fəlakətlisi olan zəlzələnin təsir dairəsinə düşə bilər. Yaranmış FH-dan asılı oaraq ölkənin müxtəlif sahələrinin və iqtisadiyyat obyektlərinin dayanıqlığı işini təmin etməyə çalışmaq lazımdır. Işin dayanıqlığını artıırılması üçün obyektlərdə hələ əvvəlcədən mühəndis-texniki, texnoloji və təşkilati tədbirlər kompleksi işlənib hazırlanır. Belə tədbirlərin görülməsində əsas məqsədlər aşağıdakılardır:

• Istehsalat qəzalarının qarşısını almaq

• Qəzalar, təbii fəlakətlər vaxtı, habelə müasir silahların təsiri nəticəsində baş verə biləcək itki və zərəri azaltmaq

• fəlakətlərin, qəzaların eləcədə düşmən hücumu nəticələrinin tez aradan qaldırılmasına şərait yaratmaq

• pozulmuş istehsal prosesinin qısa müddətdə bərpa olunmasını əldə etmək

• extremal şəraitdə işçilərin, onbların ailə üzvlərinin həyat şəraitini təmin etmək

İqtisadiyyatın dayanıqlığı məsələsi bütün sənaye sahələri üzrə ümumdövlət miqiyasında həll olunur. Bununla əlaqədar olaraq bir sıra anlayışlar işlənilir. Bunlardan

1 obyektlərin dayanıqlığı

2. sahələrin işinin dayanıqlığı

3. respublika təsərüfatının fəaliyyətinin dayanıqlığı

Obyektdə işin dayanıqlığı-müssisənin qəzalara, təbii hadisələrə və müasir silahların zədələyici təsirinı davam gətirməsi, bunların təsiri şəraitində belə planda nəzərdə tutulmuş həcmdə məhsul buraxması, mühəndis-texniki avadanlığın zəif yaxud orta dərəcədə zədələndikdə istehsalın mümkün qədər tez bərpa olunması qabiliyyətinə deyilir. Maddi nemətlər istehsal etməyən obyektlərin (nəqliyyat, rabitə, səhiyyə, tədris müssisələrin və b.) işinin dayanıqlığı deyildikdə isə onların fövqəladə hallarda öz funksiyasını yerinə yetirməsi bacarığı nəzərdə tutulur.

Təsərüfat sahələrinin işinin dayanıqlığı dedikdə - mümkün dağıntı şəraitində obyektlərin bəzi hissələrinin sıradan çıxması və bu zaman sənaye əlaqələrinin pozulması hallarında ölkə əhəmiyyətli məhsulun istehsalını saxlamaq və təmin etmək qabiliyyəti nəzərdə tutulur.

Respublika təsərüfat fəaliyyətinin dayanıqlığı dedikdə isə - ümumiyyətlə onun müdafiə və təsərüfat üçün tələb olunan səviyyəni saxlamaq qabiliyyəti nəzərdə tutulur.

Obyektlərin dayanaqlı işinə müxtəlif amillər tə'sir edə bilər. Bunlardan ən əsasları aşağıdakılardan ibarətdir:

• fəhlə və qulluqçuların mümkün zədələnmələrdən ehtibarlı mühafizəsi;

• sənaye kompleksinin dayanıqlığı (binalar, qurğular, avadanlıqlar, energetika qurğuları, kommunukasiya xətləri və s.)

• obyektin planlaşdırılmış məhsul üzrə lazımi təchizatı (xammal, yanacaq komplektləşdirici hissələr, elektrik enerjisi, su, qaz, istilik) və başqa sənaye müəssisələri ilə (xammalla təchiz edən və hazır məhsulu tələb edən) əlaqəsinin davamlılığı.

• sənayenin və MM qüvvəsinin önəmli idarə olunması onu qeyd etmək lazımdır ki, bu məsələ təkcə obyekt miqyasında deyil təsərrüfat sahəsi və ölkə miqyasında həll olunur

• obyektlərin ikinci zədələnmə amillərindən (yanğından, partlayışdan, su basmasından, güclü tə'sirli zəhərli maddələrin tə'sirindən və s.) mühafızəsi;

• obyektin zəif və orta dağıntı aldığı zaman xilasetmə və digər təxirə salınmaz işlərin aparılmasına hazırlığı;

• obyektin vaxtında hərbi rejimə keçməsi.

Bundan başqa FH zamanı obyektin dayanaqlı işinə, onun yerləşdiyi rayon, obyekt daxili planı, obyekt ərazisində tikintilər va s, tə'sir edə bilər.

MÜHƏNDİS-TEXNİKİ TƏLƏBATININ YERİNƏ YETİRİLMƏSİ - əhalinin ııuıhafızəsi, iqtisadi dayanaqlığın yüksəldilməsi və xilasetmə və digər texirəsalınmaz işlərin aparılması istiqamətində bütün əsas məsələlərin həllini tə'min edir.
FÖVQƏLADƏ HALLARDA OBYEKTLƏRİN İŞ SABİTLİYİNİ YÜKSƏLTMƏ YOLLARI VƏ ÜSULLARI
Xarakterinə görə belə tədbirlər qruplaşdırılır, bunlara bə'zən, işin dayanıqlığının yüksəldilməsi yolları və ya istiqamətləri də deyilir. Bunlar aşağıdakılardır:

• fövqəl'adə hallarda fəhlə və qulluqçuların mühafızəsinin tə'min edilməsi;

• obyektin ən vacib elementlərinin möhkəmliyinin artırılması və texnoloji prosesin təkmilləєdirilməsi;

•maddi-texniki təchizatın dayanaqlığının artırılması;

• ekstremal şəraitdə obyekti idarəetmə sisteminin e'tibarlılığının yüksəldilməsi;

• müəssisədən istehsalat qəzaları baş verməsi. İkinci zədələyici amillər törəməsi ehtimalını və onların zərərini azaltmaq üzrə tədbirlər işlənib hazırlanması;

•obyektdə istehsalın bərpa edilməsi üçün hazırlıq görülməsi. Bu tədbirlər əsasən əvvəlcədən işlənib yerinə yetirilir. Həmin tədbirlərin mahiyyətini qısaca nəzərdən keçirək:

a) fəhlə və qulluqçuların mühafızəsi hər hansı bir obyektdə işin dayanaqlığını yüksəltməyin ən vacib amilidir, çünki aydındır ki, işçi qüvvəsi olmadan hər bir istehsalat mümkün deyil. Bu məqsədlə görülən mühəndis-texniki tədbirlərin ən başlıcası bütün fəhlə və qulluqçuların mülki müdafıə mühafızə qurğuları ilə tə'min edilməsidir.

b)obyektin ən vacib elementlərinin, bina və qurğularının möhkəmliyinin artırılması - buradakı avadanlığı, dəzgahları, texnoloji xətləri mühafızə üçün vacibdir. Mə'lum olduğu kimi tikilən sənaye binaları və qurğularının ümumi dayanaqlığı hissələrin ağırlığına və külək nəticəsində yaranacaq əlavə yüklərə hesablanır. Bununla belə, sonradan konstruksiyalarında əsaslı dəyişiklik aparmaqla binaların möhkəmliyini artırmaq adətən lazımi nəticə vermir, həm də böyük xərclər tələb edir. Buna görə də bina və qurğuların dayanaqlığını artıran əlavə tədbirlər yalnız elə hallarda məqsədəuyğun sayılır ki, onların bütün istehsal prosesini tə'min edən ayrı-ayrı vacib elementləri digər elementlərə nisbətən az davamlıdır. Onda belə hissələrin, həmçinin fəaliyyət göstərməklə dərhal işlədilə bilən məhsul buraxmaq qabiliyyətinə malik sahələrin dayanaqlığını artırmaq lazımdır.

Təcrübə göstərir ki, obyektlərin istehsalat binalarındakı müxtəlif texnoloji avadanlığı, ölçü və sınıq aparatlarını, о cümlədən də xeyli zərif elektron cihazları, telemexanika və avtomatika vasitələrini fövqəl'adə hadisələr baş verərkən bütünlüklə və e'tibarlı mühafizə et-mək çətindir. Buna görə də ilk növbədə xüsusən qiymətli avadanlığın, etalon əhəmiyyətli nəzarət-ölçü cihazlarının qorunmasına, ya¬xud heç olmasa, mümkün qədər az zədələnməsinə nail olmaq lazımdır. Belə avadanlıqların dayanaqlığını yüksəltməkdən ötrü görülən tədbirlər onları daha möhkəm binalarda, xüsusi kameralarda yerləş-dirmək, üzərində metal örtük, çətir qapaq və s. kimi qoruyucu tərtibatlar düzəltməkdir.

Sülh və müharibə dövrlərində qəflətən törəyən təhlükə zamanı obyekti qəzasız dayandırmağa, avadanlıqlara enerji, qaz, texnoloji xammal verilməsini avtomatik surətdə kəsməyə imkan yaradan tədbirlər də sənaye obyektlərində texnoloji prosesin dayanaqlığını tə'min edən mühəndis-texniki işlərdəndir;

Müxtəlif yerlərdəki malgöndərən təşkilatlarla istehsal əlaqələrinin variantlarını hazırlamaq, digər müəssisələrdən alınan bir sıra ən vacib hissələrin, qovşaqların obyektin özündəcə istehsal olunması və s. tədbirlər də işin e'tibarlığını artırar.

Hazır məhsulların vaxtında və dərhal istehlakçıya göndərilməsi də çox vacibdir. Xüsusən, neftayırma, kimya müəssisələrində hazır məhsulun yığılıb qalması həm obyektin özü, həm də qonşu obyektlər və yaşayış sahələri üçün ciddi qorxu yaradır, ikinci zədələyici amillə-rin əq qorxulu mənbəyinə çevrilə bilər.

c) ekstremal şəraitdə obyektdə istehsal prosesini və mülki müdafiəni idarə etmək - rəhbər heyətin fəaliyyətində əsas və ən məs'uliyyətli işdir. İdarəetmə prosesi – hər cür hallarda fəhlə və qulluqçulara, mülki müdafiə dəstələrinə daim rəhbərlik edilməsini nəzərdə tutur, əsas tələb isə onun fasiləsizliyidir. İdarəetməni rəhbər hey'ət rabitə və xəbərdarlıq vasitələrindən istifadə etməklə həyata keçirir.

Sülh dövründə idarəetmə üçün inzibati-xidmət binalarında, dispetçer məntəqələrində və digər otaqlarda yerləşdirilmiş texniki rabitə vasitələri, nəzarət ölçü cihazları, məsafədən idarəetmə aparatları və sair cihazlar işlədilir. Müharibə dövründə müəssisənin fəaliyyətini e'tibarlı idarə edilməsi üçün buradakı sığınacaqların birində obyektin idarəetmə məntəqəsi yaradılıb, lazımi rabitə və xəbərdarlıq vasitələrilə tə'min edilməlidir. Dispetçer məntəqələri, radioqovşağı da daha e'tibarlı mühafizə qurğularında, möhkəm zirzəmilərdə olmalıdır.

d) müəssisələrdə istehsalat qəzalarını və ikinci zədələyici amillər ehtimalını azaltmaq üzrə tədbirlər adətən birgə hazırlanıb yerinə yetirilir.

Yanacaq, güclü tə'sirli kimyəvi maddələr istehsal edilən və digər yüksək təhlükəli zavodlarda bu tədbirlər sülh dövrü üçün obyektin mülki müdafıə planında nəzərdə tutulur. Aparılan araşdırmalar göstərir ki, sülh dövründə istehsalat qəzalarının xeyli bir qismi "insan amili sayəsində baş verir, yə'ni səbəb - işçinin iş vəzifəsinin öhdəsindən gələ bilməməsi, yaxud işinə, texnoloji rejimin, istehsalat tə'limatı tələblərinin icrasına səhlənkarlıqla yanaşmasıdır. Buna görə də obyektlərdə hər bir işçiyə istehsalatda özünü hifzetmə hissinin aşılanması - qəza ehtimalını azaltmağın və ümumiyyətlə təhlükəsizliyin artırılması yollarından biri sayılmalıdır.

İstehsalat prosesində tez alışan, partlayış təhlükəli və güclü tə'sirli maddələrin işlədildiyi obyektlərdə bu maddələrin ən vacib minimal ehtiyatları müəyyən olunmalıdır. Bunlar müəssisələrdəki anbarlarda, tutumlarda saxlanmalı, artıq ehtiyatlar obyektdən kənarda olmalıdır. İstehsalatda tətbiq edilən təhlükəli maddələri neytral maddələrlə əvəz etməyə çalışmaq lazımdır (məsələn, detalların yuyulması üçün ağ neft, yaxud benzin əvəzinə - xronnikin su məhlulu iєlədilınəsi və s. kimi).

Təhlükəni və ehtimal olunan zərəri azaltmaq məqsədilə tez alışan, mayelər kimyəvi maddələr saxlanan tutumların ətrafında torpaqdan bənd düzəldilə bilər. Bəndin hündürlüyü elə hesablanmalıdır ki, tutum zədələnərkən axan bütün maye bəndin içərisində yerləşsin.

GTZM işlədilən və onların buxarları ilə zəhərlənmə təhlükəsi olan otaqlarda avtomat neytrallaşdırma qurğusu qoyulur. Zərərli buxarlar müəyyən təhlükəli konsentrasiyaya çatanda qurğu avtomatik surətdə işə qoşularaq deqazasiya mayesi çiləyib, zəhərli maddələri neytrallaşdırır.

Fasiləsiz texnoloji xətlərə malik obyektlərdə yuxarıdakılardan əlavə, yanğın qəza baş verən sahələr üzərində su çətirləri (örtükləri) yaratmaq, onları digər magistraldan ayırıb məhdudlaşdırmaq üçün kəsici avtomat düzəltmək kimi tədbirlər də hazırlanmalıdır. Üzvi və qeyri-üzvi bərk materialların doğranması və üyüdülməsi prosesində güclü toz yaranan bütün istehsalatlarda iş - nəmləndirmə şəraitindən aparılmalıdır.

d) obyektdə pozulmuş istehsalın bərpа olunması üçün hazırlıq görülməsi. Obyektin məhsul buraxmağa qısa müddətdə hazırlanması imkanı onun işinin dayanaqlığının vacib göstəricisidir. Müharibə və sülh dövründəki fövqəl'adə hallarda obyektlər tamamilə, güclü surətdə, orta və zəif dərəcədə dağıntılara (zəhərlənmələrə) mə'ruz qala bilər. Tamamilə və güclü dağıdılmış obyektlərdə, xüsusən müharibə dövründə istehsalın bərpа edilməsinə cəhdlər göstərilməsi adətən məqsədəuyğun sayılmır, çünki iqtisadi cəhətdən özünü doğrultmur. Orta və zəif dərəcədə zədələnən müəssisələrdə isə müharibə dövründə belə, məhsul buraxılışının bərpa olunması real sayılır, lakin о şərtlə ki, bu iєlərə obyektin özü və onıın şəxsi hey'əti əvvəlcədən hazırlanmış olsun.

İstehsalatın bərpа edilməsi planları və layihələri adətən iki variantda - zəif və orta dərəcələrdə zədələnmə halları üçün tərtib olunur. Bu zaman hər iki şərait üzrə ilk növbəli bərpaetmə işlərinin xarakteri və həcmləri müəyyənləşdirilib, tələb ediləcək işçi qüvvəsı, materiallar, avadanlıq və s. habelə onların qiyməti hesablanır, bərpа müddətləri göstərilir. Bu zaman о da nəzərə alınır ki, bə'zi hallarda obyektin bərpа edilməsi müvəqqəti xarakter daşıya bilər.

Müəssisənin bərpа olunması üçün əsas şərtlərdən biri də əvvəlcədən işlənib hazırlanmış layihələrin, tikinti üzrə və texniki sənədlərin qorunub saxlanmasıdır. Belə sənədlərin bir neçə nüsxədə hazırlanması, onların mikrofılmlərə köçürülüb ən e'tibarlı yerlərdə saxlanması bu sahədəki vacib tədbirlərdəndir.

Beləliklə, sülh və müharibə dövrlərindəki ekstremal şəraitdə sənaye obyektlərində işin dayanaqlığının yüksəldilməsi üzrə tədbirlər işçilərin e'tibarlı mühafizəsinə, xilasetmə iєlərinin qısa müddətdə lcrası, istehsalın bərpа olunmasına yönəldilməklə bərabər, həmçinin əmin-amanlıq dövründə də istehsalat qəzaları ehtimalının azaldılması və qəza nəticələrinin məhdudlaşdırılması üçün böyük əhəmiyyətə malikdir.


Yüklə 336,78 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin