MühaziRƏ 1 Mülki müdafiə, onun vəzifələri və qurma prinsipləri


Fövqəladə vəziyyət zamanı əhalinin xəbərdar edilməsi



Yüklə 336,78 Kb.
səhifə22/26
tarix30.12.2021
ölçüsü336,78 Kb.
#49251
1   ...   18   19   20   21   22   23   24   25   26
Muhazire toplu

Fövqəladə vəziyyət zamanı əhalinin xəbərdar edilməsi

Gözlənilən, yaxud baş verən fəlakət barədə əhalini vaxtında xəbərdar etmək mülki müdafíənin ən əsas vəzifələrindən biridir. Təhlükə haqqında xəbərdarlığın əsas vasitəsi radio və televiziya səbəkəsidir. Ádamların diqqətini tez cəlb etmək, həmçinin onların dərhal radio və televizorların ətrafına toplaşmasına nail olmaq üçün fövqəladə hal¬larda sirenlərdən, nəqliyyat vasitələrinin fit səslərindən istifadə etməklə səs siqnalları verilir. Belə siqnal «hamının diqqətinə» siqnalı adlanır.

Təhlükə haqqında xəbərlə birlikdə əhalinin davranış qaydaları barədə qısa və aydın məsləhətlər, göstərişlər də verilir.

Xəbərdarlıq siqnalları barədə qabaqcadan tam təsəvvür yaradılmalıdır. Hamı bilməlidir ki, xəbərdarlıq siqnalları sülh və müharibə dovründəki fəlakətlər zamanı verilir. Ancaq bunların biri digərindən fərqlənir və bunu əhalinin bilməsi vacibdir.

Bir sıra təbii fəlakətlər barədə qabaqcadan xəbər vermək mümkündür. Məsələn, yaz daşqınlarının ehtimalı bir ay qabaqcadan bəlli olur və bu barədə müvafiq tədbirlər gorülür. Bu zaman yerli mülki müdafiə qərargahı belə bir mə'lumat verə bilər:

«Diqqət! Danışır rayon mülki müdafíə qərargahı». Vətəndaslar! Çayda suyun səviyyəsinin qalxması müşahidə olunur. Çayin sag sahilindəki məhəllələri su basacağı gözlənilir. Həmin məhəllələrdə yasayanlar ən vacib və zəruri şeyləri götürüb mərkəzi meydana tələssinlər. Evdən çıxarkən sobanı, qazı, isığı söndürməyi unutmayın. Bu barədə qonşularınıza da xəbər vérin. Radio səbəkəsi ilə verilən xəbərləri diqqətle dinləyin, göstərişlərə dəqiq riayət edin».

Müharibə zamanı insanlar mülki müdafíə qərargahının göstərişlərini yerinə yetirməyə müəyyən dərəcədə hazır olurlar. Halbuki təbii fəlakətlər zamanı əhalinin belə çevik və dəqiq hərəkət etməsi heç də az əhəmiyyətli deyil. Buna görə də mülki müdafíə orqanları ehtimal olunan belə qəzalara qarşı adamlar arasında qabaqcadan geniş izahat işləri aparmalı, təhlükəli ərazilərdə işləyənləri və yaşayanları buna hazirlamalıdırlar.

Təbii fəlakətlərin, habele qəzaların növündən və bu zaman yaranan konkret vəziyyətindən asılı olaraq «hamının diqqetinə!» siqnalından sonra mülki müdafíə qərargahı tərəfindən e'lan edilən məlumat və göstərişlərin məzmunu müxtəlif ola bilər. Buna görə də hər bir adam onları diqqətlə dinləməli, təmkinli olmalı, cəld və mütəşəkkil davranmalıdır.

Müharibə dövründə isə vəziyyət dəyişir. Düsmən hücumu barədə xəbəri əhaliyə hakimiyyət orqanları verirlər. Bu xəbər radio və televiziya, mətbuat orqanları vasitəsilə əhaliyə çatdırılır. Düsmən hücumu təhlükəsi yaranan dövrdə vəziyyət çox müxtəlif, bəzən isə xeyli mürəkkəb olur.

Müharibə zamanı düsmənin nüvə, kimyəvi, bakterioloji silahlar və başqa silahlar işlətmək qorxusu yarandıqda dərhal mülki müdafiənin xəbərdarlıq siqnalları verir, bu məqsədlə radiodan, televiziyadan, bütün rabitə vasitələrindən, səs və işıq siqnallarından istifadə olu¬nur. Belə hallarda «hamının diqqətinə!» siqnalından sonra yaranmıs vəziyyətdən asılı olaraq mülki müdafiənin «Hava həyəcanı», «Hava həyəcanı» qurtardı, «Radiasiya təhlükəsi», «Kimya həyəcanı» siqnal¬ları verə biləər. Bütün əhalinin bu siqnalları bilməsi və onun tələblərinə əməl etməsi vacibdir. Bu, tələfatı xeyli azalda bilər. Bu siqnalların hər birisini konkret şəraitdə nəzərdən keçirək: Hava həyəcanı siqnalı xəbərdarlıq edir ki, düşmənin hava basqını gözlənilir. Öncə sirenlər bunu "Hamının diqqətinə! çatdırır. Sonra isə radio-televiziya da belə bir e'lan verir. "Diqqət! Diqqət! Diqqət! Danışır Mülki Müdafiə Qərargahı! Vətəndaşlar, hava həyəcanıdır! Hava həyəcanı! bu elan bir neçə dəfə təkrar olunur. Əhalinin daldalanması barədə göstəriş verir.

Bu zaman evlərdə olanlar yubanmadan pəncərələri örtməli, qızdırıcı cihazları, isığı söndürməli və əvvəlcədən tədarük etdikləri ərzağı, suyu, mühafizə və təbii yardım vasitələrini götürüb ən yaxındakı sığınacağa getməlidirlər. İstehsalatda olan bütün aqreqatları dayandırmalı, cərəyanı kəsməli və qabaqcadan müəyyən edilmiş qaydada hər bir briqada və növbə onlar üçün nəzərdə tutulmuş sığı¬nacağa getməlidir. Əgər istehsalat rejiminə görə hər hansı aqreqatı, turbini, peçi, texnoloji xətti dayandırmaq mümkün deyilsə, onlar nisbətən təhlükəsiz iş rejiminə keçirilir, evvəlcədən tə'yin edilmiş müəyyən adamların nəzarəti altında saxlanılır və həmin adamların qorunması üçün müvafiq yerlər düzəldirlər.

"Hava həyəcanı" zamanı bütün tədris müəssisələrində məsqələlər dayandirılır, hamı mühafizə qurğularına gedir. Ictimai yerlərdə (kinoteatrlarda, bazarda, mağazada və s.), nəqliyyat vasitələrində olanlar yaxındakı daldalanacağa getməlidirlər. Əgər belə sıgınacaq yerləri yoxdursa daldalanacaq üçün yeraltı keçidlərdən, tunellərdən və s. Istifadə etmək lazımdır.

«Hava həyəcanı » zamanı kəndlərdə əhali ailə daldalanacaqlarına yigılmalıdır. Mal-qaranı tövlə şəraitində saxlamaq məsləhətdir. Çöl şəraitində mal-qaranı qorumaq üçün yarğanlardan, xəndəklərdən, mağaralardan və s. Istifadə etmək məsləhətdir. Bütün hallarda yalnız "hava həyəcanı qurtardı siqnalı verildikdən sonra daldanacaqları tərk etmək olar. Bu zaman yerli radio şəbəkəsi və səsucaldan qurğular vasitəsilə elan edilir: "Diqqət! Danışır Mülki Müdafiə Qərargahı! Havadan basqın təhlükəsi sovuşdu. Hava həyəcanı qurtardı.

«Kimya həyəcanı“ siqnalı kimyəvi və ya bakterioloji zəhərlənmə təhlükəsi olduqda, yaxud belə zəhərlənmələr bilavasitə aşkar edildikdə verilir. "Hamının diqqətinə!" xəbərdarlıq siqnalından sonra Mülki müdafiə qərargahının belə bir mə'lumatı əhaliyə çatdırılır : Diqqət! Danışır Mülki Müdafiə Qərargahı! Vətəndaşlar! Kimya həyəcanı. Bu, yerlərdə səs və işıq siqnalları vasitəsilə təkrar olunur. Ardınca aşkar olunmuş zəhərləyici maddənin və ya yoluxucu xəstəlik törədicisinin növü nəzərə alınmaqla adamların davranış qaydaları haqqında məsləhətlər verilir. Kimyəvi zəhərlənmə ocaqlarından adamlar mümkün qədər tez çıxarılmalıdır. Onların hansı istiqamətdə getmələrini mülki müdafiə polis postu isçiləri göstərirlər. Onlar olmadıqda adamlar zəhərlənmə zonasından küləyin səmtinə perpendikulyar istiqamətdə çıxmalıdırlar. Bundan sonra adamlar sanitariya təmizlənməsindən keçməlidirlər. Bakterioloji yoluxma ocağından əhalinin özbaşına çixmasına yol verilmir. Çünki belə sahələrdə karantin və ya observasiya rejimi qoyulacaq, adamların sonrakı davraniş qaydaları müəyyən ediləcək. Kəndlərdə daldalanmaq ücün nəzərdə tutulan sıgınacaqları qabaqcadan möhkəmləndirilməli, hermetikliyi təmin olunmalıdır. Içəridə ailənin rahatlıgı ücün hər cür şərait yaradılmalı, radio və televiziya qurgularının islədilməsi təmin edilməlidir. Çünki, hadisələrin gedişi, habelə kimyəvi və ya bakterioloji zəhərlənmə təhlükəsinin sovuşması barədə məlumat və ya ondan sonra davranış qaydaları haqqında göstərişlər həmin vasitələrlə veriləcək.

„Kimya həyəcanı" siqnalı verilərkən mal-qaranın da qayğısına qalmaq vacibdir. Ərzaq və yem ehtiyatlarının, su mənbələrinin qorunması ücün müvafiq tədbirlər görülməlidir.

« Radiasiya həyəcanı" siqnalı bu və ya digər ərazidə radioaktiv zəhərlənmə aşkar olunduqda və ya belə zəhərlənmə ən geci 1 saat ərzində gözlənildikdə verilir. Radiasiya təhlükəsi gözlənildikdə də öncə "Hamının diqqətinə! siqnalı, sonra isə "Radiasiya təhlükəsi məlumatı verilir. Bu zaman bütün rabitə və xəbərdarlıq vasitələrindən istifadə edilir, yerlərdə isə bu, səs və işıq siqnalları ilə təkrar edilir. Sonra belə e'lan verilir: "Diqqət! Danışır Mülki Müdafiə Qərargahı! Vətəndaşlar! Radiasiya təhlükəsi! Radiasiya təhlükəsi. Bunun ardınca görülən mühafizə tədbirləri barədə, habelə əhalinin davraniş qaydaları haqqında Mülki müdafia qərargahının tövsiyələri və göstərişləri əhaliyə çatdırılır.

Adamlar dərhal respirator, radioaktiv tozdan qoruyan parça və ya pambıqlı tənzif sarğı, əgər bunlar yoxsa əleyhqaz taxıb sığınacağa və ya radiasiya daldanacağına getməlidirlər. Sonrakı dav¬ranış qaydaları əsasən "Hava həyəcanı və "Kimya həyəcanı zamanı olduğu kimidir və hər bir konkret halda Mülki müdafiə qərərgahı tərəfindən dəqiqləşdirilib əhaliyə çatdırılır.

Radioaktiv maddələrlə zəhərlənmiş ərazidə əhalinin mühafizə və davranış rejimləri radiasiyanın səviyyəsindən asılı olaraq mülki müdafiə tərəfindən müəyyən edilib e'lan olunur. Məqsəd - adamların təhlükəsiz dozadan artıq süalanmaya mə'ruz qalmasının qarşısını almaqdır. Radiasiyadan mühafizə rejimi – zəhərli sahələrdə adamların ardıcıl olaraq əvvəlcə radiasiya daldanacağından, bundan sonra isə adi binalarda qalması və mühafizə vasitələri islətməsi müddətini tə'yin edir.

Zəhərlənmiş sahələrdə qalmağa məcbur olan hallarda adamlar hökmən fərdi mühafizə vasitələri islətməli 2 saylı radiasiyadan mühafizə dərmanını (AÍ-2 aptekçəsindən) içməli və təhlükəsiz dav¬ranış qaydalarına riayət etməlidirlər. Fərdi mühafizə vasitələri çıxarmaq, açıq əllə ətrafdakı əşyalara toxunmaq, yerdə oturmaq və ya uzanmaq, hərəkət və ya iş vaxtı toz qaldırmaq, açıq yerlərdə xörək yemək, su içmək, siqaret çəkmək, paltarı, ayaqqabıları çöldə təmizləmədən yaşayiş binalarına girmək, ehtiyac olmadan binalardan kənarda qalmaq olmaz.

Kimyəvi zəhərlənmə ocağında davraniş qaydaları belədir: mülki müdafiə qərargahının xüsusi göstərişi olmadan sığınacaqdan çıxmamaq: sığınacağın kipliyi pozulan və ya radiasiya daldanacaqlarında qalan hallarda fərdi aptekçədən antidot dərmán qəbul edəndən sonra eleyhqaz taxmaq, dərini qoruyan paltar geymək və ancaq mülki müdafiə isçilərinin göstərişi üzrə mühafizə qurğusunu tərk etmək; açıq yerlərdə (qurğudan kənarda) qalan hallarda dərhal əleyhqaz tax¬maq, qoruyucu paltarları geymək və zəhərlənmə ocagından çıxmaq: xüsusi qoruyucu paltarlar olmadıqda dərhal köynəyin və pencəyin ətəklərini salvarın içinə salmaq, salvarın balaqlarını topuqda, köynəyin qollarını biləkdə qaytanla bağlayıb bərkitmək, əllərə əlcək, ayaqlara rezin ayaqqabı geymək, başı yaylıqla kip örtmək. üstdən sintetik və ya rezin parçadan olan (bolonya tipli) plaş geymək, yaxalığı qaldırıb üstdən sərf bağlamaq, kimyəvi zəhərlənmə ocağından çıxmayınca fərdi mühafizə vasitələrini əyindən çıxarmamaq, bədənin dərisi üzərinə və ya paltara zəhərləyici maddə damcıları düşən hallarda bu damcdarı fərdi kimyəvi paketdəki məhlulda və ya naşatır spirtində isladılmış tamponla təmizləmək lazımdır; zəhərli sahələrdən çıxandan sonra tibbi müayinədən və tam sanitariya təmizlənməsindən keçmək lazımdır.

Yoluxucu xəstəlik ocağında bütün əhali müəyyən olunmuş davranış rejiminə riayət etməyə borcludur.

Yoluxucu (infeksion) xəstəliklər aşkar edilərkən: pəncərə və qapı yerlərini yaxşı kipləşdirmək, məişətdə az işlədilən ev əşyalarını yığışdırıb əl-əyağa dolasmayan yerlərdə saxlamaq lazımdır. Ərzaq malları və içməli su ağzı kip bağlanan qablarda saxlanılmalıdır. Ístifadə etməzdən əvvəl ərzaq məhsullarını qaynatmaq və ya qorumaq vacibdir; çörəyi xırda tikələrə doğrayaraq alovun üzərində (peçdə, duxovkada) qızdırmaq, meyvə-tərəvəzi yaxşıca yumaq və ya üzərinə qaynar su tökmək lazımdır. Su və ya süd ən azı 30 dəqiqə qaynadılmalıdır. Qab-qacaq təmiz yuyulandan sonra qaynadılmalıdır. Yeməkdən əvvəl, adamlarla təmasda olduqdan sonra əlləri hökmən sabunla yumaq, paltar-ayaqqabıları tez-tez təmizləmək, müntəzəm surətdə çimmək, mənzilin, heyətin, iş yerinin, ümumi istifadə yerlərinin çirkli olmasına yol verməmək lazımdır. Hər bir şəxsin ayrıca qab-qacaqdan, məişət və tualet əşyalarından istifadə etməsi məsləhət görülür.


Adamların bir-birilə təmasda olması məhdudlaşdırılmalıdır. Mənzildən (evdən) ancaq ən vacib hallarda çıxmaq olar. Evdən çıxdıqda hökmən tənəffüs üzvlərini qoruyan fərdi vasitələr taxmaq, bədənin səthini qorumaq üçün paltarları və ayaqqabıları çıxarıb dezinfeksiya etmək üçün bayırda qoymaq lazımdır.

Yoluxucu xəstəliyin əlamətləri aşkara çıxan kimi (hərarətin olması, başağrısı, iştahasızlıq, ürək bulanması, qusma, mədə pozqunluğu) bu barədə dərhal tibb müəssisəsinə xəbər verilməli, xəstəni ayrıca otaqda və ya otağın müəyyən hissəsində yerləşdirməli, şəxsi əşyalarını, paltarlarını, yataq ləvazimatını, qab-qacağı, mebeli və mənzili dezinfeksiyadan keçirmək lazımdır.

Xəstə ilə təmasda olan bütün şəxslər tam sanitariya təmizlənməsindən keçməlidir.



Yüklə 336,78 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin