AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
Sərbəst iş №7
Ad:Nazpəri
Soyad:Səmədova
Fakültə:Beynəlxalq İqtisadiyyat Məktəbi
İxtisas:İqtisadiyyat
Kurs və Qrup:I kurs,Qrup 1061
Fənn:Mülki Müdafiə
Rəhbər:Məmmədov Vahid
Sərbəst işin mövzusu:Müxtəlif zəhərlənmə və şüalanmaya qarşı M.M. sistemində istifadə edilən fərdi tibbi vasitələr
BAKI-2015
Kimyəvi silah kütləvi qırğın silahlarından biri olub zəhərləyici maddələrə və onları tətbiq etmək ücün istifadə olunan vasitələrə deyilir. Kimyəvi silahın əsasmı zəhərləyici maddələr (ZM) təşkil edir. ZM - hərbi sənaye və xalq təsərrüfatı obyektlərinə qoşunların, hərbiləşməmiş rnülki müdafiə dəstələrinin şəxsi heyətlərini, fəhlələri, qulluqçuları, əhalini sıradan çıxaran, yaxud onların döyüş və əmək qabiliyyətinin zəifiəməsinə, heyvanların zədələnməsinə, habelə bitkilərin məhvinə səbəb ola bilən xüsusi kimyəvi birləşmələrdən (zəhərli maddələrdən) ibarətdir.
Kimyəvi silahın ən vacib xüsusiyyətləri aşağıdakılardtr:
- maddi sərvətləri rnəhv etmədən canlı qüvvələri zədələmək imkanı:
ZM-in maddi sərvətlərə təsiri onların zəhərlənməsi ilə məhdudlaşır ki, bu da onlardan istifadəni cətinləşdiıir;
- geniş sahələri zəhərləmək və zədəleyici təsirini uzun müddət saxlamaq qabiliyyəti;
- zəhərlənnıənin sürətlə baş vennəsi və zədələnmənin ağır olması;
- istehsalının nisbətən uçuz başa gəlməsi.
Məlum olan bütün zəhərləyiçi maddələr orqanizmə təsirinin xarakterinə görə (toksikoloji təsnifatı), döyüş təyinatına və ərazidə zəhərlənmənin davamlığına görə (taktiki təsnifatı) qruplara ayıılır. Bir sıra ölkələrin cəbhəxanalarındakı müasir zəhərləyici maddələri toksikoloji təsnifata görə bu qruplara ayırmaq mümkündür.
ZM-in dayanıqlığı, yəni insanlara və heyvanlara göstərdiyi zədələyici təsirin müddəti, həmin ZM-in fıziki-kimyəvi xassələrindən, həmçinin ərazinin xarakterindən və havadan asılıdır. Havanın temperaturu yüksək olduqca ZM daha tez buxarlanır. Güclü külək buxarı səpələyir, yağış isə zəhərləyici maddələri torpaqdan, bitkilərdən, müxtəiif əşyalardan yuyub aparır. Binalarda, zirzəmilərdə, yarğanlarda, dərələrdə zəhərlənmiş hava uzun müddət qala bilər.
Kimyəvi silahdan və QTKM-dən mühafızə olunmaq üçün əleyhqazdan, xüsusi paltardan və ya hermetik bağlanmış sığınacaqlardan istifadə edilir. 2010-cu ilədək respublikada xalq təsərrüfatının müxtəlif sahələrində kimyəvi maddələr və materiallar istehsalının xeyli inkişaf etdirilməsi nəzərdə tutulur.
Hazırda dünyada 6 milyondan artıq kimyəvi birləşmələr məlumdur. Bu geniş kimya aləmində bizi istehsalatda və məişətdə 100-dən artıq güclü təsirli zəhərli maddələr əhatə edir.
Respublikamızın təsərrüfat obyektlərində xeyli QTKM-dən ya bilavasitə istehsalat məqsədləri üçün, ya istehsalatla əlaqədar olan müxtəlif proseslərin təmin edilməsi üçün istifadə edilir, ya da çoxlu miqdarda belə maddələr saxlanılır.
• QTKM daşıyan nəqlıyyat vasitələrinin dayanması üçün nəzərdə tutulan xüsusi dəmıryolu stansiyaları;
• taxıl və taxıl məmulatı anbarlaının dezinfeksiya və deretizasiya ediiməsi (həşərat və gəmiriçilərlə mübarizə) ücün zəhərli maddələr ehtiyatları saxlanılan xüsusi anbar və bazalar;
• kənd təsərrüfatında işlədilən kimyəvi təsirli maddələr ehtiyatı saxlanılan anbarlar və bazalar.
Respublikamızın təsərrüfat obyektlərində ən cox işlədilən bəzi qəza təhlükəli kimyəvi maddələri (bax: əlavə 2) nəzərdən keçirək:
Ammonyak (MHH3) - sənayedə nitrat turşusu, ammonium nitratı və sulfatlı maye gübrələr (ammiakatlar), sidik çövhəri, soda istehsal etmək, parçaların boyanmasında üzvi sintez üçün, soyuducu qurğularda soyuducu maddə kimi və güzgülərin parıldadılması və s. işlərdə tətbiq edilir. Suların ağ neftin ve bir sıra mineral yağların təmizlənməsi, dərinin aşılanması işlərində, şəkər zavodlarında ammonyaka təsadüf edilir, o həmçinin təmizlənməmiş asetilenin tərkibində də olur.
Ammonyak - boğuçu, kəskin naşatır iyli rəngsiz qazdır, hiss olunma həddi 0,037 mq/l-dir, dadı cox acıdır, havadan yüngüldür, qaynama temperaturu 33-35°S-dir. Mənfı 33-35°S-dək soyudularkən sıxılaraq rəngsiz maye halına keçir. Suda yaxşı həll olunur (həll olunma miqdarı 526 q/1, həll olunma əmsalı 762,60-dır). Efirdə və digər üzvi əridiçilərdə əriyir.
Ammonyakın hava ilə 4:3 nisbətli və ya 15-28%-li qum qarışığı partlaya bilər. Qabdan kənara (atmosferə) çıxarkən tüstülənir. Sisternlərdə və ya baloniarda tezyiq alünda mayeləşdirilmiş halda daşınır.
Ammonyak yuxan tənəffüs yollarına və gözlərə qıçıqlandırıçı təsir göstərir. Onun yüksək konsentrasiyaları gözlərdə ağrıya və güclü yaşarmaya, təngnəfəsliyə, kəskin öskürməyə, baş giçəllənməsinə, mədə ağrılarına, qusmaya səbəb olur. Susuz, saf maye ammonyak dəridə ağır yanıqlar törədir, çünki o, nəinki qələvi kimi, həm də yüksək buxarlandırma hərarətinə malik dondurucu maddə kimi təsir göstərir.
İntektisid (heşaratqıran) maddələr, plastik kütlə materialları, boyaqlar və dərman vasitələri hazırlanmasında, texniki-rezin sənayesində, kağız senayesində, kağızın ağardılmasında toxuçuluq sənayesində - parçaların ağardümasmda əhəmiyyəti böylikdür. Xlor - kəskin boğuçu iyli göyümtül-sarı qazdır. Qaynama temperaturu 34,5°S, sıxlığı 3,214 q/l-dir, bavadan 2,5 defə ağırdır. 5-6 atmosfer təzyiqində, mənfı 35°S-də sıxılarkən göyümtül sarı rəngli yağlı rnaye halına düşür. Su təchizatı və kanalizasiya sistemlərinin təmizləyici qurğularında da içməli və tullantı suların təmizlənməsi və zərərsizləşdirilməsi ücün çoxlu xlor işlədilir.
Bir kiloqram maye xlor buxarlanarkən 316 litr qaz əmələ gəlir. Buxarlanma zamanı maye xlor su buxarları ilə birləşərək ağ duman yaranır. Xlor suda yaxşı həll olunur. Demək olar ki, bütün kimyəvi elementlərlə birləşmələr yaradır. Təzyiq altında mayeləşdirilmiş halda sistemiərdə, xüsusi konteyner və balonlarda daşınır.
Xlor yuxarı tənəffüs yollarına kəskin nəzərə çarpan qıcıqlandırıcı təsir göstərir. Yüksək konsentrasiyalarda təsir zamanı dərhal ağçiyər ödemi (şiş) inkişaf edir.
Xlorpikrin – kənd təsərrüfatı zərərvəriçiləri ilə mübarizə üçün, dezinfeksiya məqsədləri ilə taxıl, un və digər ərzaq anbarlarının tə-mizlənməsi, habelə əleyhqazların sazlığının yoxlanılmasında işlədilir.
Saf xlorpikrin kəskin iyli, rəngsiz yağlı mayedir. Dəndə, ağaçda, kərpiçdə, paltarlarda yaxşı sorbsiya olunur (tutulub saxlanılır) və cox yavaş desorbsiya olunur (yenidən buxarlanır). Bir sıra kimyəvi reagentlərə davamlıdır. Suda və qələvilərin su məhlulunda hidroliz olunmur.
Xlorpikrin buxarlan gözlərin selikli qişalarını, ağciyərləri güclü sürətdə, yuxarı nəfəs yollarını azacıq qıcıqlandırır. Ümumi zəhərləyici təsirə də (xüsusən, kapillyar damarlara) malikdir.
QTKM-in saxlandıqları tutumlardan və qablardan kənara axması həm dinc dövrdə qəzalar nəticəsində, həm də müharibə vaxtı nüvə partlayışının zərbə dalğasından və adi basqm vasitələrinin bilavasitə təsirindən və ya təxribat yolu ilə ZM avadanlığının dağıdılması nəticəsində baş verə bilər. Beləliklə, düşmənin nüvə və ya adi silahla havadan zərbələri nəticəsində yaranan qəzalar zamanı istehsalatlarda QTKM-in ətrafa yayılması (axması) münıkündür.Belə hallarda ikinci zəhərlənmə ocaqları yaranır .
Kimyəvi təhlükəli obyektlərə belə obyektiər aid edilə bilər:
• kimya, neft emalı, neft kimyası sənayesinin və onlarla əlaqədar olan digər sənaye sahələrinin müəssisələri;
• suyu təmizləmək (dezinfeksiya etmək) üçün xlordan istifadə edilmə, su kəməri və su təmizləmə qurğuları;
• soyuducu agent (maddə) olaraq ammonyakdan istifadə olunan soyuducu qurğulara malik müəssisələr və ilk növbədə yeyinti, meyvə-tərəvəz, ət-yağ sənayesi, balıq sənayesi sahələrinin, ərzaq ehtiyatlarını saxlayan digər nazirlik və idarələrin soyuducu qurğuları və bazaları;
Dostları ilə paylaş: |