Muhazirə № 1
Plan
1.- Baytarlıq mualicə elminin qısa tarixi .
2.-Heyvanların daxili xəstəliklərinin ümümi profilaktika və terapiyanın əsasları1.-
a.-ümümi profilaktika
b.-xüsüsi profilaktika
3.-Tam dəyərli yemləmə, Yem paylarının strukturu, yemlərin və suyun keyfiyyəti,mosion, binalarda mikroiqlim
4.-Dispanserizasiya
5.-Heyvanların daxili xəstəliklərinin profilaktikasının nəzəri və təşkili əsasları
Daxili xəstəliklər fənni iki hissədən ibarətdir.
Ümumi terapiya və profilaktika – daxili xəstəliklərin profilaktikasının ümumi prinsiplərini, dispanserizasiyanın metodikasını, terapiyanın, fizioterapiyanın, və terapevtiki texnikanın prinsip, vəsait və metodlarını öyrədir.
Daxili xəstəliklərin xüsusi patologiya, terapiya və profilaktikası – bu hissədə ardıcıllıqla bilavasitə həzm, tənəffüs, ürək – damar, sidik, qan, immun,sinir sisteminin, yemlərlə zəhərlənmələr, maddələr mübadiləsi və endokrin xəstəliklərinin xüsusiyyətləri aşağıdakı ardıcıllıqla : - yayılması və iqtisadi zərəri, təsnifatı, əmələ gəlmə səbəbləri, patogenezi, patoloji anatomiyası, əlamətləri, diaqnozu, proqnozu, müalicə və profilaktikası öyrənilir.
Xəstəliklərin əmələ gəlməsi və inkişfını müəyyənləşdirən əsas faktorlardan biri heyvanların yemlənmə və bəslənmə texnologiyasıdır..
Xəstəliklərin müvəffəqiyyətlə qarşısının alınması və müalicəsinin aparılması üçün xəstəliyi müəyyən plan və sistemlə öyrənmək lazımdır 1) Xəstəliyin əlamətlərini müəyyənləşdirmək məqsədilə klniki müayinələrin aparılması; 2) Orqanizmdə funksional dəyişiklikləri müəyyən etmək üçün laborator müayinələrin aparılması; 3) Xəstəliyi əmələ gətirən səbəblərin müəyyənləşdirilməsi (etiologiyası);
4) Xəstəliyin inkişaf mexanizminin müəyyənləşdirilməsi (patogenezi); 5) Müayinə zamanı əldə edilən xəstəlik əlamətlərinin təhlinin aparlması (semiotika, simptomatologiya və sindromatika) və diaqnozun qoyulması; 6) Xəstəliyin aqibəti barədə yekun nəticənin çıxarılması (proqnozu); 7)Xəstənin müalicəsinin təyin edilməsi (terapiyası); 8) Xəstəliyin baş verməməsi üçün tədbirlərin təşkili (profilaktikası);
.
Baytarlıq müalicə elminin qısa tarixi
.Heyvanların xəstəliklərinin müalicəsi haqqında məlumatlara qədim Misirin yazılı abidələrində (Kaxun papirusu – bizim eramızıdan 2000 il əvvəl) , Hindistanda (bizim eramızın I əsri), Qədim Romada (Mark Terensiy Varron – bizim eramızdan əvvəl II – I əsr, Publiy Vergiliy Maron – bizim eramızdan əvvəl I əsr), Yunanıstanda (Aristotel, Absirt – bizim eramızın IV – V əsrləri) və s. təsadüf edir..Yoluxmayan xəstliklərin elmi əsaslarla müalicəsi mərkəzi Avropada baytarlıq tədris mərkəzləri açılandan sonra yaranmışdır. Sonralar bu tədris mərkəzləri Ali Baytarlıq Mərkəzlərinə çevrilmişdir – Lion (1761), Alfort (1765), Vyana (1775), Drezden (1776), Hannovers (1778), Budapeşt (1787), Berlin və München (1790) və “Heyvanların yoluxmayan xəstəlikləri” fənninin formalaşması və inkişafında rus fizioloqları və tibbi həkim klinisistləri S.P.Botkin, Q.A.Zaxaryin, A.A.Ostroumov, İ.M.Seçenov, İ.P.Pavlov,.Rusiya terapevtlər məktəbinin istedadlı davamçıları olan İ.P.Kondraxin, B.V.Yşa, L.A.Lebedev, N.K.Korovin, İ.V.Qoloviznin, V.M.Anoxin, A.A.Kabış, İ.A.Tarnuyev, İ.P.Kondraxin Rusiya müasir baytarlıq terapiya məktəbinin banisi hesab olunmaqla, onun tədqiqatları terapiya elm xəzinəsinə dəyərli hədiyyədir.XII əsrdə şair Xaqaninin əmisi məşhur təbib Kafiyəddin Ömər ibn Osmanın təşəbbüsü ilə Şamaxıda Tibb məktəbi açılmışdır. Bu dövrdə yaşamış böyük Azərbaycan təbibi və mütəfəkkiri Mahmud ibn İlyas 1262-ci ildə yazdığı “Tibbnamə” əsərində terapiya və diaqnostika elmləri sahəsində geniş bir dövr açmışdır. Azərbaycanda baytarlıq terapiyası 1931- 1933 – cü illərdə Zoobaytarlıq Ali məktəbinin təşkili ilə əlaqədar ixtisas kafedralar açıldıqdan sonra inkişaf etdirilməyə başlamışdır. İlk klinik kafedranın təşkilində N.P.Ruxlyadev, Q.V.Domraçev, V.V.Olivkov, V.A.Bitski və başqaları iştirak etmişlər. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun terapiya kafedrasının ilk kafedra müdiri C.Y.Babayev (1933-1937) olmuşdur. 1937-ci ildə terapiya və klikiniki diaqnostika kafedrası iki müstəqil kafedraya ayrılmışdır. Kliniki diaqnostika kafedrasına Q.Q.Mövsümzadə,Yoluxmayan daxili xəstəliklər kafedrasına isə M.Ə.Mehdiyev rəhbərlik etmişlər..İllər keçdikdə kafedra genişlənmiş, əməkdaşların sayı artmışdır.. Belə ki, qaraciyər və böyrəklərin funksional müayinə üsuları, xəstəliklərin diaqnosikasında yeni metodikanın istifadəsi (M.Ə.Mehdiyev, Q.Q.Mövsümzadə), Naftalan neftinin müalicə xüsusiyyətləri və baytarlıqda tətbiqi (H.M.Hacıyev), xəstə və sağlam camışlarda sidiyin fiziki – kimyəvi dəyişiklikləri (İ.M.Həsənov), camışların qossipolla zəhərlənməsi, kəlçələrdə selen çatışmazlığı, onların müalicə və profilaktikası (H.İ.Dilbazi), qoyunlarda soyuqdəymə xəstəliklərinin əmələ gəlmə səbəbləri və profilaktikası (İ.Z.Eyyubov və F.Məlikov), camışların yem paylarının müxtəlif hissəsinin karbamidlə əvəz olunmasının maddələr mübadiləsinə təsiri (Ə.M.Əlizadə, N.A.Əliyev, Ə.Ə.Əliyev) işgənbədə azotun mənimsənilməsinə karbohidratların təsiri (B.Ə.Səfərov), camışlarda mübadilə pozğunluqları xəstəliklərinə dair tədqiqatlar aparılmış (İ.F.Gəncəyev), yeni müasir diaqnostika prinsipləri işlənib hazırlanmışdır (F.N.Nəsibov), camışların dispanserizasiyasının yeni prinsip və metodları işlənilərək təsərrüfatlara dəyərli tövsiyyələr verilmişdirƏ.Ə.Əliyev, N.A.Əliyev, B.Ə.Səfərov, F.N.Nəsibov, H.B.Məmmədov, İ.F.Gəncəyevin əvəzsiz xidmətləri olmuşdur
İxtisaslaşdırılmış fermer təsərrüfatları şəraitində yoluxmayan daxili xəstəliklərin müalicə və profilaktikasında baytar həkiminin vəzifəsi
İxtisaslaşdırılmış təsərrüfatlarda orqanizmin rezistentliyini aşağı salan faktorlar: heyvanların sıxlığı, beton və ya asfalt döşəmə, körpələrin analarından tez ayrılması, heyvanların yem paylarına qeyri – adi (unlu, xırda dənəvərləşmiş, neft, odun hidrolizinin məhsulları, südəvəzedicilərin və s.) yemlərin əlavə olunması, hipodinamiya, gəzintinin və təbii gün radiasiyasının olmaması, stresslərin təsiri, mexanizmlərin səs – küyü, heyvanların tez – tez yerlərinin dəyişdirilməsi və s. təsir edir. Bununla əlaqədar baytar klinisist – terapevt təfriqi diaqnostikanı, patomorfoloji və laborator diaqnostik metodlarını tam dəqiqliyi ilə bilməlidir. Baytar mütəxəssisi heyvanların xəstəliklərinin dinamikasını dəqiq öyrənməlidir.
Yoluxmayan daxili xəstəliklərin yayılması və təsərrüfatlara vurulan iqtisadi zərər
Yoluxmayan xəstəliklər ilin fəslindən asılı olmayaraq bütün təsərrüfatlarda və texnoloji qruplarda geniş yayılmışdır. Kənd təsərrüfatı heyvanlarının xəstəliklərinin ümumi srukturunda yoluxmayan xəstəliklərin (o cümlədən ginekoloji və cərrahi xəstəliklərin) payına orta hesabla 92 – 95 %, infeksion və parazitar xəstəliklərin isə 5 – 8 %-i düşür..Yoluxmayan daxili xəstəliklərdən vurulan iqtisadi zərər məhsuldarlığın azalmasından, vaxtından əvvəl çıxdaş edilməsindən, məcburi kəsimdən, ölümdən və müalicə - profilaktika tədbirlərinə çəkilən xərclərdən ibarətdir.
Heyvanların daxili xəstəliklərinin ümumi profilaktika və terapiyası
Baytarlıq elminin və təcrübəsinin profilaktik istiqaməti heyvanların xəstəliklərdən qorunması və itkilərin azalması ilə müəyyənləşir... Heyvanların daxili xəstəliklərinin profilaktikasının əsasını tam dəyərli yemləmə, yemlərin və suyun keyfiyyəti, tövlələrdə optimal mikro – iqlim, vaxtaşırı masion (gəzinti), kimyəvi və mikrobioloji sintez vasitələrinin səmərəli istifadəsi, maddələr mübadiləsinin vəziyyətinə və mal – qaranın sağlamlığına nəzarət təşkil edir.
Tam dəyərli yemləmə
Tam dəyərli yemləmə dedikdə - heyvanların sağlamlığını, yüksək məhsuldarlığını və törəmə funksiyasını tam təmin edən yemləmə nəzərdə tutulur. Bunun əsas göstəricisi – heyvanların bioloji aktiv maddələrlə, yemləmənin əsas elementləri və enerji ilə təminatıdır. Yemləmənin mövcud olan bioloji normativlərinə görə yem payı heyvanları enerji, vitamin və mineral komponentlərlə tam təmin etməlidir. Heyvanların yemləndirilməsində bu və ya digər elementlərin azlıq və ya çoxluğu onlarda xəstəliklərin əmələ gəlməsinə səbəb olur.
Yem payının (rasionun) strukturu
Heyvanların daxili xəstəliklərinin profilaktikasında optimal – fizioloji əsaslandırılmış yem payının quruluşunun tənzimlənməsi işin əsas hissəsidir.. Yüksək konsentratlı yemləmə inəklərdə ketoz və ikincili osteodistrofiya, , zəif balaların doğumuna və başqa xəstəliklərə səbəb olur. Silos, cecə və dən cecəsi tipli yemləmələr isə alimentar osteodistrofiya, işgənbənin asidozu və parakeratozu, qaraciyərin distrofiyası, kollagenoz və başq bu kimi xəstəliklərə səbəb olurKafedrada aparılan uzun müddətli çoxsaylı təcrübələr, eləcə də bizə məlum olan beynəlxalq ədəbiyyatların təhlili göstərir ki, yüksək səviyyəli maddələr mübadiləsi və tam sağlam, o cümlədən diareya sindromuna qarşı davamlı körpələrin alınmasına, inəklərin südünü qurutmuş dövrdə - doğuma 50 – 60 gün qalmış tərkibində 30 – 35% ot, 25 – 33% keyfiyyətli senaj, silos və 25 – 35% qüvvəli yemlər olan balanslaşdırılmış yem payı ilə yemlədikdə nail olunur.
Yem payının tərkibi iqlimdən asılıdır. Azərbaycanda iqlim zonalarını nəzərə alaraq. heyvanların illik istifadə olunan yemlərin strukturu aşağıdakı kimi olmalıdır:
3 – 4 min kq süd verən inəklər üçün: kq ot- 7 – 12%, senaj və silos 25 – 36%, qüvvəli yemlər 18 – 24%, yaşıl yemlər 28 – 42%, 5 – 6 min kq süd verən inəklər üçün: ot 5 – 8 %, silos, senaj 17 – 18%, qüvvəli yemlər 35 – 39%, yaşıl yemlər 26 – 33
. Sellüloza – müəyyən miqdarda mədə önlükləri və bağırsaqlarda normal həzmin təmin edir. Bununla da mədə - bağırsaq şöbəsində xeyli mikrofloranın fəaliyyəti üçün optimal şərait yaradır. Inəklərin müxtəlif fizioloji vəziyyətlərində yem payının quru maddəsində sellülozanın optimal miqdarı 15 – 28%, atlar üçün 16%, qoyunlar üçün 15 – 20%, xəzdərili heyvanlar və itlər üçün 4 – 5% olmalıdır. Gövşəyənlərin yem payında tam dəyərli yemləməni qiymətləndirmək üçün şəkər – protein nisbətini nəzərə almaq lazımdır. Bu nisbət inəklərin yem payında 1: 1.2, qoyunlarda 0.5 : 0.9 olmalıdır. Inəklərin balanslaşdırılmış yem paylarında bir yem vahidində 100 – 120 q həzmə gedən protein, törədici buğalarda 115 – 130 q, ana donuzlarda isə 100 – 115 q olmalıdır.
Kimyəvi və mikrobioloji komponentlər. Maldarlıq və baytarlıqda istifadəsi nəzərdə tutulan bu komponentlər 4 əsas qrupa bölünür: 1. Azot tərkibli zülal əlavələri. 2. Makro və mikro element əlavələri. 3. Vitamin əlavələri. 4. Ferment əlavələri.
YEMLƏRİN KEYFİYYƏTİ
Heyvanların xəstəliklərin profilaktika və müalicəsində yemlərin və suyun əhəmiyyəti mühüm əhəmiyyət kəsb edir. keyfiyyətli otun, rəngi yaşıl və tərkibində 1%-dən artıq zəhərli bitki və onların qarışığı olmur. Otun tərkibində geniş yayılmış zəhərli və ziyanverici bitkilərdən – kəpənəkçiçək, danaqıran, zəyrək, qaymaqçiçəyi, ardıc, üskükotu, asırqal, əvəlik, bat – bat, baldırğan, cacıx, mahmızçiçək, dazı, lərgə, lalə, süddüyən, pərxum, boymadərən, siyavotu, qurdotu, dəmrovotu, tavz veli, çobanyastığı, yarpaqlı yovşan, , meşə gülulcəsi və s. olmamalı.
Saxlanılan ot nəmli, olduqda yanmış çörək iyi verir. Nəmli ot barlanmış və kifli olur.
Küləş, saman – xarici görünüşü, rəngi və qoxusu küləşin növünə uyğun olmalıdır. Silos – keyfiyyətsiz siloslaşdırılmış yemlər heyvanların sağlamlığına böyük zərər vurur. Tam keyfiyyətli I sinfə aid olan silosun pH-ı 3.9 – 4.3, II sinfə aid 3.9 – 4.3, III sinfə aid 3.8 – 4.5 olmalıdır. Keyfiyyətsiz silos qaralmış, sərt ammonyak iyili və xarab olmuş pendir qoxusu verir, bəzən üfunətli olur.
Senaj – keyfiyyətli senajın tərkibində quru maddənin hissəsi 40 – 60%, rəngi spesifik və meyvə ətirli olur. Ot senajında turşuların ümumi miqdarı təxminən 1.5%, pH isə 4.2 – 5.4 olmalıdır.
Dostları ilə paylaş: |