1. Baytarlıq mualicə elminin qısa tarixi



Yüklə 1,02 Mb.
səhifə4/55
tarix02.01.2022
ölçüsü1,02 Mb.
#34752
1   2   3   4   5   6   7   8   9   ...   55
Terapiya muhazirələr

Seroterapiya – sağlam heyvanlardan alınan qan serumunun dəri altına yeridilməsidir. Yeridilən qanın təsir mexanizmi çox mürəkkəbdir və indidək öyrənilməmişdir. Tədqiqatçıların əksəriyyəti hesab edirlər ki, orqanizmə əsas stimuləedici, qeyri – spesifik təsirə malik serumda olan zülal mənşəli çox saylı, yüksək molekullu bioloji aktiv maddələrdir. Bunların sayı 2000 – dən artıqdır. Bunlar necə yeridilən serumun tərkibindədirlərsə (albuminlər, alfa, betta, qamma – qlobulinlə, amin turşuları, vitaminlər, mineral komponentlər, fermentlər, hormonlar və s.) eləcə də parçalanma nəticəsində çox saylı biokimyəvi komplekslər yaratmaqla orqanizmdə əmələ gəlirlər. Beləliklə, orqanizmin müdafiə prosesinin xarakterində, immunobioloji xarakterində, sinir və endokrin sisteminin oyanmasında dəyişikliklər əmələ gəlir.Seroterapiya zamanı birinci mərhələdə adətən orqanizmin ümumi reaktivliyi artır, oyanma əmələ gəlir, reflekslər kəskinləşir, bəzən bədənin hərarəti artır, dərman preparatının inyeksiya olunduğu yerdə yerli iltihablaşma reaksiyası aşkar olunur. İltihablaşmış ocaqda proses gərginləşir, mötədil leykositoz əmələ gəlir. Ancaq bir neçə müddətdən sonra gərginləşmiş ocaq sönür, xəstənin vəziyyəti normallaşır. Yerli iltihablaşmanın ocaqları sorulur və sağalma baş verir. seroterapiya üsulunun istifadəsinə ciddi və ehtiyatla yanaşmaq lazımdır. Bu üsul lokallaşdırılmış (yığılmış) infeksiyanın xroniki gedişində prosesi kəskinləşdirmək üçün (məsələn bəzi xroniki pnevmoniyalarda, çibanlarda, ekzemalarda və s.) istifadə olunur. Seroterapiyanı intiksikasiya, kəskin keçən infeksiyalar, ürək – damar sisteminin, qaraciyərin xəstəlikləri, baş – beyin və onurğa sütununun iltihablaşmasında istifadə etmək olmaz. Seroterapiya zamanı dərman preparatlarının dozası orqanizmin vəziyyəti və konkret xəstəlikdən asılı olaraq, həmçinin ali sinir fəaliyyətini nəzərə alaraq (zəif və tez oyanan sisnir sisteminə malik olan heyvanlarda istifadə olunmur) təyin edilir.

Beləliklə, zülalları orqanizmə parenteral yolla yeritdikdə onlar parçalanıb hüceyrə və toxumalarda fiziki – kimyəvi çevrilmələrə səbəb olur, bunun nəticəsində orqanizmin reaktivliyi dəyişir. Bir çox səbəbdən (preparatın dozası, xassəsi, xəstə orqanizmin vəziyyəti, reaktivlik xüsusiyyəti və s.) əmələ gələn bu dəyişiklik sağalma ilə nəticələnir və ya ağırlaşmalara səbəb olur.Parenteral yolla orqanizmə yeridilən hər bir zülal preparatının təsiri iki fazada özünü göstərir: reaktivlik, bərpaetmə və ya müalicə. Reaktivlik fazasında məhəlli və ümumi reaksiya baş verir, xəstənin vəziyyətində müvəqqəti olaraq ağırlaşma, temperaturun yüksəlməsi, prosesin kəskinləşməsi, preparat yeridilmiş sahədə iltihablaşma müşahidə edilir, 6 – 10 saatdan sonra temperatur daha da yüksəlir. Bu vəziyyət adətən 24 saatdan çox davam etmir. Zülalların parçalanmasından törənən məhsullar sinir sisteminə təsir edərək, qan təzyiqini yüksəldir, azot məhsullarının sidiklə ifrazını gücləndirir. İkinci fazada preparat yeridilmiş nahiyyədə reaksiya itir, temperatur normal hala düşür, iltihaba uğramış nahiyyədə sorulma sürətlənir və proses dayanır.

Zülal preparatlarının böyük dozalarda orqanizmə yeritdikdə və orqanizmin reaktivliyi kəskin surətdə aşağı düşdükdə birinci fazada sinir sistemi pozulur, tənəffüs və qan dövranı kəskin surətdə dəyişərək ölümə səbəb olur. Buna görə də zülal preparatlarını orqanizmə yeridərkən, birinci növbədə, onların dozası, orqanizmin vəziyyəti, patoloji prosesin xarakteri və s. nəzərə alınmalı, proteinoterapiyanın məqsədi dəqiq müəyyənləşdirilməlidir.

Proteinoterapiyadan furunkulyoz, fleqmona, abseslər, plevritlər, mastitlər, artritlər, dəri xəstəlikləri zamanı istifadə edilir. Zülal preparatları (qanköçürmədən başqa) venaya yeridildikdə kəskin reaksiya verdiyi eçen, onları, adətən, dəri altına vururlar.Kəskin gedişli iltihablar, kəskinləşmiş xroniki proseslər, böyrək və qaraciyər iltihabları, kaxeksiyalar, dekompensasiya etmiş ürək qüsurları zamanı proteinoterapiyanın tətbiqi pis nəticə verir.Seroterapiya zamanı bir növ və ya heterogen heyvanın steril qan serumu orta hesabla 0.1 – 0.2 mkq/dozada bir və ya iki dəfədə 3 gündən bir yeridilir. Birinci dəfə serum minimal dozada yeridilir, allergiya reaksiya verdikdə dərman maddəsinin yeridilməsi dayandırılır.




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin