1. Baytarlıq mualicə elminin qısa tarixi



Yüklə 1,02 Mb.
səhifə6/55
tarix02.01.2022
ölçüsü1,02 Mb.
#34752
1   2   3   4   5   6   7   8   9   ...   55
Terapiya muhazirələr

Hidrolizatlar – (hidrolizin L – 103 və aminopeptid - 2) şəffaf sarıya çalan məhlul olub tərkibində peptidlər və aminturşular halında 4 – 5 % zülal vardır. Qaramal qanının zülallarını turşu və ya fermentlərlə hidroliz etməklə alınır. Hidrolizatorları dərialtına yeritdikdə maddələr mübadiləsi nizamlanaraq, qanda hemoqlobin, eritrositlər və leykositlər, plazmada ümumi zülal artır, PES fəallaşır. Buzovlarda toksik dispepsiya, çoşkalarda hipotrofiya, qoyunlarda ketoz zamanı hidrolizatlardan istifadə etmək yaxşı nəticə verir.

Hemolizat – defibrinləşdirilmiş və yaxud heparinləşdirilmiş heyvan qanı fermentativ hidrolizə olunmuş atın mədə şirəsindən alınır. Bunun tərkibində peptidlər, aminturşular, qanın və mədə şirəsinin digər bioloji aktiv maddələri vardır. Onu hipotrofiklərin dərisi altına və yaxud daxilə, dispepsiya və mədə - bağırsaq xəstəliklərində tətbiq edirlər.

Laktolizat – bunun tərkibində fermentativ prosesə uğradılan atın mədə şirəsi, peptidlər, aminturşular, pendir hazırlanmasından alınmış zərdab, laktozanın, südün və mədə şirəsinin digər bioloji aktiv maddələri vardır. Bunlar körpə buzov və çoşkalara hidrolizatlar kimi daxilə verilir. Baytarlıq terapiyasında xroniki gedən proseslərin kəskinləşdirilməsi məqsədilə müxtəlif qeyri – spesifik vasitələrdən də istifadə edilir. Çiban və dermatidlərdə AST – 2, AST – 3 fraksiyaları, anemiyalarda hemolizat, körpələrin dispepsiyasında hidrolizinlər və aminopeptidlər istifadə edilir. Kəskin iltihabi proseslər zamanı, sepsis, qaraciyər və ürək və böyrəklərin xəstəliklərində mənfi təsir göstərdiyinə görə lizatların istifadəsinə qadağa qoyulur. Lizatlar təlimata və metodik göstərişlərə uyğun hazırlanıb istifadə edilir. Əksər hallarda heyvanlara dərialtı və əzələ daxili 0.05 – 0.1 ml/kq diri kütləyə bu dozada yeridilir. Adətən 3 – 5 gün fasilə ilə 2 – 3 inyeksiya edilir. Bəzi hallarda təlimata uyğun olaraq daxilə də istifadə edirlər. Məsələn, AST – 2 fraksiyasını.

Sitotoksinoterapiya – müalicə məqsədilə müxtəlif orqan və tozumaların elementləri ilə immunizə edilmiş sağlam heyvanlardan alınan sitotoksiki serumları istifadə edirlər. Bu metod akademik A.A. Boqomolets tərəfindən işlənib hazırlanmışdır. Onun mahiyyəti belədir: heterogen (başqa heyvanın) hüceyrə elementlərini xəstə heyvana inyeksiya etdikdə orqanizmdə sitotoksik maddə əmələ gələrək, qan serumunda toplanır. Belə serumdan digər heyvana vurduqda oxşar hüceyrələr həmin sitotoksik maddəni adsorbsiya edir, hüceyrədaxili lipolitik və proteolitik fermentlərin təsiri altında tamamilə ya da qismən sitolizə uğrayır. Zülal misellərin hidrolizi nəticəsində lizatlar əmələ gəlir ki, bunlar müvafiq (eyni adlı) hüceyrə elementlərində qidalanmanı və inkişafı nizamlamaq qabiliyyətinə malikdir.

Kliniki baytarlıq təcrübəsində antiretikulyar – sitotoksiki serum böyük əhəmiyyət kəsb edir. Bu preparat at və buzovların limfa düyünləri və dalaqdan hazırlanmış suspenziya ilə immunlaşdırma nəticəsində alınır. Kiçik dozada serumun sitotoksinləri orqanizmdə immunoreaktiv proseslərin fəallaşmasını stimullaşdırır. Zəifləmiş hüceyrə elementlərinin bir hissəsi sitotoksinin təsiri altında avtolizə uğrayaraq əmələ gələn məhsulları biogen stimulyator kimi təsir edir.



Antiretikulyar sitotoksik serum - hazırlamaq üçün retikulo – endotelial hüceyrələrlə zəngin olan orqanlardan istifadə edilir. Adətən, bu məqsədlə qaramalın dalağından götürülüb fizzioloji məhlulda həll edilir, sonra ekstrakt iki dəfə ata vurulur. Onun serumu (qan zərdabı) antiretikulyar vasitə kimi müalicə məqsədilə istifadə edilir. Heyvanın hər 100 kq canlı kütləsinə belə serumun (1:100 – 1: 200 titrində) 0.1 ml – i müalicə dozası hesab edilir. Onu fizioloji məhlulda 10 dəfə durulaşdırdıqdan sonra dəri altına və ya əzələ içərisinə yeridirlər. müalicə kursu 2 – 3 gün ara verməklə 1 – 5 inyeksiyadan ibarətdir. Bunu kiçik dozadan başlayıb getdikcə 1.5 – 2 dəfə artırmaq lazımdır.ASS – antiretikulyar sitotoksiki serum baytarlıq təcrübəsində xroniki iltihablarda, bronxopnevmoniyada, plevritlər və dermatitlərdə, gec sağalan xoralarda və s. istifadə edilir. dərman preparatı təlimata uyğun dərialtı və əzələdaxili yeridilir.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin