1. Baytarlıq mualicə elminin qısa tarixi



Yüklə 1,02 Mb.
səhifə5/55
tarix02.01.2022
ölçüsü1,02 Mb.
#34752
1   2   3   4   5   6   7   8   9   ...   55
Terapiya muhazirələr

Hemoterapiya – müalicə məqsədilə qanın dərialtı və əzələdaxili yeridilməsi ilə xarakterizə edilən qeyri – spesifik stimuləedici terapiyanın bir növüdür. Hemoterapiyanın 3 növü – autohemoterapiya – heyvana öz qanının yeridilməsi, izohemoterapiya – heyvanlara həmin növ heyvanın qanının yeridilməsi (məsələn, ana inəkdən buzova) və heterohemoterapiya – başqa növ heyvanın qanının yeridilməsi (at qanının inək və ya itə yeridilməsi) mövcuddur.

Hemoterapiyanın qeyri – spesifik təsiri seroterapiyanın təsirindən daha genişdir. Hemoterapiya orqanizmə daha mürəkkəb və çoxtərəfli təsir göstərir. Dəri altına yeridilmiş qan, yeridildiyi yerdə əvvəlcə reflektor olaraq sinir reflektorlarını qıcıqlandırır, sonra onun parçalanması nəticəsində əmələ gələn məhsullar sorularaq limfa və qan damarlarının, xüsusilə də retikuloendoteli sisteminin vegetativ reseptorlarını qıcıqlandırır, formalı elementlərin əksəriyyəti burada faqositoza uğrayır, onların parçalanan məhsulları isə sorularaq toxuma mübadiləsini, xüsusən də qan yaradan orqanların funksiyasını nizamlayır. Qan serumunun zülalının parçalanması nəticəsində əmələ gələn yüksək molekulyar maddələrin təsirindən əlavə hemoterapiya zamanı eritrosit, leykosit və fibrinin autoliz məhsulları da orqanizmə stimuləedici təsir göstərirlər. Bu da öz növbəsində hemopoyezin aktivləşməsinə, neytrofillərin faqositoz aktivliyinin güclənməsinə və orqanizmin qeyri – spesifik immun dözümünün artmasına səbəb olur. Orqanizmə qanın xroniki anemiyalarda, çibanlarda, xroniki keçən yerli iltihablaşma prosesləri, eləcə də dermatitlərdə, ekzemalarda, xroniki pnevmoniya və plevritlərdə, cüzi və tez – tez təkrar olunan qan axmalarda yeridilməsi məsləhət görülür.Ürək – damar çatışmazlıqlarında və daxili orqanların kəskin iltihabları – meningit, ensefalit, kəskin keçən infeksion xəstəliklər zamanı hemoterapiyanın tətbiq edilməsi qadağandır. Müalicə üçün steril şprislə venadan götürülmüş təzə qan istifadə edilir. qanın laxtalanmasının qarşısını almaq üçün şprisdə antikoaqulyant olmalıdır (məsələn, 5%-li limon turşusunun natrium duzu 1 ml- i 10 ml qana vurulur). Orta hesabla 0.05 – 0.1 ml/kq diri kütləyə dozda birdəfəlik və ya üç gündən bir yeridilir, cəmi 3 – 4 inyeksiya olunmalıdır. Saxlanmış, stabilizə olunmuş heterogen qanla müalicə apardıqda doza 2 – 3 dəfə azalır.



Lizatoterapiya(Histolizatoterapiya) – sağlam heyvanlardan götürülmüş (turşu, qələvi və fermentlərin təsiri altında parçalanmış və ya həll edilmiş) toxumaların müvafiq şəkildə müalicə məqsədilə istifadə olunması – histolizatoterapiya adlanır. Lizatoterapiya qeyri – spesifik stimuləedici terapiyanın bir növüdür. Histolizatlar steril şəraitdə hazırlanır. Dərman maddələrinin adları lizatlar hazırlanmış orqan və tozumaların (xammalın) adından asılıdır. Hidrolizatları fibrindən ayrılmış qandan hazırlayırlar. Məsələn, Hidrolizin L – 103, Laktolizat, Hemolizat, Hepatolizat, Ovariolizat, testolizat və başqaları. Baytarlıq elmi və praktikasında bu metodun işlənmə qaydalarının və tətbiqinin banisi rus – sovet alimi M.P.Tuşnov (1879 - 1935) olmuşdur. Lizatoterapiya zamanı orqanizmə ümumi qeyri – spesifik stimuləedici təsiri əsas etibarı ilə, zülal hidrolizinin məhsulları olan albumozlar, peptonlar, polipeptidlər və amin turşuları edir. Ancaq konkret lizatdan asılı olaraq onların bəzi spesifik təsiri də müəyyən edilib. Toxumaların və orqanların (cinsiyyət orqanları, qanın formalı elementləri, endokrin vəziləri və s.) parçalanmasından əmələ gələn məhsullar parenteral yolla orqanizmə yeridilən zaman müvafiq toxumaları qıcıqlandırır. Bu lizatın dozasından, toxumanın reaktivlik qabiliyyətindən, sinir sisteminin vəziyyətindən və s. asılıdır. Başqa toxuma preparatları kimi histolizatlar da əvvəlcə orqanizmə ümumi təsir göstərərək, müvafiq orqanların fəaliiyətində dəyişikliyə səbəb olur. Hidrolizatlar orqanlara seçmə təsir göstərir. Tuşnova görə hidrolizatların tərkibində plastik və dinamik fraksiya vardır. Plastik fraksiya aminli turşulardan ibarət olub, orqanizmdə tikinti materialı kimi istifadə edilir, dinamik fraksiya isə zülalların parçalanması nəticəsində əmələ gələn albumoz, pepton və polipeptidlərdən ibarət olub, orqanizmdə dəyişikliyə uğrayaraq, stimuləedici və ya ləngidici təsir göstərir. Histolizatorlar az dozada stimuləedici, orta dozada ləngidici, böyük dozada isə məhvedici təsir edir.

M.P.Tuşnov və onun davamçıları tərəfindən testolizat, ovariolizat, mamalizat və miolizat hazırlanıb tətbiq olunmuşdur. Testolizat – cinsi fəaliyyətin zəifləməsində, ovariolizat – cinsiyyət tsikli pozulduqda, miolizat - əzələ zəifliyi, ətlik heyvanlarda boy inkişafı üçün tətbiq olunur. Bunlar iri heyvanların dərisi altına 10, 15, 20 q vurulur.



Hazırda ölkəmizdə təsirinə görə histolizatlara yaxın olan qaraciyər ekstraktı, kampolon, antianemin hidrolizatlar, pepton və s. preparatlar istehsal olunur.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin