Anti stress VL ®



Yüklə 7.59 Kb.
PDF просмотр
tarix13.04.2017
ölçüsü7.59 Kb.

İstifadəsi üzrə təlimat 

 

 

ANTİ STRESS VL

®

     sorma tabletlər

 

ANTI STRESS VL

® 

 

 



Tərkibi: 

Hər tabletə daxildir: 

Mentil izovalerat................60mq 

Mentol 


Köməkçi maddələr: şəkər, kalsium stearat 

 

Farmakoloji xüsusiyyətləri: 

Mərkəzi sinir sisteminə QAYT-ergik reseptorlar vasitəsi ilə təsir edir. Təsirin neyrobioloji mexanizmi А1-adenozin 

və benzodiazepin reseptorlarına aqonistik (stimulə edici) təsiri, həmçinin QAYT-ın ifrazının asanlaşdırılması  və 

geri sorulmasının zəifləməsinə  əsaslanmışdır. Onun sinir siteminə goruyucu təsiri də  məhz bu mexanizmlərlə 

əlaqədardır. 

Təsir mexanizmi həmçinin həssas sinir uclarının qıcıqlandırılması  nəticəsində baş verən reflektor reaksiyalarla 

əlaqədardır. Ağız boşluğunda  selikli qişanın reseptorlarına təsiri nəticəsində enkefalinlər, endorfinlər, dinorfinlər, 

peptidlər və bir sıra başqa endogen fizioloji aktiv maddələrin sintezini stimulə edir. 

 

Göstərişlər: 

• Stress halları 

•  Gərginlik, qorxu hissi 

• Xroniki yorğunluq sindromu 

• Narahatçılıq, əsəbilik 

• Müxtəlif mənşəli depressiyalar 

• Predmenstrual sindrom 

•  İntensiv fəaliyyət, imtahanlar, sessiyalar dövrü 

• Siqaret çəkməyi tərgitmə zamanı 

•  Alkoqolizm, anoreksiya, bulemink sindrom zamanı müalicəyə əlavə olaraq 

• Yuxusuzluq 

• Arıqlama proqramlarının tərkibində 



Əlavə təsiri: Müşahidə olunmamışdır. 

 

Dozalanma: Böyüklər 1 tabletdən gündə 2-4 dəfə, dilin altına goymaq. Tablet özü sorulur. 

 

Buraxılış forması: 30 tablet 

 

Saxlanma şəraiti: Quru, qaranlıq və sərin yerdə saxlanılmalıdır. 

 

 

İstehsalçı: 



Lammberg GmbH 

Litzenburger 46, Berlin 10789, Almaniya 




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə